Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə189/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   185   186   187   188   189   190   191   192   ...   314

  

381 


dır. Şiə alimlərinə görə, üsuli-fiqh mövzusunda kitab yazmış cəfəri alimləri za-

man etibarilə Şafiidən daha əvvəl yazmışlar. Hicrətin 146-cı ilində (miladi 763-

764) vəfat etmiş Məhəmməd ibn Saib Kəlbi, Qurani-Kərimdəki ehkam ayələ-

rindən  çıxan  şəriət  hökmlərini  bir  kitabda  toplamışdı.  Ondan  bir  qədər  sonra 

ya

şamış  İmam  Kazimin  (ə)  səhabəsi  Hişam  ibn  Həkəm  (v.  hicri  179/miladi 



795-796) üsuli-

fiqhin bəzi bəhslərini müstəqil kitabda toplamışdır. 

Şafiinin ən məşhur əsərləri bunlardır: “Ehkamul-Quran”, “İxtilaf-ül-hədis”, 

“Ədəb-ül-hədis”,  “Üsul-ül-fiqh”,  “əs-Sünən”,  “əl-Müsnəd”  və  s.  Onun  fiqhi 

rüşlərinin əksəriyyəti “əl-Ümm” adlı kitabında toplanmışdır. 



 

Əhməd ibn Hənbəl (hicri 164-241/miladi 780-851) 

Əbu Abdullah Əhməd ibn Məhəmməd ibn Hənbəl Şeybani hicrətin 164-cü 

ilində (miladi 780) xəlifə Mehdinin xilafəti dövründə Bağdadda anadan olmuş 

və bu şəhərdə də vəfat etmişdir. Babası Hənbəl Əməvi xilafətini devrilməsində 

əsas rol oynayan şəxslərdən biri olmuşdur. O, təhsil almaq üçün uzun səfərlərə 

çıxmış,  İraq,  İran, Bəsrə, Məkkə və Mədinəyə  getmiş, 280 nəfər müəllimdən 

dərs almışdır.  İbn Hənbəl üç  yüz min, hətta bəzi rəvayətlərə görə bir milyon 

hədisi əzbər bilirmiş. Onların arasından təqribən otuz minini seçərək, məşhur 

“Müsnəd” kitabında toplamışdır.  

Əhməd ibn Hənbəl mütəşabih ayələri təfsir etməyi bidət sayır, belə məsələ-

lərin əsl şərhini Allahın öz öhdəsinə buraxmağı lazım bilirdi. Qurani-Kərimin 

qədim  (əzəli)  olduğuna  inandığı  üçün,  mötəzilələr  tərəfindən  düşməncəsinə 

qar

şılanmış,  Məmun  (813-833)  və  Mütəsimin  (833-842)  təzyiqlərinə  məruz 



qal

mışdır. 


Ənməd  ibn  Hənbəlin  məzhəbi  ilk  növbədə  oğulları  Əbul-Fəzl  Saleh  və 

Əbu Əbdürrəhman Abdullah tərəfindən davam etdirilmişdir. 



 

Davud Zahiri (v. hicri 270/miladi 883-884) 

Əbu Süleyman Davud ibn Əli İsfəhani tarixdə “Zahiri” ləqəbilə məşhurdur. 

Ku

fədə doğulsa da Bağdadda fəaliyyət göstərirdi. O şəriətdə yeni bir məzhəb 



yarat

mışdır. Bu məzhəbi “Zahiriyyə” və ya “Davudiyyə” adlandırırlar. Davudu 

di

gər fəqihlərdən fərqləndirən əsas cəhət-şəriət hökmlərində Quran ayələrinin 



za

hirini əsas tutması idi. O, müasirləri olan fəqhlərin əksinə olaraq, qiyası qə-

bul etmir, ictihadı batil sayırdı. Davud bu fikirdə idi ki, Quran və sünnədə hök-

mü verilməmiş hər bir şey halaldır. Ənməd ibn Hənbəl onu, Quranın yaranma 

oldu

ğuna inandığına görə sevmirdi. 



 

İbn Əbi Əqil 

Əbu Məhəmməd Həsən ibn Əli fiqh aləmində “İbn Əbi Əqil Ümmani” lə-

qəbilə tanınmışdır. Onun həyatı barədə məlumatlar çox azdır. Məlum olan bu-

dur  ki,  kiçik  qeybət  dövründə  yaşamış,  Şeyx  Küleyni  və  Əli  ibn  Babiveyhin 

müa

siri olmuş, İbn Qövliveyhə dərs demişdi. İbn Əbi Əqil cəfəri fiqhi tarixində 



  


 

382 


üsuli-

fiqh  qaydaları  əsasında  şəriət  hökmlərini  əsaslandırmış  və  bu  barədə 

bilikləri  sistemləşdirmiş  ilk  alim  sayılır.  Məhz  onun  səyləri  sayəsində  üsuli-

fiqhi metodları öz konkret tətbiq sahələrini tapmışdır. 

İbn  Əbi  Əqil  öz  fiqhi  görüşlərini  “əl-Mutəməssik  bi-həbli  Ali  Rəsul”  ki-

tabında toplamışdır. İbn Əbi Əqil şiə tarixində yeganə fəqihdir ki, az suya (kür 

miq

darında az su nəzərdə tutulur) nəcasət dəyməsi nəticəsində murdar olmadı-



ğını iddia etmişdir. 

 

Fəlsəfə və kəlam elmləri 

Fəlsəfə və kəlam demək olar ki, bir elmin müxtəlif adlarıdır. Fərq bundadır 

ki, kəlam-dini qanunlar çərçivəsində fəaliyyət göstərən fəlsəfədir. Yəni kəlam 

ali


mi (mütəkəllim) hər hansı məsələni araşdırarkən, ilk növbədə onun dini dün-

ya

görüşü ilə uyğun gəlib-gəlmədiyini müəyyən edir, dinlə uyuşmayan cəhətləri 



kənara  atır.  Fəlsəfə  isə  bütün  dini  məhdudiyyətlərdən  kənardır.  Filosof  hətta 

Allahın yoxluğunu da təsəvvür edə bilər. 

Kəlam elminin mövzularından göründüyü kimi, bu elm əsasən sırf dini mə-

sələləri öyrənir: Allahın vahidliyinin isbatı, peyğəmbərin lazımlığı, Allah kəla-

mının (Quran) əzəli yoxsa yaranma olması, cəbr və ixtiyar, məad, imamın tə-

yini və s. məsələlər. 

Fəlsəfə isə daha mücərrəd bəhsləri əhatə edir: aləmin nədən yaranması, baş 

ve

rən  hadisələrin  əql  tərəfindən  tam  dərk  olunmasının  mümkünlüyü,  kainatı 



təşkil edən zərrəciklərin bölünüb-bölünməməsi və s. məsələlər. 

İslam dini qətiyyətlə dünyanın Allah tərəfindən yaradıldığını (yəni yaran-

ma olduğunu), yunan fəlsəfəsi isə əzəli olduğunu iddia edirdi. 

Bunların  müqabilində,  “dinsiz”  və  “kafir”  adına  tam  layiq  olan  digər  bir 

dəstə də formalaşdı. Onlara “dəhrilər” deyirdilər. Dəhrilərin əqidəsi materialist 

fəlsəfəsindən  ibarət  idi.  Onlar  Allahın  varlığını  inkar  edir,  dünyanın  ilahi  bir 

qüv

və tərəfindən deyil, özbaşına təkamül nəticəsində yarandığını söyləyirdilər. 



Dəhrilərin ən məşhur nümayəndələri Əbdülkərim İbn Əbil-Övca və Saleh ibn 

Əbdul-Quddus idi. 

Abbasi  dönəmində  yaşayıb  yaratmış  ən  məşhur  müsəlman  filosofları  və 

təkəllimləri bunlardır: 



1. 

Əbu Yusif Yəqub ibn İshaq Kindi (v. hicri 240/miladi 854): O böyük 

ərəb qəbiləsi olan Bəni-Kindənin şeyxinin oğlu idi. Əsil-nəsəbcə sırf ərəb oldu-

ğundan, onu “fiylosof-ül-ərəb”  (ərəb  filosofu)  adlandırırdılar.  Onun  digər  lə-

qəbi “Əbdül-hükəma” (hikmət sahiblərinin atası) idi. 

Kindini  Şərq  məşşailiyinin  banisi  hesab  edirlər.  Aristotel  fəlsəfəsini  əldə 

əsas tutan Kindi onun on kateqoriyasını (mahiyyət, kəmiyyət, keyfiyyət, münasi-

bət, yer, zaman, vəziyyət, malik olmaq, fəaliyyət göstərmək və iztirab) beş “ulu 

substansiya” ilə (materiya, forma, hərəkət, məkan və zaman) əvəz etmişdir. 



2. 

Nəzzam (v. hicri 221/miladi 836): Mötəzililiyin ən məşhur nümayəndə-

lərindən  biri  Əbul-Hüzeyl  Əllafın  bacısı  oğlu  və  tələbəsi,  “Nəzzam”  ləqəbli 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə