Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə190/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   186   187   188   189   190   191   192   193   ...   314

  

383 


Əbu İshaq İbrahim ibn Səyyar Bəsri idi. O, mötəzilə təriqətində öz adı ilə “nəz-

za

miyyə”  adlandırılan  yeni  bir  cərəyanın  əsasını  qoymuşdur.  Nəzzam  böyük 



nah  etmiş  şəxsin  mütləq  cəhənnəmə  düşüb,  orada  əbədi  qalacağına  və  heç 

za

man bağışlanmayacağına inanırdı. 



3. 

Əbul-Həsən  Əhməd  ibn  Yəhya  ibn  Ravəndi  (v.  hicri  245/miladi 

859-860): 

Tarixdə  özü  haqqında  ən  mübahisəli  təsəvvürlər  yaratmış  İbn 

Ravəndi əslən İsfəhan və Kaşan arasında yerləşən Ravənd məntəqəsindən idi. 

Əvvəlcə  mötəzilə  əqidəsində  olmuş  İbn  Ravəndi  sonralar  bu  əqidədən  dö-

nərək, hansısa səbəblər üzündən ümumilikdə İslam dinindən imtina etmişdir. 

O  Hz.Mu


həmmədin (s) peyğəmbərliyini inkar edir, dünyanın yaranma deyil, 

qədim  (əzəli)  olduğunu  iddia  edirdi.  Lakin  ömrünün  sonunda  etdiklərindən 

peşman olan İbn Ravəndi, kitablarından imtina etmiş, tövbə edib İslama qa-

yıtmışdı. 



4. 

İbn Qibə (v. hicri 317/miladi 927): Əbu Cəfər Məhəmməd ibn Əbdür-

rəhman Razi “İbn Qibə” ləqəbilə məşhur idi. O, Əbul-Qasim Kəbidən dərs al-

mışdır. İbn Qibə öz müəlliminin təsiri altına düşərək, əvvəlcə mötəzili əqidə-

sinə inanırdı. Sonralar on iki imam şiəliyinə keçmiş və Kəbi ilə elmi mübahisə-

lər aparmışdır. Onun şiəlik haqqında ən məşhur kitabı “əl-İnsaf” adlanır. Bu ki-

tab


da o, mötəzililiyə qarşı şiə kəlam məktəbinin düzgünlüyünü sübut etmişdir. 

5.  Maturidi (v. hicri 333/miladi 944-945): 

Əbu  Mənsur  Məhəmməd  ibn 

Məhəmməd Maturidi əslən Səmərqənd şəhərindən idi. Kəlam elmindəki məqa-

mına görə ona “imam-ül-mütəkəllimin” (kəlam alimlərinin başçısı) və “imam-ül-

huda”  (hidayət  rəhbəri)  ləqəbləri  verilmişdi.  Şəriət  məsələlərində  hənəfi  məz-

həbinə etiqad bəsləyirdi. 



6. 

Fərabi (v. hicri 339/miladi 950-951): Əbu Nəsr Məhəmməd ibn Tərxan 

Fərabi Orta Asiyada türk qəbiləsində anadan olmuşdur. Ona “ustad-ul-fəlasifə” 

(fi

losofların ustadı) və “məlik-ul-hükəma” (hikmət sahiblərinin hökmdarı) de-



yir

dilər. Aristotelin ərəbcəyə tərcümə edilmiş bir neçə kitabın şərhləri də Fəra-

bi

yə məxsusdur. Bu səbəbdən, Şərq aləmində Aristoteli bəşəriyyətin birinci də-



rəcəli müəllimi saydıqları kimi, Fərabini də “əl-müəllim-üs-sani” (ikinci müəl-

lim) adlandırırdılar. 

Farabinin onlarla əsəri qalmışdır ki, bunların əksəriyyəti fəlsəfə, hikmət və 

əxlaq mövzusundadır. Bu sırada “İhsa-ul-ulum” (elmlərin siyahısı) adlı kitabın-

da o dövrə kimi məlum olan elm sahələrinin təsnifatı verilir. Həmçinin o, “Ta-

limus-


sani” əsərini yazmaqla ilk İslam ensiklopediyasının müəllifi sayılır. 

 

Məşhur İslam tarixçilər 

1. 

Əbu Abdullah Məhəmməd ibn İshaq Mütəllibi Mədəni hicrətin 85-ci 

ilində (miladi 704) Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın xilafət dövründə 

Mədinədə anadan olmuşdur. O İslam aləmində ilk mükəmməl siyrənin müəllifi 

sayılır. Bağdada gələn İbn İshaq xəlifə Mənsurla görüşdükdə, xəlifə öz oğlu və 

vəliəhdi Mehdidən ötrü Hz.Adəmdən (ə) öz dövrünə kimi baş vermiş hadisələri 

  



 

384 


əhatə edən bir tarix kitabı yazmağı ona sifariş edir. O da xəlifənin sifarinə əsa-

sən özünün məşhur “Siyrə”sini qələmə alır. 

İbn  İshaq  hicrətin  150-ci  ilində  (miladi  767)  Abbasi  xəlifəsi  Mənsur 

Dəvaniqinin xilafəti dövründə Bağdadda vəfat etmişdir. 



2. 

Əbu  Abdullah  Məhəmməd  ibn  Ömər  ibn  Vaqidi  Mədinədə  anadan 

ol

sa da, Bağdadda yaşayıb yaratmış və hicrətin 207-ci ilində (miladi 823) xəlifə 



Məmunun  xilafəti  dövründə  orada  vəfat  etmişdir.  Hz.Muhəmmədin  (s) həya-

tından bəhs edən kitablar arasında Vaqidinin “Məğazi” əsəri xüsusi yer tutur. 

Vaqidinin “Məğazi” əsəri Hz.Muhəmmədin (s) zamanında baş vermiş dö-

yüşlərin təsvirini əhatə edir. “Məğazi” ilkin tarix mənbələrindən olmaqla yana-

şı, məlumatların dəqiqliyi baxımından çox mötəbər sayılır. 

3. 

Əbul-Həsən Əli ibn Məhəmməd Mədaini əslən Bəsrəli olsa da Mədain-

də yaşayıb yaratmış və hicrətin 215-ci ilində (miladi 830) xəlifə Məmunun döv-

rün

də Bağdadda vəfat etmişdir. O, Abbasilər dövlətinin və müsəlman fəthlərinin 



tarixini, xəlifələrin, məşhur şairlərin və qadınların tərcümeyi-halını, Hz.Peyğəm-

bərin (s) ana-nənələrinin, Əbutalib övladlarından şəhid olanların həyatını qələmə 

al

mış, Hz.Peyğəmbərin (s), Hz.Əlinin (ə) xütbə və məktublarını toplamışdır. 



4. 

Əhməd ibn Yəhya Bəlazuri: O, Mütəvəkkilin və ondan sonrakı bir ne-

çə  xəlifənin  himayəsi  altında  Bağdadda  fəaliyyət  göstərirdi.  Bəlazurinin  ən 

məşhur əsərləri “Futuhul-ul-buldan” (“Şəhərlərin fəthi”) və “Ənsab-ul-əşraf”-

dır (“Şərəfli insanların əsil-nəsəbi”). 



5. “

İbn Əsəm Kufi” kimi tanınan Əbu Məhəmməd Əhməd ibn Əli Ku-

fi: 

Məşhur şiə tarixçilərindən sayılan İbn Əsəm Kufi hicrətin 314-cü ilində (mi-

ladi 926) xəlifə Müqtədirin xilafəti dövründə vəfat etmişdir. Onun “ət-Tarix” 

və “əl-Futuh” əsərləri dəyərli mənbələrdən sayılır. “ət-Tarix” kitabında Məmu-

nun (813-

833) dövründən başlayaraq, Müqtədirin (908-932) xilafətinin sonuna 

ki

mi baş verən hadisələri işıqlandırır. “əl-Futuh” kitabı isə İslamın ilk dövrlə-



rindən  xəlifə  Harunun  (786-809)  hakimiyyət  illərinə  kimi  baş  vermiş  fəthlər 

barədə məlumatları özündə əks etdirir. 



6. 

Əbu Məhəmməd Abdullah ibn Müslim ibn Quteybə Dinəvəri: Əslən 

Xorasanlı olan İbn Quteybə Dinəvəri İraqda anadan olmuş və hicrətin 276-cı 

ilində  (miladi  889)  xəlifə  Mutəmidin  xilafəti  dövründə  Bağdadda  vəfat  et-

mişdir.  Onun  “əl-Məarif”  əsəri  ən  qədim  tarix  mənbələrindən  sayılır.  Lakin 

alimə daha çox şöhrət gətirən “əl-İmamə vəs-siyasə” kitabı olmuşdur. 

7. 

Əbu  Hənifə  Əhməd  ibn  Davud  Dinəvəri  (v.  hicri  282/miladi  895): 

Ta

rix mövzusunda qələmə aldığı “əl-Əxbar-ut-tival” kitabı dünyanın yaranışın-



dan  Abbasi  xəlifəsi  Mutəsimin  (833-842)  hakimiyyətinin  sonuna  kimi  keçən 

müd


dət ərzində baş vermiş hadisələri anladır. 

8. 

Əbu Nəsr Məhəmməd ibn Saib Kəlbi: O həm təfsir, həm ənsab, həm 

də tarix elmlərində bacarıqlı alimlərdən biri idi. Əbu Nəsr, İmam Səccadın (ə)

İmam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən sayılır. Kəlbi ənsab ba-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə