Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə214/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   210   211   212   213   214   215   216   217   ...   314

  

433 


(940-944) 943-

cü  ildə  Mosula  gedib  Həmdanilərə  sığındı.  Buna  cavab  olaraq 

Tüzün 

Həmdanilərin üzərinə gedərək onları Mosulu tərk etmək məcburiyyətində 



qoy

du. Nasiruddövlə xəlifəni daha əmin yer olaraq Mosuldan Riqqəyə göndərdi. 

Bu a

rada Nasiruddövlə ilə Tüzünün arası düzəlincə xəlifə Müttəqi İxşidi əmiri 



Məhəmməd ibn Tuğcdan kömək istədi. Lakin bu kömək baş tutmadı. Bir neçə ay 

sonra xəlifə Müttəqi Billah Tüzünün dəvəti ilə Riqqədən Bağdada doğru hərəkət 

etdi,  lakin  yolda  gözlərinə  mil  çəkilərək  944-cü  ildə  xəlifəliyinə  son  qoyuldu. 

Nasiruddövlə vəd verdiyi vergini ödəməyincə Tüzün ilə yeni xəlifə Müstəkfi Bil-

lah (944-

946) onun üzərinə gedərək vergini verməyə məcbur etdilər. 

Muizzuddövlə ilə Nasiruddövlə arasındakı mübarizə 956-957-ci illərdə (hicri 

345)  yenidən canlandı. Həmdanilər Muizzuddövlənin Bağdadda olmamasından 

is

tifadə edərək şəhəri zəbt etmək istədilər. Muizzuddövlə onlardan verdikləri zə-



rər və ziyanı ödəmələrini istəməklə kifayətləndi. Lakin illik vergi mövzusunda 

Həmdanilərlə razılaşa bilmədiyindən Mosul və Nusaybini ələ keçirib Rahbə üzə-

ri

nə getdi. 964-cü ildə (hicri 353) Mosulu ələ keçirən Muizzuddövlə şəhərin rəh-



bərliyini  Nasiruddövlənin  oğlu  Əbu  Tağlib  Qəzənfərə  verdi.  Bu  hadisələrdən 

sonra E


rdmüştdə olan Nasiruddövlə 969-cu ildə (hicri 358) öldü. 

Qəzənfər  Diyarbəkri  ələ  keçirmək  istəyən  Bizanslıları  məğlub  edərək  Do-

mestikos Meliası əsir  götürdü.  Bunun üzərinə  Büveyhi əmiri Bəxtiyarın təklifi 

ilə  xəlifə  Muti  Lillah  (946-974)  “Uddətuddövlə”  ləqəbini  verdi.  Qəzənfər  ilə 

Bəxtiyar Bağdadı ələ keçirmək istəyən Büveyhi hökmdarı Adududdövləyə qarşı 

yüşə başladılar. Lakin məğlub olduqlarını görən Qəzənfər Bizansa sığınmaq 



məcburiyyətində  qaldı.  Bir  müddət  sonra  geri  dönsə  də  Rəmlə  əmiri  Mufərric 

ibn Dağfələ tərəfindən 979-cu ildə (hicri 369) öldürüldü. Onun ölümü ilə Həm-

da

nilərin əl-Cəzirə və Mosuldakı hakimiyyətlərinə son qoyuldu. Qəzənfərin qar-



daşları  Əbu  Abdullah  Hüseyn  və  Əbu  Tahir  İbrahim  990-cı  ildə  (hicri  380) 

Uqay


lilər tərəfindən  aradan qaldırıldı.  Digər qardaşı  Zülqərneyn isə  Fatimilərə 

(909-


1171) sığındı və 1010-cu ildə (hicri 401) Dəməşq valiliyinə təyin edildi. 

 

Həmdanilərin Hələb qolu 

Hələbdəki Həmdanilərin əmiri Seyfuddövlə idi. Nasiruddövlə Həsən qar-

daşı Seyfuddövlə Əlini Nusaybinə vali təyin etmişdi. Nasiruddövlənin razılığı 

ilə 944-cü ildə (hicri 333) Hələb şəhərinə daxil olan Seyfuddövlə xəlifə Müs-

təkfi Billah (944-946) və qardaşı Nasiruddövlə adına xütbə oxutdu. Növbəti il-

də  isə  Dəməşqi  ələ  keçirdi.  İhşidilərlə  Həmdanilər  arasındakı  mübarizə  Mə-

həmmədin ölümündən sonra Kafurun dövründə də bir müddət davam etdi və 

sonda əldə edilən anlaşmaya görə bütün Şimali Suriya Həmdanilərin ixtiyarına 

verildi.  Bu  tarixdən  etibarən  Seyfuddövlə  Bizansla  davamlı  münaqişəyə  baş-

ladı. 

949-


cu  ildə  (hicri  337)  böyük  bir  ordu  ilə  Bizans  torpaqlarına  daxil  olan 

Sey


fuddövlə  məğlubiyyətə  uğradı  və  bizanslılar  Həmdani  ordusunun  əlində 

olan döyüş sursatlarının hamısını götürdülər. 

  



 

434 


951-

ci ildə (hicri 339) yenidən böyük bir ordu ilə Bizans torpaqlarına daxil 

olan Seyfuddövlə qalib gələrək xeyli əsir götürdü. Lakin geri qayıdarkən rum-

lu

lar onu məğlub edərək əsirləri geri aldılar. 



954-

cü ildə (hicri 342) edilən səfərdə isə Seyfuddövlə uğur qazandı. Növ-

bəti il isə Zabatra və Malatya şəhərlərinə basqın edildi. Buralar əsasən İslam 

torpaqlarının strateji nöqtələri idi. Seyfuddövlə bu döyüşdə Damastukun oğlu 

Konstantini  məğlub  edərək  adamlarının  çoxunu  öldürdü.  Maraş  yaxınlarında 

isə Damastukun özünü məğlub edərək kürəkənini və qızının oğlunu əsir aldı. 

Bundan  cəsarətlənən  Seyfuddövlə  957-ci  ildə  (hicri  345)  yenidən  Bizans 

torpaqlarına  daxil  olaraq  böyük  bir  zəfər  qazandı  və  Hələbə  çoxlu  qənimətlə 

qayıtdı. Buna cavab olaraq Bizanslılar böyük bir ordu ilə müsəlman şəhərlərinə 

daxil olara

q  xeyli  insanı  qılıncdan  keçirdilər.  Eyni  zamanda  dəniz  yolu  ilə 

Tartus şəhərinə hücum edərək mindən artıq adamı qılıncdan keçirdilər. 

960-

cı ildə (hicri 348) Rəha və Tartusa daxil olan bizanslılar xeyli insanı 



qətlə yetirərək mal-qaranı qarət etdilər. 

Buna cavab olaraq 961-

ci  ildə  (hicri  349)  Bizans  torpaqlarına  daxil  olan 

Seyfuddövlə bir neçə qalanı fəth etdi. Lakin geri qayıdarkən bizanslılar onun 

yo

lunu kəsərək əsgərlərinin çoxunu öldürdülər. Bu hadisədə 300 süvari ilə bir-



likdə Seyfuddövlədən başqa kimsə xilas ola bilmədi. 

963-


cü ildə (hicri 351) erməni hökmdarı Nikofor (Domestikos) Hələbə da-

xil olaraq Seyfuddövlənin sarayını ələ keçirdi. Doqquz gün Hələbdə qalan Ni-

ko

forun ordusu bütün çirkin əməlləri həyata keçirdilər. 



Bu  ilin  hadisələrini  şərh  edən  məşhur  tarixçi  İbn  Kəsir  yazır:  “Bu  ildə 

Bizanslılar Nikoforun  əmrində iki  yüz min döyüşçü ilə Hələbə daxil oldular. 

Seyfuddövlə yanında hazır olan döyüşçülərlə ona qarşı çıxsa da məğlub oldu. 

Seyfuddövlənin sarayını ələ keçirən Nikofor oradakı qadınlar, uşaqları və 

digərlərini əsir götürdü. Sonra Hələb qalasını mühasirəyə aldı. Şəhər xalqının 

göstərdiyi mübarizə nəticəsində çoxlu sayda rumlu əsgər öldürüldü. Lakin qəfil 

hücuma  keçən  Bizanslılar  xeyli  insanı  qılıncdan  keçirməklə  bərabər  on 

minlərlə insanı da əsir götürdülər.

638

 

Aynzərbədə sərhəd nöqtələrini yenidən təmir edən Seyfuddövlə sərkərdələ-



rindən birini Bizanslıların üzərinə göndərdi. Böyük bir ordu ilə Bizans torpaq-

larına daxil olan sərkərdə çox keçmədən Seyfuddövləyə qarşı baş qaldırıb, Hər-

r

an  şəhərində  müqavimətə  başlayaraq  Azərbaycana  getdi.  Buranı  Əbul-Vərd 



adlı bir bədəvinin köməyi ilə ələ keçirdi. Lakin qısa müddət sonra Seyfuddövlə 

onun üzərinə gedərək onu ortadan qaldırdı. 

Bu hadisədən qısa müddət sonra 968-ci ildə (hicri 356) Seyfuddövlə öldü, 

yerinə oğlu Səduddövlə Əbul Məail keçdi. 969-cu ildə dayısı ilə ədavətə düşən 

Əbul Məail onu öldürdü. Amma atasının azad etdiyi kölələrdən Karaveyh onu 

məğlub  edərək  Hələbi  ələ  keçirdi.  Lakin  yenidən  hücuma  keçən  Əbul  Məail 

638

İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, Çağrı yayınlar, XI cild, səh-410, 413. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə