Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə196/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   192   193   194   195   196   197   198   199   ...   314

 

396 


Çox keçmədən Məhəmməd ibn Harun İsmayıla qarşı mübarizəyə başladı. 

Bundan  xəbər  tutan  İsmail  onun  üzərinə  hərəkət  etdi.  İki  tərəf  arasında  Rey 

yaxınlığında  baş  verən  döyüşdə  məğlub  olan  Məhəmməd  ibn  Harun  qaçaraq 

Dey


ləm  torpaqlarına  sığındı.  Miladi  908-ci  ildə  (hicri  295)  Reyə  daxil  olan 

İsmail qısa müddət sonra vəfat etdi.

591

 

İsmayıl ibn Əhmədin ölümündən sonra 908-ci ildə yerinə oğlu Əhməd ibn 



İsmail keçdi. Miladi 914-cü ildə (hicri 301) Əhməd öz adamları tərəfindən öl-

rülüncə  onun  da  yerinə  oğlu  Nəsr  keçdi.  Lakin  Nəsr  azyaşlı  olduğu  üçün 



ailəsi onun hakimiyyət mövqeyini idarə edə biləcək yaşda olmadığını görərək 

ata


sının  əmisi  İshad  ibn  Əhmədi  Xorasan  valiliyinə  gətirdilər.  Ancaq  Abbasi 

xəlifəsi əl-Müqtədir (908-932) vaxtilə babasının rəhbərliyi altında olan bu böl-

gəyə Nəsrin vali olmasını təsdiqlədi. Dövlət idarəsinə isə onun adına Məhəm-

məd ibn Abdullah əl-Ceyhani baxırdı. 

Bununla razılaşmayan İshaq ibn Əhməd ilə oğlu İlyas ibn İshaq Nəsr ibn 

Əhmədə qarşı qiyam qaldıraraq Buxaraya doğru hərəkət etdilər. Lakin Səmər-

qəndə hakimi olan Nəsr ibn Əhmədin orduları tərəfindən məğlub edildilər. 

Miladi 943-

cü ildə (hicri 331) Nəsr ibn Əhmədin ölümündən sonra yerinə 

oğlu Nuh (943-954) keçdi. Bu vaxt Büveyhi oğullarından Ruknuddövlə ilə Nuh 

ibn Nəsrin arası pozuldu. İki tərəf arasında baş verən döyüşdə Nuh ibn Əhməd 

məğlub oldu. Amma miladi 945-ci ildə (hicri 333) Nuh ibn Nəsr yenidən itiril-

miş torpaqları geri qaytardı. Çox keçmədən Nuh ibn Nəsrin Əbu Əli ibn Muh-

tac adlı sərkərdəsi ona qarşı qiyam etdi. Bu qiyam öz növbəsində ölkədə qarı-

şıqlığa səbəb oldu. Bundan istifadə edən İbrahim ibn Əhməd ibn İsmail üsyançı 

Əbu Əlinin köməyi ilə miladi 947-ci ildə (hicri 335) Nişapur, Mərv və Buxara 

şəhərlərini  ələ  keçirdi.  Bu  səbəblə  Nuh  ibn  Nəsr  böyük  bir  ordu  ilə  onların 

üzərinə  getdi.  Bundan  xəbər  tutan  İbrahim  ibn  Əhməd  üsyançı  Əbu  Əlidən 

ayrılaraq qardaşı oğlu Nuh ibn Nəsrlə müqavilə bağladı. 

Bu qa


lmaqallar nəticəsində Samanilər dövləti zəiflədi və bundan istifadə edən 

Büveyhilər (932-1062) Rey şəhərinə və əl-Cəbəl məmləkətinə sahib oldular. 

Bu arada üsyançı Əbu Əli ilə müqavilə bağlayan Nuh ibn Nəsr onunla bir-

likdə Rey və əl-Cəbəl ətrafında itirilmiş torpaqları Büveyhilərdən geri aldı və 

Büveyhi hökmdarı Ruknuddövlə Nuh ibn Nəsrə cizyə ödəməyə məcbur oldu. 

Miladi  tarixilə  954-cü  ildə  (hicri  343)  Nuh  ibn  Nəsrin  ölümündən  sonra 

yerinə  oğlu  Əbdülməlik  ibn  Nuh  (954-961) keçdi. 961-ci  ildə  Əbdülməlikin 

ölümündən sonra yerinə qardaşı Əbu Saleh Mənsur ibn Nuh (961-977) keçdi. 

Əbu Salehin hakimliyi ilə razılaşmayan Sicistan xalqı ona qarşı qiyam qaldırdı 

və bu qiyam yeddi il davam etdi. 

Miladi  tarixilə  967-ci  ildə  (hicri  356)  Büveyhi  hakimi  Ruknuddövlə  ilə 

Əbu  Saleh  Mənsur  ibn  Nuh  arasında  baş  verən  döyüş  972-ci  ilə  (hicri  361) 

qədər davam etdi. Sonda Büveyhi hakimi Ruknuddövlənin Əbu Saleh Mənsura 

591


 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, XI cild, səh-130, 149. 

                                                           




  

397 


yüz min dinar, oğlu Adududdövlənin də əlli min dinar pul ödəmələri şərtilə iki 

tərəf  arasında  sülh  bağlandı.  Eyni  zamanda  Əbu  Saleh  Mənsur  ibn  Nuh 

Adududdövlənin qızı ilə evləndi. Miladi tarixi ilə 977-ci ildə (hicri 366) Əbu 

Saleh Mənsur ibn Nuhun ölümündən sonra yerinə II Mənsur adı ilə oğlu Əbul-

Qasim Nuh ibn Mənsur (977-997) Samani hakimi təyin edildi.  

Əbul-Qasimin  yaşının  az  olmasından  istifadə  edən  Samani  ordusunun 

Xora

sandakı baş sərkərdəsi öz müstəqilliyini elan etdi. Eyni vaxtda Curcanı 



ələ keçirən Büveyhi hakimi Adududdövlə ilə də Əbul-Qasim arasında qarşı-

durma ya


randı. Samanilərin məğlub olması bu ailədən olan bəzi şəxslərin baş 

qal


dırmasına səbəb oldu. Əbul-Qasimin dövrü hərb və üsyanlarla keçdi. Bu 

səbəbdən də Büveyhioğulları və Türklər Samanilərin torpaqlarına göz dikmiş 

oldular.

592


  

Miladi tarixi ilə 993-cü ildə (hicri 383) Samani dövlətinin sərkərdələrindən 

bəziləri əmirləri Əbul-Qasimə qarşı qiyam edərək türk şahzadəsi Harun ibn Sü-

ley


man Qanunu Mavəraun-nəhr torpaqlarını zəbt etməyə təhrik etdilər. Haru-

nun şahzadəliyi Samani dövlətinin şərqinə düşür və Çin sərhədlərinə qədər uza-

nırdı. Harun ibn Süleyman Mavəraun-nəhr bölgəsi üzərinə gedərək Samaniləri 

məğlub edib Buxaraya daxil oldu. Lakin Harun ibn Süleymanın ölümü Əbul-

Qasimin Buxaranı yenidən ələ keçirməsinə səbəb oldu.  

Miladi 994-

cü  ildə  (hicri  384)  Əbul-Qasim  qiyam  qaldıran  sərkərdələri 

məğlub etmək üçün Qəznə hökmdarı Səbuktəkindən (977-997) kömək istədi. 

Baş verən döyüşlərdə məğlub olan üsyançılar Curcana qaçdı. 

Miladi tarixi ilə 997-ci ildə Əbul-Qasim II Mənsurun ölümündən sonra ye-

ri

nə oğlu Mənsur ibn Nuh (997-999) keçdi.  Bundan istifadə  edən türklər əv-



vəlcə Səmərqəndi, ardından da Faiq əl-Xassanın köməyi ilə Buxarını ələ keçir-

di

lər. Bu arada Qəznəli Mahmudla (998-1030) Mənsur ibn Nuhun arası Xora-



sana görə pozuldu. Çünki Qəznəli Mahmud Xorasanı istəmiş, Mənsur ibn Nuh 

isə onun bu istəyini  rədd etmişdir. Bundan sonra Faiq əl-Xassə ilə  Bəktuzun 

hökm

dar Mənsur ibn Nuhu həbs edərək gözlərinə mil çəkib, onu kor etdikdən 



sonra yerinə kiçik qardaşı Əbdülməlik ibn Nuhu keçirdilər. 

Bundan istifadə edən Qəznəli Mahmud Samani torpaqlarına hücum edərək 

Bu

xara ilə Nişapuru ələ keçirib Samani idarəsinə son qoydu. Bu hadisədən qısa 



müd

dət sonra miladi tarixi ilə 1005-ci ildə (hicri 395) Samanilər dövlətinin var-

lığına son qoyuldu.

593


 

Samani hökmdarları və hakimiyyət müddətləri: 

1. N

əsr ibn Əhməd (874-892) 



2. 

Əbu İbrahim İsmail (892-907) 

3. 

Əbu Nəsr Əhməd (907-914) 



4. 

əl-Məlik Səid Nəsr (914-943) 

592

İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, XI cild, səh-484, 547. 



593

 Mahmud Şakir, Hz. Adəmdən bu günə İslam tarixi, V cild, səh-184. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə