Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə213/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   209   210   211   212   213   214   215   216   ...   314

  

431 


Miladi 908-

ci ildə (hicri 295)  yenidən Suriyada qərmətilər üzərinə gedən 

seyn ibn Həmdan 909-cu ildə (hicri 296) İbn Mutəzzi taxta çıxarmaq üçün 



ha

zırlanan uğursuz plana qoşulduğu üçün qaçmaq məcburiyyətində qaldı. Bir 

müd

dət sonra Hüseyn digər qardaşı İbrahimin vasitəsilə bağışlanaraq Qum və 



Ka

şan,  910-cu  ildə  isə  Diyari  Rəbia  valiliyinə  təyin  edildi.  Bundan  istifadə 

edən Hüseyn ibn Həmdan müstəqilliyini elan edərək  yığdığı vergiləri Abbasi 

xəlifəsinə  göndərmədi.  Xəlifə  Müktəfi  Billah  (902-908)  Əmirul-üməra  İbn 

Raikin  komandanlığı  altında  olan  ordunu  ona  qarşı  göndərsə  də  uğur  qazana 

bil


mədi. Daha sonra əmir Munis əl-Muzəffərə məğlub olan Hüseyn əsir düşdü. 

Həmdani  əmirlərinə  etibarı  qalmayan  xəlifə  onunla  birlikdə  qohumlarını  da 

həbs etdirdi. Lakin 918-ci ildə (hicri 306) xəlifə Müqtədir (908-932) özünə qar-

şı hazırlanan sui-qəsddə Huseyn ibn Həmdanı, öz vəziri ibn Furatı (Əbul-Hə-

sən Əli ibn Məhəmməd) və Azərbaycandakı valisini günahkar bilərək Hüseyni 

edam et


dirdi, digərlərini isə vəzifədən uzaqlaşdırdı.

637


 

Hüseyindən  fərqli  olaraq  qardaşları  Əbulhica  Abdullah,  İbrahim  və  Səid 

xəlifəyə sadiq qaldıqları üçün Əbulhica 905-ci ildə (hicri 293) Mosul, İbrahim 

919-


cu ildə (hicri 307) Diyari Rəbia və Səid 924-cü ildə (hicri 312) Nəhavənd 

va

liliyinə  təyin  edilmişdir.  Bunlardan  Əbulhica  bir  tərəfdən  üsyançı  qrupları 



itaət altına alarkən digər tərəfdən qardaşı Hüseynə qarşı icra edilən əməliyyat-

ları idarə edirdi. Əbulhica sonralar Bağdadda qalmağı üstün tutaraq oğlu Həsə-

ni  yerinə  vəkil  qoydu.  913-cü  ildə  (hicri  301)  Mosul  valiliyindən  götürülən 

Əbulhica Əmirul-üməra Munisə itaət etdiyindən növbəti il həmin vəzifəyə gəti-

rildi. 919-

cu ildə (hicri 307) üsyan edən Azərbaycan valisi Yusif ibn Əbu Sacı 

itaət altına almaq üçün göndərilən Munisin əmrində olan orduda yer aldı. Daha 

son


ra Xorasan və Dinavər valiliyinə təyin edildi və 925-ci ildə (hicri 313) Mo-

sul ilə Cizrə bölgəsindəki Bazab və Qarda onun idarəsinə verildi. Qardaşı İbra-

hi

min ölümündən sonra vali olduğu Diyari Rəbianın idarəçiliyi yenə qardaşla-



rından olan Davuda tapşırıldı. Əbulhica  da  qardaşı  Hüseyn  kimi  qərmətilərə 

qar


şı mübarizə apararaq 927-ci ildə (hicri 315) Bağdadı onlarıın hücumundan 

qo

rudu. Bu arada Dinavər valiliyindən uzaqlaşdırılınca Bağdada gedərək Mu-



nis və Sahibuş-şürtə Nazukun yardımı ilə 929-cu ildə (hicri 317) xəlifə Müq-

tədir  Billahı  (908-932)  taxtdan  salıb  yerinə  Qahir  Billahı  (932-934) taxta 

çıxardı. Buna qarşılıq olaraq yeni xəlifə Hulvan, Dinavər, Həmədan və Gir-

man


şahın rəhbərliyini 929-cu ildə (hicri 317) Əbulhicaya verdi. Ancaq  qısa 

müd


dət sonra Qahir Billah xəlifəlikdən uzaqlaşdırıldı və Müqtədir Billah ye-

nidən xəlifə elan edildi. Həmdanilərin gerçək qurucusu olan Əbulhica da bu 

qarışıqlar əsnasında öldü. 929-cu ildə Həmdanilər dövlətinin əsasını qoymuş 

Əbulhica ibn Həmdan ibn Həmdunun ölümündən sonra Həmdanilər Mosul və 

Hələb olaraq iki qola ayrıldı. 

637


Diyanet İslam Ansiklopedisi, XV cild, Hamdanilər maddəsi. 

  

                                                           




 

432 


Həmdanilərin Mosul qolu 

Mosul qolunun q

urucusu Əbulhicanın oğlu Nasiruddövlə Həsəndir. Əbul-

hi

canın  ölümündən  sonra  xəlifə  Müqtədir  Billah  Mosulun  rəhbərliyini  ondan 



ala

raq əmiləri Nəsr və Əbul-Əla Səidə verdi. Nasirddövləyə isə Diyari Rəbia-

nın qərbi ilə Nusaybin, Sincar, Habur və Ərzənin rəhbərliyini verdi. Lakin bu-

nun


la razılaşmayan Həsən 935-ci ildə əmisi Səidi öldürərək Mosulu geri aldı. 

Bundan  qəzəblənən  yeni  xəlifə  Razi  Billah  (934-940)  vəziri  ibn  Müqləni 

Mosula göndərərək şəhəri ələ keçirdi. Lakin eyni ildə xəlifənin ordularını məğ-

l

ub edən Həsən Mosulla birlikdə Diyari Rəbia, Diyanmudar və Diyarbəkri ələ 



ke

çirdi.  Nasiruddövlə  Həsən  942-ci  ildə  (hicri  330)  xəlifənin  səlahiyyətlərini 

əlindən almaq və özünü də Mosuldan uzaqlaşdırmaq istəyən ibn Raiqi aradan 

götürdü. Buna 

görə xəlifə onu “Nasiruddövlə” ünvanı ilə Əmirul-üməra təyin 

etdi, kö


məkçisi  qardaşı  Əliyə  də  “Seyfuddövlə”  ünvanını  verdi.  Mosul  əmiri 

Nasirud


dövlə türk əsilli sərkərdə Təkini də təsirsiz hala gətirdi. Beləcə 947-ci 

ildə (hicri 335) Mosul və Cəzirədə sabitlik yarandı. 

Miladi 948-

ci ilin əvvəlləri (hicri 336) Nasiruddövlə ilə Büveyhi hökmdarı 

Muizzuddövlənin (945-967) arası pozulduğu üçün Muizzudövlə Mosul üzərinə 

hərəkət etdi. Bundan xəbər tutan Nasiruddövlə Nuseybinə qaçdı. Bundan istifa-

də edən Muizzuddövlə Həmdanilərin bütün torpaqlarını ələ keçirməyə çalışdı. 

Nəticədə Mosul xalqı Büveyhilərin zülmünə məruz qaldı və Muizzuddövlənin 

əlindən gördükləri təzyiqlər onları çətinliyə saldı. Amma bu arada yaranan şərt-

lər  onların  işinə  yaradı.  Çünki  Ruknuddövlə  xorasanlılara  qarşı  mübarizədə 

qar

daşı  Muizzuddövlədən  yardım  istədi.  Buna  görə  Muizzuddövlə  Həmdan 



əmiri Nasiruddövlə ilə sülh bağladı. Sülhə görə Nasiruddövlə hər il Muizzud-

döv


ləyə 8000 dirhəm vergi verməklə yanaşı, Cümə xütbələrində Büveyhioğul-

la

rı İmaduddövlə, Muizzuddövlə və Ruknuddövləyə dua oxudacaqdı. 957-ci il-



də (hicri 345) Muizzuddövlə bəzi üsyanları yatırmaq üçün Bağdaddan Əhvaza 

doğru hərəkət etdi. Bunu fürsət bilən Nasiruddövlə də Bağdada girərək şəhəri 

ələ  keçirdi.  Muizzuddövlə  işini  bitirib  Bağdada  dönüncə  Həmdanilər  şəhəri 

tərk  etdilər.  Lakin  Nasiruddövlə  sülhün  şərtlərini  yerinə  yetirməkdən  imtina 

etdi. Buna görə Muizzuddövlə Mosula doğru hərəkət edərək Nasiruddövlə ilə 

yüşü başladı. Lakin Nasiruddövlə vergiləri xilafətə aid xəzinəyə ödəyəcəyi 



vədini  verdi.  Onun  bu  sözü  verməsinə  baxmayaraq  Muizzuddövlə  növbəti  il 

ye

nə  Nasiruddövlənin  üzərinə  getdi  və  Mosula  daxil  oldu.  Nasiruddövlənin 



Nusey

binə qaçmasına baxmayaraq Muizzuddövlə onun ardınca getdi. Nasirud-

döv

lə bu dəfə qardaşı Seyfuddövlənin müstəqil olaraq hökmranlıq etdiyi Hələb 



şəhərinə qaçdı. Seyfuddövlənin vasitəçiliyi ilə Muizzuddövlə ilə Nasiruddövlə-

nin  arası  düzəldi.  Eyni  zamanda  Seyfuddövlə  qardaşı  Nasiruddövlənin  hər  il 

Bağdada xilafət xəzinəsinə iki milyan doqquz yüz min dirhəm vergi ödəyəcə-

yini, həmçinin qardaşının borclarını da şəxsən özünün ödəyəcəyinə söz verdi. 

Nasiruddövlə bir ilə yaxın Bağdadda qaldıqdan sonra yerini türk komandiri 

zünə buraxıb Mosula getdi. Tüzün ilə razılaşa bilməyən xəlifə Müttəqi Billah 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə