Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə176/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   172   173   174   175   176   177   178   179   ...   314

  

355 


 

Mütəzid hakimiyyətə gəldiyi vaxt mərkəzi hakimiyyətin maddi və iqtisadi 

cəhətdən zəifləməsindən istifadə edən valilər müstəqillik iddiası etməyə başla-

mışdılar.  Şimali  Afrikada  Əğləbilər  (800-909),  Misir  və  Suriyada  Tulunilər 

(868-

905),  İran  torpağında  isə  Səffarilər  (870-1163)  və  Samanilər  (892-999) 



çox

dan xəlifənin nəzarətindən çıxmışdılar. Onlarla işgüzar əlaqələr quran xəli-

fə Mütəzid, həm yerli hakimlərə satdığı səlahiyyətlər hesabına xəzinəni doldu-

rur, həm də bu hakimlərlə bağladığı müqavilələr sayəsində onlar sarıdan arxa-

yınlıq əldə edirdi. 

 

Mütəzidin həyata keçirdiyi islahlar 

İlk olaraq xəlifə Mütəzid ordunu üç hissəyə ayırdı. “Xassə” adlanan birinci 

və  xüsusi  təyinatlı  qoşun  hissələri  daim  xidmətdə  idi.  Onlar  demək  olar  ki, 

Bağdaddan kənara çıxmır, xəlifənin və sarayın mühafizəsini təmin edir, dövlət 

m

ərasimlərinə  qatılır  və  təhlükəli  hallarda  işə  müdaxilə  edirdilər.  Bu  bölümə 



pi

yada və süvarilər daxil idi. Onların məvacibi də digərlərinkindən yüksək idi. 

İkinci  bölüm  “şürtə”  (polis)  adlanırdı.  Bunların  vəzifəsi  Bağdad  və  ətraf 

məntəqələri mühafizə etmək, sabitliyi qorumaq, paytaxta gələn yolları nəzarət 

al

tında saxlamaqdan ibarət idi. Piyada və süvarilərdən ibarət olan şürtə birinci 



lümə nisbətən daha az məvacib alırdı. 

Üçüncü  bölüm  isə  “əskər-üd-dun”  (aşağı  səviyyəli  ordu)  və  ya  “məunə” 

(yar


dımçı qüvvə) adlanırdı. Bunlar əyalətlərdə dövlətin nüfuzunu gücləndirmə-

yə xidmət edir, bölgələrdə polis rolunu oynayır, bəzi hallarda da vergi yığımına 

qa

tılırdılar. Onların məvacibi əvvəlki bölümlərdən daha az idi.



567

 

Xəlifə  Mütəzidin  daxili  siyasətdə  həyata  keçirdiyi  islahatlardan  biri  də 



döv

lət  məmurlarının  istirahət  vaxtının  artırılması  oldu.  Xəlifənin  göstərişinə 

əsasən cümə günü ilə yanaşı, cümə axşamı da qeyri-iş günü elan edildi. 

Vəzir  Ubeydullah  ibn  Süleyman  xəzinəni  doldurmaq  üçün  daha  bir  cəhd 

et

di. O, miras məsələlərinə baxmaq səlahiyyətini qazilərdən alıb, bunun üçün 



təşkil edilmiş xüsusi dövlət məhkəmə qurumuna verdi. Bu islahatı həyata ke-

çir


məklə, hökumət vərəsəsiz mirasları dövlət hesabına keçirməyi planlaşdırırdı. 

La

kin bu məqsədlə yaradılmış məhkəmə qurumlarının xərci, gətirdiyi qazancı 



qat-

qat üstələdi. Buna görə də, bir müddətdən sonra miras məsələləri yenidən 

qa

zilərə qaytarıldı.



568

 

Mütəzidin daxili siyasəti də xilafətin iqtisadi vəziyyətindən asılı olaraq dəyi-



şirdi.  Hakimiyyətinin  əvvəllərində  o,  əhli-sünnə  yolunu  rəhbər  tutaraq,  hətta 

kəlam elmi barədə kitabların alış-satışına da qadağa qoydu. Lakin bu cəbhənin 

lazımi maddi dəstəyini əldə edə bilməyəndə, əhli-şiələrə meyl göstərməyə baş-

567


Doğuştan Günümüze Büyük İslam Tarihi, Çağ Yayınları, III cild, səh-275-276; Nuri Ünlü, 

İslam Tarihi, I cild, səh-282. 

568

Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-266.  



  

                                                           




 

356 


ladı. Bir çox nüfuzlu və imkanlı qruplaşmaları öz sıralarında birləşdirən şiə ailə-

lərinə xəlifə Mütəzid öz hakimiyyətini möhkəmlətmək üçün vasitə kimi baxırdı. 



 

Xəlifə Mütəzidin apardığı müharibələr 

Hicrətin 280-cı ilində (miladi 893) əl-Cəzirə bölgəsinə yürüş edən xəlifə 

təzid  qısa  müddət  ərzində  Mosulda  sabitlik  yaradaraq,  yenidən  Bağdada 



qa

yıtdı.  Növbəti  ilin  sonlarında  (hicri  281,  zilqədə/miladi  895)  Həmdanilər 

(903-

1003)  sülaləsinin  sələfi  Həmdan  ibn  Həmdunun  yerli  xəvaric  qruplaş-



ma

sı ilə birləşib, dövlətə qarşı çıxışlar etdiyini öyrənən xəlifə Mütəzid, yeni-

dən Mosul üzərinə yürüş etdi. Baş verən döyüşdə məğlub olan Həmdan təslim 

oldu. 


Bir müddət sonra Mosulda yenidən xəvaricdən olan Harun adlı şəxs xila-

fətə qarşı qiyam etdi. Bununla əlaqədar olaraq xəlifə Mütəzid, hicrəti 283-cü 

ilin

də (miladi 896) Mosul üzərinə üçüncü dəfə yürüş etdi. Bu yürüşdə Həmdan 



ibn Həmdunun oğlu Hüseyn də iştirak edirdi. Hüseyn,  atasının həbsdən  azad 

olu


nacağı təqdirdə qiyamın başçısı Harunu ələ keçirməyə razı olduğunu bildir-

di. Onun səyləri ilə Harun ələ keçirildikdən sonra Mütəzid vədinə  əməl edib 

Həmdanı sərbəst buraxdı. 

Hicrətin  285-ci  ilində  (miladi  899)  xəlifə  Mütəzid  əl-Cəzirə  bölgəsində 

yer

ləşən Aməd şəhərinə hücum edərək, şəhəri ələ keçirdi. 



Bu arada Azərbaycan və Ərməniyyə valisi Əbus-Saca tabe olan sərkərdə 

Vəsif, valinin əmrindən çıxıb hicrətin 287-ci ilində (miladi 900) Malatya üzəri-

nə yürüş edərək, şəhəri ələ keçirdi. Vəsfin əsas məqsədi Bizansla sərhəd bölgə-

lərdə özünə torpaq qazanıb, vəzifə əldə etmək idi. Buranı ələ keçirən Vəsif Mü-

təzidin yanına elçi göndərib tələb etdi ki, onu Bizansla həmsərhəd bölgələrə va-

li təyin etsin. Bundan narahat olan xəlifə böyük bir qoşunla Vəsifin üzərinə hə-

rəkət etdi. Xilafət qüvvələri Bizansa qaçmağa çalışan Vəsifin yolunu kəsib, onu 

ələ keçirdilər. 

Qiyamı yatırandan sonra xəlifə Mütəzid bu bölgədəki iri şəhərləri gəzərək, 

qayda-


qanun yaratdı. Xüsusilə, Tarsusda xəlifənin gördüyü işlər dəhşətli oldu. 

Tar


susluların Vəsiflə müttəfiq olduqlarını bəhanə gətirən xəlifə Mütəzidin əmri 

ilə şəhər limanındakı əllidən artıq hərbi gəmi yandırıldı. Xəlifənin bu səhvin-

dən qısa müddət sonra hicrətin 288-ci ilində (miladi 901) xilafət sərkərdələrin-

dən biri Bizansa hücum edib, 160 nəfərdən artıq yüksək rütbəli şəxsi əsir götü-

rərək Bağdada gətirdi. 

Buna cavab olaraq, bizanslılar həm dəniz, həm də quru yolu ilə müsəlman 

tor

paqlarına hücum edərək on beş min müsəlmanı əsir götürdülər. Daxili qal-



maqallar

la məşğul olan xəlifə Bizansa qarşı heç bir tədbir görə bilmədi. 



 

Azərbaycan valisi Məhəmməd ibn Əbus-Sac 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə