Şahlar şahbaz oğlu şƏRİfov


rəcək olsanız, sizə nə cəza verilibsə, eyni cəzanı verin. Əgər (onlardan inti-



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə18/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   14   15   16   17   18   19   20   21   ...   314

  

37 


rəcək olsanız, sizə nə cəza verilibsə, eyni cəzanı verin. Əgər (onlardan inti-

qam almayıb) səbr etsəniz, bu səbr edənlər üçün daha xeyirlidir.”

39

 

Bu ayənin nazil olmasından sonra Hz.Peyğəmbər (s) verdiyi andı geri gö-

tür

dü. Hətta Məkkənin fəthində Hz.Həmzənin qatili Vəhşini də öldürmədi. Ey-



ni zamanda bu ayə İslam dininin intiqam dini olmadığını sübut edir. Hətta insa-

nın bütün vücudunu qəzəb bürüdüyü zaman da ədalət unudulmamalıdır. 

Uhud şəhidlərinin dəfnindən sonra Hz.Peyğımbər (s) və müsəlmanlar Mə-

di

nəyə qayıtdı. 



6. 

Həmraul-Əsəd qəzvəsi: 

Uhud  döyüşündəki  məğlubiyyətdən  sonra  müsəlmanlar  Mədinəyə  qayıtdı. 

Bu vaxt bəzi mənbələrə görə Allah tərəfindən, bəzilərinə görə isə Mədinəyə gə-

lən  bir  şəxs  tərəfindən  Hz.Peyğəmbərə  (s) bildirilir  ki,  Əbu  Süfyanın  başçılığı 

altında olan 3000 nəfərlik müşrik ordusu yenidən Mədinəyə hücum etmək üçün 

geri qayıdır. Hz.Peyğəmbər bu hücumun qarşısını almaq üçün yalnız Uhudda iş-

tirak edən mücahidlərlə Mədinədən çıxaraq Həmraul-Əsəd adlı məntəqəyə getdi.  

Uhudda iştirak etməyənlərə orduya qoşulmaq icazə verilməməsinin səbəbi 

bunlar idi: 

1) 


Bu, Uhudda iştirak etməyənlərə bir növ etiraz idi. Hz.Peyğəmbər (s) bu-

nunla onlara 

başa salır ki, onların cihadda iştirak etmək ləyaqəti yoxdur. 

2) 


Uhudda iştirak edənləri tənbeh etmək. Çünki məhz onların səhvi ucba-

tından müsəlmanlar məğlub olmuşlar. İndi də bunun əvəzini özləri çıxmalı idi-

lər ki, birdə belə səhvə yol verməsinlər. 

Hz.


Peyğəmbərin (s) göstərişinə əsasən Möbəd Xuzai Rəvha adlı məntəqə-

yə gedərək Əbu Süfyanla görüşür. Onun yenidən Mədinəyə qayıtmaq istədiyini 

öy

rəndikdə Möbəd onu fikrindən döndərmək üçün deyir: “Müsəlmanlar hal-ha-



zırda böyük bir ordu ilə Həmraul-Əsəddə dayanıb. Uhud döyüşündə iştirak et-

məyənlər də bu gün Muhəmmədin ətrafındadır”. Bunu öyrənən Əbu Süfyan ye-

nidən Mədinəyə hücum etmək fikrindən daşınır. 

Bütün  gecəni  Həmraul-Əsəddə  keçirən  müsəlmanlar  Hz.Peyğəmbərin  (s) 

gös

tərişi ilə müxtəlif yerlərdə tonqal qalayırlar ki, düşmən onların sayının qat-



qat artıq olduğunu zənn etsin. 

Bu  mənzərəni  müşahidə  edən  Səffan  ibn  Umeyyə  Əbu  Süfyana  deyir: 

“Mü

səlmanlar  çox  qəzəblidirlər.  Nə  qədər  ki,  əldə  etdiyimiz  qələbəni  əldən 



ver

məmişik, Məkkəyə qayıdaq”. 



7. 

Qərqərətəlkədr qəzvəsi: 

Bu məntəqə Mədinənin üç mənzilliyində yerləşən bir çeşmənin adıdır. Bə-

ni-

Süleym və Bəni-Qətvan qəbilələri bu məntəqədə toplaşıb Mədinəyə hücum 



etmək istəyirdilər. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) Abdullah ibn Məktu-

mu Mədinədə öz  yerində qoyub 200 nəfərlik ordu ilə həmin məntəqəyə  yola 

39

 

“Nəhl” surəsi, ayə-126 



  

                                                           




 

38 


düşdü. Müsəlmanların gəldiyini öyrənən Bəni-Süleym və Bəni-Qətvan qəbilə-

ləri dağılışdılar. 



8. 

Ənmar qəzvəsi: 

Bu qəzvəyə İslam tarixində Zil-əmr qəzvəsi də deyilir. Ənmar Nəcd əyalə-

tin

dən olan bir yerin adıdır. Dəsur ibn Haris adlı bir müşrik Bəni Sələbə, Bəni 



harib və Bəni Qətvan qəbilələrini ətrafına toplayıb Mədinəyə hücum etmək 

is

təyirdi. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) dörd yüz nəfərlik dəstə ilə hə-



min məntəqəyə getdi. Bunu öyrənən Dəsur ibn Hasir adamları ilə birlikdə dağ-

la

ra qaçaraq gizləndi. 



9. 

Bəhran qəzvəsi: 

Bəhran For məntəqəsində yerləşən bir məntəqənin adıdır. For da Rəbəzədə 

olan  bir  kəndin  adıdır.  Bəni  Süleym  əhalisinin  Bəhranda  toplanıb  Mədinəyə 

hücum  etmək  istəmələri  Hz.Peyğəmbərə  (s)  çatdırıldı.  Bu  hücumun  qarşısını 

almaq üçün Hz.

Peyğəmbər (s) üç yüz nəfərlik dəstə ilə həmin məntəqəyə getdi. 

Bunu eşidən Bəni Süleym əhalisi dağılışdı. 

10. 625-

ci il ramazan ayının 15-də İmam Həsən (ə) anadan oldu. 



 

Hicrətin dördüncü ili baş verən hadisələr (miladi 626) 

1. 

Bəni Əsəd səriyyəsi: 

Bəni-Əsəd qəbiləsinin Xuveylid oğullarından olan Təlhə və Səlmənin baş-

çılığı altında Mədinəyə hücum edəcəyini öyrənən Hz.Peyğəmbər (s) Əbu Sələ-

məni 150 nəfərlik dəstə ilə göndərərək onları məğlub etdi.

40

 

2. 



Rəci faciəsi: 

Əzəl və Qarə tayfalarının başçısı Süfyan ibn Xalid müsəlmanlara qarşı belə 

bir plan hazırladı. O Mədinəyə heyət göndərərək Hz.Peyğəmbərə (s) bildirdi: 

“Bi


zim qəbilələr İslamı yenicə qəbul etdiyi üçün onun hökmlərini yaxşı bilmir. 

Sən  səhabələrindən  on  nəfərini  bizim  qəbiləyə  göndər  ki,  bizə  islamı  öyrət-

sin.”

41

 



Buna əsasən Hz.Peyğəmbər (s) on nəfərlik səhabəni Asim ibn Sabitin 

başçılığı ilə həmin məntəqəyə göndərdi. Lakin səhabələr Rəci adlı məntəqəyə 

çat

dıqda müşriklər onların hamısını şəhid etdilər. 



3. Biri-

Maunə faciəsi: 

Nəcd qəbiləsindən olan Amir ibn Malik Hz.Peyğəmbərin (s) yanına gələ-

rək  belə  dedi:  “Ya  Peyğəmbər!  Bizim  qəbiləmiz  İslamı  qəbul  etsə  də  onun 

hökm


lərini dərindən bilmir. İslamı onlara öyrətmək üçün səhabələrindən bəzi-

lərini bizim qəbiləyə göndər.” Hz.Peyğəmbər (s) Nəcd qəbiləsindən arxayın ol-

ma

dığını bildirdikdə Amir ibn Malik dedi: “Mən sənin səhabələrinə zamin du-



ruram. Onlar 

geri  qayıdana  qədər  mən  sənin  yanında  Mədinədə  qalacağam”. 

Bu 

sözlərdən sonra Hz.Peyğəmbər (s) qırx bəzi mənbələrə görə isə yetmiş sə-



40

 

Məğazeyi Vaqidi, 1-ci cid, səh-340-346. 



41

 

Təbəqati ibn Səd, 2-ci cild, səh-354. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə