Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə201/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   197   198   199   200   201   202   203   204   ...   314

 

406 


tard

ı.  Nəticədə  Fatimilər  Suriya  bölgəsindəki  yerlərini  itirdilər  və  bu  ərazilər 

1075-

ci ildə (hicri 468) Səlcuqluların əlinə keçdi. 



Misir bu dövrdə böyük bir böhrana düşdü. Müxtəlif hərbi qruplar arasında 

mey


dana  gələn  qarşıdurmalar  da  daxili  qarışıqlığa  səbəb  oldu.  Hadisələrin 

mənfi istiqamətdə inkişafı xəlifə Mustansir Billahı ordu komandiri Bədr əl-Cə-

malini köməyə çağırmağa məcbur etdi. 1074-cü ildə Misirə gələn Bədr əl-Cə-

ma

li anarxiyanı idarə altına almağa, dinclik, təhlükəsizlik və sabitliyi yenidən 



təsis etməyə müvəffəq oldu. 

Buna qarşılıq olaraq xəlifə səlahiyyətlərini Bədr əl-Cəmaliyə verdi. Beləcə 

Fa

timilər tarixində yeni bir dövr başladı. “Vəzirlərin nüfuz əsri” adı verilən bu 



dövr

də dövlətin işlərini əmirlər idarə edirdilər. Bədr əl-Cəmali və xələfləri Əf-

dal  və  Məmun  əl-Bataihinin  qurduqları  nizam  Fatimi  dövlətini  yıxılmaqdan 

qur


tardı və dövlətin ömrünü bir əsr daha uzatdı. 

Atasının yerinə vəzirlik məqamına keçən Əfdal ibn Bədr xəlifə Mustansi-

rin kiçik oğlunu “Mustəli Billah” (1094-1101) ləqəbilə xəlifə təyin etdi. Əfdal 

tərəfindən reallaşdırılan  bu siyasi inqilab  İsmaililəri Mustəliyyə və Nizariyyə 

ola

raq ikiyə böldü. Misir, Suriya, Yəmən və Hindistandakı İsmaililərin əksəriy-



yəti Mustəlinin imamlığını tanıdı. İran İsmaililəri isə Həsən Sabbağın başçılı-

ğında Nizarın (Mustansirin oğlu) imamlığını tanıdılar. Bu qrupa eyni zamanda 

“əl-İsmailiy-yətul-cədidə” də deyilir. 

Miladi tarixi ilə 1101-ci ildə Mustəlinin ölümündən sonra vəzir Əfdal onun 

ye

rinə Əbu Əli Mənsuru (1101-1130) keçirərək ona “Amir Biahkamillah” ləqə-



bi

ni verdi. Bu vaxt Əbu Əlinin beş yaşı var idi. Beləcə iyirmi il boyunca ölkənin 

tək hakimi olan Əfdal ibn Bədr ilk iş olaraq iş mərkəzini Qahirədən Fustata kö-

çürdü.  Onun  zamanında  divanlarda  işləyən  xristianların  sayı  artdı.  Suriya  böl-

gəsinə xaçlıların hücumu onun dövründə başlasa da Əfdal ibn Bədr bu hücum-

lara əhəmiyyət verə bilmədi. Hətta Səlcuqlulara qarşı Xaçlılarla razılaşmağa belə 

çalışdı.  Lakin  sonunda  dövlət  Suriyadakı  şəhərlərini  itirmə  təhlükəsiylə  qarşı-

qarşıya gəldi. Bu şəhərlərin başında Qüds, Akka, Sur və Sayda idi. Amir Biahka-

millah yetkin bir gənc olunca Əmr Məhəmməd ibn Fateh ilə əməkdaşlıq edərək 

1121-


ci ildə (hicri 515) Əfdal ibn Bədri aradan götürdü. Onun ölümündən sonra 

Amir Biahkamillah 1122-

ci ildə Bataihini “əl-Məmun Tacul-xilafə” ləqəbilə və-

zir təyin etdi. Ayrıca əmirlərin, ustadların və mütəfəkkirlərin “Amin” olan ləqəb-

lərini “Məmuniyə” çevirərək ona şərəf və etibar qazandırdı. Xəlifə Amir ilə vəzir 

Məmunun dövrü (1122-1125) Fatimilərin Misirdəki ən parlaq dövrü oldu. 

Məmun ilə arasındakı ittifaqa baxmayaraq ölkədə təkbaşına söz sahibi ol-

maq istəyən Amir 1125-ci ildə Məmunu vəzifədən götürərək həbs etdirdi, üç il 

son

ra isə edam etdirdi. Ancaq dövləti təkbaşına idarə edə bilmədiyi üçün biri 



səlman, digəri isə Samiri dinli iki adamı divanda işə təyin etdi. Əbu Nəcah 

ibn Qana adlı rahibi də müstəvfi təyin etmək məcburiyyətində qaldı. Bu rahibin 

döv


ründə müsəlmanlar həbs edilir və təhqirə məruz qalırdılar. Bu vəziyyət isə 


  

407 


səlmanların  üsyanına  səbəb  oldu.  Amirin  xilafəti  uzin  çəkmədi  və  Rovza 

adasına gedərkən Nizarilər tərəfindən 1130-cu ildə öldürüldü. 

Amirin varis buraxmadan ölməsi yeni bir böhrana səbəb oldu. Çünki Fati-

mi dövləti tarixində daha əvvəl imamətə varis axtarılması kimi bir məsələ ilə 

qar


şılaşmamışdı.  Fatimi  tarixində  ilk  dəfə  İsmaililərin  təbiri  ilə  “Əmanətçi 

İmam”  (əl-imamul-mustəvda)  təyin  edildi.  Bu  imam  Amirin  əmisinin  oğlu 

Əbul-Meymun Əbdülməcid oldu. Qohumlar içində ən böyüyü olan Əbul-Mey-

mu

na doğumu gözlənən vəliəhdin zamini olaraq beyət edildi. Əsgərlər isə Bədr 



əl-Cəmalinin nəvəsi Əbu Əli Əhməd ibn Əfdalı vəzirlik məqamına gətirdilər. 

Əbu Əli də Əbdülməcidi həbs etdirərək İmamiyyənin gözlənilən on ikinci ima-

mı  adına  təbliğata  başladı  və  İsmaili  məzhəbinə  aid  fəaliyyətləri  dayandırdı. 

Göz


lənilən  imam  adına  pul  kəsib  üzərinə  “Allahus-saməd  əl-İmam  Muhəm-

məd”  ibarəsini  yazdırdı.  Lakin  bir  il  sonra  1131-ci  ildə  Əbu  Əli  öldürüldü. 

Amir Biahkamillahın tərəfdarları Əmr Əbdülməcidə yenidən beyət etdilər. Qı-

sa müddət sonra özünü xəlifə elan edən Əbdülməcid özünə “əl-Hafiz Lidinil-

lah” (1130-

1149) ləqəbini götürdü. 

Fatimi dövləti son qırx il içində sürətli bir geriləməyə düşmüşdür. Belə ki, 

xi

lafətin nüfuzu yalnız Misirdə qaldı. Hafiz Lidinillah və xəlifələrin imamətini 



ta

nımayan digər tabeləri onlardan ayrıldılar. Beləcə bu son qırx il içində Fati-

mi

lər Qahirədə məhəlli bir xanədan kimi hökm sürdülər. 



Hafiz Lidinillah oğlu Həsəni öldürərək ondan xilas olunca 1135-ci ildə Er-

məni Bəhramı vəzirlik məqamına gətirməyə məcbur oldu və ona “Seyful-İslam 

Tacul-

xüləfa” ləqəbini verdi. Bundan istifadə edən Bəhram Ermənistandan irq-



daşlarını Misirə yerləşdirdi. Sayları otuz min olan ermənilər bir çox kilsələr tik-

di

lər. Misirlilər bundan qorxmağa başladılar. Divandakı bir çox vəzifəli adam-



lar da xristian idi. Bəhramın qardaşı Basak da Kus valiliyinə təyin edildi.Vali 

Kus


dəki müsəlmanlara zülm edib onları qarət etməyə başladı. Müsəlmanlar bu 

vəziyyət qarşısında nüfuzlu bir dövlət adamı olan Rizvan ibn Velahşadan kö-

mək istədilər. Xəlifə Hafiz Lidinillah da əmrlərin təzyiqinə boyun əyərək onu 

1137-


ci ildə “əs-Seyyidul-əcəlul-əfdal-cüyuş” ləqəbi ilə vəzir təyin etdi. 

Rizvan ilk iş olaraq xalqının əksəriyyəti sünni olan İsgəndəriyyədəki sünni 

fəaliyyətlərə rəhbərlik etdi. 1138-ci ildə İsgəndəriyyədə Misirin ilk İslam məd-

rəsəsini yaratdı. Ancaq xəlifənin əsgərlərinin təzyiqi ilə buradan qaçaraq Sər-

had  valisi  Əmirud-dövlə  gümüştəkin  əl-Atabəyiyə  sığındı.  Hafiz Lidinillah 

Rizvan


dan sonra vəzirlik məqamını boş saxladı və ölümünə qədər (1149) rəh-

bərliyi öz əlində saxladı. Hafizdən sonra bütün valilər vəzirlik məqamına göz 

di

kib bunun uğrunda rəqabətə başladılar. 



Bu  vaxt  sünnilərdən  də  vəzirlik  məqamına  gətirilənlər  də  oldu.  Adil  ibn 

Səllar bunlardan biri olmuşdur. Vəzirlik uğrundakı bu çəkişmələr ölkə daxilin-

də və hətta sarayda qalmaqallara səbəb olurdu. 1144-cü ildə (hicri 539) Misirə 

gələn Əmr Usamə ibn Münqiz bu intriqaların yoluna qoyulmasında böyük rol 

oy

namış və intriqalar 1153-cü ildə (548) vəzir İbn əs-Səlların ölümü, Abbas əs-



  


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə