Şahlar şahbaz oğlu şƏRİfov


Hz. İmam Həsən Əsgəri (ə)



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə173/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   169   170   171   172   173   174   175   176   ...   314

  

349 


Hz.

İmam Həsən Əsgəri (ə) 

O Həzrətin adı Həsən, Əsgəri isə onun ləqəbidir. Uzun müddət Abbasi xə-

li

fəsinin əmrilə Samirədı Əsgər adlı bir yerdə saxlandığı üçün Əsgəri adlandı-



rılmışdır.

550


 

Atası İmam Nəqi (ə), anası isə Hüdeysə adlı bir qadın olmuşdur. 

Ta

rixi mənbələrdə onun adını Susən, Səmanə və Reyhanə də yazırlar. 



İmam  Həsən  Əsgəri  (ə)  hicrətin  232-ci  ili  rəbiül-axir  ayının  8-də,  miladi 

846-


cı il xəlifə Vasiqin xilafəti dövründə Mədinədə anadan olmuşdur. İyirmi iki 

ya

şında  olarkən  atası  İmam  Nəqi  (ə)  şəhadətə  qovuşmuşdur.  İmam  (ə)  altı  il 



imamlıq etmiş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. İmam (ə) son dərəcə 

həyalı, səxavətli, təmkinli və vüqarlı olmaqla bərabər zöhd və təqvası ilə də ha-

mıdan seçilirdi. Səcdə əlaməti onun alnında açıq-aşkar görünürdü. Hamının ya-

nında uca məqamı, böyük ehtiramı var idi. İmamın (ə) bütün ömrü ya zindanda

ya da sürgünlərdə keçmişdir. O, iki, ya üç yaşında ikən atası İmam Nəqi (ə) ilə 

bir


likdə sürgün olunaraq ömrünün iyirmi ilini atası ilə yanaşı sürgün və zindan-

larda keçirmişdir. Buna görə də İmamın (ə) tərəfdarları onunla görüşə bilmir və 

məcbur idilər ki, şəri məsələləri yolda qarşılaşarkən ondan soruşsunlar. 

Abbasi  xəlifələri  İmamlara  qarşı  əllərindən  gələn  bütün  təzyiqləri  həyata 

keçirird

ilər. Bu təzyiqlər İmam Təqi (ə), xüsusən İmam Nəqi (ə) və İmam Hə-

sən Əsgərinin (ə) Samirədə olduğu dövrdə son həddə çatır. Bu üç İmam onlara 

ve

rilən təzyiqlərin şiddətindən cavan  yaşlarında şəhadətə qovuşmuşlar.  İmam 



Təqi (ə) iyirmi beş, İmam Nəqi (ə) qırx, İmam Həsən Əsgəri (ə) isə iyirmi sək-

kiz yaşında şəhid olmuşdur. İmam Həsən Əsgəriyə (ə) olunan təzyiqlər özün-

dən qabaqkı iki İmama olunmuş təzyiqlərdən çox olmuşdur. Bunun isə iki sə-

bəbi var: 

1) 

İraqda olan şiələr rəsmi xəlifəyə qarşı mənfi mövqedə durur və Abbasi 



xəlifələrinin  heç  birini  rəsmən  xəlifə  kimi  tanımırdılar.  Onların  fikrincə, 

İslamda xəlifəlik məqamı Hz.Əlinin (ə) övladlarına məxsusdur. O dövrdə də bu 

ailənin parlaq nümayəndəsi İmam Həsən Əsgəri (ə) idi. 

2) 


Abbasilər və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, 

tün azğın hökumətləri tar-mar edəcək vəd edilmiş Mehdi (ə) İmam Həsən Əs-



gərinin (ə) nəslindən olacaq. Buna görə də, daim onlar İmam Həsən Əsgərini (ə) 

təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. Necə ki, Firon Musanı (ə) uşaq-

lığından ələ keçirmək üçün əbəs yerə səy edirdi. 

Bu iki səbəbə görə İmam Həsən Əsgəriyə (ə) qarşı təzyiqlər həddən artıq 

çox  idi  və  hər  tərəfdən  İmam  (ə)  nəzarət  altına  alınmışdı.  Abbasi  xəlifəsi 

İmamdan (ə) o qədər narahat idi ki, o Həzrəti həftənin birinci və dördüncü gün-

ləri saraya gəlməyə məcbur etmişdi.

551


 

Bütün  bu  təzyiqlərə  baxmayaraq  İmam  (ə)  bir  sıra  siyasi-ictimai  və  elmi 

fəaliyyətlər göstərmişdir. 

550


 İləluş-şərayi, I cild, səh-230. 

551


 Mənaqibu-Ali-Əbutalib, IV cild, səh-434. 

  

                                                           




 

350 


1) 

İslam dininin müdafiəsi üçün həyata keçirilən fəaliyyətlər: Abbasilərin 

ya

ratdığı məhdud şəraitə baxmayaraq, İmam (ə) çətinliklə də olsa, hər birinin 



İslam  maarifini  yaymaqda  böyük  rolu  olmuş  şagirdlər  yetişdirmişdi.  Onların 

ara


sında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud Qasim Cəfəri, Ab-

dul


lah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və 

Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur. 

2) 

Nümayəndələr vasitəsilə şiələrlə əlaqə saxlamaq: İmam (ə) dövründə bir 



çox şəhərlərdə şiələrin sayı xeyli artmışdı. Kufə, Bağdad, Nişapur, Qum, Mə-

dain, Xorasan, Rey, Yəmən, Azərbaycan, Samirə və Bəsrə kimi şəhərlər şiələ-

rin mərkəzinə çevrilmişdi. Bu şəhərlər arasında Samirə, Kufə, Bağdad, Qum və 

Ni

şapur bir sıra səbəblər üzündən xüsusi əhəmiyyətə malik idi. Bu mərkəzlərin 



həm imamət xətti ilə, həm də bir-biri ilə əlaqə saxlamaları üçün mərkəz tələb 

olunur


du. Belə bir mərkəzə olan ehtiyac artıq İmam Təqinin (ə) dövründən hiss 

olunma


ğa başlanmışdı. Bu iş İmam Həsən Əsgərinin (ə) dövründə də davam et-

mişdir.  Tarixi  mənbələrə  əsasən,  İmam  (ə)  şiələr  arasında  tanınmış  şəxsləri 

seçib müx

təlif  yerlərə  nümayəndə  göndərmiş,  onlarla  əlaqə  saxlayaraq  bütün 

şiələrə  nəzarət  edə  bilmişdir.  Bu  nümayəndələr  arasında  İmamın  (ə)  Nişapur 

şəhərindəki nümayəndəsi İbrahim ibn Əbduhu nümunə göstərmək olar. 

3) 

Gizli  siyasi  vəziyyət:  İmam  Həsən  Əsgərinin  (ə)  ən  yaxın  və  səmimi 



dost

larından olan Osman ibn Səid Əmri yağ satmaq adı altında gizli fəaliyyət 

gös

tərirdi. Şiələr şəri vergilərini İmama göndərmək istəyəndə onu Osmana ve-



rir, o 

isə yağ qablarına qoyub onu İmama çatdırırdı.

552

 

İmamın (ə) hamamını 



qızdırmaq üçün odun daşıyan Davud ibn Əsvəd deyir: Bir gün İmam (ə) mənə 

qa

lın bir odun verib buyurdu ki, bunu Osman ibn Səidə ver. Mən yolda həmin 



odun

la qatırı vurub yoldan çıxarmaq istədikdə odun sındı və gözüm onun için-

dəki  məktublara  sataşdı.  Tez  məktubları  götürüb  İmamın  yanına  qayıtdım. 

İmam (ə) buyurdu: Bir də belə iş görmə. Əgər eşitsən ki, bir nəfər bizi söyür, 

ye

nə də işin olmasın, yolunu get. Biz çox pis şəhərdə yaşayırıq. Sən ancaq öz 



işini gör. Bunu da bil ki, sənin bütün işlərin bizə çatdırılır.

553


 

4) 


Şiələri  öz  oğlu  on  ikinci  İmamın  qeybə  çəkilməsi  dövrünə  hazırlamaq: 

İmamın yaxın dostlarından olan Əhməd ibn İshaq deyir: İmamın yanına gedib on-

dan sonrakı İmam barədə soruşmaq istəyirdim. Mən sualımı vermədən İmam (ə) 

mənə buyurdu: “Ey Əhməd! Allah Hz.Adəmi (ə) yaratdığı gündən Qiyamətə qə-

dər yer üzünü bir an olsun İlahi hüccətsiz qoymayıb və qoymayacaq. Allah həmin 

hüc


cətin hesabına yer üzündəki bəlanı dəf edərək camaata rəhmət yağışı göndərir 

və yerin altında gizlənmiş nemətləri üzə çıxarır.” Mən soruşdum: “Sizdən sonra 

İmam kim olacaq?” Bunu deyəndən sonra o Həzrət durub o biri otağa keçdi və 

qu

cağında sifəti on dörd gecəlik ay kimi parıldayan təxminən üç yaşlı bir uşaqla 



geri qayıtdı. Sonra isə buyurdu: “Əhməd, əgər Allah və İmamlar yanında hörmə-

552


 Əl-Qeybət, səh-214. 

553


 Mənaqibi-Ali-Əbutalib, IV cild, səh-427. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə