Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə182/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   178   179   180   181   182   183   184   185   ...   314

  

367 


di.  Ağır  işgəncələrdən  sonra  keçmiş  xəlifə  Müqtədirin  anası  seyidə  hicrətin 

320-


ci ilində (miladi 932) dünyasını dəyişdi.

578


 

Yeni xəlifə qan tökməyə həris, 

ko

bud və qəddar təbiətə malik bir şəxs olmuşdur. 



Qahir Müqtədirin dövründən qaçıb gizlənən İbn Müqləyə aman verib, bü-

tün əmlakını özünə qaytardıqdan sonra onu özünə vəzir təyin etdi. Tezliklə sa-

ray

dakı mövqeyini bərpa edən İbn Müqlə dövlət idarəçiliyini öz əlinə aldı. 



Xəlifə Qahir olsa da xilafəti əslində iki nəfər İbn Müqlə və Munisi-müzəf-

fər idarə edirdi. Onların təsirindən qurtulmaq istəyən Qahir hicrətin 321-ci ilin-

də (miladi 932) dövlət vəzifələrinə yeni şəxslər gətirdi. Xəlifənin bu hərəkətini 

na

razılıqla qarşılayan İbn Müqlə ilə Munisi-müzəffər birləşərək onun əleyhinə 



çev

riliş etməyə hazırlaşdılar. Onlar Qahiri xilafətdən salaraq onun yerinə Əbu 

Əhməd ibn Müktəfini xəlifə təyin etmək istəyirdilər. 

Onların planından xəbər tutan Qahir Munisi-müzəffəri edam etdirsə də, İbn 

Müq

lə qaçıb gizləndi. İbn Müqlə ilə Munisi-müzəffərin əmlakını müsadirə edən 



xəlifə onu məvacib tələb edən əsgərlərin arasında paylayaraq, onları razı saldı. 

Əbu Əhməd ibn Müktəfini isə Qahirin əmri ilə bir otağa salıb, qapısını hördülər. 



 

Xəlifə Qahirin hakimiyyətdən salınması 

Xəlifə Qahiri hakimiyyətdən salmaq fikrindən əl çəkməyən İbn Müqlə qısa 

müd

dət ərzində saray xadimlərinə yol taparaq, onların bir çoxunu öz tərəfinə çə-



kə bildi. İbn Müqlənin təhriki ilə hicrətin 322-ci ilində (miladi 934) sui-qəsdçilər 

ge

cəyarı Qahirin otağına daxil olaraq, sərxoş xəlifədən tələb etdilər ki, hakimiy-



yətdən istefa versin. Sonra Qahirin gözlərinə mil çəkərək onu kor etdilər. Gözlə-

rini itirən xəlifə on bir il həbsdə qaldıqdan sonra hicrətin 333-cü ilində (miladi 

944-

945)  xəlifə  Müstəkfi  tərəfindən  azadlığa  buraxıldı. Qalan ömrünü dilənçi-



liklə başa vuran Qahir hicrətin 339-cu ilində (miladi 950) Bağdadda vəfat etdi.

579


 

Bu günə qədər xalq arasında dolaşan “Burda mənəm, Bağdadda kor xəlifə” 

ata

lar sözü məhz Qahirin acı taleyi barəsində yaranmışdır. 



 

Əbul-Abbas Əhməd Razi hicri 322-329 (miladi 934-940) 

Qahirin  hakimiyyətdən  salınmasından  sonra  Abbasi  məmurları  Əbul-Ab-

bas Əhməd ibn Müqtədiri hicrətin 322-ci ilində (miladi 934) xəlifə elan edərək 

ona beyət etdilər. Yeni xəlifə özünə “Razi” ləqəbini götürdü. O, hicrətin 297-ci 

ilin

də (miladi 909-910) Müqtədirin Zəlum adlı kənizlə izdivacından sonra Bağ-



dad

da anadan olmuşdur. 



 

Razi və Əhli-beyt 

Əvvəlki  xəlifələrdən  fərqli  olaraq  Razinin  Əhli-beytə  münasibəti  mülayim 

idi.  O,  Əhli-beytin  haqqı  olan  Fədək  bağlarını  Hz.Fatimənin  (s.ə)  vərəsələrinə 

578


Tarixi ibn Əsir, VIII cild, səh-244-246; Nuri Ünlü, İslam Tarihi, I cild, səh-285.  

579


Tarixi ibn Əsir, VIII cild, səh-248-264; Siyuti, Tarixul-xüləfa, səh-386-390.  

  

                                                           




 

368 


qay

tardı. Fədəkin Hz.Fatimədən (s.ə) alınmasından Razinin dövrünədək bu bağ 

ar

tıq onuncu dəfə idi ki, qəsb edilir və sahibinə qaytarılırdı. Belə ki, Müaviyə ibn 



Əbu Süfyan xilafəti dövründə Fədək torpaqlarını üç hissəyə bölüb, bir hissəsini 

Mərvan ibn Həkəmə, o biri hissəsini Əmr ibn Osmana, üçüncü hissəni isə oğlu 

Yezidə bağışladı. Sonralar o biri iki nəfərin payı da Mərvan ibn Həkəmin əlinə 

keçdi  və  Mərvan  bütün  Fədəki  oğlu  Əbdüləzizə  hədiyyə  etdi.  Sonralar  xəlifə 

olan Ömər ibn Əbdüləziz atasından ona qalmış Fədəki əsl sahiblərinə qaytardı. 

Sonrakı  xəlifə  II  Yezid  ibn  Əbdülməlik  (720-724)  Fədəki  yenidən  qəsb  etdi. 

Əməvilər  xilafətinin  sonuna  qədər  Fədək  torpağı  Mərvan  ibn  Həkəmin 

oğullarının əlində qaldı. Abbasilər hakimiyyətə gələndən sonra Fədək növbə ilə 

gah  Hz.

Fatimə (s.ə) soyuna qaytarılır, gah da geri alınırdı. Birinci xəlifə Əbul-

Abbas  Səffah  (750-754)  Fədəki  Hz.Fatimə  (s.ə)  soyuna  vermiş,  ikinci  xəlifə 

Mənsur  Dəvaniqi  (754-775)  geri  almışdır.  Növbəti  xəlifə  Mehdi  bu  torpaqları 

Hz.

Fatimənin  (s.ə)  nəslinə  qaytarsa  da,  xəlifə  Hadi  yenidən  qəsb  etmişdir. 



Məmun (813-833) xilafəti dövründə yenidən Fədəki Hz.Fatimənin (s.ə) nəslinə 

qaytarsa da, xəlifə Mütəvəkkil (847-861) yenidən qəsb etmişdir. Fədəkin bundan 

sonrakı tarixi barədə məlumatlar fərqlidir. Razi hakimiyyətə gələndə Fədək yenə 

də  öz sahiblərindən  alınmışdı.  Razi  onuncu  dəfə  Fədəki  Hz.Peyğəmbərin  (s) 

nəslinə qaytarmışdı.

580


 

Razinin  hakimiyyəti  XII  imam  Hz.Mehdinin  (əc)  kiçik  qeybət  dövrünün 

so

nuna təsadüf edir. Altmış doqquz il (hicri 260-329/miladi 874-943) il davam 



et

miş kiçik qeybət dövründə o Həzrət dörd nəfər seçilmiş şəxs vasitəsilə üm-

mətlə əlaqə saxlayırdı: 

1. 


Əbu Əmr Osman ibn Səid Əmri 

2. 


Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri 

3. 


Əbul-Qasim Hüseyn ibn Ruh Novbəxti 

4. 


Əbul-Həsən Əli ibn Məhəmməd Səməri 

“Naib” adlanan bu şəxslər Hz.Mehdi (əc) tərəfdarlarının suallarını imama 

çat

dırır, onun buyurduğu cavabları da ünvanına çatdırırdılar. 



Razinin xilafət dövrü üçüncü naib Əbul-Qasim Hüseyn ibn Ruh Novbəxti-

nin və dördüncü naib Əbul-Həsən Əli ibn Məhəmməd Səmərinin naiblik döv-

nə təsadüf edir. 



Həmin vaxt Əbu Cəfər Məhəmməd ibn Əli Şəlmağani üçüncü naibə həsəd 

apa


raraq özünü İmamın (əc) naibi, sonra isə imamın özü olduğunu söylədi. Da-

ha sonra iddia etdi ki, Allah onda hulul etmişdir. Şəlmağani camaat arasında tə-

na

süx və hulul (Allahın insanda həll olması) əqidələrini yayırdı. İş o yerə çatdı 



ki, Hz.

Mehdi (əc) özü onu məktub vasitəsilə lənətlədi. Nəhayət, hicrətin 322-ci 

ilin

də (miladi 934) xəlifə Razinin əmri ilə Əbu Cəfər Məhəmməd ibn Əli Şəl-



ma

ğani dar ağacından asılaraq öldürüldü. 

580

Şeyx  Abbas  Qummi,  Tətimmətül-müntəha,  səh-262-263;  Əllamə  Hilli,  “Nəhcül-həqq  və 



kəşg-üs-sidq, səh-357-358.  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə