Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə19/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   15   16   17   18   19   20   21   22   ...   314

  

39 


ha

bəni  Nəcd  qəbiləsinə  göndərdi.  Biri-Maunə  adlı  məntəqəyə  çatdıqda  Amir 

ibn Malikin qardaşı oğlu Amir ibn Tufeyl öz dəstəsilə səhabələrə hücum edə-

rək onları şəhid etdi. Səhabələrdən yalnız iki nəfər Kəb ibn Zeyd və Əmr ibn 

Ümey

yə sağ qalmışdır.



42

 

4. 



Üçüncü Bədr qəzvəsi: 

Uhud döyüşündəki qələbəsilə öyünən Əbu Süfyan üzünü Hz.Peyğəmbərə (s) 

tutaraq belə dedi: “Gələn il biz yenə də sizi Bədr quyuları kənarında gözləyə-

cəyik.” 


Növbəti  il  Qureyş  bir  çox  problemlərlə  üzləşmişd.  Həm  müsəlmanlarla, 

həm də Məkkə müşrikləri ilə yaxınlığı olan Nuaym ibn Məsuddan Əbu Süfyan 

xa

hiş  edir  ki,  Mədinəyə  gedib  Hz.Peyğəmbəri  (s)  Bədr  quyularına  tərəf  gəl-



məkdən çəkindirsin. 

Nuaym ibn Məsud Mədinəyə gəlib Hz.Peyğəmbərlə (s) görüşərək Məkkə 

rəisi Əbu Süfyanın sözlərini ona çatdırır. Lakin onun sözlərinə əhəmiyyət ver-

məyən  Hz.Peyğəmbər  (s)  1500  nəfərlik  ordu  ilə  zilqədə  ayının  əvvəli  Bədr 

məntəqəsinə gəlir. 

Müsəlmanların  Bədrə  gəlməsi  xəbəri  Məkkəyə  çatdıqda  Qureyş  başçıları 

öz hörmətlərini qorumaq üçün Məkkədən çıxmaqdan başqa çıxış yolu görmür-

lər. Onlar şəhərdən Bədr adı ilə çıxsalar da, Mərruz–zəhran adlı məntəqəyə çat-

dıqda Əbu Süfyan qəhətliyi bəhanə gətirərək yenidən ordu ilə birlikdə Məkkə-

yə  qayıdır.  Bu  zaman  Səffan  ibn  Umeyyə  Əbu  Süfyana  etiraz  edərək  deyir: 

“Bu geriləmə ilə bütün hörmətimizi itirdik. Sən keçən il döyüş vədəsi vermə-

səydin, indi belə rüsvayçılıqla qarşılaşmazdıq. 

43

 

5. 



Bəni Nəzir qəzvəsi: 

Mədinədə yaşayan Bəni Nəzir yəhudilərinin sayı 1000 nəfərdən ibarət idi. 

Biri  – 

Maunə  faciəsindən  sağ  çıxan  Əmr  ibn  Umeyyə  Mədinəyə  qayıdarkən 

yol

da Bəni-Amir qəbiləsindən olan iki nəfəri Hz.Peyğəmbərin (s) amanında ol-



du

ğunu  bilmədən  onları  öldürür.  Bu  hadisədən  kədərlənən  Hz.Peyğəmbər  (s) 

be

lə qərara gəlir ki, öldürülən hər iki nəfərin qan bahası ödənilsin. 



Bəni-Amir qəbiləsi həm Hz.Peyğəmbərlə (s), həm də Bəni-Nəzr yəhudiləri 

ilə müqavilə bağlamışdı. Buna əsasən Hz.Peyğəmbər  (s) ölən iki nəfərin qan 

bahasını Bəni-Nəzir  yəhudilərindən almaq üçün onların qalasına doğru gedir. 

Yəhudilər Hz.Peyğəmbərin (s) istəyini üzdə qəbul edərək onun qalaya daxil ol-

ma

sını istəyirlər. Lakin qalaya daxil olmayan Hz.Peyğəmbər (s) divarın kölgə-



sin

də  oturub  gözləməyə  üstünlük  verir.  Bəni-Nəzir  yəhudilərinin  Həzrəti  (s) 

qa

laya çağırmaqda məqsədləri onu öldürməkdən ibarət idi. Vaqidinin fikrincə 



bu zaman Hz.

Cəbrail (ə) nazil olub onların çirkin planını Hz.Peyğəmbərə (s) 

çat

dırdı. Bundan xəbərdar olan Hz.Peyğəmbər (s) dərhal Mədinəyə qayıdaraq 



Məhəmməd ibn Məsləməni Bəni-Nəzir yəhudilərinin yanına göndərdi. Yəhudi-

42

 



Məğazeyi Vaqidi, 1-ci cild, səh-364-369. 

43

Məğazeyi Vaqidi, 1- ci cild,səh 390. 



  

                                                           




 

40 


lərin yanına gələn Məhəmməd ibn Məsləmə onlara Hz.Peyğəmbərin (s) tapşırı-

ğını çatdırır: “On gün ərzində buraları tərk edin. Çünki öz əhdinizi pozub hiylə 

işlətmisiniz. On gün ərzində buradan çıxıb getməsəniz, qanınız axıdılacaq.” 

Bu xəbərdarlıqdan narahat olan yəhudilər Məhəmməd ibn Məsləməyə de-

dilər: “Ey Məhəmməd, sən Ovs qəbiləsindənsən, İslam peyğəmbəri Mədinəyə 

gəlməzdən qabaq bizim sizinlə müdafiə sazişimiz var idi. İndi nəyə görə bizim-

lə döyüşmək istəyirsən!” Onların fikrini bəyənməyən Məhəmməd cavab verir 

ki, o günlər keçdi, indi qəlblər tamam dəyişib. 

Müsəlmanların yəhudilərlə müharibə edəcəyini eşidən Abdullah ibn Ubey-

lə Malik ibn Ubeyy yəhudilərə bildirirlər ki, heç yerə getməsinlər. Biz iki min 

nəfərlik ordu ilə  yanaşı, dindaşlarımız olan Bəni-Qureyzə və Qətəvan  yəhudi 

qəbilələri ilə sizə köməyə gələcəyik. 

Bu yalan vədlərə aldanan Bəni-Nəzir yəhudiləri qala qapılarını bağlayaraq 

səlmanlara qarşı müharibə elan etdilər. Lakin Bəni-Nəzir başçılarından olan 



Səllam ibn Mişkəm Abdullah ibn Ubeyyin verdiyi vədin yalan olduğunu bildi-

rib deyir ki, gəlin buralardan köçək. Amma bundan fərqli olaraq Həyy ibn Əx-

tab camaatı müqavimətə səslədi. 

Abdullah ibn Ubeyyin yəhudilərə kömək edəcəyindən xəbər tutan Hz.Pey-

ğəmbər (s) hərəkətə keçib ordunu Bəni-Nəzirlə Bəni-Qureyzə arasındakı ərazi-

də yerləşdirərək iki qəbilə arasındakı əlaqəni kəsdi. 

On beş gün davam edən mühasirənin sonunda yəhudilər təslim olub daşı-

nan əmlakı aparmaq şərtilə köçməyə razılıq verirlər. Hz.Peyğəmbər (s) də si-

lah

dan başqa istədiklərini aparmağa onlara icazə verir. Bütün əşyalarını yığan 



Bəni-Nəzir yəhudilərinin bəzisi Xeybərə, bəzisi də Şama köçdü. Onlardan yal-

nız ikisi İslam dinini qəbul etdi. 

Hz.

Peyğəmbər  (s)  ənsarın  razılığı  ilə  əldə  edilən  qənimətləri  mühacirlər 



ara

sında bölüşdürdü. Ənsardan yalnız həddən artıq kasıb olan Səhl ibn Huneyf-

lə Əbu Dəccanəyə pay düşdü. Otlaq, əkin yerləri və yəhudilərin su quyuları və 

çay


larını Hz.Əliyə (ə) bağışladı. 

Əksər tarixçilər bu döyüşdə qan axıdılmamasını qeyd etsə də, Şeyx Mufid 

on yəhudinin öldüyünü qeyd edir. 

6. Hz.

Peyğəmbərin (s) xanımı Zeynəb binti Hüzeymə vəfat etdi. 



7. Hz.Pe

yğəmbər (s) Ümmü Sələmə ilə evləndi. 



8. 

Əmirəlmöminin Hz.Əlinin (ə) anası Fatimə binti Əsəd vəfat etdi. 



9.  

Bəqərə” surəsinin 219, “Nisa” surəsinin 43 və “Maidə” surəsinin 90-

91-

ci ayələri ilə içki haram buyuruldu. 



10. 626-

cı il şəban ayının üçündə Hz.İmam Hüseyn (ə) anadan oldu. 



 

Hicrətin beşinci ili baş verən hadisələr (miladi 627) 

1. 

Bəni Müstəliq qəzvəsi: 

Bəni Müstəliq Qureyşin qonşuluğunda yerləşən Xuzaə qəbiləsinin bir qolu 

idi. Bu qəzvəyə İslam tarixində Mureysə qəzvəsi də deyilir. Qəbilənin başçısı 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə