Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə215/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   211   212   213   214   215   216   217   218   ...   314

  

435 


Fərat çayını keçib Hama üzərinə gedərək şəhəri ələ keçirdi. Sonra Xımsa gələn 

Əbul Məail bizanslıların 971-ci ildə xaraba qoyduqları sahələri yenidən qurdu. 

Bizanslıların gücündən qorxan Karaveyh onlarla yaxşı dolanmağa cəhd edirdi. 

972-


ci ildə Karaveyh ilə Əbul Məail barışdığı üçün Hələbdə vəziyyət nisbətən 

sa

bitliyə qovuşdu. Bu dövrdə şiəlik daha da artmağa və geniş təbliğ olunmağa 



başladı. Əməvi və Abbasi dövründə təqib olunan şiəlik Büveyhilər və Həmda-

ni

lər dövründə daha rahat şəkildə fəaliyyət göstərirdi. Başlanğıcda uğur qazana 



bil

məyən Səduddövlə sonralar əhəmiyyətli zəfərlər qazandı və komandir Bar-

das Phokasın oğlu Konstantinosu əsir götürdü.

639


 

991-


ci ildə (hicri 381) Səduddövlənin ölümündən sonra yerinə Əbul-Fəzail 

Saiduddövlə  keçdi.  Bu  arada  Fatimilər  Hələbi  mühasirəyə  alsalar  da  Bizans 

imperatoru II Basileiosun köməyə gəlməsilə geri çəkildilər. Çoxdan Həmdani 

hakimiyyətini  ələ  keçirməyi  planlayan  Hacib  Lulu  1002-ci  ildə  (hicri  392) 

kürəkəni  Saiduddövləni  zəhərləyərək  aradan  götürdü  və  iki  ilə  qədər  onun 

oğulları  adından  dövləti  idarə  etdi.  Daha  sonra  onlardan  Əbul-Həsən  Əli  ilə 

Əbul Məali Şərifi Misirə sürgün etdi, digər qardaşları Əbulhica isə ölkəni tərk 

edərək  Bizans  imperatoruna  sığındı.  Beləcə  Həmdanilərin  Hələb  qoluna  son 

ve

rən  Lulu  idarəni  təkbaşına  ələ  keçirmiş  oldu.  1008-ci  ildə  (hicri  399)  ölü-



mün

dən sonra yerini oğlu Mənsur tutdu və Fatimi xəlifəsinin adına xütbə oxut-

du. Xəlifə ona “Murtazauddövlə” ləqəbini verdi. 

 

Misirdə Abbasi xilafəti (1261-1517) 

Monqol xanı Hülakinin başçılığı altında olan ordu 1258-ci ildə (hicri 656) 

Bağdadı tutaraq Abbasi xilafətinə son qoyduqdan sonra İslam aləmi üç il dörd ay 

xəlifəsiz qaldı. Abbasilərin monqollar tərəfindən kütləvi şəkildə qırıldığını görən 

otuz beşinci xəlifə Zahir Billahın (1225-1226) oğlu və otuz altıncı xəlifə Mustan-

sir Billahın (1226-1242) qardaşı Əhməd Misirə gedərək Məmlük hökmdarı Ruk-

nəddin Bəybarsa sığındı. Bir müddət sonra 1261-ci ildə (hicri 659) Əhməd Mus-

tan

sir Billahı “Əbul-Qasim” adı ilə xəlifə elan etdi. Beləcə Qahirədə Abbasi xəli-



fələri dövrü başladı. Bunlar Bağdad Abbasiləri kimi hökmdar deyildilər. Sadəcə 

dün


ya müsəlmanlarının ən böyük lideri və bütün sünni müsəlmanlarının mənəvi 

başı idilər. Bu vəziyyət 1517-ci ildə Yavuz Sultan Səlimin Mərci-Dabıq mühari-

bəsində Məmlük sultanını öldürməsi və son xəlifəni əsir etməsinə qədər davam 

etdi. Meydan müharibəsinin cümə günü Hələb Ulu Camisində Yavuz Sultan Sə-

lim,  öz  adına  “Xədimul-Hərəmeyniş-Şərifeyn”  deyərək  xütbə  oxutdurdu.  Bun-

dan sonra xilafət Ərəblərdən Türklərə, Osmanlılara keçdi. 

Misir  Abbasi  xilafətini  on  yeddi  xəlifə  idarə  etmişdir  və  həmin  xəlifələr 

bunlardır: 

1. 

Əbul Qasim Əhməd əl-Mustansir ibn Zahir (1261, altı ay) 



2. 

I əl-Hakim (1261-1302) 

639

Diyanet Ansiklopedisi, XV cild, Hamdaniler maddesi.



 

  

                                                           




 

436 


3. 

I əl-Müstəkfi ibn I əl-Hakim (1302-1340) 

4. 

I əl-Vasiq ibn Əhməd ibn I əl-Hakim (1340, dörd ay) 



5. 

II əl-Hakim ibn I əl-Müstəkfi (1340-1352) 

6. 

I əl-Mutəzid ibn I əl-Müstəkfi (1352-1362) 



7. 

I Mutəvəkkil ibn əl-Mutəzid (1362-1377; 1377-1383; 1389-1406) 

8. 

əl-Mutəsim ibn İbrahim (1377-15 gün; 1386-1389) 



9. 

II Vasiq ibn İbrahim (1383-1386) 

10. 

əl-Mustəin (1406-1414) 



11. 

II Mutəzid (1414-1441) 

12. 

II Müstəkfi (1441-1451) 



13. 

əl-Qaim (1451-1455) 

14. 

əl-Mustəncid ibn I Mütəvəkkil (1455-1479) 



15. 

II Mütəvəkkil (1479-1497) 

16. 

əl-Mustəmsik (1497-1509) 



17. 

III Mütəvəkkil (1509-1517). 

 

Məmlüklər (1250-1517) 

“Məmlük” ərəb dilində “kölə” deməkdir. Bu ifadə daha çox ağ dərili qullar 

üçün  işlədilir.  Kəlimənin  ərəbcədə  cəmi  “memalik”dir.  Səlcuqlu  dövlətində, 

hökm


darın sarayında və ətrafında istifadə etdiyi “xassə” əsgərlərə məmlük de-

yilirdi. 

Məmlük kölələrinin əksəriyyəti Kırım, Qafqaz, Qıpçaq ölkəsi (Qaradənizin 

şimalı), Anadolu, Maveraun-nəhr bölgələrindən gətirilən Türk kölələrindən təş-

kil olunurdu. Əyyubi məliklərindən Saleh Nəcməddin Əyyub (1240-1249) bir 

çox  türk  kölə  alaraq  ordusunu  bunlarla  doldurmuşdu.  Səlahəddin  Əyyubi 

oxuma-

yazma ilə yanaşı bunlara hərb sənətini də öyrədirdi. 



Səlahəddin  Əyyubi kölələrdən təşkil olunan  əsgərlərini Nil  çayı üzərində 

Rav


za adasında tikdirdiyi qalalarda yerləşdirdiyi üçün bunlara “əl-Məmalikul-

Bəhriyə” (Dəniz Məmlükləri) deyilirdi. 

Məmlüklər arasından generallığa qədər yüksələnlər, hökmdarın adına nis-

bət edilir və onun mənəvi oğlu sayılırdı. Misir imperatorluğunda Əyyubilərin 

ye

rini alan ilk sultanlar, Səlahəddin Əyyubinin  oğullarından, onun tərəfindən 



sa

tın alınmış, tərbiyə edilmiş, yetişdirilmiş Türk məmlükləridir. Aybək, Kutuz, 

Bəybars,  Kalavun  Əyyubi  sultanının  mənəvi  oğullarıdır  və  bunu  göstərmək 

üçün adlarının sonunda  “as-Salihi” nisbəsini daşıyırlar. Sultan Aybək, Sultan 

Kutuz, Sultan B

əybars, hətta Sultan Kalavun və Sultan Məhəmməd Türk tari-

xinin dahiləri arasında böyük şəxsiyyətlərindəndirlər. 

Bəybars, Xaçlı dövlətlərinin Şərqi Ağdəniz sahillərində əldə etdikləri bü-

tün yerləri geri almış və Yaxın Şərqdə xristian hakimiyyətinə son qoymuşdur. 

Sələfi Kutuz isə, monqol təklükəsini bitərəf etmiş, Monqollar Misiri də aldıq-

ları təqdirdə İslam tarixinin ən zəif inkişaf mərhələsinə girməsinin qarşısını al-

mışdır. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə