Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə197/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   193   194   195   196   197   198   199   200   ...   314

 

398 


5. 

əl-Məlikul-Hamid Əbu Məhəmməd I Nuh (943-954) 

6. 

əl-Məlikul-Müəyyəd Əbul-Fəvaris Əbdülməlik (954-961) 



7. 

Əbu Saleh Mənsur (961-977) 

8. 

əl-Məlikur-Razi Əbul-Xaas Mənsur II Nuh (977-997) 



9. 

Əbul-Haris II Mənsur (997-999).

594

  

Samanilər dövlətinin ən güclü vaxtı əl-Məlik Səid Nəsr ibn Əhmədin (914-



943) dövrü olmuşdur. Ondan sonra şərqdən Qaraxanilər və cənubdan Qəznəli-

lərin hücumu, bundan başqa valilərin üsyanı dövləti zəiflətdi və miladi 999-cu 

il

də (hicri 389) bu dövlətin varlığına son qoyuldu. 



İslamiyyətin, Mavəraun-nəhr və Türküstanda yayılmasında və Qaraxanilə-

rin müsəlman olmasında Samanilərin böyük rolu olmuşdur. 



 

Tulunilər dövləti hicri 254-292 (miladi 868-905) 

IX əsrin ikinci yarısının əvvəllərində Abbasilərin əlində olan Misir əyaləti 

Türk

lərin əlinə keçdi. Əyalətin valiləri, komandanları, vali müavinləri əsasən 



türk

lərdən təşkil olunurdu. Belə bir şəraitdə Tulunilər ilk müsəlman türk dövlə-

ti

nin əsasını qoydular. 



Dövlətin əsasını Abbasi xəlifəsi Müstəinin (862-866) dövründə 865-ci ildə 

Mi

siri ələ keçirən Əhməd ibn Tulun qoymuşdur.



595

 

Orduları əsasən türklərdən 



təşkil olunan Tulunilərdə ərəb mədəniyyəti hakim idi. Rəsmi dil ərəb dili, məz-

həbləri isə Abbasilərin məzhəbi olan sünni-hənəfi idi. Paytaxtları Fustat şəhəri 

ol

muşdur. 


Sahibuz-zinc (869-

883)  üsyanını  yatırmaq  üçün  xeyli  pul  xərcləyən  Əbu 

Əhməd  Təlhə  Müvəffəq  (xəlifə  Mutəmidin  qardaşı)  Misir  valisi  Əhməd  ibn 

Tulundan 

yardım  istədi.  Bundan  xəbər  tutan  Abbasi  xəlifəsi  Mutəmid  (870-

892)  Əhməd  ibn  Tuluna  bildirdi  ki,  xəracı  xəlifəyə  ödəsin.  Buna  əhəmiyyət 

ver

məyən Əhməd ibn Tulun bir milyon iki yüz min dinarı Müvəffəqə təslim et-



di. Müvəffəq isə bu məbləğin az olduğunu düşünərək, Misir valis Əhməd ibn 

Tu

lunun üzərinə Musa ibn Buğa əl-Kəbiri göndərdi. Lakin onunla döyüşmək-



dən çəkinən Musa Samirəyə qayıtdı və 877-ci ildə orada vəfat etdi. 

Hadisələrin  onun  xeyrinə  cərəyan  etdiyini  görən  Əhməd  ibn  Tulun  Şamı 

ələ keçirmək üçün hərəkətə keçdi. 877-879-cu illərdə Əhməd ibn Tulun Şamı 

de

mək olar ki, müqavimətsiz ələ keçirdi. Lakin 879-cu ildə oğlu Abbasın Mi-



sirdə çevriliş etdiyini öyrənincə geri qayıtdı. Abbasın qiyamını yatırdıqdan son-

ra  Əhməd  bu  dəfə  də  Şamda  canişin  qoyduğu  Lölöənin  Müvəffəqə  qoşuldu-

ğunu öyrəndi. Yenidən Şama qayıdan Əhməd 882-ci ildə Riqqəyə daxil oldu. 

Miladi 884-

cü ildə Əhməd ibn Tulunun ölümündən sonra yerinə oğlu Xu-

maraveyh (884-

896) keçdi. Bu arada zəncilər üzərində qələbə çalan Müvəffəq 

oğlu Əbul-Abbas Əhmədi qərb torpaqlarının valisi təyin etdi. Əbul-Abbasın ilk 

594

Yılmaz Öztuna, İslam devlətləri, I cild, səh-711. 



595

 Tarixi ibn Əsir, VII cild, səh-187. 

                                                           



  

399 


vəzifəsi Şam bölgəsini Abbasilərə qaytarmaq idi. Lakin 885-ci ildə baş verən 

yüşdə  Xumaraveyh  Əbul-Abbası  məğlub  etdi  və  Şam  bölgəsi  qəti  şəkildə 



Tu

lunilərin əlinə keçdi. Bundan sonra tərəflər arasında sülh bağlandı və sülhə 

görə Misir və Şam torpaqları daha otuz il müddətinə Tulunilərə verildi. 

Misir və Şamın ardından sonralar, Fələstin, Şimali Mesopotamiya, Livan, 

Xa

tay, Liviya da Tulunilərin əlinə keçmişdir. 



902-

ci ildə Abbasi xəlifəsi təyin edilən Müktəfi (902-908) Misir, Şam və 

əl-Cəzirədə hökmranlıq edən Tulunilərin hakimiyyətinə son qoymaq qərarına 

gəldi.  Bu  məqsədlə  xəlifə  Müktəfi  904-cü  ildə  Məhəmməd  ibn  Süleymanın 

başçılığı ilə böyük bir ordunu Misirə göndərdi. Misirin paytaxtı Fustat şəhəri 

yaxınlığında 905-ci ildə baş verən döyüşdə Tuluni sərkərdəsi öldürüldü və bu-

nunla da müharibənin taleyi həll oldu. Sülalənin sağ qalan üzvləri xilafətin pay-

taxtı Bağdada əsir olaraq göndərildi. 

Tulunilər sülaləsinin hakimiyyət illərini Misirin “qızıl dövrü” adlandırırlar. 

Bu illər ərzində Misir tərəqqi edib çiçəklənmiş, ölkənin iqtisadiyyatı inkişafın 

yük

sək həddinə çatmışdır. Tuluni ordusu türk, yunan və zənci mənşəli qullar-



dan  ibarət  idi.  Şam  bölgəsini  və  Aralıq  dənizi  sahillərini  nəzarətdə  saxlamaq 

üçün Tulunilər güclü donanma yaratmışdılar. Fustatda irimiqyaslı tikinti işləri 

həyata keçirilmiş, bütöv hərbi kvartal salınmış, memarlıq sənətinin incisi sayı-

lan Tulunilər məscidi inşa edilmişdir.

596

 

Tulun əmirləri və hakimiyyət müddətləri: 



1. 

Əhməd ibn Tulun (868-884) 

2. 

Xumaraveyh ibn Əhməd (884-896) 



3. 

Ceyş (896) 

4. Harun (896-904) 

5. 


Şeyban (904-905).

597


 

 

İxşidilər dövləti hicri 322-358/miladi 934-969 

Tulunilərin süqutundan sonra Abbasilər 934-cü ilə qədər Misiri idarə edə 

bild

ilər. Bu ildən etibarən Misir İxşidilər adlı yeni bir türk xanədanının idarəsi 



al

tına keçdi. 934-cü ildə Misiri ələ keçirən türk əsilli Məhəmməd ibn Tuqac İx-

şidilər  dövlətinin  əsasını  qoydu.  O,  Abbasi  xəlifəsi  Razinin  (934-940)  vəziri 

İbn Furatın qızı Xədicə ilə evlənmişdi. Misir valisi olmazdan əvvəl Məhəmməd 

ibn Tuqac 928-

ci ildə Rəmlənin, 930-cu ildə isə Şamın valisi olmuşdur. 

Rəsmi dilləri ərəb dili olan İxşidilər Hənəfi məzhəbinə mənsub idilər. Otuz 

dörd il 


on ay on gün hakimiyyətdə olan bu xanədan Misir, Fələstin, Suriya, An-

tak


ya, Qilikya, Livan, Ürdün və Hicaz hakimi olmuşdur. Paytaxtı Fustat şəhəri 

olan bu xanədan Abbasilərə tabe idi. 941-ci ildə Şamı, 942-ci ildə Hicazı ələ 

ke

çirən İxşidilər 944-cü ildə Hələbi, Xımsı, Antakyanı və bütün Suriyanı özlə-



596

Həsən İbrahim Həsən, İslam Tarixi, tər. IV cild, səh-26-36; Altundağ, Tulunilər, İA. XII/I, 430-439. 

597

 Yılmaz Öztuna, İslam dövlətləri, I cild, səh-320. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə