Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə209/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   205   206   207   208   209   210   211   212   ...   314

 

422 


Kəlmə olaraq mənşəyi, hərəkat olaraq isə ortalığa çıxma tarixləri dəqiq bi-

lin


məyən qərmətilər haqqında müsəlman alimlərinin ümumi fikri budur ki, qər-

mətilər  869-cu  ildə  (hicri  255)  abbasilərə  qarşı  təşkil  edilən  Zəncilər  üsyanı 

əsasında ortaya çıxmışdır. Zəncilər üsyanının baş verməsinin əsas səbəblərin-

dən biri Cənubi İraqla Qərbi İranın və onlara qonşu olan yerlərdə çoxlu qulların 

ol

ması  göstərilir.  Bu  qullar  xilafət  məmurlarının  əkin  sahələrini  becərməklə, 



ba

taqlıqları qurutmaqla,  yeni kanallar  çəkməklə  və digər  ağır işləri  görməklə 

məşğul olurdular. Bu qullar əsasən Şərqi Afrikadan gətirilmiş zəncilər idi. Hə-

rəkatın  qurucusu  olaraq  qəbul  edilən  Həmdan  Sabisilyə  mənsub  olub  Kufə 

yaxınlığındakı Dur kəndindəndir və böyük ehtimalla 877-878-ci illərdə Abdul-

lah ibn Me

ymunun yaxud oğlu Əhmədin davamçılarından Hüseyn əl-Əhvazi-

nin təlqinləri ilə İsmailiyyə hərəkatına qoşulmuş, onun ölümündən ya da Səvad 

böl

gəsini tərk etməsindən sonra İsmailiyyənin o bölgədəki təbliğatçısı olmuş-



dur.  Ancaq  qərmətilər  hərəkatı  onunla  məhdudlaşmamış,  o  dövrdə  baş  verən 

tün qiyamlar qərmətilərə aid edilmiş, bəzən də Fatimi-İsmaili hərəkatı qər-



mətilər olaraq dəyərləndirilmişdir. Həmdanın əsl dəstəkçiləri Kufəyə yerləşən 

Bəni-Şeyban və Bəkir ibn Vailə mənsub ərəb qəbilələri idi. Bunların köməyi 

ilə Həmdan hərəkatını davam etdirmək üçün tərəfdarlarından müxtəlif adlar al-

tında pul yığdı. Bunun ardınca özünə bağlı olan hər kəndə bir təbliğatçı təyin 

etdi və əhalinin mal və əmlakının idarəsini bu təbliğatçıya verdi. 

Zəncilərin qaldırdıqları üsyan tez bir zamanda Cənubi İraqı və onun qonşu-

su olan İranın Xuzistan vilayətini bürüdü. Gündüzlər istirahət edib gecələr isə 

cuma keçib xilafət qoşunlarını məğlubiyyətə uğradan üsyançıların səs-sədası 



tün xilafət ərazisinə yayıldı. Həmdan Qərmət Ubeydullah əl-Mehdinin 899-

cu ildə Sələmiyyədə imamətin (xilafətin) özünə və babalarına aid olduğunu irə-

li sürməsilə yeni İsmailiyyə doktrinasıyla əlaqəni kəsdi. Qərmətilər 900-902-ci 

il

lərdə (hicri 287-289) Suriyada xilafətə qarşı qiyam qaldırdılar və onların qi-



yamı xəlifə Mutəzid Billah (892-902) tərəfindən yatırıldı. 

İraq və Suriyada qərmətilər üsyanlarını təşkil edən təbliğatçılardan Zikrə-

veyh ibn Mihrəveyh 902-ci ildə  (hicri 289) Sahibuşşamə adıyla tanınan oğlu 

seyni Bəni-Kəlbi özlərinə qoşmaq üçün Suriya çölünə göndərdi. Hüseyn Bə-



ni-

Uleys və Bəni-Əsbağın qollarının dəstəyini qazandı. Zikrəveyhin oğulların-

dan Sahibunnaqə deyə tanınan Yəhya 903-cü ildə (hicri 290) Dəməşq ətrafında 

öl

dürüldükdə  yerinə  qardaşı  Sahibuşşamə  keçdi.  Məhəmməd  ibn  İsmayılın 



nəslindən olduğu iddiası ilə Əmirul-muminin və Mehdi ünvanlarını mənimsə-

yən yeni qərmətilər lideri Hələbə etdiyi uğursuz hücumdan sonra Xıms, Mərrə-

tün

nüma və Bələbəkkəni ələ keçirdi. Lakin növbəti il Sələmiyyə yaxınlarında 



onu təqib edən Muhəmməd ibn Süleymanın əmrindəki abbasi ordusu tərəfin-

dən məğlub edildi və Hüseyn ibn Həmdan ibn Həmdinin səyləri ilə tutularaq 

xi

lafətin  paytaxtı  Bağdadda  edam  edildi.  906-cı  ildə  (hicri  293)  Zikrəveyh 



Bəni-Kəlb arasında qərmətiliyi yenidən yaymaq üçün Əbu Qanim Abdullah ibn 

Səid adlı təbliğatçısını göndərdi. Özünə Nəsr adını verən Əbu Qanim və adam-




  

423 


la

rı Busra, Əzrit, Təbəriyyə və Hit ərazilərini yandıraraq Dəməşqə hücum etdi-

lər. Lakin orada uğur qazana bilməyib Kufəyə daxil olsalarda tezliklə şəhərdən 

çıxarıldılar. Eyni ildə Zikrəveyh və tərəfdarları Qadisiyyə yaxınlığında abbasi 

or

dusunu məğlub edərək Xorasan karvanlarına və həccdən dönən İran hacıla-



rına hücum edib bir çox adamı öldürdülər. Nəhayət Zikrəveyh və adamlar 907-

ci ildə (hicri 294) qəti  məğlubiyyətə uğradıldı.  Zikrəveyh və tərəfdarlarından 

bir ço

xu öldürüldü. Beləliklə, Suriyadakı qərməti üsyanları xəlifə Müktəfi Bil-



lahın (902-908) təyin etdiyi Məhəmməd ibn İshaq və Hüseyn ibn Həmdan adlı 

sərkərdələr tərəfindən yatırıldı. Lakin Zikrəveyhin Səvadda (İraqda) olan bəzi 

tərəfdarları onun ölmədiyinə və bir müddət sonra dönəcəyinə inanmağa davam 

et

dilər.  907-908-ci  illərdə  (hicri  295)  Səvad  qərmətiləri  arasında  aktiv  olan 



Hind əsilli Əbu Xətim əz-Zutti ət yeməyi qadağan etdiyi üçün tərəfdarları Baq-

liy


yə adı ilə xatırlanmış və bu ad daha sonra Səvadda olan Qərmətilərin hamısı-

nı əhatəsinə aldı. 

Qərmətilərin abbasi xilafətinə və sünni məzhəbinə qarşı apardıqları gərgin 

barizə ilk başlanğıcda dini təriqət hərəkatı xarakterini aldı. Fanatik olan qər-



mətilər  sünni  xəlifələrinə  qarşı  mübarizə  apardıqları  kimi  eyni  zamanda 

qərmətiliyi  qəbul  etməyən  hər  kəsə  qarşı  vuruşurdular.  Xəlifənin  verdiyi  fər-

man əsasında ələ keçirilən hər bir qərməti dəhşətli şəkildə öldürülürdü. Hətta 

mənbələrə görə onları xalqın gözü qarşısında çarmığa çəkirdilər.

626

 Lakin görü-



lən bu cəza tədbirləri heç də üsyançıları qorxutmur, əksinə onların mübariz ru-

hu

nu və qəzəbini daha da artırmışdır. Onlar müsəlmanların stayiş obyektlərinə 



hör

mət etmirdilər. Yəməndəki İsmaili camaatı 909-cu ildə (hicri 297) Afrikada 

Fa

timi xəlifəliyini quran Ubeydullah əl-Mehdiyə sadiq qaldığı halda təbliğatçı 



Əli ibn Fəzl Sənada 911-ci ildə (299) son işğalından sonra Ubeydullah əl-Meh-

di

ni tanımadığını və şəriəti ləğv etdiyini açıqlamaqla yanaşı özünün Mehdi ol-



du

ğunu irəli sürmüşdür.

627

 

Bundan sonra Ubeydullah əl-Mehdiyə sadiq qalan 



ibn Xəvşəblə mübarizəyə başlasa da 915-ci ildə (hicri 303) ölmüş və qərmətilər 

hərəkatı Yəməndə sürətlə yayılmışdı. 

Rey bölg

əsindəki İsmaili camaatı parçalanmadan əvvəl buradakı ilk təbliğat-

çı  olan  Xələf  əl-Həllaca  mənsub  Xələfiyyə  adı  ilə  tanınmışdır.  Ubeydullah  əl-

Mehdinin ortaya çıxışı ilə onun imamətini tanımayan bu camaat Məhəmməd ibn 

İsmailin qaim olaraq geri dönəcəyi inancını davam etdirdi. Rey təbliğatçılığı Xə-

ləfdən sonra oğlu Əhməd və onun ardından Əhmədin seçmə şagirdi Qiyas tərə-

findən davam etdirildi. Qiyas xalq üzərində təsirli olan fəqihlərlə ixtilafa düşdü-

yü üçün 903-

cü  ildən  sonra  Xorasana  qaçmaq  məcburiyyətində  qaldı.  Burada 

təbliğat nəticəsində Əmir Hüseyn ibn Əli əl-Mərvəzinin qərmətiliyə girməsini tə-

min etdi. Ayrıca Mərvərruz, Taleqan, Meymənə, Qarcistan, Gur və Heratda bir 

çox şəxslər Əmir Hüseynin vasitəsilə qərmətilərə qoşuldu. Bu iştiraklarda bölgə-

626

Yevgeni Belyayev, Müsəlman təriqətləri, Bakı-1991, səh-61. 



627

 Diyanet İslam Ansiklopedisi, Karamite maddesi. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə