Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə20/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   16   17   18   19   20   21   22   23   ...   314

  

41 


Haris ibn Əbu Zirar Mədinəyə hücum edərək islamiyyəti yox etmək üçün ətra-

f

ına böyük bir ordu toplayır. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) bu xəbərin 



doğru olduğunu yoxlamaq üçün Bureydəni Bəni Müstəliq qəbiləsinə göndərir. 

Bəni  Müstəliq  qəbiləsinə  gələn  Bureydə  özünü  elə  göstərir  ki,  guya  o  da 

Hz.Pey

ğəmbərdən (s) qaçan şəxslərdən biridir. Bunu görən Haris ibn Əbu Zirar 



onu öz tərəfinə çəkmək üçün dedi: “Əgər sən də Məhəmmədi öldürərək isla-

miy


yəti yox etmək istəyirsənsə adamlarınla birlikdə bizə qoşul.” Bunu eşidən 

Bu

reydə Mədinəyə gələrək həqiqəti Hz.Peyğəmbərə (s) çatdırdı. Bundan xəbər 



tutan  Hz.

Peyğəmbər  (s)  öz  dəstəsilə  Bəni  Müstəliq  qəbiləsinə  gedərək  onları 

məğlub edib xeyli əsir ələ keçirdi. Əsirlər içərisində olan Haris ibn Əbu Zirarın 

qızı Cuveyriyyəni əsirlikdən azad edən Hz.Peyğəmbər (s) onunla evləndi. Bu 

ev

lilikdən sonra bütün Bəni Müstəliq qəbiləsi qohumluq əlaqəsini nəzərə ala-



raq islamı qəbul etdi. Eyni zamanda müsəlmanlar da Bəni Müstəliq qəbiləsini 

Hz.Pey


ğəmbərin (s) qohumu olduğu üçün əsirlikdən azad etdilər.  

Bu qəzvədən qayıdarkən ilk dəfə olaraq ənsarla mühacirlər arasında müba-

hisə yarandı. Bu mübahisənin yaranmasına səbəb mühacirlərdən olan Cəhcah 

ibn Məsudla ənsardan olan Sinan ibn Cuhani arasında su üstündə yaranan an-

laşılmazlıq  olur.  Qalmaqalı  daha  çox  şişirtmək  istəyən  münafiqlərin  başçısı 

Abdullah ibn Ubeyy 

belə dedi: “Əgər biz Mədinəyə qayıtsaq, ən əziz olanlar, 

ən zəlilləri oradan çıxaracaqlar.” 

O bununla demək istəyirdi ki, mən əzizəm, Hz.Peyğəmbər (s) isə zəlildir. 

Zeyd  ibn  Ərqəm  onun  sözlərini  eşidib  Hz.Peyğəmbərə  (s)  çatdırdı.  Eyni  za-

manda Abdullahda Hz.

Peyğəmbərin (s) yanına gəlib and içdi ki, mən bu sözü 

de

məmişəm, Zeyd  yalan deyir. Bu zaman “Münafiqun” surəsinin nazil olma-



sından sonra Zeydin doğruçu, Abdullahın isə yalançı və münafiq olması aşkar 

oldu. 


Bəni Müstəliq qəzvəsində Hz.Peyğəmbər (s) xanımlarından Ümmü Sələmə 

ilə  Aişəni  özü ilə  götürmüşdü.  Bu  qəzvədən  qayıdarkən  Aişə  karvandan  geri 

qalmış  və  bunu  bəziləri belə  başa  düşmüşlər  ki,  guya  xanım  Aişə  karvandan 

geri qalaraq Allah Rəsuluna  (s) xəyanət  etmişdir.  Lakin Allah qatından  nazil 

olan “Nur” surəsinin 10-16-cı ayələri Aişənin Hz.Peyğəmbərə (s) xəyanət et-

mədiyini üzə çıxartmışdır. Bu hadisə İslam tarixində “İfq” yəni böhtan hadisəsi 

adlanır. 

2. Hz.

Peyğəmbər (s) Zeyd ibn Harisin arvadı Zeynəb binti Cahşla evləndi. 

Bu evlilikdən də Hz.Peyğəmbərin (s) heç bir övladı dünyaya gəlməmişdir. 

3. 

Maidə” surəsinin 6 və “Nisa” surəsinin 43-cü ayəsi ilə təyəmmüm va-

cib olmuşdu. 

4. “Nur” sur

əsinin 30-31 və “Əhzab” surəsinin 59-cu ayəsi ilə hicab vacib 

oldu. 

5. Hz.

Əlinin (ə) qızı Hz.Zeynəb cəmadiəl-əvvəl ayının 5-də Mədinədə ana-

dan oldu. 

6. “

Nisa” surəsinin 102-ayəsi ilə “xof” namazı vacib oldu. 

  



 

42 


7. 

Xəndək qəzvəsi: 

Hicrətin beşinci ilində baş verən Xəndək qəzvəsinə Əhzab qəzvəsi də deyi-

lir. Çünki bu qəzvədə bütün ərəb qəbilələri Qureyş müşriklərinə kömək etmiş-

dir.  Hicrətin  dördüncü  ilində  baş  verən  Bəni  Nəzir  qəzvəsində  məğlub  olan 

yəhudilər Xeybər qalasında toplanaraq müsəlmanlardan intiqam almaq istəyir-

di

lər. Bu məqsədlə Bəni-Nəzir qəbiləsinin başçıları Huyeyy ibn Əxtab, Səllam 



ibn Əbulhuqeyq, Kənan ibn Rəbiə, Hövzə ibn Qeys və Əbu Amir Məkkəyə ge-

dərək Əbu Süfyanla görüşüb belə dedilər: “Biz bilirik ki, Siz də bizim kimi is-

la

miyyəti yox etmək istəyirsiniz. Bizim istəyimiz budur ki, sizdə bizimlə əlbir 



olub böyük bir ordu toplayaraq Mədinəyə hücum edək.” Əbu Süfyan onların 

sa

diqliyini yoxlamaq üçün belə dedi: “Siz kitab əhlisiniz, səmavi kitabınız var, 



haq

la batil şəriətləri bir-birindən ayırd edə bilirsiniz. Bilirsiniz ki, bizim Mu-

həmmədlə düşmənçiliyimizin yeganə səbəbi gətirdiyi dinin bizim adətlərimizlə 

uy

ğun gəlməməsidir. Sizcə bizim ibadət etdiyimiz 360 büt üstündür yoxsa Mu-



həmmədin ibadət etdiyi bir Allah.” Bu zaman yəhudilər utanmadan belə cavab 

ver


dilər: “Bütpərəstlik Muhəmmədin dinindən daha üstündür. Siz öz dininizdə 

qa

lın və onun dininə qətiyyən meyl göstərməyin.”



44

 

Yəhudilərin bu əməlinə görə Uca Allah “Nisa” surəsinin 51-52-ci ayələrini 



na

zil edərək onların lənətlənmiş qövm olduqlarını bildirdi. Ayədə deyilir: “(Ya 



Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb oxumaqdan) bir pay (az bir 

şey) verilənləri (yəhudiləri) görmürsənmi! Onlar Cibt və Tağuta (bu adda 

iki bütə, Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün 

də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”,- deyirlər. Onlar Alla-

hın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək 

edən tapa bilməzsən”.  

Yəhudilərin  bu  sözündən  sonra  Əbu  Süfyan  və  Qureyş  başçıları  onlarla 

əhd-peyman bağladılar ki, nə qədər sağdılar, Peyğəmbərlə müharibədən çəkin-

məsinlər və öz sinələrini Kəbənin divarına yapışdırıb and içdilər . 

Məkkədən xoş xəbərlə qayıdan yəhudilər Nəcdə doğru gələrək İslamla qatı 

düşmən olan Qətavan qəbiləsini də döyüşə təhrik etdilər. Qətəvan qəbiləsindən 

Bəni-Fəzarə, Bəni-Mürrə və Bəni-Əşcə tayfaları qələbədən sonra Xeybərin bir 

illik məhsulunun onlara çatacağı şərtilə yəhudilərə müsbət cavab verdilər. Di-

gər  tərəfdən  Qureyş  də  öz  müttəfiqləri  Bəni-Səlimlə,  Qətəvan  da  müttəfiqi 

Bəni-Əsədi bu döyüşdə iştirak etməyə razı salır. On min nəfərlik ordu toplan-

dıqdan sonra müttəfiqlər Mədinəyə doğru hərəkət edir.

45

 



Müşriklərin  böyük  bir  ordu  ilə  Mədinəyə  doğru  hərəkət  etdiyini  öyrənən 

Hz.


Peyğəmbər (s) səhabələri ilə məşvərət etdi. Bu zaman İran əsilli Salman Fa-

risi ayağa qalxaraq belə dedi: “İranda hansısa düşmən hücuma keçdikdə şəhə-

rin ətrafında xəndək qazılır və bununla da düşmənin hücumunun qarşısı alınır. 

44

“Tarixi-



Təbəri” 2-ci cild, səh-233 

45

Məğazeyi Vaqidi 2-ci cild, səh-443 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə