Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə200/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   196   197   198   199   200   201   202   203   ...   314

 

404 


mi

nin hamısına heç bir zaman hakim ola bilmədilər və özlərini ümmətin əksə-

riy

yətindən  ayrı  tutdular.  İslam  aləminə  hökm  etmək  üçün  mərkəz  qəbul 



etdikləri  Qahirə  Səlib  yürüşləri  və  Monqol  istilası  sırasında  olduğu  kimi 

sonrakı dönəmdə də əhəmiyyətli rol oynamışdır. 

Cövhər əs-Siqilli Misiri tutduqdan sonra xəlifə Muiz Lidinillahın təlimatı 

ilə Fustatın şimal-şərqində yeni bir şəhər inşa etdirdi. Cövhərin Muiz Lidinilla-

hın  naibi  sifətilə  misirə  hakimlik  etdiyi  dörd  illik  müddət  (969-973)  ərzində 

Mi

sir Fatimi tarixinin ən əhəmiyyətli dövrlərindən biri sayılır. Xütbələrdən və 



sik

kələrdən Abbasi xəlifəsinin adı çıxarılıb onun yerinə Fatimi hökmdarı Muiz 

Li

dinillahın adı həkk edilmişdir. Abbasilərin şüarı olan qara rəng qaldırılaraq 



məsciddəki xətiblərə Fatimilərin şüarı olan ağ rəng geydirilmişdir. 

İqtisadi sahədə isə Cövhər bütün gücünü dağılan körpülərin təmiri üçün is-

ti

fadə və xərac vergisi olaraq adam başına 3,5 dinarı 7 dinara çıxarmışdır. Tor-



paq sahiblərindən  alınan vergilərdə artmışdır. Misir pul vahidini islah edərək 

ni

zamını Fatimilərin  İfriqiyyədə istifadə  etdikləri nizam səviyyəsinə çıxarmış 



və yüksək qiymətli yeni dinarları tədavülə buraxdırmışdır. Bu dinarlar “ət-da-

yaniril-


Muizzi” olaraq tanınmış, daha əvvəl Misirdə istifadə edilən və “ət-day-

anirir-Radi” 

və “ət-dayaniril-Əbyaz” deyə bilinən köhnə dinarları ləğv etmiş-

dir. Fatimilərin Suriyanı ələ keçirmələri Misir fəthinin davamı idi. Bura Fatimi 

or

dusunu Bağdada gətirərək Büveyhi idarəsinə və Abbasi xilafətinə son verə-



cək səfərin hərəkət nöqtəsi olacaqdı. Lakin 971-ci ildə (hicri 360) Dəməşqdə 

qərmətilərlə edilən döyüşdə Fatimilərin Suriya əmiri Cəfər ibn Fəllahın öldü-

rülməsi bütün bu proyektlərin həyata keçməsinə mane oldu. Hətta bu döyüşdən 

son


ra qərmətilər Misirə doğru irəliləyərək Qahirəni təhdid etdilər. 

Sərkərdə Cövhərin dəvəti ilə Misirə gələn xəlifə Muiz Lidinillahın ilk işi 

Cöv

həri vəzifədən kənarlaşdırmaq oldu. Yerinə yəhudi təbliğatçısı Yəqub ibn 



Gil

lisi gətirərək Misirdəki Fatimi idarəsinin təşkil edilməsini ona buraxdı. Us-

luc ibn Həsəni də maliyyə məsələlərində  İbn Gillisənin köməkçisi təyin etdi. 

Muiz Lidinillah ilə Əziz Billahın (975-996), Cövhər və Yəqub ibn Gillisin səy-

ləri iki əsr davam edəcək olan Fatimi dövlətinin təməllərini qoydu.  Fatimilər 

Su

riyanı ələ keçirməyi digər ölkələrə sahib olmanın zəmanəti kimi görür və xü-



su

silə  Bağdadı  ələ  keçirmək  istəyirdilər.  Çünki  Bağdad  sünni  müsəlmalığın 

mərkəzi idi. Bu siyasəti həyata keçirmək üçün xəlifə Əziz Billah şərq bölgələ-

rindən əsgər toplamağa başladı. 

Əziz Billah dövrünün sonlarında Fatimilər dövləti olduqca genişləndi. Fa-

timi təbliğatçıları Suriya və Şimali Afrikadan sonra Yəmən və Mosulda da təb-

liğat aparmağa başladılar. Eyni zamanda Əziz Billah Bizans imperatorunun el-

çisinə hər cümə Konstantinopoldakı məsciddə öz adına xütbə oxunmasını şərt 

qoy

muşdu.  Miladi  tarixi  ilə  996-cı  ildə  (hicri  386)  Əziz  Billahın  ölümündən 



son

ra  Fatimilərdən  doqquz  adam  xəlifəliyə  namizəd  idi  və  bunların  başında 

Ha

kim Biəmrullah gəlirdi. 




  

405 


Hakim Biəmrullahın (996-1021) dövrü ziddiyyətli bir dövr olmuşdur. Xə-

lifə tez-tez verdiyi bir qərarı qısa müddət sonra dəyişərdi. Fatimilər dövründə 

ya

şanan dini tolerantlığa baxmayaraq nə zimmilər nə də əhli-sünnə mənsubları 



Ha

kim  Biəmrullahın  təzyiqindən  xilas  ola  bildilər.  Onun  dövründə  Misir-Bi-

zans əlaqələri də pozuldu. 

Miladi tarixi ilə 1021-ci ildə (hicri 411) Hakim  Biəmrullahın ölümündən 

son

ra Fatimi taxtını əz-Zahir (1021-1036) ələ keçirdi. 



əz-Zahirdən sonra hakimiyyətə əl-Mustansir Billah (1036-1094) gəlmişdir. 

Onun dövründə Fatimilər geniş ərazilərə malik oldular. Misir, Cənubi Suriya 

böl

gəsi, Şimali Afrika, Sicilya, Afrikanın Qırmızı dəniz sahilləri, Hicaz və Yə-



mən bu dövlətin sərhədlərinə daxil idi. Ayrıca Məşriqdə sünnilərin idarəsində 

olan çoxlu şəhər hakimi də Mustansirə tabe oldu. Lakin bu böyük dövlət qısa 

müd

dət  ərzində  kiçilməyə  başladı.  Mustansirin  ölümündən  sonra  ismaililərin 



si

yasi nüfuza malik bir qrupu Misirdə Nizara qarşı çıxmağa başladı. Nizar ölən 

xəlifənin böyük oğlu və varisi idi. Bir qrupda xəlifənin digər oğlu Mustəlinin 

(1094-


1101) xəlifə olmasını istədi. Nəticədə Nizar öldürüldü və onun tərəfdar-

ları olan nizarilər Yəmənə sığındılar. Sonradan Hindistana gələn nizarilər orada 

ö

z əqidələrini yaymağa başladılar. Hindistanda onların Xoca və Boxara adlı iki 



təriqəti vardır. Boxara özlüyündə Süleymaniyyə və Davudiyyə adlı iki hissəyə 

bölünür. 

Fatimilərin  çökməkdə  olduğu  1045-ci  ildə  (hicri  436)  vəzir  Əbul-Qasim 

Əli ibn Əhməd əl-Cərcərainin ölümü ilə daha aydın oldu. Fatimilərlə Abbasilər 

ara

sındakı qarşıdurmada ilk dəfə Bağdadda hazırlanan bir şəcərə problemi ilə 



or

taya çıxdı. Bu şəcərədə Fatimilərin soyuna dil uzadılmışdı. Fatimilərə qarşı 

Səlcuqlardan kömək istəyən Abbasilər bir tərəfdən Fatimilərlə Bizanslılar ara-

sındakı əlaqəni pozmağa çalışır, digər tərəfdən də Afrika valisi Muiz ibn Badisi 

Fa

timi  hakimiyyətini  tanımamağa  çağırırdılar.  Buna  əsasən  Muiz  ibn  Badisi 



1051-

ci ildə (hicri 443) Fatimilərlə olan bütün əlaqələri kəsib, Afrikada xütbə-

ləri Abbasilər adına oxumağa başladı. Səlcuqlular isə Bizansla müqavilə bağla-

yıb onların Misirə Buğda göndərmələrini dayandırdılar. 

Buna cavab olaraq Fatimilər hərbi, siyasi və iqtisadi vasitələrlə Abbasilərə 

təsir etməyə başladılar. Bu vaxt şərqə gedən iki ticarət arasındakı rəqabəti qı-

zışdırmağı planlayan “şərq strategiyası”na üstünlük verdilər. İsmaililik məzhə-

bini Hindistana gedən dəniz və quru yolu vasitəsilə Hindistanda yaymağa baş-

la

dılar. Fatimilər bu yolla bir tərəfdən iqtisadi canlılıq təmin edərək xilafətləri-



ni gücləndirmək, digər tərəfdən də Abbasi xəlifəliyini zəiflətmək istəyirdilər. 

Fati


milər Aslan Bəsasirinin Abbasi xəlifəsinə başlatdığı qiyamı dəstəkləmiş və 

As

lan Bağdadı tutaraq xütbəni Fatimi xəlifəsinin adına oxutmuşdur. Abbasi xə-



lifəsi Qaim Biəmrullahı (1031-1075) da 1058-ci ildə bir il müddətinə həbs et-

mişdir.  Ancaq  islam  dünyasında  ifrat  sünniliyi  təbliğ  edən  Səlcuqlu  Türkləri 

Toğrul Bəyin başçılığı ilə Abbasi xəlifəliyini Fatimilərin əlinə düşməkdən qur-

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə