Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə194/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   190   191   192   193   194   195   196   197   ...   314

  

391 


Yenə İmam Rzadan (ə) belə rəvayət olunur: “Heç kim riyakarlıq, azğınlıq, 

ya da axmaqlıqdan savayı bir səbəb üzündən təsəvvüfə üz tutmayıb”

587

 

İlk  Abbasi  dönəmində  yaşamış  ən  məşhur  sufilər  bunlardır:  Əbu  Haşim 



Sufi-

tarixdə  adlandırılan  ilk  sufidir;  Rabiə  Ədəviyyə;  Sufyan  Səvri;  İbrahim 

ibn Ədhəm; Davud Tai; Şəqiq Bəlxi; Füzeyl ibn İyaz; Məruf Kərxi; Bişr Hafi; 

Ha

təm Əsəmm; Haris Mühasibi; Zunnun Misri; Səriyy Səqəti; Bəyazid Bista-



mi; Səhl ibn Abdullah Tustəri; Cuneyd Bağdadi; Hüseyn ibn Mənsur Həllac; 

Əbu Bəkr Cəfər ibn Yunis Şibli. 



 

İlk Abbasi dönəmində Azərbaycan 

Ərəb  istilasından  sonra  Azərbaycan  torpaqlarını  üç  müxtəlif  adla  ifadə 

edir

dilər: Azərbaycan, Arran və Ərməniyyə. İstiladan əvvəl Azərbaycanın pay-



tax

tı  Ərdəbil  idi  və  Sasani  mərzbanının  iqamətgahı  burada  yerləşirdi.  Sonra 

ərəblər paytaxtı Marağaya köçürdülər. Yusif ibn Əbu–Sac isə yenidən paytaxtı 

Ərdəbilə qaytardı. 

Arran xəzər dənizi ilə Araz çayı arasında yarımadaya bənzəyirdi. Kür çayı 

isə  Azərbaycan  vilayətini  iki  hissəyə  bölürdü.  Arranın  paytaxtı  Bərdə  şəhəri 

idi. Əsas şəhərlərin sırasına Beyləqan, Şəmkir, Şamaxı, Şirvan, Bakı, Şabran, 

Dərbənd, Gəncə, Qəbələ və Şəki daxil idi. 

Ərməniyyə vilayətinə gəlincə, bura indiki Ermənistan və Gürcüstan torpaq-

ları idi. Vilayətin paytaxtı Dvin (Dəbil) şəhəri idi. Miladi 789-cu ilə kimi bəzən 

Arranı  da  Ərməniyyəyə  qataraq  eyni  vilayət  hesab  edirdilər.  Həmin  tarixdə 

pay


taxt Bərdəyə köçürüldü və Ərməniyyə Azərbaycana və Arrana birləşdiril-

miş oldu. 

Abbasilər dövründə Azərbaycan və Ərməniyyə valiliyinə görkəmli şəxslər 

təyin edilirdilər. Miladi 751-752-ci illərdə (hicri 134) ilk Abbasi xəlifəsi Əbul-

Abbas Səffahın (750-754) zamanında onun qardaşı və gələcək xəlifə Mənsur 

Dəvaniqi (754-775) Azərbaycan, Ərməniyyə və Cibal bölgələrinin valisi təyin 

edil

mişdi. 


Xəlifə  Mehdi  (775-785)  bu  ənənəni  davam  etdirərək,  778-786-cı  illərdə 

oğlu Harunu Azərbaycan valisi təyin  etmişdi. Bəzi vaxtlarda isə xəlifənin ən 

ya

xın qohumları Azərbaycana vali təyin edilirdi. Harun ər-Rəşid (786-809) xi-



la

fəti  dövründə  qardaşı  Ubeydullahı,  Mutəmid  (870-892)  isə  oğlu  Müvəffəzi 

Azərbaycana  vali  təyin  etmişdi.  Miladi  792-ci  ildə  isə  Harun  tərəfindən  Fəzl 

ibn Yəhya Bərməki Azərbaycana vali təyin edilmişdi. 

Abbasilər dövründə Ərməniyyə valiləri sırasında xilafətin məşhur sərkər-

dəsi  Hatəm  ibn  Hərsəmə  ibn  Əyənin  və  Məhəmməd  ibn  Hatəmin  də  adları 

qeyd olunur. Fasilələrlə uzun müddət Azərbaycanda hakimlik edənlərin arasın-

da  Yezid  ibn  Məzyəd  Şeybaninin  də  adı  var  idi.  Həmçinin,  məşhur  sərkərdə 

587

Şeyx Abbas Qummi, Səfinət-ül-bihar, II cild, səh-57-58; Müqəddəs Ərdəbili, Hədiqət-uş-şiə, 



səh-567. 

  

                                                           




 

392 


Həsən ibn Qəhtəbə Tai də iki dəfə-əvvəcə Səffahın, daha sonra Mənsurun za-

ma

nında Azərbaycanı idarə etmişdi. 



Babəkin başçılığı altında baş vermiş xürrəmilər hərəkatı zamanı, bir qayda 

ola


raq üsyançılarla döyüşə gedən sərkərdə, eyni zamanda Azərbaycan valisi tə-

yi

n edilirdi. Bu arada Əbu Musa İsa ibn Məhəmməd ibn Əbu Xalid, “Züreyq” 



ləqəbli Sədəqə ibn Əli Əzdi, İbrahim ibn Leys, Abdullah ibn Tahir, Əli ibn Hi-

şam və nəhayət, Babəklə müharibənin qalibi məşhur Afşin Azərbaycan valisi 

ol

dular. Afşin müharibəni bitirib, xilafətin paytaxtı Samirəyə qayıdanda, öz ye-



ri

nə Azərbaycana vali olaraq qohumu Mingicevri qoydu. Bu dövrün sonlarına 

ya

xın miladi 898-ci ildə (hicri 285) Məhəmməd ibn Əbu-Sac Azərbaycan valisi 



təyin edilmişdir. Miladi 901-ci ildə (hicri 288) onun  yerini qardaşı Yusif ibn 

Əbu-Sac tutmuşdur. 

Adı çəkilən valilər arasında Şirvanşahlar (861-1538) dövlətinin banisi olan 

Ye

zid ibn Məzyəd Şeybani xüsusilə seçilirdi. O, Bəni-Şeyban qəbiləsinin baş-



çısı Mən ibn Zaidənin oğlu idi. 

Azərbaycan, Ərməniyyə və Arran valiliyinə təyinat almış Yezid ibn Məz-

yəd  burada  sakitliyi  bərpa  etdikdən  sonra  vəzifəsindən  kənarlaşdırıldı.  Lakin 

bu

nunla xilafətin əsas sərkərdələrindən hesab edilən Yezid ibn Məzyəd, miladi 



794-795-

ci illərdə (hicri 178-179) əl-Cəzirə vilayətində üsyan edən Vəlid ibn 

Tərifi məğlub edərək, bu vilayətdə sakitliyi bərpa etdi. Bu qələbədən sonra o, 

ye

nidən miladi 799-cu ildə (hicri 183) xəlifə Harun ər-Rəşid (786-809) tərəfin-



dən Azərbaycan valisi təyin edildi. 

İki illik valilikdən sonra miladi 801-ci ildə (hicri 185) Bərdə də vəfat edən 

Ye

zid ibn Məzyədin yerini oğlu Əsəd tutdu. Xəlifə Harunun ölümündən sonra 



miladi 809-

cı ildə (hicri 193) xəlifə təyin edilən Əmin Əsəd ibn Məzyədi Mə-

mu

na qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmədiyi üçün onu vəzifəsin-



dən uzaqlaşdırdı. 

Məmunun  hakimiyyətinin  əvvəllərində  Azərbaycan,  Gürcüstan  və  Arranı 

ye

nidən üsyanlar bürüdü. Bu üsyanlara son qoymaq istəyən xəlifə miladi 820-



ci ildə (hicri 205) Yezid ibn Məzyədin oğlu Xalidi bu yerlərin valisi təyin etdi. 

Bu ərazilərdə sakitliyi bərpa edən Xalid altı ildən sonra vəzifəsindən kənarlaş-

dırıldı.  Sonrakı  xəlifə  Mutəsimin  dövründə  yenidən  bu  ərazilərə  vali  təyin 

edilən  Xalid,  xəlifənin  ümidini  doğrultmadığı  üçün  vəzifəsi  ilə  vidalaşmalı 

oldu.  

Miladi 842-c



i ildə (hicri 227) Xalid ibn Yezid xəlifə Vasiq (842-847) tərə-

fin


dən Tiflis hakimi İshaq ibn İsmayılın üzərinə göndərildi. Qısa müddət sonra 

onun ölümü ilə əlaqədar olaraq yerini Əli ibn Xalid tutdu. 

Əli ibn Xalidin mübarizədə zəif olduğunu görən xəlifə Vasiq miladi 844-cü 

ildə (hicri 230) Azərbaycan valiliyinə Xalid ibn Yezidin digər oğlu, əl-Cəzirə 

ha

kimi Məhəmməd ibn Xalidi təyin etdi. Lakin Məhəmməd ibn Xalid də İshaq 



ibn İsmayıla məğlub olaraq geri çəkildi. Bu arada Vasiqin ölümündən sonra xə-

li

fə olan Mutəvəkkil (847-861) miladi 852-ci ildə (hicri 238) Tiflis hakimi İs-




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə