Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə202/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   198   199   200   201   202   203   204   205   ...   314

 

408 


San

hacinin vəzirlik məqamına gəlməsi və oğlu Nəsrin xəlifə Zafir Biəmrillahı 

(1149-

1154)  öldürməsiylə  sona  çatmışdır.  Xaçlılar  bu  qarışıqlıqları  fürsət  bi-



lərək  Fatimilərin  Suriyadakı  son  qalası  olan  Əsqalanı  da 1153-cü  ildə  işğal 

etdilər. 

Xəlifə  Zafirin  öldürülməsindən  sonra  Abbas  əs-Sanhaci  onun  kiçik  oğlu 

“Faiz Lidinillahı” (1154-1160) xəlifə təyin etdi. Saraydakı qadınlar Talail ibn 

Ruz

ziqə sığınaraq ondan xilafəti qurmasını istədilər. Bu eşidən Abbas və oğlu 



Nəsr Suriyaya qaçdılar. Talail ibn Ruzziq Fatimilərin güclü vəzirlərinin sonun-

cu

sudur. Onun mövqe ehtirası elə bir həddə çatmışdı ki, xəlifə Faiz Lidinillahın 



1160-

cı ildə varis buraxmadan ölməsi üzərinə yerinə “Azid Lidinillah” ləqəbiy-

lə onun nəvəsi Əmr Abdullahı keçirmiş və xilafətə Ruzziq oğullarının ortaq ol-

ma

sı ümidilə qızını xəlifə ilə evləndirmişdir. Fatimi dövlətinin son on ili vəzir-



lik mövqeyində gözü olan valilər arasındakı daxili çəkişmələr və xarici hücum-

lar


dan qaynaqlanan döyüşlərlə keçmişdir. 

Şavər ibn Mucir və Dirqam ibn Amir arasındakı mübarizədə Şavər Dəməşq 

əmiri Nurəddin Mahmuda sığındı. O da Əsəduddin Şirkuh əl-Mənsurun əmrin-

dəki ordunu Misirə göndərdi. Lakin Şavərin Nurəddinə verdiyi sözü yerinə yetir-

məyərək  Şirkuhdan  Misiri  tərk  etməsini  istəməsi  üzərinə  Əsəduddinin  ordusu 

Bil


bisi zəbt etdi və şərq vilayətlərini idarəsi altına aldı. Şavər xaçlılara sığınaraq 

Şirkuha qarşı onlardan yardım istədi. Bu vəziyyət Nurəddin ilə Kral Amariy or-

du

larının  Misir  üzərindəki  arzularını  təhrik  etdi.  Sonunda  Şavər  öldürüldü  və 



Nu

rəddinin ordusu Misirə daxil oldu. 1169-cu ildə Əsəduddin Şirkuh Fatimi və-

zir

liyinə  təyin  edildi,  lakin  iki  ay  sonra  vəfat  etdi.  Bunun  üzərinə  xəlifə  Azid 



(1160-

1171) onun qardaşı oğlu Səlahəddin Əyyubini vəzirlik məqamına gətirdi. 

Be

ləcə Misirdə və Orta Şərqdə yeni bir dövr başlamış, Misirdə Fatimilər adına 



xüt

bələrə son verilmiş və Abbasilər adına xütbə oxunmağa başlanmışdır. 

Beləliklə, Fatimilər böyük bir imperatorluq qurmuş və bunu uzun illər ida-

rə  edə  bilmişlər.  Onların  idarəsi  altında  Tunis,  Cəzair,  Fas,  Liviya,  Siciliya, 

Sar

diniya, Korsika, Malta, Misir, Suriya, Livan, Fələstin, Hicaz, İordaniya, Yə-



mən  və  s.  bölgələr  daxil  olmuşdur.  Atlantik  okeanından  Oman  dənizinədək 

olan və həmçinin İtaliya və İspaniya torpaqlarınadək gedib çıxan bu imperiya-

ya Hindistanın Pəncabında tabe olan dövlət belə var idi. 

Fatimi xəlifələri və onların hakimiyyət müddətləri: 

1. 

əl-Mehdi (910-934)  



2. 

əl-Qaim (934-946) 

3. 

əl-Mənsur (946-953) 



4. 

əl-Muiz (953-975) 

5. 

əl-Əziz (975-996) 



6. 

əl-Hakim (996-1021) 

7. 

əz-Zahir (1021-1036)  



8. 

əl-Mustansir (1036-1094) 

9. 

əl-Mustəli (1094-1101) 




  

409 


10. 

əl-Amir (1101-1130) 

11. 

əl-Hafiz (1130-1149) 



12. 

əz-Zafir (1149-1154) 

13. 

əl-Faiz (1154-1160) 



14. 

əl-Azid (1160-1171)

604

 

 



Büveyhilər dövləti hicri 320-454/miladi 932-1055 (1062) 

Büveyhilər  dövləti  miladın  X  əsrində  meydana  gəlmiş  şiə  təmayüllü  bir 

döv

lət  olmuşdur.  Bu  dövlətin  banisi  Sasani  imperatorlarının  soyundan  olan 



Əbu Şuca Büveyhidir. Məşhur İslam tarixçisi İbn Kəsir onlar haqqında yazır: 

“Bun


lar Əbu Şucanın oğulları idilər. Əbu Şucanın şəcərəsi belədir: Əbu Şuca 

veyh ibn Qabaxosrov ibn Təmmam ibn Qum ibn Şirzil əl-Əsğər ibn Şirge-



deh ibn Şirqil ibn Sisan ibn Bəhramgur əl-Məlik ibn Yəzdəgird əl-Məlik ibn 

Sabur Z


iləktaf əl-Farisi.

605


 

Qərbdəki  bərbəri  üsyanı,  Bağdadın  Deyləmdən  gələn  Büveyhilər  tərəfin-

dən zəbt edilməsi ilə eyni dövrə düşdü. Deyləmlilər də Türklər kimi Bağdadın 

da

xil olduğu İslam dünyasına pullu əsgər təmin edən vəhşi dağlılar idi. 



Deyləm, İranın şimalında Gilan əyalətinin bir hissəsini təşkil edən, Xəzər də-

nizi ilə Qəzvin arasındakı dağlıq bölgənin və bu bölgədə yaşayan qövmün adıdır. 

Deyləmin sərhədlərini tam olaraq təsbit etmək olduqca çətindir. Çünki bu sər-

hədlər Deyləm xalqının bu bölgəyə sonradan ilhaq etdikləri torpaqlar səbəbi ilə 

zaman-

zaman dəyişmişdir. Büveyhilərin zirvədə olduğu IV (X) yüzillikdə Dey-



ləm adı Xəzər dənizinin cənubundakı bütün əyalətləri əhatə etməkdə idi. İslam 

alimi  İstəxri  Deyləmin  cənubda  Qəzvin,  Azərbaycan  və  Reyin bir hissəsi  ilə 

şərqdə Təbəristan və Reyin digər hissəsi, şimalda Xəzər dənizi, qərbdə Azərbay-

ca

nın  bir  hissəsi  və  Arran  bölgələri  ilə  məhdudlaşdırıldığını  ifadə  edir  və  əsl 



Dey

ləmin dağlıq bölgədən ibarət olduğunu deyir. “Hududul-aləm”də Təbərins-

tan, Cibal, Gilan və Cürcan da Deyləmin sərhədləri içində göstərildikdən sonra 

Deyləmi-Xassə  adı  verilən  əsl  Deyləmin  şərqdə  Təbəristan,  cənubda Cibal, 

şimal-qərbdə Gilan və şimal-şərqdə Xəzər dənizi ilə sərhəd olduğu yazılmaqda-

dır. Məqdisi isə Xəzər dənizinin ətrafındakı sahənin tamamını, Kumisi, Cürcan 

və Təbəristanı, hətta Volqa sərhədlərində Xəzərlərin hökm sürdüyü bölgəni də 

Dey


ləmə daxil edir. Deyləm hökmdarları Alamut qalası  yaxınlığındakı Rudbar 

şəhərində  otururdular.  Gerçək  mənada  Deyləm,  Elburus  dağlarının  Xəzər  də-

nizinə baxan  yamacları üzərindəki bölgədədir. Deyləmdə qış ayları soyuq, yaz 

ay

ları isə ilıq keçir. Bölgə taxıl və meyvə yetişdirməyə əlverişlidir. 



Etnik mənşələri qəti olaraq təsbit edilməyən Deyləmlilərin adlarına yazılı 

qay


naqlarda  ilk  dəfə  miladdan  əvvəl  ikinci  əsrdə  rast  gəlinir.  Ehtimalla  çox 

köh


nə tarixlərdən bəri İranda yaşayan, lakin İranlı olmayan bir qövmə mənsub-

604


Yılmaz Öztuna, İslam dövlətləri, I cild, səh-326. 

605


 əl-Bidayətu vən-Nihayə, Çağrı yayınlar, XI cild, səh-303, 304. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə