Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə204/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   200   201   202   203   204   205   206   207   ...   314

 

412 


Lil

lah ona Şəmsulmillət (millətin günəşi) ləqəbini verdi. Adududdövlənin oğ-

lan

ları Samsamuddövlə, Şərəfuddövlə və Bəhauddövlə arasında çıxan hakimiy-



yət davasında Şərəfuddövlə Samsamuddövləni həbs etdirdi. Büveyhi taxtına çı-

xan 


Şərəfuddövləni (987-989) Bağdadda qarşılayan xəlifə Tai Lillah ona əmir-

lik tacını verdi. 989-cu ildə ölən Şərəfuddövlənin yerinə qardaşı Bəhauddövlə 

(989-

1012) keçdi. Bu arada zindandan qaçan Samsamuddövlə böyük bir ordu 



top

layaraq qardaşı Bahauddövlənin üzərinə getdi. Ağır döyüşdən sonra iki qar-

daş arasında sülh bağlansa da, bu sülh uzun çəkmədi. Nəhayət 998-ci ildə baş 

ve

rən döyüşdə Samsamuddövlə öldürüldü. 



Büveyhi Bəhauddövlə ilə abbasi xəlifəsi Tai Lillah arasında olan münasi-

bətlər də pisləşmişdi. Bəhauddövlə xəlifəni vəzifədən uzaqlaşdırıb onun taxt-

ta

cını yandırdı və xilafətin bütün xəzinələrini ələ keçirdi. O, Tai Lillahın yerinə 



ab

basi xəlifəsi olaraq Qadir Billahi (991-1031) təyin etdi. İyirmi beş illik haki-

miy

yətdən sonra 1012-ci ildə ölən Bəhauddövlə Nəcəfdə dəfn edildi. Onun ye-



ri

nə Büveyhi hakimi təyin edilən oğlu Sultanuddövlə (1012-1021) dərhal qar-

daşları ilə siyasi çəkişmələrə başladı. Buna görə qardaşı Qivamuddövlə Qəznəli 

Mah


muda sığındı. 

Bu dəfə Sultanuddövlə Bağdaddan ayrılaraq yerinə qardaşı Muşərəfuddöv-

ləni (1021-1025) buraxdı. Daha sonra ona qarşı cəbhə açaraq oğlu Əbu Qəlicar 

əmrində göndərdiyi bir qüvvətlə Bağdada dönmək istəsədə alınmadı. Muşərəf-

uddövlə  ölüncə  Bağdada  onun  üçüncü  qardaşı  Cəlaluddövlə  (1025-1044)  ha-

kim


lik etməyə başladı. Bəsrədən gələn Cəlaluddövlə ilə qardaşı oğlu Əbu Qəli-

car arasında ixtilaf yarandı. Ancaq qısa vaxt ərzində Bağdadda vəziyyət onun 

le

hinə sabitliyə qovuşdu. 



1044-

cü ildə Cəlaluddövlənin ölümündən sonra yerinə oğlu Məlikuləziz lə-

qəbli  Firuz  keçdi.  Lakin  Cəlaluddövlənin  yeznəsi  olan  Əbu  Qəlicar  (1044-

1048) ordu sərkərdələrini pulla öz tərəfinə çəkdi və Bağdadda hakimiyyəti ələ 

ke

çirdi. Səlcuqlu hökmdarı Toğrul Bəyin (1038-1065) tərəfinə keçən Əbu Qəli-



car 1046-

cı ildə İsfəhan müharibəsində də qalib gəldi. 1048-ci il Əbu Qəlicarın 

ölü

mündən  sonra  yerinə  oğlu  Məlikurrahim  (1048-1056) keçdi. 1055-ci  ildə 



Bağdadı işğal edən Toğrul Bəy Məlikurrahimi də həbs etdi və Büveyhilər döv-

lətinə son qoydu. Rey qalasında dörd il həbsdə qalan Məlikurrahim 1059-cu il-

də öldü. Lakin buna baxmayaraq Büveyhilərin Fars qolu 1062-ci ilə qədər ha-

kimiy


yətini davam etdirdi. Buna görə də bəzi müəlliflər Büveyhilərin hakimiy-

yət dövrünün 1062-ci ildə sona yetdiyini yazırlar.

606

 

Büveyhilər Bağdadda xilafətin müqəddəratına hakim olmaqla birlikdə, öz 



ad

larına qurduqları məhəlli əmirlikləri də təmsil edirdilər. Büveyhioğullarının 

yüyü Əmiruluməra Əli Əbul-Hüseyn Əyhamuddövlə Fars bölgəsinə hakim-



lik edirdi. Qardaşı Əhməd ibn Əbu Şuca Muizuddövlə də onun adına İraq, Əh-

606


Nuri Ünli, İslam Tarihi, ikinci nəşr, İstanbul-1997, I cild, səh-293. 

                                                           




  

413 


vaz və Kirmanı naibi olaraq idarə edirdi. Digər qardaşı Əbu Əli əl-Həsən Ruk-

nud


dövlə isə Rey, Tiaməzan və İsfəhan şəhərlərinə hakimlik edirdi. 

Əmirul-uməra  ünvanı  daşıyan  büveyhi  hökmdarlarının  başında  olan  ad-

ministrativ t

əşkilat divanlardan ibarət idi. Büveyhi dövlətində başlanğıcda “ka-

tib” ünvanı ilə vəzifə yerinə yetirən vəzirin çox əhmiyyəti yox idi. Buna bax-

mayaraq vəzir divanların başçısı idi. Ancaq onun ən əhəmiyyətli vəzifəsi, tə-

məlini Deyləmli və Türk əsgərlərinin meydana gətirdikləri ordunun maaşını tə-

min  etmək  və  maliyyə  işlərində  əmirul-uməranın  vəkili  olaraq  vəzifə  həyata 

ke

çirmək idi. Vəzir işlərində bir növ katiblik edərək köməkçi olan “sahibi di-



van”  ünvanlı  məmurlar  var  idi.  Abbasilərdə  mövcud  olan  “Divanul-vizarə”, 

“Divanur-

rəsail”,  “Divanul-bərid”,  “Divanun-nəfaqat”  və  “Divanul-ceyş”  Bü-

veyh


ilər dövründə də eyni vəzifələri yerinə yetirirdi. Məhəlli idarələr valilərin 

və bəzən əsgəri komandir olaraq da vəzifə yerinə yetirən vergi amillərinin əlin-

də idi. 

 

Büveyhilər dövründə Elm və Mədəniyyət 

Büveyhi hökmadarı Muizuddövlə (945-967) və vəziri Əbu Məhəmməd əl-

Mu

həlləbi  dövründə  Bağdad  ədəbi  mərkəzə  çevrildi.  Muhəlləbi  vəzir  olduğu 



za

man bəzi alim və şairlər onun ətrafında toplaşmışdılar. Bunlar arasında Bə-

nul-

Münəccim deyilən şairlər ailəsi də var idi. Əbul-Fərac əl-İsfəhani və Əbu 



İshaq İbrahim ibn Hilal əs-Sabi də o dövrün qabaqcıl müəlliflərindən olmuşlar. 

Büveyhi hakimi Adududdövlə (978-983) elm adamlarına dəyər verər, onla-

rı  mükafatlandırardı.  Adududdövlənin  ətrafındakı  elm  adamlarından  biri  olan 

Əbu Əli əl-Faras onun üçün “əl-İzah vət-Təkmilə” adlı bir qrammatika kitabı 

yaz

mışdı. Əbu Səid əs-Sirafi ilə İbn Cini də o dövrün məşhur qrammatikaçıla-



rından idilər. Adududdövlənin Bağdadda qurduğu xəstəxana çevrəsində böyük 

bir tibb mərkəzi inkişaf etdi. Burada Cəbrail ibn Buhtişi kimi səlahiyyətli hə-

kim

lər vəzifədə oldular. Bu sahənin qabaqda gələn isimlərindən Əli ibn Abbas 



əl-Məcusi  Adududdövlə  adına  “Kamiliş-Şmaatit-Tibbiyyi”  adlı  bir  əsər  yaz-

mışdı.  Adududdövlə  dövrünün  ərəb  müəlliflərindən  biri  də  Qazi  Əbu  Əli  əl-

Mu

hassan ət-Tənuhi idi. “Təcaribul-İlm” adlı əsərin müəllifi İbn Miskəveyh o 



nəmin məşhur filosof və tarixçilərindən olmuşdur. Adududdövlənin himayə 

et

diyi şairlər arasında Əbul-Həsən ibn Abdullah əs-Sələmi, İbn Nubatə əs-Səidi 



və Əli ət-Təbəri də olmuşdur. Adududdövlə dövrünün məntiq, fəlsəfə və kəlam 

sa

həsində  irəli  gələn  alimləri  arasında  İbn  Sina,  Əbu  Süleyman  əs-Sicistani, 



Əbul-Həsən əl-Amiri və Bəqıllanı sayıla bilər. 

Büveyhilərdən  Şərəfuddövlə  (987-989)  də  elmi  mövzularla  maraqlanırdı. 

O, Fars bölgəsində vali olarkən Şirazda  yeni bir kitabxana tikdirmişdi. Onun 

za

manının qabaqda gələn alimləri Əbu Səhl ibn Rüstəm əl-Kuhi, Əbu Əhməd 



əs-Saqani və Əbul-Vəfa Muhəmməd əl-Buzcani idi. İbn-Nədim də məşhur əsə-

ri olan “əl-Fihrist”i 377-ildə (987-988) Büveyhilərin idarəsi altında olan Bağ-

dad

da təltif etmişdir. 



  


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə