Şahlar şahbaz oğlu şƏRİfov


İdrisi hökmdarları və səltənət müddətləri



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə208/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   204   205   206   207   208   209   210   211   ...   314

 

420 


İdrisi hökmdarları və səltənət müddətləri: 

1) 


İdris (789-793) 

2) 


II İdris (793-828) 

3) 


Muhəmməd əl-Muntəsir (828-836) 

4) 


I Əli (836-849) 

5) 


I Yəhya (849-863) 

6) 


II Yəhya (863-866) 

7) 


II Əli (866-?) 

8) 


III Yəhya (?-904) 

9) 


IV Yəhya (904-922) 

10) 


I əl-Həsən (922-925) 

11) 


əl-Qasim (937-948) 

12) 


Əhməd (948-954) 

13) 


II əl-Həsən (954-985).

619


 

 

Tahirilər dövləti hicri 203-257/miladi 819-873 

Tahirilər ilk muxtar Abbasi valiləri olaraq İranın qərbində deyil, şərqində Xo-

ra

sanda meydana çıxmışdır. Sünni-Hənəfi məzhəbinə mənsub olan Tahirilər, ərəb-



ləşmiş iranlıdır. Bəni-Tahir 819-873-cü illər ərzində Xorasanı əllərində saxlamış-

lar. Abbasilərə məxsus olan bu vilayət çox geniş bir ərazini əhatə edirdi. Əvvəlcə 

Rey

də, sonra Mərvdə yerləşən Tahirilər 828-ci ildən etibarən ölkəni Nişapurdan 



idarə etmişlər. Tahiri rəisləri özlərinə “əmir” ünvanı götürmüşlər. Tahirilər Xora-

sandan başqa Ərəb imperatorluğunun bir çox əyalətlərində də valilik etmişlər. 

 

A) 

Xorasan valiləri: 

1) 


Əbu Əyyub I Tahir Zul-Yəmineyn (819-822) 

2) 


Təlhə ibn Tahir (822-828) 

3) 


Əbul-Abbas Abdullah ibn Tahir (828-844) 

4) II Tahir ibn Abdullah (844-862) 

5) 

Muhəmməd ibn II Tahir (862-873) 



6) III Tahir (873-875) 

7) 


əl-Hüseyn (875). 

 

B) 



Bağdad valiləri: 

1) 


İshaq (829-850) 

2) 


Muhəmməd (850-851) 

3) 


II Muhəmməd (851-852; 862-867) 

4) 


III Muhəmməd (852-862; 884-889) 

5) 


Əbu Əhməd Ubeydullah (867-869; 879-884) 

6) Süleyman (869-879).

620

 

619



Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-210. 

                                                           




  

421 


829-889-

cu illərdə də İraqı idarə etmişlər. Xanədanın atası əl-Hüseyn ibn 

Təlhə  ibn  Ruzayq  Əsadil-Xuzai ibn Mahan ibn Mai-Xusrəv  ibn  Bəhramdır. 

Xa

nədanın qurucusu isə Tahir ibn Hüseyndir (776-822). 



Bu sülalənin varlığına Abbasi xəlifəsi Mutəmidin (870-892) dövründə Səf-

fa

rilər  tərəfindən  son  qoyulmuşdur.  Ətrafına  xeyli  adam  toplayan  Səffari 



hökm

darı Yəqub ibn Leys Əfqanistana keçib, Bəlx, Herat və Puşəngi özünə ta-

be edib, 

Hindistan sərhədlərinə qədər irəlilədi. Tahirilərin zəifləməsindən isti-

fadə edən Yəqub ibn Leys 873-cü ildə böyük bir ordu ilə Tahirilərin mərkəzi 

Ni

şapur üzərinə hərəkət etdi. Sonuncu Tahiri hökmdarı Məhəmməd təslim ol-



du. Xorasanı müqavimətsiz ələ keçirən Səffarilər Tahirilərin 54 illik hakimiy-

yətinə son qoydular.

621

 

 



Qərmətilər 869-1070 (899-1030) 

Müsəlman tarixçilərinin verdikləri məlumatlara görə ifrat (ğulati) şiə əqi-

dəsinə mənsub dövlətlərdən biri də qərmətilər dövlətidir. Bəzi İslami qaynaq-

lar


da qərmətilərin şiə-ismailiyyə qoluna mənsub olduqları göstərilir.

622


 

Miladın IX-XI əsrlərində ən çox hərbi-siyasi fəaliyyətlə məşğul olan qər-

mətilər Kufədəki İsmaili təbliğatçısı Həmdan ibn Əşas Qərmətə (v. 906) nis-

bətlə  bu  adı  almışdır.  Lakin  görkəmli  lüğət  alimi  ibn  Mənzur  onları  ayrı  bir 

qövm olaraq tanıdır. Məşhur İslam tarixçisi Təbəri hicrətin 255-ci ilinin (miladi 

869)  hadisələrini  izah  edərkən  qərmətiliyi  Zəncilər  üsyanının  dəvətçisi  kimi 

tanıdır.

623


 

Görkəmli şiə alimi Əllamə Hairi qərmətilərin batiniyyə firqəsindən olduq-

la

rını, Həmdan Qərmətə nisbət edildiklərini və Məcus oğullarından olduqlarını 



qeyd edir.

624


 

Həmçinin müəllif onların şiə olmadıqlarını, əksinə məcusilik di-

nin

də olduqlarını, Qurani-Kərimi və Hz.Peyğəmbərin (s) hədislərini öz istəklə-



ri

nə əsasən izah etdiklərini qeyd  etmişdir. Əllamə Hairi qərmətilərin ilk  dəfə 

Əhvaz  ətrafında  ilk  liderləri  Meymun  ibn  Disan  tərəfindən  məcusilik  əqidəsi 

əsasında təbliğ edildiyini və ondan sonra bu işi onun oğlu Abdullahın davam 

etdirdiyini, onla

rın dəhrilər kimi haramı halal bildiklərini və ibadətləri tərk et-

dik

lərini yazır. “Tarixi-Kufə” əsərinin müəllifi isə qərmətilərin Məhəmməd ibn 



İsmaili imam bildiklərini və xaricilərə mənsub olduqlarını göstərir. Lakin qər-

mətilərin Vaqifiyyə firqəsinə mənsub olduqlarını, başçılarının Əbu Səid əl-Xu-

bai əl-Qərməti olduğunu, ondan sonra qara daşı Kəbədən aparan, məkkəliləri 

qətlə yetirən oğlu Əbu Tahir Süleyman ibn Tahir tərəfindən əqidələrinin təbliğ 

olun

duğunu da qeyd edir.



625

 

620



Yılmaz Öztuna, İslam Devlətləri, Ankara kültür bakanlığı-1989, I cild, səh-707. 

621


Tarixi-

Təbəri, V cild, səh-152. 

622

Diyanet İslam Ansiklopedisi, Karmatilər maddəsi. 



623

Tarixi-


Təbəri, IX cild, səh-419. 

624


 Dairətul-Məarif, Beyrut-1413/1993, XIV cild, səh-331. 

625


Tarixi-

Kufə, səh-80. 

  

                                                                                                                                                         




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə