Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə207/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   203   204   205   206   207   208   209   210   ...   314

 

418 


həm də Əndəlusluların beyətini aldı. Ancaq əmisi Ömərin uşaqları ilə apardığı 

taxt mü


barizəsində öldürüldü. İdrisilərin yeni imamı Yəhya ibn İdris ibn Ömər 

qısa  müddət  ərzində  əmin-amanlığı  bərpa  etdi.  İdrisilərin  ən  güclü  hökmdarı 

olan  IV  Yəhya  (904-922)  ədaləti,  fəziləti  və  cəngavərliyi  ilə  birlikdə  dini 

elmlərdə dərin bilik əldə etmiş bir elm adamı idi. İrdisilər ən geniş sərhədlərə 

onun dövrün

də nail oldular. Onun sarayı Əndəlus və digər İslam ölkələrindən 

gələn alim və şairlərlə dolu idi. 

İdrisilər IV Yəhyanın son zamanlarında iki xarici təhlükə ilə qarşılaşdılar. 

Yəhyanın  səltənətinin  ilk  illərində  Şimali  Afrikada  qurulmuş  Fatimilər  (909-

1171)  güclərini  artırmış,  Cəzairi  aldıqdan  sonra  bütün  Məğribi  ələ  keçirmək 

üçün İdrisi torpaqlarına göz dikmişdilər. Digər tərəfdən Əndəlus Əməvi dövləti 

(756-


1032)  bölgə  üzərinə  güclü  ordular  göndərməyə  başlamışdı.  Miladi  X 

(hicri IV) əsrin başından etbarən İdrisilərə aid şəhərlər bir-bir bu iki dövlətdən 

bi

rinin əlinə keçməyə başladı. İdrisi əmirləri bəzən müqavimət göstərərək, bə-



zən də qüvvətli olan tərəfə itaət edərək varlıqlarını qorumağa çalışırdılar. 

Fatimi komandiri Məsalə ibn Habbus əl-Miknasiyə məğlub olan IV Yəhya 

son

da Fatimilərə itaəti və onlara vergi ödəməyi qəbul etmək məcburiyyətində 



qal

dı. Məsalə Fasa ikinci gəlişində onu qarşılamağa gələn IV Yəhyanı həbs et-

di

rərək İdrisi rəhbərliyinə son qoydu və Reyhan əl-Qutamini Fas valisi təyin et-



di.  IV  Yəhyanın  taxtdan  uzaqlaşdırılmasından  üç  ay  sonra  İdrisi  ailəsindən 

Hac


cam ləqəbli I Həsən ibn Məhəmməd ibn Qasim həyata keçirdiyi bir üsyanla 

922-


ci ildə Fatimi valisini Fasdan çıxarıb hakimiyyəti ələ keçirdi. Sonra I Hə-

sən (922-925) Musanın üzərinə gedərək onu məğlub etdi. Lakin təkrar baş ve-

rən döyüşdə Musaya məğlub olaraq Fasa sığındı. Lakin orada buraxdığı vəkilin 

xəyanətilə üzləşən I Həsən şəhərə buraxılmadı və Fatimilərlə əlbir olan vəkil 

tərəfindən həbs edildi. Beləliklə, 925-ci ildə İdrisilərin mərkəzi yenidən Fatimi-

lərin əlinə keçdi. 

Fatimi valisi Musa ibn Əbuləfviyə üç il ərzində İdrisilərə aid torpaqların az 

qala hamısını hakimiyyəti altına aldı. 929-cu ildə müqavimət göstərən İdrisilər 

Rif dağındakı Həcərunnəsr qalasına sığındı. Qalanı mühasirə edən Musa uğur-

suz olduğunu anlayıb oradan ayrıldı və eyni ildə Fatimilərdən ayrılıb xütbəni 

Əndəlus Əməvi xəlifəsi III Əbdürrəhman (912-961) adına oxutdu. Daha sonra 

üzərinə  göndərilən  Humeyd  ibn  Yəsal  əmrindəki  Fatimi  ordusu  tərəfindən 

məğlub edildi və Fas şəhərinə çəkildi. Bunu fürsət bilən Həcərunnəsr qalasın-

da

kı İdrisilər Musanın buraxdığı qüvvələri məğlub edərək 935-ci ildə bölgəyə 



gələn Fatimi ordusuna qoşuldular və onların köməyi ilə Fas şəhəri xaric ataları-

na aid torpaqların böyük bir hissəsini geri aldılar. Bu zaman İdrisilərə liderlik 

edən Qasim ibn Məhəmməd ibn Qasim (937-948) paytaxt olaraq Həcərunnəsri 

seç


di. Ömər ibn İdris övladından olan Rif və Səbtə İdrisiləri isə Səbtəni mərkəz 

se

çərək eyni bir idarəni qurdular və Əndəlus Əməvilərinə bağlı olduqlarını elan 



et

dilər. 948-ci ildə vəfat edən Qasim ölümünə qədər Fatimilərə tabe olaraq ha-

kim

lik  etdi.  Ölümündən  sonra  yerinə  oğlu  Əbuleyş  Əhməd  (948-954) keçdi. 




  

419 


Əbuleyş Fatimilərdən ayrılaraq Əndəlus Əməvi xəlifəsi III Əbdürrəhmana tabe 

ol

duğunu bildirsə də Tancanı ona verməkdən imtina etdi. Lakin buna baxma-



yaraq Əməvi qüvvələri şəhəri zəbt etdi. Əbuleyşin əlində sadəcə Ədayla Basra 

qaldı.  Baş  verən  hadisələrdən  sonra  Əbuleyş  hakimiyyəti  qardaşı  II  Həsənə 

(954-

985)  verdi.  Fatimilər  tərəfindən  Məğrib  səfərinə  göndərilən  Cövhər  əs-



Siqilli 960-

cı ildə Fasa  hücum edərək şəhəri  ələ keçirdi.  Bu qələbədən sonra 

tün Məğrib qısa müddət olsa da Fatimilərə tabe oldu. II Həsən də Fatimilərə 



tabe olmaq məcburiyyətində qaldı. Lakin Fatimi ordusunun geri çəkilməsindən 

sonra II Həsən yenidən Əndəlus Əməvilərinə bağlılığını bildirdi. On bir il son-

ra 971-

ci ildə Fatimi komandiri Buluqın ibn Ziri qarşısında aciz qalan II Həsən 



onunla birlikdə Əndəlus Əməvilərinə qarşı vuruşdu. Buna görə onu cəzalandır-

maq istəyən Əndəlus Əməvi hakimi II Hakəm (961-976) Qalib ibn Əbdürrəh-

man əs-Siqlabi onun üzərinə göndərdi. 974-cü ildə baş verən döyüşdə II Həsən 

məğlub oldu və Həcərunnəsr qalası da Əndəlus Əməvilərinə təslim oldu. 975-

ci ildə Qalib II Həsənlə birlikdə Kordovaya döndü və Məğribdə xütbə Əndəlus 

Əməvi  xəlifəsi  adına  oxunmağa  başladı.  İki  il  sonra  Əndəlusdan  çıxarılan  II 

Həsən  Misirə  gedərək  Fatimilərə  sığındı.  984-cü ildə  Fatimi  xəlifəsi  əl-Əziz 

(975-


996) tərəfindən Məğribin Əhsa valiliyinə təyin edilən II Həsən böyük bir 

or

du ilə ailəsinə aid torpaqları geri qaytarmaq üçün Məğribə göndərildi. Səbtə 



ətrafında baş verən döyüşdə Əndəlus Əməvi ordusuna məğlub olan  II  Həsən 

aman istədi və onun itaətini qəbul edən ordu komandiri II Həsəni Kordovaya 

apar

maq üçün yanına çağırdı. Lakin 985-ci ildə yolda Hacib ibn Əbu Əmr əl-



Mənsur tərəfindən göndərilən adamlar tərəfindən öldürüldü. II Həsənin ölümü 

ilə Məğribi Əhsada hökm sürən İdrisi xanədanı sona çatmış oldu. Daha sonra 

bu ailədən Ömər ibn İdrisin nəslindən olan Əli ibn Hammud Əndəlusda Əməvi 

döv


lətinin zəifləməsindən istifadə edib Hammudilər xanədanını qurmuşdur. 

İdrisilər heç vaxt abbasilərlə hərbi toqquşmaya girmədilər. Bunun əsas sə-

bəbi isə onların ərazisi ilə xilafət torpaqları arasında Əğləbilər (800-909) döv-

ləti yerləşirdi. Bu dövlətin yaranmasında xəlifə Harunun rolu olmuşdur. Çünki 

Əğləbilər  sanki  İdrisilərlə  Abbasilər  arasında  bir  sipər  idi.  Abbasi  ordusunun 

Af

rikada qulluqda olan sərkərdəsi İbrahim ibn Əğləb (800-812) Haruna mək-



tub yazaraq onun Qərbi Afrikaya vali təyin olunmasını istədi. Belə olduğu hal-

da o, xilafət xəzinəsinə ildə qırx min dinar pul ödəyəcəyini vəd etdi. Harun bu-

nun İdrisilərin xilafət üzərinə edə biləcəkləri hücum üçün bir maneə olacağını 

şünərək  Qərbi  Afrika  torpaqlarını  İbrahim  ibn  Əğləbə  bağışladı.  Beləliklə 



bu

rada yüz ildən artıq mövcud olmuş Əğləbilər dövləti yarandı. Əğləbilər əs-

lin

də abbasilərin tam tabeçiliyində idilər və heç vaxt müstəqillik iddiasında ol-



ma

mışlar. Onlar hakimiyyətləri boyunca abbasilər adına xütbə oxumuş sünni-

hənəfi dövləti olmuşdur. Əğləbilər dövlətinin varlığına Fatimilər tərəfindən son 

qo

yulmuşdur. 



 

 

  




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə