Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə21/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   17   18   19   20   21   22   23   24   ...   314

  

43 


İndi biz də Mədinənin ətrafında böyük bir xəndək qazmaqla düşmənin qarşısını 

ala bilərik. Düşmən xəndəyi keçə bilməsin deyə, ətrafında nəzarətçilər qoyar, 

özü

müz  də  şəhər  divarının  müdafiə-müşahidə  dəliklərindən  düşmənə  ox,  daş 



at

maqla xəndəyi keçməkdə onlara mane ola bilərik.”

46

 

Salmanın verdiyi fikri bəyənən Hz.Peyğəmbər (s) və səhabələr belə qərara 



gəldilər ki, Uhuddan Raticə qədər olan ərazidə xəndək qazılsın. 

Xəndək qazılma işi bir ay ərzində tamamlandı və orada səkkiz keçid qoyul-

du.  Hz.

Peyğəmbərin (s) göstərişinə əsasən hər keçiddə bir nəfər mühacirli və 

bir nəfər ənsarlı bir neçə əsgərlə dayandı. 

Mədinəyə çatmış müşrik ordusu xəndəyin ətrafında dayanmalı olur. Xən-

dək döyüşü baş verən zaman Mədinədə qış fəsli olsa da quraqlıq hökm sürürdü. 

Müşrik ordusunun ərzaq tədarükü az olduğu üçün onlar uzun müddət Mədinə 

kənarında qala bilməzdilər. Buna görə də belə qərara gəlirlər ki, Bəni Qureyzə 

yəhudilərindən kömək istəsinlər.  

Bu  məqsədlə  Əbu  Süfyan  Huyeyy  ibn  Əxtabı  çağırıb  dedi:  “Əgər  Bəni 

Qureyzə qəbiləsini Muhəmməddən döndərə bilsən, çox yaxşı olar.” Buna əsa-

sən Huyeyy ibn Əxtab Bəni Qureyzə qəbiləsinin başçısı Kəb ibn Əsədin yanına 

gəlib söhbətə başladı. Uzun sürən müzakirədən sonra Huyeyy Kəbi müqaviləni 

poz

mağa razı salır.



47

 

Bundan narahat olan Hz.



Peyğəmbər  (s)  dərhal  Səd  ibn  Məazla  Səd  ibn 

Uba


dəni Bəni Qureyzə qəbiləsinə göndərir ki, dəqiq məlumat öyrənsinlər. On-

lar Bəni Qureyzə qəbiləsinə gəlib qəbilənin başçısı Kəb ibn Əsədlə danışmaq 

is

tədikdə o, Hz.Peyğəmbəri (s) və nümayəndələri söyməyə başlayır.  



Nümayəndələr  Hz.Peyğəmbərin  (s)  yanına  qayıdıb  əhvalatı  olduğu  kimi 

ona çatdırırlar. Bu zaman Hz.Peyğəmbər (s) uca səslə “Allahu əkbər, ey müsəl-

manlar, qələbə yaxındadır.” 

Bir gün Əmr ibn Əbdəvid, Nofəl ibn Abdullah, Zirar ibn Xəttab, Hubeyrə 

ibn Vəhəb və İkrimə ibn Əbu Cəhl kimi müşrik qəhrəmanları xəndəyi keçərək 

öz

ləri ilə döyüşmək üçün mübariz istədilər . 



“Farisi Yəlyəl” (Yəlyəl atlısı) ləqəbli Əmr ibn Əbdəvid bir qədər də irəli 

gələrək dedi: “Döyüşmək istəyən varmı!” Müsəlmanların onunla döyüşməkdən 

qorx

duğunu görən Əmr daha da cürətlənərək belə dedi: “Siz müsəlmanlar de-



yir

siniz ki, bizim ölülər cəhənnəmə, sizinkilər isə cənnətə gedir. Məni cəhənnə-

mə göndərmək istəyən yoxdurmu! Və yaxud kimsə istəmirmi onu cənnətə gön-

dərim !”  

Əmrin səsini eşidən Hz.Peyğəmbər (s) buyurdu: “Kim istəyir bu düşmənin 

şərini bizim üstümüzdən dəf etsin!” Lakin Hz.Əlidən (ə) başqa kimsə cavab ver-

mədi. Hz.Peyğəmbər (s) özünün Zatul-füzul adlı zirehini Əliyə (ə) geyindirdi və 

özünün Səhab adlı əmmaməsini onun başına bağlayaraq onu meydana göndərdi. 

46

Tarixi–


Təbəri, 2-ci cild, səh-234 

47

Biharul-



ənvar 20-ci cild, səh-223). 

  

                                                           




 

44 


Hz.

Əli (ə) getdikdən sonra Hz.Peyğəmbər (s) onun haqqında belə dua etdi: “İla-

hi, Əlini pisliklərdən qoru! Allahım Bədrdə Ubeydə ibn Harisi, Uhudda da Həm-

zəni  məndən  almışdın.  İlahi,  özün  Əlini  düşmən  şərrindən  qoru!”  Sonra  “Ən-

biya” surəsinin 89-cu ayəsini oxudu: 

“Ey Rəbbim! Məni tək buraxma!”

48

 

Hz.


Əliylə (ə) Əmr üz-üzə gəldikdə Hz.Peyğəmbər (s) söylədi: “İndi imanla 

küfr üz-


üzə gəldi”. Hz.Əli (ə) Əmri üç işdən birinə dəvət etdi; Ya İslamı qəbul 

etsin, ya mü

haribədən  əl  çəksin,  ya  da  atdan  düşüb  piyada  döyüşsün.  Əmr 

üçün


cü  şərti  qəbul  edərək  Hz.Əliyə  (ə)  hücum  etdi.  Qısa  döyüşdən  sonra 

Hz.


Əlinin  (ə)  təkbir  səsi  ucaldı.  Müsəlmanlar  Həzrətin  (ə)  təkbirindən  başa 

düşdülər ki, Əmr artıq öldürülmüşdür. 

Hz.

Əli (ə) Peyğəmbərin (s) yanına qayıtdıqda onun vurduğu zərbə haqqın-



da Hz.

Peyğəmbər (s) belə buyurdu: “Əlinin Xəndək günündəki vurduğu zərbə 

bütün insanlar 

və cinlərin Qiyamət gününə qədərki ibadətindən üstündür.” Hə-

qi

qətən də düşmənin ən böyük qəhrəmanının öldürülməsi ilə bütün müsəlman-



lar izzətə çatır, kafirlər isə xar olur.

49

 



Müşrik ordusunda vuruşan əsgərlərin hər 

birinin məqsədi var idi. Yəhudilər İslamın artan inkişafından narahat olduqları 

üçün vuruşurdu. Qureyş müşrikləri İslam və müsəlmanlarla köhnə ədavətlərinə 

görə  vuruşurdu.  Qətəvan,  Fəzarə  və  digər  qəbilələr  isə  Xeybər  məhsulunun 

tamahı ucubatından döyüşə gəlmişdi. 

Maddi məqsədə görə vuruşanları ordudan ayırmaq üçün Hz.Peyğəmbər (s) 

on

ların başçılarının yanına nümayəndələr göndərərək bildirir ki, qoşundan ay-



rılsalar müsəlmanlar Mədinə məhsulunun üçdə birini sizə verməyə hazırdırlar. 

Baş verən bu kimi hadisələr Əhzab ordusunun dağılmasına səbəb olmuşdur.  

Beləliklə,  hicrətin  beşinci  ili  zilqədə  ayının  iyirmi  dördündə  baş  verən 

Xəndək döyüşü müsəlmanların qələbəsilə başa çatmışdır. 



8. 

Bəni Qureyzə qəzvəsi: 

Hicrətin birinci ilində Mədinəyə gələn Hz.Peyğəmbər (s) daxili asayişi qoru-

maq üçün bütün qəbilələrlə müqavilə imzalayır. Bundan əlavə Hz.Peyğəmbər (s) 

Mədinədəki üç yəhudi qəbiləsilə də xüsusi bir müqavilə imzalayır. Müqaviləyə 

əsasən yəhudi qəbiləsindən hər biri Peyğəmbərə və ya müsəlmanlara zərər yeti-

rərsə,  yaxud  müsəlmanların  düşməninə  silah-sursatla,  minik  vasitəsilə  kömək 

edərsə, onda Hz.Peyğəmbərin (s) onların barəsində ölüm hökmü çıxarmağa, əm-

la

kını müsadirə və arvad-uşaqlarını əsir etməyə haqqı olduğu bildirilirdi. Zaman 



keçdikcə hər üç qəbilə müqaviləni müxtəlif formalarda pozduqları üçün Hz.Pey-

ğəmbər (s) hər üç qəbiləni Mədinədən uzaqlaşdırır. Bəni Qureyzə də müşrik və 

yəhudi ordusu ilə əlbir olub İslama zərbə vurmaq istəyirdi. Bu səbəbdən Hz.Pey-

ğəmbər (s) onları da cəzalandırmaq qərarına gəlir.  

Hz.

Peyğəmbər (s) bu xəyanətin əvəzini çıxmaq üçün Xəndək müharibəsin-



dən  sonra  Bəni  Qureyzə  qəbiləsinin  üzərinə  hərəkət  etdi.  Bu  qəzvədə  İslam 

48

Kənzul-fəvaid, səh-137. 



49

Müstədrəki-Hakim, 30-cu cild, səh-32. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə