Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə184/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   180   181   182   183   184   185   186   187   ...   314

  

371 


Lakin  az  sonra  Əbul-Hüseyn  Bəridi  böyük  bir  ordu  ilə  Bağdada  doğru 

hərəkət  etdi.  Bu  arada  Tüzunun  Bağdadı  tərk  etməsi  nəticəsində  qüvvələr 

nisbəti Bəridilərin xeyrinə dəyişdi. Məğlub olan İbn Raiq xəlifəni də götürüb 

Bağdadı tərk etdi. 

Xəlifə Müttəqi Bağdadı Bəridilərdən geri almaq üçün Həmdanilərdən kö-

mək istədi. Həmdanilər İbn Raiqdən ehtiyat etdikləri üçün ilk öncə miladi tarixi 

ilə 942-ci ildə onu aradan götürdülər. Bundan sonra Bağdad uğrunda mübarizə 

apa


ran Həmdanilər Bağdadı və Vasiti Bəridilərdən azad etdilər. Bağdadı azad 

et

diyi üçün xəlifə Müttəqi Həsən Həmdaniyə əmir-ül-üməra vəzifəsini və “Na-



sir-üd-

dövlə” (dövlətin yardımçısı) titulunu verdi. Onun qardaşı Əli Həmədani 

isə “Seyf-ud-dövlə” (dövlətin qılıncı) adını aldı. 

Lakin  Həmdanilərdə  Bağdadı  uzun  müddət  özlərində  saxlaya  bilmədilər. 

Hic

rətin 331-ci ilində (miladi 943) Bağdadı özünə tabe edən Tüzun, xəlifə tərə-



fin

dən əmir-ü-üməra ləqəbini aldı. Bəridilərə qarşı mübarizə aparan Tüzun Va-

sit və Tikriti onlardan geri aldı. 

Bu arada Tüzunun Bağdadda olmamasından istifadə edən xəlifə Müttəqi ye-

nidən Həmdanilərə sığındı. Lakin Bağdad uğrunda gedən mübarizələrdə məğlub 

olan  Həmdanilər,  xəlifə  Müttəqi  ilə  birlikdə  son  sığınacaqları  olan  Mosula 

çəkildilər.  Qələbədən  sonra  Tüzun  xəlifənin  yanına  elçi  göndərib  onunla  ba-

rışmaq istədiyini bildirdi. Əmin-amanlıq üçün Tüzundan vəd alan xəlifə Müttəqi 

hicrətin  333-cü  ilində  (miladi  944)  Bağdada  qayıtdı.  Lakin  xəlifə  vəd  edilmiş 

əmin-amanlıqla yox, həbs və işgəncələrlə qarşılaşdı. O, Bağdada daxil olduqdan 

az sonra hakimiyyətdən salındı. Tüzunun adamları onu istefa verməyə məcbur 

etdilər.  Hicrətin 333-cü  ilində  (miladi  944)  istefa  kağızı  imzalandıqdan sonra 

xəlifə Müttəqinin gözlərinə mil çəkib onu kor etdilər. Bu vəziyyətdə iyirmi beş il 

həbsdə qalan xəlifə Müttəqi, hicrətin 357-ci ilində (miladi 968) vəfat etmişdir.

582

 

 



Əbul-Qasim Abdullah Müstəkfi hicri 333-334 (miladi 944-946) 

Müttəqi hakimiyyətdən salındıqdan sonra Əbul-Qasim Abdullah ibn Mük-

təfi Abbasi xəlifəsi təyin edildi. O özünə “Müstəkfi” ləqəbini götürdü. Müstək-

fi hicrətin 292-ci ilində (miladi 905) Müktəfinin Əmləhun-nas adlı cariyə ilə iz-

di

vacından sonra Bağdadda anadan olmuşdur. 



Müstəkfini əlində oyuncağa çevirən Tüzun bir an da olsun onu nəzarətin-

dən kənarda qoymurdu. Hicrətin 334-cü ilində (miladi 945) Tüzunun vəfatın-

dan sonra əmir-ül-üməralıq vəzifəsini onun sadiq köməkçisi Əbu Cəfər ibn Şir-

zad tutdu. Onun əmir-ül-üməralıq dövründə Bağdad həm siyasi, həm də iqtisa-

di baxımdan tənəzzül etmək üzrə idi. 

 

Büveyhilərin Bağdadı ələ keçirməsi 

582


Tarixi ibn Əsir, VIII cild, səh-368-419; Siyuti, Tarixul-xüləfa, səh-394-397. 

  

                                                           




 

372 


Bağdadın zəifləməsindən istifadə edən Büveyhilər hicrətin 334-cü ilində (mi-

lad


i 945) böyük bir ordu ilə hücum edərək şəhəri ələ keçirdilər. Büveyhiləri xilas-

kar  kimi  qarşılayan  xəlifə  Müstəkfi,  ordunun  başçısı  Əhməd  ibn  Büveyhə 

“Muizz-üd-

dövlə” (dövlətə izzət bəxş edən), onun qardaşı Əliyə “İmad-üd-dövlə” 

(döv

lətin sütunu), o biri qardaşı Həsənə isə “Rükn-üd-dövlə” (dövlətin dayağı) lə-



qəblərini verdi. Muizz-üd-dövlə həmçinin əmir-ül-üməra statusunu aldı. 

Şiə məzhəbinə etiqad edən Muizz-üd-dövlə Bağdada daxil olanda xilafəti 

da

ğıdıb, şiə dövləti qurmaq fikrində olsa da, sünni dünyasının təzyiqindən ehti-



yat edib xəlifəlik məqamını qorumaq qərarına gəldi. 

Bağdad fəthindən qısa müddət sonra Muizz-üd-dövləyə xəbər çatdı ki, xə-

li

fə onun əleyhinə plan hazırlayır. Bunu öyrənən Muizz-üd-dövlə xəlifəni qa-



baq

lamaq qərarına gəldi. Hicrətin 334-cü ilində (miladi 946) Muizz-üd-dövlə-

nin adamları Müstəkfini sürüyə-sürüyə onun yanına gətirdilər. Muizz-üd-döv-

lənin əmrinə əsasən xəlifə Müstəkfinin gözlərinə mil çəkərək onu kor etdilər. 

Bu vəziyyətdə üç il həbsda qalan xəlifə Müstəkfi hicrətin 338-ci ilində (miladi 

949) vəfat etmişdir.

583

 

Xəlifə Müstəkfinin vəfat etməsi ilə Abbasilərin müstəqil hakimiyyətinə son 



qo

yuldu. Büveyhilərin Bağdadı tutmaları Abbasi xəlifələrinin müstəqilliyi ta-

mam

ilə itirmələri və gah bu, gah da digər hökmdarın əlində oyuncağa çevril-



mələri üçün bir başlanğıc oldu. Hicrətin 334-cü ilindən (miladi 946) sonra Ab-

ba

silər demək olar ki, bir daha müstəqil siyasət yürüdə bilmədilər. Onlar əvvəl-



cə Büveyhilərin, daha sonra isə Səlcuqların qeyri-rəsmi vassalı kimi fəaliyyət 

gös


tərir,  daha  çox  dini  rəhbərlik  daşıyırdılar.  Hicrəti  590-cı  ilində  (miladi 

1194) Səlcuq təsirindən azad olduqdan sonra Abbasi xəlifələrinə öz nüfuz və 

qüd

rətləri  qayıtmağa  başladı.  Lakin  qısa  müddət  sonra  hicrətin  656-cı  ilində 



(mila

di 1258) Hülakinin başçılığı altında hücum edən monqol qoşunu Abbasi-

lər xilafətinə son qoydu.

584


  

Digər Abbasi xəlifələri bunlardır: 

23. 

Əbul-Qasim Müfəzzəl Muti hicri 334-363/miladi 946-974 



24. 

Əbul-Fəzl Əbdülkərim Tai hicri 363-381/miladi 974-991 

25. 

Əbul-Abbas Əhməd Qadir hicri 381-442/miladi 991-1031 



26. 

Əbu Cəfər Abdullah Qaim hicri 422-467/miladi 1031-1075 

27. 

Əbul-Qasim Abdullah Müqtədi hicri 467-487/miladi 1075-1094 



28. 

Əbul-Abbas Əhməd Müstəzhir hicri 487-512/miladi 1094-1118 

29. 

Əbu Mənsur Fəzl Müstərşid hicri 512-529/miladi 1118-1135 



30. 

Əbu Cəfər Mənsur Raşid hicri 529-530/miladi 1135-1136 

31. 

Əbu Abdullah Məhəmməd Müktəfi hicri 530-555/miladi 1136-1160 



32. 

Əbul-Müzəffər Müstəncid hicri 555-566/miladi 1160-1170 

583

Tarixi-


Məsudi,  IV  cild,  səh-355;  Tarixi  ibn  Əsir,  VIII  cild,  səh-420-421, 448-451; Siyuti, 

Tarixul-


xüləfa, səh-397-398. 

584


Xudari, Devlətul-Abbasiyye, səh-480-482. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə