Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə185/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   181   182   183   184   185   186   187   188   ...   314

  

373 


33. 

Əbu Məhəmməd Həsən Müstədi hicri 566-575/miladi 1170-1180 

34. 

Əbul-Abbas Əhməd Nasir hicri 575-622/miladi 1180-1225 



35. 

Əbu Nəsr Məhəmməd Zahir hicri 622-623/miladi 1225-1226 

36. 

Əbu Cəfər Mənsur Müstənsir hicri 623-640/miladi 1226-1242 



37. 

Əbu Əhməd Abdullah Müstəsim hicri 640-656/1242-1258 

Bunlardan Muti, Tai, Qadir və Qaimin xilafətinin bir hissəsi Büveyhilərin, 

Qaimin  xilafətinin  qalanı,  Müktədi,  Müstəzhir,  Müstərşid,  Raşid,  Müktəfi, 

Müs

təncid, Müstəzi və Nasirin xilafətinin yarısı Səlcuqların hakimiyyətinə dü-



şür. Zahir, Müstənsir və Müstəsimin dövründə Abbasilər nisbi azadlıq qazansa-

lar da, tezliklə monqollar tərəfindən bu xilafətə son qoyulmuşdur. 



 

Abbasilərin son günləri hicri 640-656 (miladi 1242-1258) 

Miladi tarixi ilə 1242-ci ildə Müstənsirin vəfatından sonra oğlu Əbu Əh-

m

əd  Abdullah  “Müstəsim”  ləqəbilə  son  Abbasi  xəlifəsi  olaraq  taxta  çıxdı. 



Müs

təsim 1212-1213-cü illərdə anadan olmuşdur. Xəlifə olduqdan sonra özünə 

vəzir olaraq Müəyyəduddin ibn Əlqəmini götürdü. O, şiə məzhəbindən olduğu 

üçün əhli-sünnənin düşməni idi. Bu arada Bağdadda şiələrlə sünnilər arasında 

baş  verən  qalmaqal  nəticəsində  sünnilər  şiələri  çapıb-taladı.  Bundan  narahat 

olan İbn Əlqəmi Hülakini Bağdada dəvət etdi. Buna əsasən 1258-ci ildə (hicri 

656) Bağdada daxil olan Hülaki Müstəsimi, oğlanlarını, ailəsini və bütün Ab-

basi ailəsini edam etdirdi.

585

  

Abbasilər  miladi  tarixilə  508  il,  hicri  tarixilə  isə  524  il  hakimiyyətdə  ol-



muşlar. Bunlardan onu taxtdan salınmış, doqquzu qətl edilmişdir. Üçü kor edil-

miş (Qahir, Müttəqi, Müstəkfi), dördünün ani olaraq öldüyü xəbər verilir, biri 

zəhərlənmiş, biri də öz istəyi ilə xilafəti tərk etmişdir. 

 

Abbasilər xilafətinin yıxılma səbəbləri 

1. 


Abbasi  xəlifələri  içində  Müaviyə  ibn  Əbu  Süfyan  və  Əbdülməlik  ibn 

Mərvan kimi siyasətçilər yox idi. 

2. 

Abbasilər özlərinə sədaqətlə xidmət edən vəzirləri və sərkərdələri heç bir 



səbəb olmadan aradan götürürdülər. Əbu Müslim Xorasani, Əbu Sələmə, Bər-

məkilər, Hərsəmə ibn Əyən, Afşin, İytax kimi və s. şəxslər. Bu vəziyyət dəyərli 

adamları dövlət işlərindən uzaqlaşdırırdı. 

3.  Hz.


Əlinin (ə) nəslinə Əməvilər kimi düşmən oldular və nəticədə Əhli-

beyt tərəfindən tez-tez üsyanlar baş verdi. 

4. 

Din adamlarına lazımi qədər hörmət etmədilər. Mötəzilə məzhəbini rəs-



mi məzhəb qəbul edib, əhli-sünnə alimlərinə qarşı sərt davrandılar. 

5. Xa


lqın və alimlərin özlərindən uzaqlaşdığını görüb, qeyri-ərəblərdən or-

du təşkil etdilər. Fitnə-fəsad ocağı olan İraqı öz halına buraxıb Samirəyə get-

dilər. 

585


Xudari, Devlətul-Abbasiyye, səh-480-482. 

  

                                                           




 

374 


Abbasilərin siyasi və sosial-iqtisadi vəziyyəti 

Asiya və Afrika qitələrində geniş bir ərazini əhatə edən Abbasilər teokratik 

dövlət  idi.  Abbasilər  xilafətinə  bütöv  Ərəbistan  yarımadası,  indiki  İran,  İraq. 

Suriya, Fələstin, Əfqanistan, Pakistan, Misir, Şimali Afrika, Orta Asiya və Qaf-

qaz (o cümlədən Azərbaycan) daxil idi. Abbasilər İslam məmləkətinin ərazisini 

demək olar ki, genişləndirməmişlər. Əməvilərin zamanında olduğu kimi, Ab-

basilər dövründə də, xilafətin sərhədləri həmin əraziləri əhatə edirdi. Abbasilər, 

onlardan əvvəl xilafətdən asılı olmuş Təbəristan, İsrövşənə və Kabulistan kimi 

böl

gələrin fəthini başa çatdırmışlar. 



Abbasilər xilafəti inzibati baxımdan on iki vilayətə bölünürdü: 

1) 


Kufə və ətrafı; 2) Bəsrə, Dəclə bölgəsi, Oman və Bəhreyn; 3) Hicaz və 

Yəmamə; 4) Yəmən; 5) Əhvaz, Xuzistan və Sistan; 6) Fars; 7)Xorasan; 8) Mo-

sul; 9) 

Əl-Cəzirə,  Ərməniyyə  və  Azərbaycan;  10)  Şam;  11)  Misir  və  Şimali 

Afrika; 12) 

Sind. Bu vilayətlər xəlifənin təyin etdiyi valilərə tabe idi. Əməvi-

lərdən fərqli olaraq, Abbasilər zamanında valilər çox vaxt zadəganlar arasından 

de

yil, döyüşdə fərqlənmiş sərkərdələr arasından seçilirdi. Valilər vəzifə və sə-



lahiyyət baxımından üç qrupa bölünürdü: 

1. 


İstikfa əmirliyi- ordu hazırlamaq, hüquqi vəzifələrə baxmaq, vergi və zə-

kat 


yığımını  təmin  etmək,  bidətçilərlə  mübarizə  aparmaq,  şəriət  əsasında  gü-

nah


karları cəzalandırmaq, cümə və  gündəlik namazlarında imamlıq etmək və 

həccə gedənləri yola salmaqla yanaşı onları mühafizə etmək də bu vali tərəfin-

dən həyata keçirilirdi. 

2. 


İstila əmirliyi- bu və ya digər sərkərdə hər hansı bölgənin keçmiş əmirini 

məğlub edib qovur və özü həmin məntəqəyə sahib olurdu. Belə hallarda xəlifə 

də məcbur olub, həmin adamı bu bölgəyə vali təyin edirdi. 

3. 


Xüsusi əmirlik – bəzi hallarda xəlifə bölgəyə məhdud səlahiyyətlərə ma-

lik vali təyin edirdi. Belə vali hərbi əməliyyatlara və orduya rəhbərliyi, cəmiy-

yətin idarəsini, sərhədlərin qorunmasını və dini hökmlərin mühafizəsini həyata 

keçirirdi. 

Abbasilər xilafəti mütləq monarx-xəlifə tərəfindən idarə olunurdu. Abbasi-

ləri Əməvilərdən fərqləndirən əsas xüsusiyyələrdən biri-ərəb millətçiliyi ənənə-

sin

dən imtina etmələridir. Əməvi xəlifələri öz hakimiyyələrini möhkəmlətmək 



üçün ərəb təəssübkeşliyindən faydalanır və qəbilə qarşıdurmalarından istifadə 

edir


dilərsə, Abbasi idarəçiliyində fars və türk ünsürü əsas rol oynayırdı. Abbasi 

xəlifələri əməvilərdən fərqli olaraq, camaat namazlarında imamlıq etmir, cümə 

xüt

bələri oxumurdular. 



Abbasi xəlifələrinin sağ qolu olan vəzirlər də səlahiyyət baxımından təfvizi 

və tənfizi olmaqla ikiyə ayrılır. Abbasi vəzirlərinin geniş ixtiyar sahibi olduqla-

r

ı dövrü “təfvizi vəzirlik” mərhələsi, əksinə onların məhdud və nisbi qüdrətə 



ma

lik olduqları dövrü isə “tənfizi vəzirlik” mərhələsi adlandırırlar. Bu iki və-

zir

lik arasındakı fərq onların həyata keçirdikləri vəzifələrindədir: 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə