Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə180/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   176   177   178   179   180   181   182   183   ...   314

  

363 


kən, onun dəfn mərasimi adına yaraşmayan şəkildə keçdi. Bunun səbəbi isə Tə-

bərinin hənbəlilərlə münaqişədə olması idi. 

Hamid  ibn  Abbas  və  Əli  ibn  İsa  xilafəti  böhrandan  çıxara  bilmədikləri 

üçün onların yerinə hicrətin 311-ci ilində (miladi 923) üçüncü dəfə Əli ibn Mə-

həmməd  Furati  vəzir  təyin  edildi.  Əli  ibn  Məhəmməd  vəzirliyə  keçən  kimi, 

oğlu Möhsini özünə köməkçi götürdü. Lakin bu dəfə də işləri düz gətirməyən 

Əli ibn Məhəmməd oğlu ilə birlikdə həbs edildi. Onların əlindən yanıqlı olan 

Mu

nis, Nəsr və Nazukun təhriki ilə xəlifə Müqtədir Əli ibn Məhəmməd Furati 



ilə oğlu Möhsini edam etdirərək, kəsik başlarını Dəclə çayına atdırdı. 

Bundan sonra vəzirlik Abdullah ibn Məhəmməd ibn Ubeydullah Xaqaniyə 

ve

rildi. Lakin onunla yola getməyən “əsgər-üd-din” bölümünün rəhbəri Nəsrin 



va

sitəçiliyi ilə on səkkiz ay sonra vəzifəsindən azad edildi və onun yerinə Əh-

məd ibn Ubeydullah Xəsibi vəzir təyin edildi. Sərvət sahibləri ilə yola getmə-

yən Əhməd ibn Ubeydullah Xəsibi də on dörd ay sonra vəzifəsini itirdi. 

Nəhayət, hicrətin 315-ci ilində (miladi 927) yenidən Əli ibn İsa Cərrahi və-

zir  təyin  edildi.  Bu  dəfə  Əli  ibn  İsanın  on  üç  aylıq  vəzirliyi  müddətində  heç 

kim incidilmədi, heç kəsin əmlakı nahaq yerə əlindən alınmadı. 

Miladi tarixilə 928-ci ildə (hicri 316) xəlifənin dayısı Ğərib-ül-xalın israrı 

ilə  İbn  Müqlə  vəzir  təyin  edildi.  Həddən  artıq  bacarıqlı  olan  İbn  Müqlə  qısa 

müd


dət ərzində hökumət işlərini öz əlində cəmləşdirdi. 

Bu ilin həcc müvsümündə (miladi 929) Məkkəyə hücum edən qərmətilər 

Kəbənin  divarındakı  Həcərül-əsvədi  (Qara  daşı)  götürüb,  özləri  ilə  Bəhreynə 

apar


dılar və Həcərül-əsvəd iyirmi ildən artıq onların əlində qaldı (Bu haqda ge-

niş məlumat veriləcək). 



Məhəmməd ibn Mütəzidin xəlifə təyin edilməsi 

Xəlifə Müqtədir, şürtə rəisliyinin rəhbəri Nazukun yaxınlarının bəzilərini və-

zi

fədən kənarlaşdırdı. Xəlifənin bu hərəkəti ilə barışmayan Nazuk ona qarşı çev-



riliş etmək qərarına gəldi. Bu barədə ilk öncə Munisi-müzəffərlə məsləhətləşən 

Nazuk ona dedi ki, guya xəlifə Munisi ordu komandanlığından uzaqlaşdırıb, öz 

dayısı oğlu Harun ibn Ğəribi bu vəzifəyə təyin etmək istəyir. Deyilənlərə inanan 

Munisi-


fəhl qiyamçılara qoşuldu. Onlar xəlifə Müqtədirin qardaşı Məhəmməd ibn 

təzidi xəlifə elan edərək, ona “Qahir” ləqəbini verdilər (gələcək xəlifə Qahir). 



Bundan sonra qiyamçılar Nazukdan həm məvaciblərinin artırılmasını, həm 

də bir neçə aylıq məvacibin qabaqcadan verilməsini tələb etdilər. Əsgərlərin tə-

ləbini yerinə yetirə bilməyən Nazuk hicrətin 317-ci ilində (miladi 929) onlar tə-

rəfindən öldürüldü. Sonra əsgərlərin tələbilə Müqtədir yenidən hakimiyyətə gə-

tirildi.  Lakin  tələb  edilən  məvacibi  almayınca  paytaxtı  tərk  etmək  istəməyən 

əsgərlər, sarayın yaxınlığında düşərgə qurdular. İyirmi min nəfərdən ibarət bu 

or

du həm Bağdad əhalisini incidir, həm də  yersiz müraciətlərlə dövlət adam-



larını narahat edirdilər. Bir neçə dəfə xəbərdarlıqdan sonra Bağdadın yeni şürtə 

rəisi onların üzərinə qoşun yeritdi. Hicrətin 318-ci ilində (miladi 930) baş verən 

yüşdə qalib gələn xilafət qüvvələri qiyamçıları paytaxtdan çıxardılar. 



  


 

364 


Həmin ilin ortalarında vəzifəsindən azad edilən İbn Müqlənin yerinə Əbul-

Qa

sim Süleyman ibn Həsən Cərrahi vəzir təyin edildi. Bu arada Nazukun baş-



çılığı altında çevriliş etmək istəyən əsgərlərlə xilafət qüvvələri arasında yeni-

dən qarşıdurma baş verdi. Vasit kənarında düşərgə quran qiyamçıların üzərinə 

Munisi-

müzəffər göndərildi. Hicrətin 318-ci ilində (miladi 930) də xilafət or-



dusu qalib gəldi və qiyamçıların başçısı əsir götürüldü. 

Munisi-


müzəffərin israrı ilə Nazukun yerinə təyin olunmuş Bağdadın yeni 

şürtə  rəisi  Yaqut  vəzifəsindən  kənarlaşdırıldı.  Bununla  da  kifayətlənməyən 

Munisi-

müzəffər hicrətin 319-cu ili (miladi 931) xəlifədən tələb etdi ki, Yaqutu 



ümumiyyətlə, paytaxtdan çıxarsın. Lakin xəlifə onun tələbini yerinə yetirmədi. 

Bundan  əlavə  Munisə  xəbər  çatdırdılar  ki,  Yaqut  onu  aradan  götürmək  üçün 

xəlifənin razılığını alıb. Baş verən hadisələrdən narahat olan Munisi-müzəffər 

əsgərlərini toplayaraq, Bağdadın girəcəyində düşərgə saldı. 

Vəziyyətin  gərginləşdiyini  görən  xəlifə  Müqtədir  Munisin  tələbini  yerinə 

ye

tirərək,  Yaqutu  ailə  üzvləri  ilə  birlikdə  Bağdaddan  çıxardı.  Bunu  öyrənən 



Mu

nis də əsgərləri ilə birlikdə şəhərə qayıtdı. 

Bu  ilin  rəcəb  ayında  vəzifəsinin  öhdəsindən  gələ  bilməyən  Əbul-Qasim 

Süleyman i

bn  Həsən  vəzirlikdən  kənarlaşdırıldı  və  onun  yerinə  Əbul-Qasim 

Ubey


dullah ibn Məhəmməd Kəlvazi vəzir təyin edildi. Lakin bu tədbir də haki-

miy


yət böhranını aradan qaldıra bilmədi. Yeni vəzir cəmi iki aydan sonra vəzi-

fəsindən kənarlaşdırıldı. Bu dəfə çoxdan bəri vəzirlikdə gözü olan Əbul-Camal 

seyn ibn Qasim vəzir təyin olundu. 



Sarayda baş verən hadisələrdən narahat olan Munisi-müzəffər hicrətin 320-

ci ilində (miladi 932) bir daha ordusunu toplayaraq, Bağdad kənarında düşərgə 

sal

dı. 


Munisi-

müzəffərin özbaşınalığından cana doymuş xəlifə Müqtədir də tabe-

li

yində olan əsgərləri döyüşə hazırladı. Xəlifənin dayısı oğlu Harun ibn Ğərib, 



Ya

qut, vəzir Əbul-Camal da xəlifənin tərəfində idilər. Xilafət ordusunun çoxlu-

ğundan qorxuya düşən bəzi əsgərlər Munisi-müzəffəri tərk edərək xəlifənin tə-

rəfinə keçdilər. 

Ətrafında iki min nəfər qalan Munis Mosula doğru hərəkət etdi. Lakin Mo-

sul valisi olan Həmdanilər (903-1003) Munisi öz torpaqlarına buraxmaq istə-

mədilər. Hicrətin 320-ci ilində (miladi 932) Həmdanilərlə Munis arasında baş 

ve

rən döyüşdə qalib gələn Munis Mosulu ələ keçirdi. Mosulun fəthindən sonra 



ətraf məntəqələr də bir-bir onun ixtiyarına keçirdi. 

Bu arada Əbul-Camalın yerinə İbn Furat soyuna mənsub Fəzl ibn Cəfər və-

zir təyin edildi. O, Munisi-müzəffərlə görüşərək onu Bağdada dəvət etdi. Fəzli 

bu hərəkətə təhrik edən əsas səbəb paytaxtda başlayan narazılıq dalğaları idi. 

Sərhəd  bölgələrinin  bəzi  sakinləri  Bağdada  gələrək,  onların  başına  gətirilən 

sibətləri camaata danışdılar. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə