Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə198/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   194   195   196   197   198   199   200   201   ...   314

 

400 


ri

nə tabe etdilər. Bu arada İxşidilər 945-946-cı illərdə Şama hücum edən Həm-

da

niləri də məğlub edərək Şam torpaqlarından uzaqlaşdırdılar. 



Bu xanədan hökmdar Kafurun (966-968) dövrünə qədər öz qüdrətini qoru-

ya bilmişdir. Kafurun ölümündən sonra İxşidilərin zəifləməsindən istifadə edən 

Şimali Afrikadan gələn şiə təmayüllü Fatimilər 969-cu ildə Misiri ələ keçirərək 

İxşidilərin hakimiyyətinə son qoydular.

598

 

İxşidi əmirləri və hakimiyyət müddətləri: 



1. 

Əbu Bəkr Məhəmmədul-İxşid ibn Tuqac (934-946) 

2. 

Əbul-Xaas Ənucur ibn Məhəmməd (946-960) 



3. 

Əbul-Həsən Əli ibn Ənucur (960-966) 

4. 

Əbul-Misk Kafur (966-968) 



5. 

Əbul-Fəvaris Əhməd (968-969) 

6. 

Əbu Məhəmməd əl-Hüseyn (969-970) – Fatimilərin Misiri tutmasından 



son

ra özünü Şamda hökmdar elan edən əl-Hüseyn bir ilə yaxın Suriya, Livan 

və Fələstində hakimlik etmişdir.

599


 

 

Fatimilər dövləti hicri 297-567/miladi 909-1171 

Miladi  tarixi  ilə  909-cu  ildə  (hicri  297)  Ubeydullah  əl-Mehdi  tərəfindən 

əsası qoyulan Fatimilər Şimali Afrika, Misir, Suriya və digər bölgələrdə hökm 

rən şiə təmayüllü bir dövlət olmuşdur. Xanədan adını Hz.Peyğəmbərin (s) qı-



zı Fatimədən (ə) götürür. Bu dövlətin qurucuları Fatimə (ə) və Əli (ə) yolu ilə 

Hz.Pey


ğəmbərin  (s)  soyundan  gəldiklərini  iddia  edirlər.  Ümumi  məlumatlara 

rə onların nəsəbləri Hz.Əli (ə) övladına aid deyil. Onlar saxta olaraq özlərini 



övladi-

Əlidən (ə) saymışlar.

600

 

Fatimilər şiəliyin ismaililik qoluna mənsub idi-



lər. Bu təriqətə görə İmam Sadiqdən (ə) sonrakı imam onun oğlu  İsmayıldır. 

An

caq bunlar İsmayılın atası hələ həyatda ikən vəfat etməsi üzərində fikir ayrı-



lığına düşmüş və bir qismi onun ölmədiyini, bunun Abbasilərin şərindən çəkin-

mək üçün edilmiş bir təqiyyə olduğunu iddia etmişlər. Xəlifə Mənsurun (754-

775) Mədinədəki valisi də buna şahidlik etmişdir. 

Ü

mumiyyətlə  ismaililik  təriqətinin  ortaya  çıxması  barədə  müxtəlif  fikirlər 



möv

cuddur. Bu fikirlər həm müsəlman, həm Avropa və rus, həm də ismaililərin 

öz  müəllifləri  tərəfindən  müxtəlif  cür  izah  edilməkdədir.  Rus  və  Avropa 

şərqşünasları ismaililiyin ortaya çıxmasını daha çox Abbasilər dövründə baş ver-

miş  sinfi  ziddiyyətlərlə  əlaqələndirirlər.  Həqiqətəndə  bu  dövrdə  xilafət  mə-

murları ilə sadə xalq kütləsi arasında böyük bir uçurum əmələ gəlmiş, yerli feo-

dal

lar güclənmiş və əhalinin üzərinə qoyulan vergilər artmışdır. Bütün bunlar xi-



lafət ərazisində müxtəlif məzhəblərin meydana çıxmasına səbəb olmuşdur. Am-

ma  bizcə  bunun  digər  səbəbləridə  vardır  ki,  bununda  başında  cəmiyyətin  elit 

598

 İhşidilər, İA V/2, 945. 



599

 Yılmaz Öztuna, İslam dövlətləri, I cild, səh-321. 

600

 Yılmaz Öztuna, İslam dövlətləri, I cild, səh-323. 



                                                           


  

401 


təbəqəsinə  mənsub,  xüsusilədə  xilafət  sarayında  olan  bəzi  məmurların  əli  ilə 

yaradılır və müdafiə olunurdu. Düzdür bu faktı sübut etmək çətindir. Çünki bu-

nun  açıq-aşkar  dəlili  yoxdur.  Amma  buna  baxmayaraq  əqli  yolla  isbat  etmək 

müm


kündür ki, böyük məzhəbləri parçalamaq və onların ardıcılları arasında ixti-

laf salmaq üçün bu 

ən yaxşı yoldur. Şiə məzhəbi də Əhli-beyt (ə) tərəfdarı oldu-

ğundan və həmişə xilafətə qarşı əks cəbhədə dayandıqlarından onun içərisində 

ix

tilaf toxumlarının ali hakimiyyət tərəfindən səpilməsi mümkün görülə bilər. 



Afrikada ortaya çıxan Fatimi dövlətinin əsası İsmaililik hərəkatına dayanır. 

Bu hərəkat altıncı İmam Sadiqin (ə) oğlu İsmailin ətrafında başladılan mübahi-

sələrlə ortaya çıxmışdı. Dəqiq məlumatlara görə İmam Sadiqin (ə) böyük oğlu 

olan İsmail hələ atasının sağlığında miladi 762-ci ildə vəfat etmiş və İmam (ə) 

onu şəxsən dəfn etmişdir. Hətta İmam Sadiq (ə) cənazəni aparanlara cənazəni 

ye

rə  qoymalarını  göstəriş  vermiş  və  meyitin  kəfənini  açaraq  ora  toplaşanlara 



gös

tərmiş və onun öldüyünü dəlil olaraq hamıya isbatlamışdı. 

İsmaililər İmam Sadiqin (ə) oğlu İsmayılı xələf təyin etdiyini qəbul edirlər. 

İsmail hicri 145-ci ildə (miladi 762) hələ atası həyatda ikən vəfat edincə İma-

miy

yə şiəsi İmam Sadiqin (ə) ikinci oğlu Musa əl-Kazimi (ə) yeddinci imam 



ola

raq qəbul etmişdilər. İmam Sadiqin (ə) oğlu İsmailin imamətini qəbul edən-

lər iki qrupa ayrılır. Bunlar İsmailin ölümü ilə əlaqədar ortaya çıxmış və İmam 

Sadiqin 



(ə) hicrətin 148-ci ilində (miladi 765) vəfatından sonra İmamiyyədən 

ay

rılmışlar. “əl-İsmailiyyətul-Xalisa” və “İsmailiyyətul-Vaqifə” adları ilə tanı-



nan  birinci  qrup  İsmailin  atasının  sağlığında  öldüyünü  inkar  etməkdə,  onun 

İmam Sadiqdən (ə) sonra yeddinci imam olduğuna, bir gün Mehdi və ya Qaim 

ola

raq dönəcəyinə,  atasının onu qorumaq məqsədilə öldüyünü söylədiyinə və 



bunun bir 

təqiyyə olduğuna qəti olaraq inanmaqdadırlar.

601

 

İkinci  qrup  isə  İsmailin  atasının  sağlığında  vəfat  etdiyini  qəbul  edib  İs-



mailin oğlu Məhəmmədin imamətini tanımaqda və onu İsmailin xəlifəsi olma-

ğa layiq  görməkdədir. Bu qrup eyni zamanda Məhəmmədi  İmam Sadiqin (ə) 

hələ həyatda ikən oğlu İsmailin yerinə təyin etdiyinə də inanmaqdadır. Bu qru-

pa görə İmam Həsəndən (ə) qardaşı Hz.Hüseynə (ə) intiqalından sonra imamə-

tin qardaşdan qardaşa keçməsi caiz olmayıb, irəlidəki nəsillərə intiqalı lazım-

dır.


602

 

Fatimi 



qaynaqlarında İsmailin nəsəbi Ubeydullah əl-Mehdi ibn Hüseyn ibn 

Əhməd ibn Abdullah ibn Məhəmməd ibn İsmail ibn Cəfər əs-Sadiq (ə) şəklin-

dədir. Lakin Ubeydullah əl-Mehdi Yəmənə göndərdiyi bir məktubda soyunun 

İsmail  ibn  Cəfər  əs-Sadiqə  (ə)  söykənməsini  inkar  edir  və  ulu  babasının  İs-

mailin böyük qardaşı Abdullah olduğunu, Cəfəri İsmaili deyil Abdullahı özünə 

varis olaraq təyin etdiyini söyləməkdədir.

603

 

601



 Şəhristani, əl-Miləl vən-Nihəl, I cild, səh-144. 

602


İdris ibn Həsən, Uyunul-əxbar, Beyrut-1986, V cild, səh-160, 161. 

603


 Diyanet İslam Ansiklopedisi, İsmaililik maddəsi, səh-53, 55. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə