Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə172/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   168   169   170   171   172   173   174   175   ...   314

  

347 


la

mışdır (hicri 260-329/miladi 874-943). Hz.Mehdiyə inam bütün İslam məz-

həblərində, hətta bütün dünya dinlərində mövcuddur. 

Əhli-şiə  məzhəbinə  görə,  dünyanın  xilaskarı-hicrətin  260-cı  ili  (miladi 

874) ata

sının şəhadətindən sonra beş yaşında ikən qeybə çəkilən Hz.Əbul-Qa-

sim Məhəmməd ibn Həsəndir (əc). O həzrət diridir, Allahın izni ilə onun üçün 

təyin edilmiş gündə zühur edəcək və öz ilahi missiyasının icrasına başlayacaq. 

Əhli-sünnə məzhəbində olanlar Hz.Mehdinin (əc) Hz.Fatimə (ə) soyundan gə-

ləcəyinə inanmaqla yanaşı, onun məhz XI İmamın oğlu olduğunu inkar edir və 

dün

yanın sonuna yaxın normal şəkildə doğulacağını söyləyirlər. 



 

Əhməd ibn Tulun və Abbasilər 

Hicrətin  251-ci  ilində  (miladi  865)  xəlifə  Müstəinin  dövründə  Misiri  ələ 

ke

çirən Əhməd ibn Tulun (868-884) burada Abbasilərin vassalı kimi hakimlik 



edir

di. Mutəmidin hakimiyyətinin əvvəllərində xəlifəyə öz tabeçiliyini bidirən 

Əhməd ibn Tulun, xəracı vaxtlı-vaxtında ödəyirdi. 

Belə bir vaxtda zəncilərə qarşı mübarizə aparan Əbu Əhməd Təlhə Müvəf-

fəq Əhməd ibn Tuluna məktub yazıb ondan maddi yardım istədi. Bundan xəbər 

tu

tan xəlifə Mutəmid, Əhməd ibn Tuluna bildirdi ki, xəracı Müvəffəqə yox, xə-



lifəyə təhvil verməlidir. Lakin xəlifənin sözlərinə əhəmiyyət verməyən Əhməd 

ibn Tulun xəracı Müvəffəqə təslim etdi. 

Göndərilən  məbləğin  az  olduğunu  düşünən  Müvəffəq,  tabeliyində  olan 

məhşur  sərkərdə  Musa  ibn  Buğa  əl-Kəbiri,  Misir  valisi  Əhməd  ibn  Tulunun 

üzərinə göndərdi. Şam bölgəsindəki Riqqə şəhərində düşərgə quran Musa ibn 

Bu

ğa  əl-Kəbir  on  ay  sonra  Əhməd  ibn  Tulunla  döyüşməkdən  çəkinərək,  ye-



nidən Samirəyə qayıtdı. Qısa müddət sonra hicrətin 264-cü ilində (miladi 877) 

Musa ibn Buğa əl-Kəbir Samirədə vəfat etdi. 

Hadisələrin  onun  xeyrinə  cərəyan  etdiyini  görən  Əhməd  ibn  Tulun  Şam 

böl


gəsinə doğru hərəkət etdi. O hicrətin 264-265-ci illərində (miladi 877-879) 

Şam bölgəsini demək olar ki, müqavimətsiz ələ keçirdi. Lakin 879-cu ildə oğlu 

Ab

basın Misirdə çevriliş etdiyini öyrənincə, tələsik Misirə qayıtdı. Oğlu Abba-



sın qiyamını yatırdıqdan sonra xəbər tutdu ki, Şamda öz yerinə canişin qoydu-

ğu  Lölöə  xilafət  sərkərdəsi  Müvəffəqə  qoşulub.  Dərhal  ordusunu  toplayaraq 

Şama qayıdan Əhməd ibn Tulun hicrətin 269-cu ilində (miladi 882) Riqqə şə-

hərinə daxil oldu. 

Bu arada xəlifə Mutəmidin Riqqədə Əhmədlə görüşmək üçün yola çıxdı-

ğını öyrənən Müvəffəq, Mosul və əl-Cəzirə valisinin köməyi ilə xəlifəni yarı-

yoldan qaytarıb, Bağdada gətizdirdi. Bundan sonra Bağdadda nəzarət altında 

olan xəlifə Mutəmidin vəziyyəti daha da pisləşdi. Xəzinədən əli üzülmüş xə-

lifə Mutəmid, hətta şəxsi məsrəflərini ödəmək üçün üç yüz dinar pul tapa bil-

mirdi. 


Hicrətin 270-ci ilində (miladi 884) Əhməd ibn Tulunun vəfatından sonra 

onun yerini oğlu Xumaraveyh tutdu. Həmin vaxt zəncilər üzərində qələbə çalan 

  



 

348 


vəffəq, Tulunilərlə müharibə aparmaq üçün oğlu Əbul-Abbas Əhmədi (gə-

ləcək xəlifə Mütəzid) qərb torpaqlarının valisi təyin etdi. Onun ilk vəzifəsi Tu-

lu

nilərin  əlində  olan  Şam  bölgəsini  geri  qaytarmaq  idi.  Lakin  hicrətin  271-ci 



ilin

də (miladi 885) baş verən döyüşdə Xumaravehy Əbul-Abbası məğlub etdi 

və Şam bölgəsi qəti şəkildə Tulunilərin ixtiyarına keçdi. Bundan sonra tərəflər 

ara


sında  sülh  bağlandı.  Sülhün  şərtlərinə  görə,  Misir  və  Şam  torpaqları  daha 

otuz il müddətinə Tulunilərin ixtiyarına verildi. 



 

Paytaxtın Samirədən Bağdada qaytarılması 

Xəlifə Mütəvəkkilin dövründən başlamış anti-türk siyasəti bir müddət son-

ra öz bəhrəsini verməyə başladı. Artıq orduya türk birlikləri qəbul edilmir, eyni 

zamanda da  yeni  yaradılan qoşun hissələri də, bir qayda olaraq, əsasən ərəb-

lərdən təşkil olunurdu. Bununla bərabər, xəlifə Mutəmidin hakimiyyətinin əv-

vəllərində türklər xilafətdə öz nüfuzlarını qoruyub saxlaya bilirdilər. Bu da və-

zir Ubeydullah ibn Yəhya ibn Xaqanın və baş komandan Musa ibn Buğa əl-Kə-

birin sayəsində mümkün olurdu. 

Lakin siyasət meydanında uğur qazanan Müvəffəq, Musanı getdikcə sıxış-

dıraraq nüfuzunu zəiflədirdi. Nəhayət, Musa ibn Buğa əl-Kəbir miladi 875-ci 

il

də (hicri 261) şərq torpaqlarının valiliyindən istefa verməklə, dövlət işlərin-



dən geri çəkildi. İbn Tuluna qarşı mübarizədə də uğur qazanmaması onun nüfu-

zuna ciddi 

zərbə vurdu. Bu hadisədən iki il sonra hicrətin 264-cü ilində (miladi 

877) Musa ibn Buğa əl-Kəbir, özündən sonra orduda onu əvəz edəcək güclü bir 

türk sərkərdəsi buraxmadan vəfat etdi. 

Hicrətin 276 və ya 279-cu ilində (miladi 890 və ya 892) xəlifə Mutəmidin 

əmri ilə paytaxtın yenidən Samirədən Bağdada qaytarılması türk nüfuzuna son 

və  həlledici  zərbəni  vurdu.  Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  Samirə  şəhəri 

türk

lərin  şərəfinə,  xəlifə  Mutəsimin  əmri  ilə  miladi  tarixilə  836-ci  ildə  (hicri 



221) sa

lınmışdır.  Altmış  ilə  yaxın  Abbasilərin  paytaxtı  olan  Samirədə  Mutə-

sim, Va

siq, Mütəvəkkil, Müntəsir, Müstəin, Mütəzz, Mühtədi və Mutəmid ki-



mi, səkkiz Abbasi xəlifəsi yaşamış və hökmranlıq etmişlər. 

Hicrətin 278-ci ilində (miladi 891) məhşur sərkərdə Əbu Əhməd Müvəffəq 

vəfat etdi. Onun ölümündən sonra ordu sərkərdələri və saray əyanları Müvəffə-

qin oğlu Əbul-Abbas Əhmədə ikinci vəliəhd kimi beyət edərək, ona “Mütəzid” 

ləqəbini verdilər. Onların təkidi ilə xəlifə Mutəmid də onu ikinci vəliəhd kimi 

elan etdi. 

Qısa müddət ərzində bütün səlahiyyətləri ələ alan Mütəzid, xəlifəyə təzyiq 

göstərərək, ondan birinci vəliəhdliyi tələb edirdi. Bu təzyiqlərə tab gətirməyən 

xəlifə Mutəmid hicrətin 279-cu ilində (miladi 892) saray əyanlarının gözü qar-

şısında oğlu Müvəffəz ləqəbli Cəfəri vəliəhdlikdən kənarlaşdırdığını və Əbul-

Abbas Əhməd Mütəzidi yeganə vəliəhd kimi tanıdığını elan etdi. 

Sayca  on  beşinci  Abbasi  xəlifəsi  Əbul-Abbas  Əhməd  Mutəmid  hicrətin 

279-

cu ilində (miladi 892) əlli yaşında Bağdadda vəfat etmişdir. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə