Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə188/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   184   185   186   187   188   189   190   191   ...   314

  

379 


7. 

Əslən İranlı olan Əbul-Həsən Əli ibn Həmzə Kisai hicrətin 189-cu ilində 

(mi

ladi 805) xəlifə Harunun xilafəti dövründə vəfat etmişdir. Onun birinci ravi-



si Əbu Haris Leys ibn Xalid Bağdadi, ikincisi isə Həfs ibn Əmr Duri Əzdi ol-

muşdur. 


 

Fiqh elmi 

Hal-


hazırda müsəlman dünyasında beş əsas şəriət məktəbi mövcuddur: cə-

fərilik,  hənəfilik,  şafiilik,  hənbəlilik  və  malikilik.  Dünya  müsəlmanları  şəriət 

hökm

lərində bu məzhəblərdən birinə tabedirlər. Türkiyədə hənəfilik, İranda cə-



fərilik, Şimal-qərbi Afrika ölkələrində maliki, Misirdə şafii məzhəbi daha geniş 

ya

yılmışdır. Səudiyyə Ərəbistanında hənbəli fiqhi hakimdir. 



Hz.

Peyğəmbərin (s) vəfatından sonra onun ən elmli səhabələri camaatın fiq-

hi suallarına cavab verirdilər. Səhabələrin istinad etdikləri iki ana mənbə-Quran 

və sünnə idi. Səhabələrdən sonra onların şagirdləri “tabein” adlanan şəxslər fiqh 

məsələləri ilə məşğul olmağa başladılar. Tabein zamanında məşhur fiqh alimləri-

nin əksəriyyəti Mədinədə yaşayırdı. Mədinədə məskunlaşmış yeddi məşhur fəqi-

hin siyahısına Səid ibn  Müseyyib Məxzumi, Ubeydullah ibn Məsud, Urvə ibn 

beyr, Qasim ibn Məhəmməd də daxil idilər. Bunlara “füqəha-us-səbə” deyilir-



di. Bu fəqihlərin hamısı hicrətin I və II əsrlərində vəfat etmişlər. 

İlk Abbasi dönəmində yaşamış və öz ictihadları əsasında fətva vermiş fə-

qih

lərin  ən  məşhurları  bunlardan  ibarətdir:  1)  Məhəmməd  ibn  Əbdürrəhman 



ibn Əli Leyli; 2) Əbu Əmr Əbdürrəhman ibn Əmr Övzai. O, “əs-Sünən” və “əl-

Məsail” kitablarının  müəllifidir.  3)  Leys  ibn  Səd.  İmam  Şafii  Leys  ibn  Sədi 

Malik ibn Ənəsdən də yüksək qiymətləndirərək deyirdi: “Leys Malikdən daha 

güclü fəqihdir; amma tələbələri onun qədrini bilmirlər”. 



 

Əbu Hənifə hicri 80-150/miladi 700-767 

Hənəfi məzhəbinin banisi Əbu Hənifənin əsl adı Nöman ibn Sabitdir. O hic-

rətin  80-cı  ilində  (miladi  699-700)  Kufədə  anadan  olmuşdur.  Babası  Kabil  ət-

rafından idi, döyüşlərin birində müsəlmanlara əsir düşərək, İslamı qəbul etmiş-

dir. Əbu Hənifənin əsl-nəsəbi sonuncu Sasani hökmdarı III Yəzdəgirdə çatır. 

Əbu Hənifə iki il Mədinədə Hz.İmam Sadiqdən (ə) dərs almışdı. Əbu Hə-

nifə sonralar bu iki ili xatırlayaraq deyirmiş: “Əgər həmin iki il olmasaydı, Nö-

man  həlak  olardı”.  Lakin  bu,  Əbu  Hənifənin  Əhli-beyt  fiqhindən  dönərək, 

müstəqil məzhəb yaratmasına mane olmadı. Onun fiqhi görüşləri o dövr üçün 

çox  cəsarətli  idi.  Şəriət  hökmlərini  əsaslandırarkən,  qiyas  (müqayisə,  bənzət-

mə) və rəyi (şəxsi fikir), habelə ürfü (adət-ənənələr) mötəbər saydığına görə, 

onun məzhəbini “rəy məzhəbi” kimi xarakterizə etmişlər. Əbu Hənifəni əhli-

sün

nə  müsəlmanları  “İmami-əzəm”  (ən  əzəmətli  imam)  adlandırırdılar.  O, 



Zeyd ibn Əlinin (ə) və Məhəmməd Nəfsüz-zəkiyyənin qiyamlarını dəstəkləyir 

və hakimiyyətin Hz.Əli (ə) övladına məxsusluğunu müdafiə edirdi. Buna görə 

də bəzi tədqiqatçılar onun əslində zeydi məzhəbində olduğunu qeyd edirlər. 

  



 

380 


Əbu Hənifənin şəxsən qələmə aldığı heç bir əsər günümüzə gəlib çatma-

mışdır. Ona aid edilən “əl-Fiqh-ül-əbsət” və “əl-Alim vəl-mütəəllim” adlı ki-

tab

lar isə şagirdləri tərəfindən tərtib edilmişdir. 



Əbu Hənifənin fiqh məktəbi onun iki bacarıqlı şagirdi Əbu Yusif və Mə-

həmməd Şeybani tərəfindən inkişaf etdirilmişdir. 

“Qazi Əbu Yusif” kimi məşhur olan Yəqub ibn İbrahim bir neçə alimdən 

dərs aldıqdan sonra Əbu Hənifənin şagirdləri sırasına qoşulmuşdur. Hənəfiliyin 

yayılmasında onun rolu, hər şeydən əvvəl, qazilər qazisi vəzifəsini daşıması ilə 

bağlıdır. Əbu Yusif on səkkiz il (Mehdi, Hadi və Harunun dövründə) baş qazi 

işləmiş, Harunun əmri ilə ən məşhur əsəri olan “Kitab-ül-xərac”ı yazmışdır. 

Əbu Hənifənin ikinci məşhur tələbəsi Əbu Abdullah Məhəmməd ibn Hə-

sən  Şeybanidir.  Onun  Hənəfi  fiqhi  barədə  fətvalarından  ibarət  “əl-Came-üs-

səğir” kitabı 1532 şəriət məsələsini əhatə edir. Bunlardan başqa Şeybani “əl-

Came-ül-

kəbir”, “əz-Ziyadat”, “əl-Məbsut” və s. fiqhi kitabların da müəllifidir. 



 

Malik ibn Ənəs (hicri 99-179/miladi 715-796) 

Əslən  Yəmənli  olan  Malik  ibn  Ənəs  hicrətin  99-cu  ilində  (miladi  715) 

Əməvi xəlifəsi Süleyman ibn Əbdülməlikin xilafəti dövründə (715-717) Mədi-

nədə  anadan  olmuşdur.  Babası  Yəmən  hakiminin  zülmündən  Mədinəyə  köç-

müş və Qureyşə mənsub Bəni-Teym qəbiləsi ilə qohum olmuşdu. Malik fiqh 

el

mini məşhur Mədinə  fəqihi Rəbiət-ürrəydən öyrənmişdi. Rəvayətə  görə, nə 



za

man hədis söyləmək istəsəydi, dəstəmaz alardı. Cavabını bilmədiyi məsələlər 

barədə tam qətiyyətlə “bilmirəm” deyirdi. Hz.Peyğəmbərə (s) hörmət əlaməti 

olaraq Mədinədə ata minmir, həmişə piyada gəzirdi. 

Malik öz məzhəbini qurarkən, həm hədis əhlinin, həm də rəy əhlinin görüş-

lərini ümumləşdirdi və orta yolu tutdu. Maliki məzhəbində Quran, sünnə və sə-

ha

bələrin dedikləri ilə yanaşı, Mədinə alimlərinin fikri də əsas sayılır. Yəni ha-



ra

ma aparıb-çıxaran bütün işlər haram, halala aparıb-çıxaran bütün işlər halal-

dır. 

Malik ibn Ənəsin əsərləri arasında ikisi “əl-Müvətta” və “əl-Müdəvvənət-



ül-

kübra”  daha  məşhurdur.  İkinci  əsəri  Malik  özü  yox,  tələbələri  qələmə  al-

mışlar. 

  

Şafii (hicri 152-204/miladi 767-819) 

Əbu Abdullah Məhəmməd ibn  İdris Mütəllibi Şafii hicrətin 152-ci ilində 

(mi

ladi  767)  xəlifə  Mənsur  Dəvaniqinin  (754-775)  xilafəti  dövründə  Fələstin 



böl

gəsinin  Qəzzə  məntəqəsində  anadan  olmuşdur.  Rəvayətə  görə,  Şafinin  tə-

vəllüdü Əbu Hənifənin vəfat gecəsinə təsadüf etmişdir. Şafii Qureyş tayfasın-

dan, Bəni-Haşimdən idi. Ulu babası Şafe Hz.Peyğəmbərin (s) səhabəsi olmuş-

dur.  Bəziləri  Şafiini  üsuli-fiqh  elmi  barədə  ilk  kitabın  müəllifi  hesab  edirlər. 

Lakin bu mövzuda ilk kitabın Şafiidən əvvəl, Əbu Hənifə və ya Əbu Yusif, ya 

da Əbu Abdullah Məhəmməd Şeybani tərəfindən yazıldığını iddia edənlər var-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə