Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə203/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   199   200   201   202   203   204   205   206   ...   314

 

410 


dur

lar. Deyləmlilərin Dabbə ibn Ud adlı ərəb qəbiləsindən olduqlarına dair rə-

va

yətlər də vardır. Bu rəvayətə görə Dabbənin oğlu Basil İrana getmiş, orada 



İranlı bir qadınla evlənmiş və doğulan uşaqlarına Deyləm adını vermişlər. An-

caq bu rəvayət tam doğru qəbul edilməmişdir. İran qaynaqlarında Deyləm adı 

ilk dəfə Sasani xanədanın qurucusu I Ərdəşirin (225-240) həyatından bəhs edi-

lərkən keçir. Sasanilər dövrünün əvvəllərində Deyləmlilərdən ehtiyat edilirdi. 

An

caq bu qövm çox keçmədən özünü göstərərək Sasanilərə yaxınlaşdı və onla-



rın içərisində ordu komandanlığına qədər yüksələnlər oldu. Necə ki, I Xosrov 

(531-


579) dövründə bir Deyləm birliyi Gürcüstana təşkil edilən bir səfərə qatıl-

dığı kimi, digər bir birlik də Həbəşilərə qarşı Yəməni müdafiə etmək məqsədilə 

ora

ya göndərildi və birlik Həbəşiləri qovduqdan sonra Yəməndə qaldı. Sasani-



lər döyüşçü bir qövm olan Deyləmliləri heç bir zaman tam olaraq hakimiyyət 

al

tına ala bilmədilər, onlara qarşı cənubda Qəzvin, şimal-şərqdə Kəlar və Şalus 



qa

lalarını tikmək məcburiyyətində qaldılar. 

Büveyhi xanədanlığı adını, Deyləmli bir qəbilənin rəisi olan Əbu Şuca Bü-

vey


hidən götürür və bu şəxsin Əli, Həsən və Əhməd adlı oğullarının səyləri nə-

ti

cəsində qüvvət qazanmışdır. 



Əbu Şucanın adı çəkilən oğlanları Deyləmilər dövlətində, ordu sıralarında 

pul


lu  xidmət  etmişlər.  Orduda  göstərdikləri  yüksək  xidmətləri  müqabilində 

yük


sək vəzifələr əldə etmiş və nəhayət Xəzər dənizinin qərbində özlərinin müs-

təqil olduqlarını elan etdilər. Xəzər dənizinin qərbində olan Deyləmilər dövləti 

qa

rətçi  bir  siyasət  apardığından  əhali  tez  bir  zamanda  Büveyhilərin  tərəfinə 



keç

mişdir. 


Tarixdən məlumdur ki, Deyləmilər ordularını pullu xidmətlə qurmuşdular. 

On

ların ordusunda türk və yerli əsgərlər qulluq edirdilər. Əbu Şucanın Əli və 



Həsən adlı oğulları həmin ordunun tərkibində yüksək rütbəli hərbçi olduqların-

dan dövlətin etibarını qazanmışdılar. Mərdəviclə Məqan arasında baş verən dö-

yüşdə Mərdəvicin güclü olduğunu görən Əli ibn Şuca Büveyhi onun tərəfinə 

keç


di. Bundan razı olan Mərdəvic Əlini Kərəç valiliyinə təyin etdi. Tez bir za-

manda 


Əlinin güclənməsindən qorxuya düşən Mərdəvic ona verdiyi imtiyazları 

ge

ri almaq istəsə də bacarmadı. 



Əli ibn Əbu Şuca Kərəçdə hakimiyyətini möhkəmlədərək Şiraz, Əhvaz və 

Ərrəcanı tutdu. Həmin ərazilərin xəracını toplayaraq böyük bir ordu ilə Mərdə-

vic

in üzərinə getdi. Lakin Mərdəviclə sülh bağlayan Əli ibn Əbu Şuca qardaşı 



Əhmədi onun sarayında girov qoydu. Buna görə Mərdəvic Əli ibn Büveyhini 

Ərracan valiliyinə təyin etdi. Şimali İranın böyük bir hissəsini Sasanilərin əlin-

dən alaraq, ərazisini Cənubda İsfəhan və Həmədana qədər genişlədən Mərdəvic 

ibn Ziyarın 935-ci ildə öldürülməsindən sonra, torpaqları bu üç qardaşın əlinə 

keç

di. Bundan istifadə edən qardaşlar, idarə altına aldıqları bölgəni genişləndir-



məyə davam etdilər: Əli İsfəhan və Farsda öz gücünü gücləndirdi, Həsən Rey 

və  Həmədanı  ələ  keçirərkən,  Əhməd  cənub-şərqdə  Kirmanı  və  cənub-qərbdə 

Xu

zistanı itaət altına aldı. Beləliklə, 935-ci ildə Əli ibn Əbu Şuca özünü bütün 




  

411 


far

sın hökmdarı olduğunu elan etdi və bütün fars torpaqlarını öz hakimiyyəti 

altında birləşdirdi. 

Bundan sonra Abbasi xəlifəsi Razi (934-940) onun hakimiyyətini tanıdı və 

ona  valilik  möhürünü  verdi.  Qısa  müddət  sonra  Əli  ibn  Əbu  Şuca  xəlifədən 

üs

tün  olduğunu  və  ona  tabe  olmadığını  elan  etdi.  Bununla  razılaşan  xəlifə 



onun müs

təqilliyini  tanıdı.  Büveyhi  hökmdarı  Əli  qardaşı  Həsənlə  birlikdə 

Rey, Həmədan və İraq ərazisini də zəbt etdi. O, qardaşı Əhmədi Səffarilərin 

(867-


1500) əlində olan Kirman vilayəti üzərinə göndərdi. Kirmanı, Əhvazı və 

Xu

zistanı öz torpaqlarına qatan Büveyhilər sərhədlərini qərbə tərəf genişlən-



dir

məyə başladılar. Əhməd ibn Əbu Şuca Beveyh 945-ci ildə Abbasilərin pay-

tax

tı olan Bağdada gəldi. Heç bir müqavimətə rast gəlməyən Əhməd ibn Əbu 



Şuca  Bağdada  asanlıqla  ələ  keçirdi.  Əhmədi  qarşılayan  Abbasi  xəlifəsi  əl-

Müs


təkfi (944-946) ona Əmiril-üməra (baş komandan) ünvanı və Muizuddöv-

lə  (dövləti  gücləndirən)  ləqəbini verdi.  Onun  ardınca qardaşları Əli ibn Əbu 

Şuca  İmaduddövlə  (dövlətin  dirəyi),  Həsən  ibn  Əbu  Şuca  isə  Ruknuddövlə 

(döv


lətin dəstəyi) ünvanlarını aldılar. Beləliklə, 935-ci ildə Qərbi İranı, 945-ci 

ildə isə Bağdadı tutan Büveyhilər Abbasi xilafətinin siyasi hakimiyyətinə son 

qoymuş oldular. 

Büveyhilər dövləti öz sərhədlərini genişləndirərək xilafətdən üstün bir hala 

gəldilər. Muizzuddövlə Əhməd 946-cı ildə Abbasi xəlifəsi Müstəkfinin gözlə-

rinə mil çəkib onu kor etdikdən sonra yerinə qardaşı oğlu Mutini (946-974) xə-

lifə təyin etdi. Bundan sonra hakimiyyətə gələn İzududdövlə (967-978) xəlifə 

Mu

tini hakimiyyətdən uzaqlaşdırıb yerinə Tai Lillahi (974-991) Abbasi xəlifəsi 



təyin etdi. Büveyhilər şiə inancına bağlı idilər və bu səbəblə sünni xəlifələrin 

söy


kəndikləri  dini  təlimləri  qəbul  etmirdilər.  Onlar  abbasiləri  hakimiyyətdə 

sax


lamaqla öz siyasi məqsədləri üçün istifadə edir və bununla da öz varlıqlarını 

da

vam etdirirdilər. Xəlifəliyi dini bir müəssisə olaraq qəbul edən, lakin digər 



isti

qamətlərdən müstəqil olan vilayət hökmdarları bu təsdiqi camaatla qılınan 

mə namazlarında və digər mərasimlərdə oxunan xütbələrə iqtidarda olan xə-



li

fənin adından bəhs edərək göstərirdilər. Lakin Bağdadda oxunan xütbə ayrıca 

si

yasi hakimiyyətin də simvolu idi. Xəlifənin bu imtiyazına da gizli şəkildə tə-



ca

vüz edilir və paytaxtdakı məscidlərin minbərlərindən oxunan xütbələrdə xəli-

fənin adı ilə birlikdə yeni əmirin adı da istifadə edilməyə başlayırdı. Büveyhilər 

Bağdadda kəsilən mədən pullarının bir üzünə öz adlarını həkk etdirirdilər. Şiə-

lik, Büveyhilər tərəfindən Bağdadda 1055-ci ilə qədər qorundu və təşviq edildi. 

B

üveyhilərin ən üstün və güclü dövrü Adududdövlənin (978-983) dövrünə 



təsadüf edir. O, Bağdadda öz adına xəstəxana tikdirdi və onun bütün xidmətlə-

ri

ni pulsuz etdi. Bundan başqa o, elm və mədəniyyətin yayılmasını, memarlıq 



sənətinin genişləndirilməsinə şərait yaratdı. Onun vaxtında suvarma sistemləri 

ge

nişləndirilmiş,  Büveyhilərin  paytaxtı  Şirazda,  həmçinin  Bağdadda  və  digər 



böl

gələrdə  tikinti  işləri  aparılmışdır.  Adududdövlənin  ölümündən  sonra  oğlu 

Sam

samuddövlə  (983-987)  Büveyhi  hakimi  təyin  edildi.  Abbasi  xəlifəsi  Tai 



  


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə