Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə175/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   171   172   173   174   175   176   177   178   ...   314

  

353 


Şiələrdən fərqli olaraq sünnilər deyirlər ki, İslam Peyğəmbərinin (s) həmin 

şəxsin qeybə çəkildikdən sonra zühur edəcəyi barədə məlumat verdiyi Mehdi 

hələ doğulmayıb və bundan sonra dünyaya gələcək.

562


 Buna baxmayaraq sünni 

məzhəbinin bir çox tarixçi və hədis yazarları o Həzrətin təvəllüdünü öz kitabla-

rında qeyd etmişlər. 

 

İmam Zamanın (ə) qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri 

1) 

İmamın  canını  qorumaq:  Allah  on  ikinci  İmamı  qeybə  çəkməklə  onu 



ölüm

dən qorumuşdur. Çünki əgər o Həzrət ömrünün ilk günlərindən camaatın 

ara

sında olsaydı, onu mütləq öldürəcəkdilər. Əgər o Həzrət münasib vaxtdan 



qa

baq da zühur etsə, yenə həyatı təhlükədə olar, nəticədə öz ilahi vəzifələrini 

ye

rinə yetirməyə, cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etmə-



yə nail olmaz. 

2) 


Zalımlara beyət etməmək: İmam Mehdi (ə) heç bir rejimi, hətta təqiyyə 

üzün


dən  də  olsa  belə,  rəsmi  tanımamış  və  tanımır.  Həsən  ibn  Fəzzal  deyir: 

“İmam Rza (ə) buyurdu: “Sanki üçüncü oğlumun ölümündən sonra öz İmamını 

ax

taran, lakin onu tapa bilməyən şiələrimi görürəm.” Mən dedim: “Nə üçün o 



göz

lərdən  itəcək?”  İmam  (ə)  cavab  verdi:  “Ona  görə  ki,  əlində  qılınc  qiyam 

edəcəyi zaman heç kəsə tabe olmasın.”

563


 

İmam Zamanın (ə) qeybət dövrü iki hissəyə ayrılır:  

1) 

Qeybəti-suğra (kiçik qeybət dövrü): Kiçik qeybət dövrü hicrətin 260-cı 



ilindən 329-cu ilinə qədər (miladi 874-943) davam etmişdir. Təxminən altmış 

doq


quz il davam etmişdir. Bu dövrdə İmam (ə) öz şiələri ilə naiblər vasitəsilə 

əlaqə saxlayırdı. Həmin naiblər bunlardır: 

1) 

Əbu Əmr Osman ibn Səid Əmri: Bəni-Əsəd qəbiləsindən olan Osman, 



Sa

mirə şəhərində yaşadığı üçün Əsgəri də adlandırılmışdır. Şiələr onu Səmman 

(yağsatan) deyə çağırırdılar.

564


 

2) 


Məhəmməd ibn Osman ibn Səid Əmri 

3) 


Əbulqasim  Hüseyn  ibn  Ruh  Nobəxti:  O  Abbasi  xəlifəsi  Müqtədirin 

(908-


932) dövründə beş il həbsdə olmuş, 317-ci ildə azad edilmişdir. 

4) 


Əbulhəsən Əli ibn Məhəmməd Səməri: Məhəmməd Səməri İmam Hə-

sən  Əsgərinin  (ə)  səhabələrindən  olmuşdur.  O,  vəfat  etdiyi  329-cu  ilə  qədər 

İmam Zamanın (ə) naibi olmuşdur. 

Naiblərin yerinə yetirdiyi vəzifələr bunlar idi: 

1) 

İmamın (ə) adını və yerini gizli saxlamaq 



2) 

Vəkillərə rəhbərlik etmək 

3) 

İmama məxsus olan şəri vergilərin toplanıb paylanması 



4) 

Fiqhi suallara cavab vermək 

562

 İbn Əbli Hədid, Nəhcül-bəlağənin şərhi, VII cild, səh-94. 



563

 Kəmalüddin, səh-480. 

564

 əl-Qeybət, səh-214. 



  

                                                           




 

354 


5) 

İmamın naibi olmaq haqda iddia edənlərlə mübarizə aparmaq 

Dördüncü naibin ölümü ilə “Qeybəti-kübra” (böyük qeybət) dövrü başlayır. 

Bu dövr hicrətin 329-cu ilindən (miladi 943) başlayıb günümüzə qədər davam et-

miş və Allahın izni ilə İmam Mehdinin (ə) zühuruna qədər davam edəcəkdir. 

 

Hz.Mehdinin 

(ə) 

ləqəbləri: 

1) Mehdi – 

düz yola hidayət edən 

2) 


Hüccətullah – qələbə çalan, Allahın höccətini tamamlayan 

3) 


Sahib əz-zaman – zamanın sahibi 

4) Hadi – 

yol göstərən 

5) Qaim – 

daim ayaq üstə olub Allahın əmrini gözləyən 

6) 


Müntəzir – Xalqı intizarda qoyan 

7) 


Bələdul-əmin – Allahın möhkəm qalası 

8) 


Xatəmül-əimmə – imamların sonuncusu 

9) 


Bəqiyətullah – rəvayət olunub ki, İmam (ə) zühur edən zaman arxasını 

Kəbəyə söykəyəcək və 313 nəfər əshabı onun ətrafında toplanacaq. İlk söylə-

yəcəyi ayə belədir: “Əgər möminsinizsə Allahın Bəqiyətullahı sizin üçün daha 

xey


irlidir.” (Hud surəsi, ayı-86).

565


 

 

Əbul-Abbas Əhməd Mütəzid-billah hicri 279-289 (miladi 892-902) 

Əbul-Abbas Əhməd Mütəzid hicrətin 242-ci ilində (miladi 857) xəlifə Mü-

təvəkkilin xilafəti dövründə Samirədə anadan olmuşdur. Əmisi Mutəmidin ölü-

mün


dən sonra Abbasi məmurları hicrətin 279-cu ilində (miladi 892) ona beyət 

edərək, xəlifə təyin etdilər. Xəlifə seçildikdən sonra Mütəzid Ubeydullah ibn 

leymanı özünə vəzir təyin etdi. 



Mütəzid xəlifə olduqdan sonra bir çox valilər paytaxt Bağdada gələrək ona 

be

yət etdilər. Bu valilərdən biri də Əmr ibn Leys Səffari idi. Sistan vilayətinin va-



lisi Əmr ibn Leysin bu görüşdən əsas məqsədi Xorasan üzərindəki hakimiyyətini 

rəsmiləşdirmək idi. Əmr ibn Leys Səffarinin istəyini nəzərə alan xəlifə Mütəzid 

hicrətin 279-cu ilində (miladi 892) onu Xorasan valisi təyin etdi. Lakin bir müd-

dət  sonra  Samanilər  (892-999)  sülaləsindən  olan  İsmail  ibn  Əhməd  (892-907) 

hicrətin 287-ci ilində (miladi 900) Bəlx yaxınlığında baş verən döyüşdə Əmr ibn 

Leysi məğlub edərək, Xorasan və Maveraun-nəhr torpaqlarını ələ keçirdi. 

Misirdə  hakimlik  edən  Tuluni  əmiri  Xumaraveyh  ibn  Əhməd  ibn  Tulun 

(884-


896) da xəlifə Mütəzidlə ünsiyyət taparaq, daha otuz il müddətinə Misir, 

Şimali Mesopotamiya və Suriyanın bir hissəsinin hakimliyini əldə etdi.

566

  Bu 


tor

paqların hakimliyini əldə edən Tulunilər, hər il xilafətə 450 min dinar vergi 

ödəməli idilər.  

565


Şeyx Nuri, Nəcmus-saqib. 

566


 Tarixi-Təbəri, V cild, səh-605. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə