Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə212/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   208   209   210   211   212   213   214   215   ...   314

 

428 


Qərmətilərin  namazı  günəşin  çıxmasından  əvvəl  və  batmasından  sonra  ol-

maq üzrə qılınan iki rükətdən ibarətdir. Namaz qılan kimsə, hər rükətdə Əhməd 

ibn Məhəhəmməd ibn Hənəfiyyəyə nazil olduğuna inanılan istiftah surəsini oxu-

yur. Qiblə Beytul-Müqəddəsdir.

632

 

Oruc yalnız Novruz və Mihrican günlərində 



ol

maq üzrə ildə iki gün tutulur. Bununla belə Əbu Səid əl-Cənnabidən sonra na-

maz və orucun tamamilə ləğv edildiyi deyilir. Zəkat ümumiyyətlə imamın haqqı 

olaraq anlaşılmış, müəyyən nisbətdə və ildə bir dəfə  yığılmışdır. Həcc ziyarəti 

zahiri  və  batini  olmaqla  iki  hissəyə  ayrılmışdır.  Bunlardan  başqa  qərmətilərin 

qüsl almayıb  yalnız namaz dəstəmazı kimi dəstəmaz almaları, içkini halal, azı 

dişli və pəncəli heyvanları haram saydıqları, özlərinə müxalif olanların cizyəyə 

bağlanmasını lazım gördükləri nəql edilən məlumatlar vardır.

633

 

 



Səffarilər dövləti 867-1500 (və ya 1163) 

Abbasilər dövründə qurulan xanədanlardan biri də Səffarilərdir. Xanədanın 

qu

rucusu Yəqub ibn Leysdir (867-879). 867-ci ildə Heratı Tahirilərdən (819-



873) alan Yəqub, bir il sonra Xorasanın mərkəzi Nişapuru ələ keçirərək bütün 

Xo

rasana  hakim  olmuşdur.  Sonra  Sistan,  Fars,  Kirman,  Xuzistan  əyalətlərini 



ələ  keçirərək  İranın  bir  qisminə  hakim  oldu,  hətta  Hindistanda  Belucistan  və 

Sind əyalətlərinə də hakim oldu. Yəqub ibn Leys Xuzistandakı Cindişapur şə-

hərini Səffarilərin paytaxtı elan etmişdir. 

868-903-


cü illərdə Səffarilər Abbasilərə tabe olaraq bütün İranın valisi ol-

muşlar. 868-ci ildən sonra bir əmirlik kimi Sicistanda əsrlərlə öz hakimiyyətlə-

rini  davam  etdirmişlər.  Sicistan  əmirləri  olaraq  Abbasilərə,  Qəznəlilərə,  Kir-

man  səlcuqlarına,  Gurlulara,  Xarəzmşahlara,  İlhanlılara,  Qaraqoyunlulara  və 

Ağqoyunlulara tabe olmuşlar. 879-cu ildə Yəqubun ölümündən sonra onun ye-

rinə qardaşı Əmr ibn Leys (879-902) keçmişdir. O, Nişapurda oturaraq Abbasi-

lərin adından Xorasan, İsfahan, Sistan, Kirman, Fars, Belucistan və Sind əya-

lətlərini idarə etmişdir. 

Sünni-

Hənəfi məzhəbinə mənsub olan Səffari xanədanına Şah İsmail Xətai 



1500-

cü ildə son qoymuşdur. 

 

Səffari əmirləri bunlardır: 

1) 


Əbu Yusif Yəqub ibn Leys (867-879) 

2) 


Əmr ibn Leys (879-902) 

3) 


Tahir ibn Muhəmməd ibn Əmr (902-909) 

4) Leys (909-912) 

5) Muaddil (912-913) 

6) 


II Əmr ibn Yəqub (913-932) 

7) 


Əbu Cəfər Əhməd ibn Muhəmməd (932-955) 

632


Tarixi ibn Əsir, VII cild, səh-447. 

633


Ta

rixi ibn Əsir, VII cild, səh-448, 449. 

                                                           



  

429 


8) 

Xələf ibn Əbu Cəfər (955-1009) 

9) 

Muhəmməd ibn Tahir (1009-1068) 



10) 

Bahauddövlə II Tahir (1068-1087) 

11) 

Bahauddin Tahir ibn Nəsr (1087-1088) 



12) Mehrban ibn Tahir (1088-1089) 

13) 


Tacuddin Əbul Fəzl (1089-1164) 

14) 


Şəmsuddin (1164-1165) 

15) 


İzzul-Muluk III Məhəmməd (1165-1167) 

16) 


Hərb ibn III Məhəmməd (1167-1215) 

17) 


I Şah ibn Nasuriddin (1215-1221) 

18) 


II Şah ibn Bəhram-Şah (1221) 

19) Rukniddin (1221-1222) 

20) 

Şəhabuddin (1222-1225) 



21) 

Əli ibn Nasuriddin (1225-1229) 

22) 

II Əli ibn Məsud (1229-1254) 



23) Nasrudd

in ibn Əbul-Fəth (1254-1328) 

24) 

Şah Nusrət (1328-1330) 



25) 

Qutbəddin IV Məhəmməd (1330-1346) 

26) 

Tacuddin ibn Qutbəddin IV Məhəmməd (1346-1350) 



27) I Sultan Mahmud (1350-1352) 

28) 


İzzuddin ibn Rukniddin (1352-1382) 

29) 


I Qutbəddin ibn İzzuddin (1382-1386) 

30) 


II Şah-Şahan Tacuddin (1386-1402) 

31) 


II Qutbəddin ibn Şah-Şahan (1402-1419) 

32) 


Şah-Şahan Şəmsəddin (1419-1438) 

33) 


Nizaməddin Yəhya (1438-1480) 

34) 


Şəmsəddin Mahmud ibn Yəhya (1480-1490) 

35) II Sultan Mahmud (1490-1500).

634

 

 



Rüstəmilər dövləti 761-909 

Xəvaric  məzhəbinin  İbadiyyə  qoluna  mənsub  olan  Rüstəmilər  Qərbi  Cə-

zair

də  öz  krallıqlarını  qurmuşlar.  Xanədan,  Qeyravanda  yerləşən  Ərəbləşmiş 



İranlıdır.  Bu  xanədanın  qurucusu  Əbdürrəhman  ibn  Rüstəm  Əğləbdir  (761-

784). Rüstəmilərin paytaxtı olan Tahərt şəhəri 761-ci ildə Əbdürrəhman tərə-

fin

dən salınmışdır. Bu xanədan zaman-zaman Cənubi Tunis xaric olmaqla bü-



tün Tarabulus ölkəsinə də hakim olmuşdur. 

 

Rüstəmi əmirləri bunlardır: 

1) 

Əbdürrəhman ibn Rüstəm Əğləb (761-784) 



2) 

Əbdul-Vəhhab ibn Rüstəm (784-823) 

634

Yılmaz Öztuna, İslam Devlətləri, Ankara kültür bakanlığı-1989, I cild, səh-709. 



  

                                                           




 

430 


3) 

Əbu-Saidil-Əflah (823-871) 

4) 

Əbu Bəkr (871-?) 



5) 

Məhəmməd (?-894) 

6) Yusif (894-?) 

7) 


Yəqub (?-? + 906-908).

635


 

İlk xarici-İbadi məzhəbinin lideri Əbul-Xəttab Əbdul-Əla ibn Səmhil-Maa-

firiyyil-

Himyəriyyil-Yəmənidir.  O,  qısa  müddətdə  Tarabulus,  Tunis  və  Şərqi 

Cəzairə hakim olmuşdur. İbadilər və Sufrilər, Sünnilərə olduqca yaxın Xarici 

məzhəbləridir. Xaricilərin ən ifrat məzhəbi Əzraqilərdir. 

Rüstəmilərin varlığına şiə təmayüllü Fatimilər (909-1171) tərəfindən 909-

cu ildə son qoyulmuşdur. 



 

Həmdanilər dövləti (903-1003 və ya 905-1004) 

Həmdanilər 903-1003-cü illərdə həm Şimali Suriyada, həm də Şimali İraq-

da hökm sürən şiə təmayüllü bir dövlət olmuşdur. Dövlətin adı qurucusu Həm-

dan ibn Hamidin adından götürülmüşdür. Bölgənin tarixində mühüm rol oyna-

ya

n Həmdanilər ərəblərin ən böyük qəbilələrindən olan Rəbianın Tağlib qoluna 



mənsubdurlar. İslamiyyətdən əvvəl xristian olan Tağliblilər Təhamədən şimala 

köç etmiş, sonralar xəlifə Ömər ibn Xəttabın (634-644) zamanında cizyə ödə-

yən qəbilə daha sonra müsəlman olmuşdur. 

Həmdanın nəsəbi belədir: Həmdan ibn Həmdun ibn Haris ibn Loğman ibn 

Ra

şid ibn Müsənna ibn Rafi ibn Haris ibn Qutayf ibn Mərciyə ibn Cariyə ibn 



Ma

lik  ibn  Ubeyd  ibn  Ədiyy  ibn  Usamə  ibn  Malik  ibn  Bəkr  ibn  Xudeyb  ibn 

Əmr ibn Qənm ibn Tağlib ibn Vail ibn Casit ibn Hinb ibn Əfsa ibn Dumi ibn 

Cədilə ibn Əsəd ibn Rəbiə ibn Nizar ibn Məad ibn Ədnan.

636

 

Xanədana adını verən Həmdan Riqqə bölgəsindən köç edərək Mosula yer-



ləşdi. 868-ci ildə (hicri 254) xaricilərə qarşı etdikləri döyüşlərdə öz hərbi güclə-

ri

ni isbat etdilər. Dana sonra Həmdan 885-ci ildə (hicri 272) Mardin qalasını 



ələ keçirdi. 892-ci ildə (hicri 279) abbasi xəlifəsi Mutəzid Billah (892-902) şə-

həri onun əlindən almaq üçün şəxsən özü səfər etsə də uğur qazana bilmədi. 

Xəlifə ikinci dəfə türk sərkərdələri ilə birlikdə hərəkət  edərək Mardin və Er-

dim


üşt üzərinə gedincə Həmdan yerinə oğlu Hüseyni buraxıb şəhərdən qaşdı. 

Onun gedişindən sonra qala xəlifəyə təslim edildi. Bir müddət sonra Həmdanın 

özü

də həbs edildi. Həmdan 896-cı ildə oğlu Hüseyn xəvaric ordusunu məğlub 



et

dikdən  sonra  sərbəst  buraxılmışdır.  Eyni  ildə  Hüseyn  ibn  Həmdan  Cibalda 

Bəkr ibn Əbdüləziz ibn Əbu Duləfə və  qərmətilərə qarşı səfərə çıxdı. 905-ci 

ildə isə Abbasilərin baş komandanı Muhəmməd ibn Süleymanla birlikdə Misir 

səfərinə qoşularaq Tulunoğullarını məğlub edərək bölgənin təkrar ələ keçiril-

məsində böyük rol oynadı. 

635

Yılmaz Öztuna, İslam Devlətləri, Ankara kültür bakanlığı-1989, I cild, səh-206. 



636

Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-458. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə