Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə186/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   182   183   184   185   186   187   188   189   ...   314

  

375 


1. 

Təfvizi vəziri öz işlərini təkbaşına idarə edir, təkbaşına qərar verir, məza-

lim məhkəmələrinə rəhbərlik edir; tənfizi vəziri bu səlahiyyətlərə malik deyil. 

2. 


Təfvizi vəziri xəlifəyə xəbər vermədən, özbaşına vali təyin edir, tənfizi 

vəziri isə bu hüquqdan məhrumdur. 

3. 

Təfvizi vəziri səfərbərlik elan edərək müharibəyə başlaya bilər, tənfizi 



vəziri isə yox. 

4. 


Təfvizi vəziri özünə və başqalarına lazım olan pulu xəzinədən götürüb 

xərcləyə bilər, tənfizi vəziri isə yox. Fəzl ibn Səhl və qardaşı Həsən ibn Səhl ta-

ri

xə təfvizi, sonrakılar isə tənfizi vəzirləri kimi daxil olmuşlar.



586

 

 



Məhkəmə sistemi və divanlar 

Abbasilər  dövründə  məhkəmə  sistemi  əsaslı  şəkildə  fəaliyyət  göstərirdi. 

Vi

layətlərin hər birinə xəlifə tərəfindən qazilər təyin edilmişdi. Bütün bu qa-



zilər  “qazi-ül-quzata”  (qazilər-qazisinə)  tabe  idilər.  Qazi-ül-quzat  Bağdadda 

otu


rurdu. Baş qazilik məsuliyyətli vəzifə sayıldığı üçün xəlifə bu vəzifəni ən 

sa

vadlı və imanlı şəxslərə tapşırırdı. 



Qazilər dörd məzhəbdən biri əsasında fətva verirdilər. (Hənəfi, Şafii, Mali-

ki 


və Hənbəli məzhəbləri nəzərdə tutulur. Şiəlik müxalifət əqidəsi sayıldığın-

dan və təqib edildiyindən, Cəfəri məzhəbi rəsmi olaraq tanınmırdı). Misir qazi-

ləri şafii, Şimali Afrika qaziləri maliki, İraq qaziləri hənəfi məzhəbinin qanun-

la

rı əsasında davranırdılar. Qazilərin həll edə bilmədikləri məsələlər “məzalim 



məhkəmələri”nə  çıxarılırdı.  Bu  iki  məhkəmə  arasında  olan  əsas  fərqlər  bun-

lardır: 


1. 

Bəzən iddialı tərəf sifətində çox nüfuzlu şəxslər çıxış edirdi. Qazi belə 

adam

ların təzyiqi qarşısında davam gətirib ədalətli hökm verə bilmirdi. Qazi-



dən fərqli olaraq, məzalim məhkəməsinin başçısı ən nüfuzlu dövlət adamlarının 

da əleyhinə hökm çıxara bilirdi. 

2. 

Qazi məhkəməsindən fərqli olaraq, məzalim məhkəməsində doğru ifadə 



al

maq  üçün  müttəhimi  və  şahidləri  qorxutmağa  və  təzyiqə  məruz  qoymağa 

icazə verilirdi. 

3.Qazinin rəhbərliyi ilə adi məhkəmədə iddiaçılar barışmırsa, onları yalnız 

öz

lərinin razı olduqları ədalətli bir şəxsin vasitəçiliyi ilə barışdırmağa icazə ve-



ri

lirdi. Məzalim məhkəməsi isə, bu vasitəçini tərəflərdən razılıq almadan, özü 

təyin edə bilərdi. 

4. 


Məzalim  məhkəməsi  şahidlərdən  şübhələnəndə,  onları  ikinci  dəfə  and 

məyə məcbur etmək və zəruri hallarda şahidlərin sayını artırmaq səlahiyyəti-



nə malik idi. 

5. 


Məzalim məhkəməsində əvvəlcə şahidlərin ifadəsi, daha sonra tərəflərin 

dəlilləri dinlənilə bilərdi. Qazi isə əvvəlcə tərəfləri dinləməli, sonra şahidlərin 

586

Hitti, İslam tarixi, II cild, səh-490-491; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-313. 



  

                                                           




 

376 


ifa

dəsini qəbul etməli idi. Məzalim məhkəməsində ya xəlifənin, ya da valinin 

özü iştirak edirdi. Özləri iştirak edə bilmədikdə, nümayəndələrini göndərirdilər. 

Xilafət ərazisində polis tərəfindən təyin olunan və qazilərin nəzarəti altında 

işləyən “mühtəsiblər” (hesabçılar) fəaliyyət göstərirdilər. Onlar yaxşı işlərə ça-

ğırıb, pis işlərdən çəkindirməklə məşğul idilər. Onların əsas fəaliyyət məkanla-

rından biri bazarlar idi. Mühtəsiblər ticarətin düzgün aparılmasına nəzarət edir, 

ye

ri gəldikdə çəki daşlarının ağırlığını  yoxlayır,  çəkidə aldatmaların qarşısını 



alırdılar.  

Abbasilər dövründə təşkil edilən divanların ən məşhurları bunlardır: 

1. Divan-ul-

xərac- bütün bölgələrdən xəracı toplayıb, hesabını aparırdı. 

2.  Divan-ul-diyat- 

qanbahalarının  (diyə)  ödənişinə  nəzarət  edir  və  əsasən 

kumətin öhdəsində olan qanbahalarını sahiblərinə ödəyirdi. 



3.  Divanuz-zimam- 

əsasən  İraq  ərazisində  vergilərin  toplanmasını  həyata 

ke

çirir, digər bölgələrin vergi ödənişlərinə nəzarət edirdi. 



4.  Divan-ul-cund- 

orduya nəzarət, ordu tərkibinin hesabı, döyüşçülərin mə-

va

cibinin ödənişi və s. məsələlərə nəzarət edirdi. Abbasilər dövründə ordu əsasən 



altı  hərbi  hissəyə  bölünürdü:  1)  Piyadalar; 2)  Süvarilər;  3)  Oxatanlar; 4)  Neft 

atanlar; 5) Avanqard; 6) 

Lağımçılar. Əməvilər dövründə ordu əsasən ərəblərdən, 

Abbasilərdə isə ordu əsasən fars və türklərdən ibarət idi. 

5. Divan-ul-

məvali- qeyri-ərəb mənşəli qulamların xidmətə götürülməsi və 

he

sabının aparılmasını həyata keçirirdi. 



6. Divan-ul-

bəridə- xilafətin poçt xidmətlərinə nəzarət edirdi. 

7. Divan-ur-

rəsail- saray dəftərxanası rolunu oynayır, xəlifənin əmr və fər-

manlarını qələmə alıb möhürlətmək və ünvanına göndərmək işinə baxırdı. 

8. Divan-ul-

həvaic- ehtiyacı olan şəxslərin məktub və ərizələrinə baxır, on-

la

rı lazımi ünvanlara çatdırır, ərizələrin cavablandırılmasını təmin edir və xahiş 



olunan problemin həllinə nəzarəti həyata keçirirdi. 

 

Torpaq mülkiyyəti formaları 

Abbasilər dövründə mülkiyyətin “iqta” forması daha geniş yayılmışdı. Xə-

li

fə dövlət fondundan şəhər və kəndləri, iri vilayətləri ayrı-ayrı şəxslərə icarəyə 



ve

rirdi. İqta sahibi müqavilədə nəzərdə tutulmuş müddət boyunca həmin ərazi-

nin sahibi sayılırdı. Lakin onu satmaq və başqasına bağışlamaq ixtiyarına malik 

de

yildi. İqta torpaqlarından xəzinəyə vaxtında vergi daxil olmasaydı, hökumət 



həmin sahəni alıb, başqasına həvalə edirdi. 

“Mülk” adlanan torpaqları isə xəlifə öz ailə üzvlərinə və yaxın adamlarına 

hədiyyə  edirdi.  Mülk  sahibi  həmin  torpaqları  sata  və  başqasına  bağışlaya  bi-

lərdi. 


Mülkiyyətin başqa bir növü “vəqf” adlanırdı. Həmin torpaq sahəsini idarə 

edən şəxs əldə etdiyi gəlirin bir hissəsini vəqf ünvanına – mədrəsə və ya məs-

cidə  verir,  qalanını  özü mənimsəyirdi.  Vəqf  torpaqlarından  vergi  tutulmurdu. 

Hakim sü


lalənin nümayəndələrinin mülkləri, iqta və vəqf torpaqları xəzinəyə 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə