Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə179/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   175   176   177   178   179   180   181   182   ...   314

  

361 


Müktəfinin ölümündən sonra Abbasi məmurları onun kiçik qardaşı Əbul-

Fəzl Cəfər ibn Mütəzidə hicrətin 295-ci ilində (miladi 908) beyət edərək onu 

xəlifə təyin etdilər. Yeni xəlifə özünə “Müqtədir” ləqəbini götürdü. O hicrətin 

282-


ci ili (miladi 895) Mütəzidin Şəğab adlı kənizlə izdivacından sonra Bağ-

dad


da anadan olmuşdur. 

Müqtədirin xəlifə seçilməsində vəzir Abbas ibn Həsənlə, İbn Füratlar nəslinə 

mənsub Əbul-Həsən Əli ibn Məhəmmədin rolu böyük olmuşdur. Çünki xəlifənin 

azyaşlı olması, onlara dövləti istədikləri kimi idarə etməyə imkan verəcəkdi. 

Xəlifə  Müqtədirin  dövründə  saray  əyanları  arasında  dörd  nəfər  müstəsna 

fuza və gücə sahib idi. Bunların birincisi xəlifənin dayısı, ordu komandanı 



Ğərib-ül-xal idi (“xal” sözü dayı mənasını verir).  

İkincisi  olan  Nəsr  qoşunun  əyalət  birlikləri  bölümünün  (“əsgər-üd-dun”) 

rəhbəri idi. Ona “əmir-ül-mömininin bəndəsi” ləqəbi verilmişdi. 

Digər  iki  nəfərin  adı  Munis  idi.  Bunları  bir-birindən  fərqləndirmək  üçün 

birinə “Munisi-fəhl” (igid), o birinə isə “Munisi-xəsiyy” (kosa, saqqalsız) və ya 

“Munisi-


müzəffər” (qalib) ləqəbi vermişdilər. Bunlar polis birliklərinə (şurtə) 

və xüsusi təyinatlı qoşun hissələrinə (xassə) başçılıq edirdilər. Hicrətin 301-ci 

ilində (miladi 914) Munisi-fəhl vəfat etdikdən sonra şurtə rəisliyində bir neçə 

nəfər  çalışmış,  nəhayət,  hicrətin  310-cu  ilində  (miladi  922)  bu  vəzifəyə  türk 

mənşəli Nazuk təyin olunmuşdur.

575


 

 

 

 

Əbu Abdullah Məhəmməd ibn Mutəmidin xəlifə elan olunması 

Bir araya gələn saray əyanları və qazilər sonda belə qərara gəldilər ki, xəli-

fə Müqtədiri hakimiyyətdən salıb, yerinə Əbu Abdullah Məhəmməd ibn Mutə-

midi (və ya Abdullah ibn Mütəzzi) xəlifə təyin etsinlər. Xəlifənin vəziri Abbas 

ibn Həsən də onlarla bir cəbhədə idi. Bu arada Abbas ibn Həsən fikrini dəyi-

şərək onlardan ayrıldı. Sirrin farş olmasından qorxuya düşən sui-qəsdçilər, və-

ziri aradan götürmək qərarına gəldilər. Bu işi Hüseyn ibn Həmdan və sərkərdə 

Vəsif ibn Səbuktəkin öz öhdələrinə götürdülər. Məhz bu iki nəfər hicrətin 296-

cı ilində (miladi 908) vəzir Abbas ibn Həsəni qətlə yetirdilər. 

Növbəti  gün  qiyamçılar  Əbu  Abdullah  Məhəmməd  ibn  Mutəmidi  xəlifə 

elan  edərək,  ona  “Mürtəza”  ləqəbini  verdilər.  Lakin  onun  xilafəti  cəmi  bircə 

gün davam etdi. Munisi-

fəhl  və  Munisi-xəsyyin  başçılığı  altında  olan  xəlifə 

Müq


tədirin tərəfdarları qiyamçıları məğlub etdi və Əbu Abdullah Məhəmməd 

ibn Mutəmid öldürüldü.

576

 

 



Müqtədirin həyata keçirdiyi daxili siyasət 

575


 Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-279. 

576


Tarixi-

Təbəri, V cild, səh-670-672; Tarixi ibn Əsir, VIII cild, səh-14-19.  

  

                                                           




 

362 


Vəzir  Abbas  ibn  Həsənin  ölümündən  sonra  xəlifə  Müqtədir  düşünmədən 

hicrətin 296-cı ilində (miladi 908)  İbn  Furat nəslinə mənsub Əbul-Həsən Əli 

ibn Məhəmmədi özünə vəzir seçdi. Bu kürsüyə yiyələnmək uğrunda İbn Furat 

nəsli ilə İbn Cərrah nəsli arasında ciddi mübarizə gedirdi.  İbn Furat nəsli şiə 

məzhəbinə bağlı idi. 

Xəlifə Müqtədirin İbn Furat nəslindən vəzir seçməsinin əsas səbəblərindən 

biri bu idi ki, əks tərəf yəni, İbn Cərrah nəsli dövlət çevrilişi zamanı Əbu Ab-

dullah  Məhəmməd  ibn  Mutəmidi  dəstəkləmiş,  hətta  İbn  Mutəmid  bir  günlük 

xilafətində bu nəsildən olan Məhəmməd ibn Davudu özünə vəzir götürmüşdü. 

İbn Furat xilafətin iqtisadiyyatını və məhsuldarlığını artırmaq üçün bəzi is-

la

hatlara əl atdı. Lakin onun həyata keçirdiyi islahatlar öz bəhrəsini vermədiyi 



üçün o, hicrətin 299-cu ilində (miladi 912) vəzifəsindən kənarlaşdırıldı. 

Onun yerinə Məhəmməd ibn Ubeydullah Xaqani vəzir təyin edildi. Vəzir 

Məhəmməd qoca olduğundan onun vəzifələrini oğlu Abdullah yerinə yetirirdi. 

La

kin  onlarında  hakimiyyəti  uzun  çəkmədi.  Rüşvətxorluqda  günahlandırılan 



ata və oğul on üç aydan sonra hicrətin 301-ci ilində (miladi 913-914) vəzifələ-

rin


dən uzaqlaşdırılaraq həbsə atıldılar. 

Bu  dəfə  Minisi-xəsiyyin  təşəbbüsü  ilə  İbn  Cərrah  nəslindən  olan  Əli  ibn 

İsa  xəlifə  Müqtədirin  vəziri  təyin  edildi.  Dövlətin  iqtisadiyyatını  dirçəltmək 

üçün fərqli tədbirlərə əl atan Əli ibn İsa, ticarəti bəzi vergilərdən azad etdi, id-

xa

lat və ixracatda nəzərdə tutulmuş bir neçə vergi növünü aradan qaldırdı. 



Bu  arada  xilafətin  qərb  sərhədlərini  Fatimilər  (909-1171) narahat edirdi. 

Onlar hicrətin 303-cü ilində (miladi 915) Trablisi mühasirəyə alıb, İsgəndəriy-

yəyə basqın etdilər. Fatimilərin qarşısını almağı öhdəsinə götürən Munisi-xə-

siyy onları Misir sərhəddindən qovub çıxardı. Bunun ardınca Həmdanilər (903-

1003) əl-Cəzirə bölgəsində qarışıqlıq saldılar və Munis onlara qarşı döyüşə get-

di. Qazandığı qələbələrə görə Munisə “müzəffər” (qalib) ləqəbini verdilər. Ey-

ni v

axtda  qərmətilərlə  danışıqlar  aparan  vəzir,  onlarla  sərfəli  şərtlər  əsasında 



ba

rışıq imzaladı. 

Hərbi  əməliyyatlara  çoxlu  vəsait  sərf  olunduğu  üçün  vəzirin  təlimatları 

əsasında məmurların məvacibi azaldıldı, zəruri olmayan xərclərin qarşısı alındı. 

Məmurların narazılığına səbəb olan bu təlimatlar nəticəsində Əli ibn  İsa hic-

rətin 304-cü ilində (miladi 917) vəzifəsindən uzaqlaşdırıldı. 

Ondan sonra vəzirlik yenə də İbn Furat nəslindən olan Əli ibn Məhəmmə-

də  verildi.  Lakin  bu  dəfə  də  işlərində  uğur  qazanmayan  Əli  ibn  Məhəmməd 

hic

rətin 306-cı ilində (miladi 918) vəzifəsindən kənarlaşdırıldı və onun yerini 



İbn Cərrah nəslindən olan Hamid ibn Abbas tutdu. Hamid ibn Abbas vəzir olsa 

da, onun əsas məsləhətçisi yenə Əli ibn İsa Cərrahi idi. Əli ibn İsa əvvəldə ol-

du

ğu  kimi,  məsrəfləri  azaltmaq  və  iqtisadiyyatı  dirçəltmək  istiqamətində  iş 



aparmağa başladı. 

Hicrətin  310-cu  ilində  (miladi  923)  Müqtədirin  xilafəti  dövründə  məşhur 

ta

rixçi və Quran təfsirçisi Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri vəfat edər-




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə