Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə177/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   173   174   175   176   177   178   179   180   ...   314

  

357 


IX  əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana  gələn 

feo


dal dövlətlərdən biri də paytaxtı Ərdəbil olan Sacilər dövləti (889-942) idi. 

Ye

ni sülalənin banisi Əbu Sac Divdad hesab olunur. 



Sacilərin banisinin Əbu Sac Divdad hesab edilməsinə baxmayaraq, dövlət 

onun  ölümündən  xeyli  sonra  oğlanları  Məhəmmədin  və  Yusifin  dövründə 

yaran

mışdır.  Xidmətləri  ilə  xəlifənin  rəğbətini  qazandığına  görə  Məhəmməd 



ibn Əbu Sac xəlifə Mutəmid tərəfindən 889-cu ildə (hicri 276) Azərbaycanın 

hakimi təyin olundu. Məşhur tarixçi Təbərinin yazdığına görə, o, “Azərbaycana 

gəldikdən dərhal sonra özünü müstəqil elan edib, xilafətə tabe olmaqdan boyun 

qa

çırdı.”



569

 

Lakin bəzi mənbələrdə qeyd edilir ki, Məhəmməd ibn Əbu Sac xə-



li

fə ilə əlaqəsini tamamilə kəsə bilmir və tez-tez sazişə girməli olurdu. 

Məhəmməd ibn Əbu Sac öz karyerasına xəlifə Mutəmidin dövründə Mək-

kə və Mədinə hakimi, Məkkə yolunun rəisi kimi başladı. Sonra o, Ənbar şəhə-

ri

nin, bunun ardınca isə Mosulun hakimi təyin olundu. 



Məhəmməd ibn Əbu Sac ona qarşı itaətsizlik edən Marağa hakimini məğ-

lub edərək, şəhəri ələ keçirdi. Hicrətin 280-ci ilindən (miladi 893) başlayaraq o, 

bir  neçə  dəfə  Ərməniyyəyə  uğurlu  səfərlər  təşkil  etdi,  Naxçıvandan  keçərək 

Dvin hasarlarına qədər çatdı və erməni hakimi I Sumbatın ailə üzvlərini və ya-

xın  qohumlarını  əsir  götürdü.  Qələbədən  sonra  Məhəmməd  öz  oğlu  Divdadı 

Ərməniyyəyə hakim təyin edib, özü Gürcüstana gedərək, Tiflisi və digər şəhər-

ləri talan etdi. 

Nəhayət,  hicrətin  288-ci  ilində  (miladi  901)  Azərbaycanda  yayılmış  vəba 

xəstəliyi Məhəmmədin də həyatına son qoydu. İbn Əsir yazır: “901-ci ildə Azər-

bay


canda  yayılan  taun  xəstəliyindən  çoxlu  insan  tələf  olmuşdu.  Hətta  ölənləri 

dəfn etmək və onlara kəfən tapmaq belə, mümkün deyildi.”

570

 

Məhəmməd ibn 



Əbu Sacın ölümündən sonra hakimiyyətə oğlu Divdad gəldi. Lakin onun haki-

miy


yəti uzun çəkmədi. Həmin ilin avqustunda əmisi Yusif ibn Əbu Sac Divdadı 

ha

kimiyyətdən salıb özü xəlifənin Azərbaycan hakimi və canişini oldu. 



 

Təbəristan hakimi Məhəmməd ibn Zeydin şəhadəti 

Xəlifə Mütəzidin xilafəti dövründə hicrətin 287-ci ilində (miladi 900) Sa-

ma

ni  hökmdarı  İsmail  ibn  Əhmədin  (892-907)  göndərdiyi  qoşunla  baş  verən 



yüşdə İmam Həsənin (ə) soyundan olan şiə məzhəbli Təbəristan hakimi Mə-

həmməd ibn Zeyd şəhid olmuşdur. O, xəlifə Müstəinin (862-866) dövründə xi-

la

fətə qarşı qiyam qaldırmış Həsən ibn Zeydin qardaşı idi. 



Həsən ibn Zeydin (864-883) Amul şəhərində vəfatından (hicri 270/miladi 

883) sonra 

hakimiyyəti ələ keçirən Məhəmməd ibn Zeyd (883-900) təqribən on 

yeddi il Təbəristan və Deyləm şiələrinin başçısı olmuşdur. 

569

 Tarixi-Təbəri, V cild. 



570

 Tarixi ibn Əsir, VII cild. 

  

                                                           




 

358 


Xəlifə Əbul-Abbas Əhməd Mütəzid tarix kitablarında Əhli-beytə mülayim 

nasibət  göstərən,  seyidləri  incitməyən,  məsum  imamların  ruhuna,  xüsusilə 



İmam Əlinin (ə) adına ehtiramla yanaşan xəlifə kimi xatırlanır. O hələ vəliəhd-

lik dövründə məhbəsdə olarkən, yuxuda Hz.Əlini (ə) görmüş və həzrət ona mü-

ra

ciət  edərək  belə  buyurmuşdu:  “Tezliklə  hakimiyyət  sənə  keçəcək.  Xəlifə 



olan

dan sonra mənim övladlarıma zülm etmə!”. Mütəzid yuxuda bu tapşırığa 

əməl edəcəyinə söz vermiş və öz vədinə sadiq qalmışdır. 

Miladi  tarixi  ilə  897-ci  ildə  (hicri  284)  xəlifə  Mütəzid,  məscidlərdə  xütbə 

oxu

yarkən,  Əməvi  xəlifəsi  Müaviyə  ibn  Əbu  Süfyana  lənət  oxunması  barədə 



gös

təriş  verdi.  Lakin  onun  vəziri  Ubeydullah  ibn  Süleyman  bununla  camaatın 

na

razılığına səbəb ola biləcəyini və Hz.Əli (ə) övladlarının daha da güclənərək, 



ha

kimiyyət iddiasını artıracağını bəhanə gətirərək, onu bu əməlindən çəkindirdi. 

Apardığı  siyasət  nəticəsində  dövlət  xəzinəsini  doldurub,  əyalətlərdə  nisbi 

sa

kitlik yaradaraq, Abbasilər dövlətinin süqutunu azda olsa ləngidən Mütəzidə, 



bəzi tarixçilər II Səffah adını vermişlər. 

Abbasi xəlifəsi Əbul-Abbas Əhməd Mütəzid hicrətin 289-cu ili rəbi-ül-axir 

ayının sonlarında (miladi 902) Bağdadda vəfat etmişdir. Vəfatından qabaq oğlu 

Əbu Məhəmməd Əlini özündən sonra vəliəhd təyin etmişdir.

571

 

Xəlifə Mütəzidin şəxsiyyəti ilə əlaqədar daha ətraflı məlumat əldə etmək 



üçün  bu  mənbələrə  müraciət  edə  bilərsiniz:  Tarixi-Məsudi,  IV  cild,  səh-231-

275;  Tarixi  ibn  Əsir,  VII  cild,  səh-452-515; Siyuti, Tarixul-xüləfa,  səh-368-

375; Tarixi-

Təbəri, V cild, səh-604-638. 



 

Əbu Məhəmməd Əli Müktəfi hicri 289-295 (miladi 902-908) 

Xəlifə Mütəzidin ölümündən sonra Abbasi məmurları hicrətin 289-cu ilin-

də (miladi 902) mərhum xəlifənin oğlu Əbu Məhəmməd Əliyə “Müktəfi” ləqə-

bi

lə beyət edərək onu xəlifə təyin etdilər. 



Müktəfi hicrətin 263-cü ili (miladi 877) xəlifə Mutəmidin xilafəti dövründə 

Sa

mirədə anadan olmuşdur. O, Mütəzidin Çiçək adlı cariyəsi ilə izdivacından 



son

ra dünyaya gəlmişdir. Müktəfi Hz.Əlidən (ə) sonra Əli adını daşıyan ilk xə-

li

fə olmuşdur. Yeni xəlifə özünə vəzir olaraq Qasim ibn Vəhbi götürdü. Vəzi-



fəsindən istifadə edən Qasim ibn Vəhb dərhal keçmiş xəlifənin xidmətçisi olan 

Bədri hiylə ilə yanına çağıraraq, hicrətin 289-cu ilində (miladi 902) onu edam 

etdirdi.

572


 

Çünki  vaxtilə  Mütəzidin  sağlığında  Qasim  ibn  Vəhb  hakimiyyəti 

onun nəslindən alıb, Abbasilərin digər qoluna ötürmək istəyəndə, Bədr bu işin 

həyata keçməsinə mane olmuşdu. Olub-keçənlərin ortaya çıxmasından ehtiyat 

edən vəzir Qasim ibn Vəhb Bədri aradan götürdü. 

571


 Tarixi-Təbəri, V cild, səh-638. 

572


 Tarixi ibn Əsir, VII cild, səh-517-519; Nuri Ünlü, İslam Tarihi, I cild, səh-284. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə