Şahlar şahbaz oğlu şƏRİfov


Məhəmməd ibn Əli ibn Hüseyn Beyzavinin edamı hicri 328/miladi 940



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə183/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   179   180   181   182   183   184   185   186   ...   314

  

369 


 

Məhəmməd ibn Əli ibn Hüseyn Beyzavinin edamı hicri 328/miladi 940 

“İbn Müqlə” ləqəbilə tanınan Məhəmməd ibn Əli ibn Hüseyn Beyzavi Şirazi 

dini və dünyəvi elmlərin mahir bilicisi sayılır, ədəbiyyatı, məntiq və bəlağəti, Qu-

ran elmlərini gözəl bilirdi. Onun əsas məharəti xəttatlıq idi. İbn Müqlə kufi xət-

tinin yazılış qaydaları üzərində dəyişiklik edərək yeni xətt növləri yaratmağa nail 

oldu. Bu gün müsəlman aləmində geniş yayılmış, Quran nüsxələrinin yazılışında 

ən çox istifadə edilən nəsx və süls xətləri İbn Müqlənin ixtirası sayılır. Qahirin 

taxt


dan salınmasında xüsusi rolu olduğuna görə, Razi İbn Müqləni özünə vəzir tə-

yin 


etmişdi. Onun mahir siyasətçi olması Razini çox narahat edirdi. İbn Müqlə 

hər an Raziyə qarşı sui-qəsd hazırlaya bilərdi. Bütün bunları nəzərə alan xəlifə 

Ra

zi İbn Müqləni həbs etdirərək, hicrətin 328-ci ilində (miladi 940) edam etdirdi. 



 

Əmir-ül-üməralığın yaradılması 

Razinin xilafəti dövründə Misir və Şam bölgəsi İxşidilərin (935-969), əl-

Cəzirə  və  Bizansla  sərhəd  bölgələr  Həmdanilərin  (903-1003),  Şimali  Afrika 

torpaqları  Fatimilərin  (909-1171),  Xorasan  və  Mabəraun-nəhr  Samanilərin 

(892-999), Fars 

vilayəti Büveyhilərin (932-1062), Bəhreyn və cənibi Ərəbistan 

qərmətilərin əlində idi. Əndəlusda Əməvi sülaləsindən olan xəlifələr hakimlik 

edir


dilər. Xəlifə Razinin ixtiyarında Bağdad şəhəri və ətrafından başqa bir yer 

qal


mamışdı. Miladi X əsrin birinci rübündə (hicri IV) müsəlman torpaqlarının 

müx


təlif qütblərində hökm sürən üç hakim özünü “əmir-ül-möminin” adlandı-

rırdı. Bağdadda Razi, Əndəlusda Əməvilər sülaləsindən olan II Əbdürrəhman 

(822-

852), Şimali Afrikada isə Fatimilərin sələfi əl-Qaim Ubeydullah Mehdi. 



Xəlifə  Razi  hakimiyyətdə  qalmasını  təmin  etmək  üçün  “əmir-ül-üməra” 

sta


tusu  təsis  etdi.  Əmir-ül-ümara  məqamının  sahibinə  dövlət  idarəçiliyində 

qeyri-


məhdud  səlahiyyətlər  verilmişdi.  Eyni  zamanda  bu  məqama  sahib  olan 

şəxslər siyasi nüfuza, hərbi gücə və maliyyə imkanlarına sahib olmalı idi. 

Tarixi mənbələrə əsasən, İslam tarixində bundan əvvəldə əmirül-üməralıq 

sta


tusu mövcud olmuşdur. II xəlifə Ömər ibn Xəttab (634-644) İran cəbhəsində 

yüşən  ordunun  başçısı  Səd  ibn  Əbu  Vəqqasa,  Əməvi  xəlifəsi  I  Yezid  ibn 



Müa

viyə (680-683) Məkkə üzərinə göndərdiyi sərkərdə Müslim ibn Əqəbəyə 

bu ləqəbi vermişdir. Xəlifə Müqtədir (908-932) öz sərkərdəsi və qohumu Haru-

na, xəlifə Qahir (932-934) isə Munisə eyni adı vermişdir. Bu xəlifələrin əta et-

dik

ləri  əmirül-üməra  adı  yalnız  ordunun  baş  komandanlığı  vəzifəsi  ilə  məh-



dudlaşırdı. 

Xəlifə Razinin dövründəki əmir-ül-üməra isə ordunun baş komandanı ol-

maq

la  yanaşı, baş vəzirdən də  yüksəkdə dururdu, mühüm dövlət vəzifələrinə 



(hətta vəzirliyə) təyinatlar onun istəyi ilə həyata keçirilirdi, xəzinə gəlirlərinə 

nəzarət və xərclərin istiqaməti də ona tabe idi. Xütbələrdə xəlifədən sonra onun 

adına dua oxunurdu.  

  



 

370 


Razinin dövründə əmir-ül-üməranın ilk sahibi hicrətin 324-cü ilində (miladi 

936) Bəsrə və Vasit valisi Məhəmməd ibn Raiq Xəzəri oldu. Razini İbn Raiqin 

ta

beçiliyinə keçməyə məcbur edən amillərdən biri də Deyləm vilayəti tərəfindən 



Bağdadı hədələyən təhlükə idi. Hicrətin 322-ci ilində (miladi 934) Qəzvin valisi-

nin sərkərdələrindən olan Mərdavic ibn Ziyar Deyləmi şəhərə hakim oldu. Rey, 

İsfəhan, Təbəristan, Cürcan və Həmədanı ələ keçirən Mərdavic Bağdada hücum 

edərək, Abbasiləri taxtdan salıb, Fars dövləti qurmaq istəyirdi. Onun ölümündən 

son

ra onu qardaşı Vəşmgir əvəz etsə də, onun zəifliyindən istifadə edən Büvey-



hilər və Samanilər əlindəki torpaqların çox hissəsini ondan aldılar. 

Bağdadı hədələyən daha bir təhlükə Əhvaz bölgəsini idarə edən Bəridilər 

tərəfindən gəlirdi. İbn Raiqin iki illik əmir-ül-üməralıq dövrü asan keçmədi. O 

hic


rətin 326-cı ilində (miladi 938) Bəridilərlə döyüşməli oldu. Növbəti ildə isə 

İbn Raiq öz vəzifəsini Bəckəmə verdi. 

Bəckəmin  əmirlik  müddəti  dövründə  Bağdadda  qarışıqlıq  və  nizamsızlıq 

hökm sürürdü. Bir tərəfdən məvacib ala bilməyən əsgərlər camaatı soyub tala-

yır, digər tərəfdən oğru  və soyğunçular şəhərdə  tüğyan edirdilər. Bəckəmdən 

xəlifəyə  çoxlu  sayda  şikayətlər  olunmasına  baxmayaraq,  heç  bir  müqavimət 

cünə malik olmayan xəlifə onun əmirliyi ilə barışmağa məcbur idi. Bəckə-



min səyləri nəticəsində Bəridilərin və Büveyhilərin Bağdadı ələ keçirmə cəhd-

lərinin qarşısı dəfələrlə alınmışdı. 

Əbul-Abbas Əhməd Razi hicrətin 329-cu ilində (miladi 940) otuz iki yaşın-

da vəfat etmiş və Rüsafədə dəfn edilmişdir. Razi şeir  yazan və cümə günləri 

məsciddə xütbə oxuyan son Abbasi xəlifəsi olmuşdur.

581


 

Əbu İshaq İbrahim Müttəqi hicri 329-333 (miladi 940-944) 

Razinin ölümündən sonra qardaşı Əbu İshaq İbrahim ibn Müqtədir xəlifə 

elan olunaraq Müttəqi ləqəbini aldı. O hicrətin 297-ci ilində (miladi 908) Müq-

tədirin Zöhrə adlı kənizlə izdivacından sonra dünyaya gəlmişdir. 

Onun  hakimiyyətinin  ilk  ili  Bəckəmin  əmir-ül-üməralıq  dövrünə  düşür. 

Bəckəmin  zəifləməsindən  istifadə  edən  Bəridilər  Razinin  dövründə  bağladıq-

ları müqaviləni pozaraq (sülhə görə Vasit şəhəri Bəridilərə verilmişdi) hücuma 

keşdilər. Bəckəm onların üzərinə Tüzunu göndərdi. Lakin özü sui-qəsdçilər tə-

rəfindən öldürüldü.  

Bu arada Bəridilərlə bacara bilməyəcəyini görən Tüzun İbn Raiqin yanına 

get

di. Başsız qalan ordunun yarısı Bəridilərin tərəfinə keçdi. Əbu Abdullah Bə-



ri

di asanlıqla əvvəlcə Vasiti, sonra isə Bağdadı ələ keçirdi. 

Əbu  Abdullah  Bəridi  xəlifənin  sərvətini  ələ  keçirib  qaçdıqdan  sonra  türk 

mənşəli  Kürtəkin  özünü  əmir-ül-üməra  elan  etdi.  Xəlifə  Müttəqi  Kürtəkinin 

şərrindən qurtarmaq üçün İbn Raiqi Bağdada dəvət etdi. Hicrətin 330-cu ilində 

(mi


ladi  942)  Bağdada  gələn  İbn  Raiq  Kürtəkinin  ordusunu  məğlub  edərək 

Bağdadı geri aldı.  

581

Tarixi-


Məsudi, 1385/1965, IV cild, səh-336-338; Tarixi ibn Əsir, VIII cild, səh-366-368.  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə