Şahlar şahbaz oğlu şƏRİfov


  Əbu Məhəmməd Həsən ibn Əhməd ibn əl-Haik Həmədani (v. hicri



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə193/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   189   190   191   192   193   194   195   196   ...   314

  

389 


8. 

Əbu Məhəmməd Həsən ibn Əhməd ibn əl-Haik Həmədani (v. hicri 

334/miladi 945): 

Onun “Sifətu cəzirət-il-ərəb” kitabı Ərəbistan yarımadasının 

coğrafi quruluşu barədəki ən qədim mənbələrdən sayılır. “əl-Əklil” adlı əsri isə 

Yəmən  hökmdarlarının  tarixi  və  bu  torpaqda  yaşayan  qəbilələrin  əsil-nəsəbi 

haqqındadır. 

 

Tibb elmi 

Hicri III əsrin əvvəllərinə kimi müsəlman aləmində təbibliklə əsasən, əhli-

kitabdan olan şəxslər məşğul olurdular. Xristian və yəhudilər böyük ehtiramla 

xi

lafət paytaxtına və digər iri şəhərlərə dəvət edilərək, işlə təmin olunurdular. 



Bu dövrdə yaşamış məşhur xristian təbibləri bunlardır: İsa ibn Masiveyh, Yu-

hənna ibn Masiveyh, Sabit ibn Qürrə, Sənan ibn Sabit ibn Qürrə, Sabit ibn Sə-

nan ibn Sabit ibn Qürrə, İbrahim ibn Sənan ibn Sabit ibn Qürrə, Əbul-Həsən 

Əli ibn Rəbbin Təbəri. 

Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə Razi (v. hicri 320/miladi 932): O, tibb 

elmində yüksək məqama çatmış ilk müsəlman mənşəli alimlərdən hesab edilir. 

Onu “təbib-ül-müslimin” (müsəlmanların təbibi) və “Cəlinus-ul-ərəb” ərəblərin 

Qaleni)  adlandırırdılar.  Belə  deyirlər  ki,  tibb  elmini  Qalen  yaratmış,  Razi 

toplayıb sistemləşdirmişdir, İbn Sina isə təkmilləşdirmişdir. İbn Zəkəriyyə Ra-

zinin ən məşhur kitabı “əl-Havi fit-tibb” adlanır. 



 

Sufilik (təsəvvüf) 

Bəziləri “sufi” sözünün “səfa” kökündən qaynaqlandığını yazırlar. Bu fikrə 

rə, sufinin qəlbi batini səfaya malik olduğundan, ona bu ad verilib. 



Bəziləri “sufi” sözünün kökündə “səff” (cərgə, səf) kəlməsinin durduğunu 

söy


ləmişlər. Guya sufi Allaha hamıdan artıq yaxındır və onun hüzurunda, bən-

dələrin lap ilk cərgəsində qərar tutub. 

“Sufi” sözünü “sufan” adlı əncirə bənzər meyvəsi olan səhra bitkisi ilə də 

əlaqələndirənlər var. Onların əqidəsincə, sufilər bu bitkinin meyvəsi ilə kifayət-

ləndikləri üçün, belə adlandırılmışlar. Digər bir nəzəriyyəyə görə, bu söz “əs-

hab-us-


süffə” anlayışından törəmişdir. 

Müasir tədqiqatçıların fikrincə, bu nəzəriyyələrin heç biri tam qüvvətli de-

yildir. “Sufi” sözünün “səff”, “səfa”, “süffə” köklərindən yarandığını iddia et-

mək  ərəb  dili  qaydalarına  ziddir.  Çünki  bu  sözlərə  mənsubiyyət  bildirən  “i” 

hərfi artırılarsa, “səffi”, “səfai” və “süffi” şəklinə düşməlidir. 

Sufilik mövzusuna toxunmuş müəlliflərinin əksəriyyətinin fikrincə, “sufi”-

ərəb dilindən tərcümədə “yun” mənasını bildirən “suf” sözündən  yaranmışdır 

və “yun geyim geyinən” deməkdir. Sufilərə ona görə bu ad verilib ki, onlar bə-

zəkli və rahat geyimlərdən imtina edir, heyvan yunundan toxunmuş kobud, qa-

ba paltar geyinirdilər. 

“Sufi” ləqəbilə tanınmış ilk şəxs Əbu Haşim Kufi (v. hicri 150/miladi 767) 

ol

muşdur. İbn Xəldunun “Müqəddimə”, İbn Cövzinin “Təlbisi-İblis” kitablarında 



  


 

390 


da “su

fi” anlayışının hicri II əsrdən bəri məlum olduğu qeyd edilir. Yazılı şəkildə 

“su

fi” kəlməsinə ilk dəfə görkəmli alim Cahizin (v. hicri 255/miladi 869) “əl-Bə-



yan vət-təbyin” əsərində rast gəlinir ki, bu adı Əbu Haşim Kufiyə aid etmişdir. 

Sufiliyin inkişaf tarixi üs əsas mərhələyə bölünür: 



1. 

Zöhd mərhələsi. Hz.Peyğəmbərin (s) şəxsən nümayiş etdirdiyi, sonralar 

yük səhabələr tərəfindən davam etdirilmiş həyat tərzi sufiliyin ilkin mərhələ-



s

inin əsasını təşkil edirdi. Bu mərhələ hicri II əsrin sonlarına qədər davam et-

mişdir. İslamın ilk əsrində bu mərhələnin ən böyük simaları sırasında Hz.Pey-

ğəmbərdən (s) sonra ilk dörd xəlifəni, “əshab-us-süffəni”, Uveys Qəranini və s. 

qeyd etmişlər. 

2. 

Təsəvvüf  mərhələsi.  Hicri III-IV/miladi IX-X  əsrlərdə  “sufi”  termini 

meydana çıxdı. Təsəvvüf digər islamı elmlərdən ayrılaraq, müstəqil bir təlim 

kimi formalaşdı. Bu dövrdə təsəvvüf nəzəriyyəsinə aid ilk əsərlər yazılmağa və 

ilk sufi terminləri meydana çıxmağa başladı. Bu mərhələdə Bəsrə, Kufə və Xo-

rasanla yanaşı, Nişapur, Misir, Bağdad və Şamda da sufi mərkəzləri fəaliyyət 

gös


tərirdi. 

3. 

Təriqət mərhələsi. Hicri VI/miladi XI əsrdə sufi müəssisələri-təriqətlər 

meydana  çıxdı.  Bu  mərhələ  boyunca  sufi  ədəbiyyatının  ən  gözəl  nümunələri 

ya

radıldı. Mövlana Rumi, Sədi, Hafiz kimi şairlər yaşayıb-yaratdılar. 



İslami mənbələrdə sufiliyi tənqid edən hədis və rəvayətlər də az deyildir. 

Bu rəvayətlər bütövlükdə irfan və təsəvvüfə qarşı deyil, zaman keçdikcə bu hə-

rəkat daxilində özünü biruzə verməyə başlamış mənfi təzahürlərə qarşı yönəl-

mişdir. Hicri II/miladi VIII əsrdən etibarən, tədricən təsəvvüf qayda-qanunlar 

çərçivəsini aşaraq, İslama yabançı olan müxtəlif dəb və ənənələri əhatə etməyə 

başladı. Sufilikdə ifrat zöhd, tərki-dünyalıq və bədənə əziyyətin təbliği ön pla-

na keçdi, yun paltar geyinmək, xanəgahda yaşamaq, çilləyə oturmaq və s. bu 

ki

mi  qaydalar  sufilərin  rəmzinə  çevrildi.  Əksər  sufilər  dini  düşüncə  tərzi  ilə 



uyuşmayan, açıq-aşkar və  ya pərdəaltı küfr mənaları ifadə edən sözlər söylə-

məyə başladılar. Belə bir şəraitdə məsum imamlar başda olmaqla, İslamın qey-

rətini çəkən şəxslər bu cür sufilərə qarşı müharibə elan etdilər. 

Hz.


İmam Sadiqin (ə) hüzurunda sufilərdən söhbət düşəndə belə buyurmuş-

du: “Onlar bizim düşmənlərimizdir. Kim onlara meyl etsə, qiyamətdə onlarla 

bir

likdə məşhərə gətiriləcək. Tezliklə elə adamlar peyda olacaqlar ki, bizi sev-



dik

lərini iddia edəcək, lakin onlara sarı meyl edib, özlərini onlara bənzədəcək-

lər. Özlərinə onların ləqəbini götürəcək, onların sözlərini şərh edib əsaslandır-

maq


la məşğul olacaqlar. Hər kim onlara meyl etsə, bizdən deyil və mən belə 

adam


lardan bizaram. Hər kim onları rədd və inkar etsə, Peyğəmbərin hüzurun-

da kafirlərlə cihad etmiş kimidir. 

Başqa bir hədisdə İmam Rzanın (ə) belə buyurduğu rəvayət edilir: “Hər ki-

min yanında söhbət düşsə və o, sufiliyi ürəyi və dili ilə inkar etməsə, bizdən de-

yil. Hər kim inkar etsə, Peyğəmbərin hüzurunda kafirlərlə cihad etmiş kimidir.” 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə