Şahlar şahbaz oğlu şƏRİfov


Bur ciyyə Məmlükləri (1382-1517)



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə218/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   214   215   216   217   218   219   220   221   ...   314

  

441 


Bur

ciyyə Məmlükləri (1382-1517) 

Burcu sultanlığının əsası çərkəs əsilli Sultan Kalavun tərəfindən qoyulmuş-

dur. Məmlük hökmdarı Kalavun (1279-1290) səltənətin öz soyundan gələnlərə 

qalması üçün çərkəs əsilli kölələr alaraq ordusunu çoxaltmağa başladı. Sayları 

gündən-günə artan çərkəs əsilli məmlüklər yüz il sonra hakimiyyəti ələ keçir-

məyi bacardılar. 

Nasuriddin  Məhəmmədin  az  yaşlı  oğlanlarının  və  nəvələrinin  dovründə 

(1341-


1382)  Bəhriyyə  Məmlüklərinin  zəifləməsindən  istifadə  edən  Çərkəs 

məmlükləri  hakimiyyəti  ələ  keçirdilər.  Burcu  əmirlərinə  sultan  deyilirdi.  İlk 

sultanları  Zahir  Barkuk  (1382-1389; 1390-1399) iki dəfə hakimiyyətə  gəlmiş 

və 1399-cu ildə (hicri 801) vəfat edənə qədər hakimiyyətdə qalmışdır. 

Osmanlı dövləti ilə Misir məmlükləri arasındakı ilk təmas da Barkuk za-

manında olmuşdur. I Murad (1359-1389) və Yıldırım Bəyazidin (1389-1403) 

döv

ründə başlayan münasibətlər sonralar daha da genişlənmişdir. Bununla əla-



qədar olaraq Osmanlı sultanı Fatih İstanbulu fəth edəndə Məmlük əmiri Əşrəf 

İnal  bir  həftə  Misirdə  şənlik  etmişdir.  Lakin  daha  sonra  Dülqədiroğulları  və 

Qa

ramanoğlu  məsələsindən  pozulan  bu  münasibətlər  II  Bəyazid  (1481-1512) 



döv

ründə altı il davam edəcək Osmanlı Köləmən müharibələrinə səbəb olmuş-

dur. 

1514–


cü ildə Yavuzun Çaldıranda Səfəvi hökmdarı Şah İsmaili məğlub et-

məsindən sonra Köləmən hökmdarı Seyfəddin  Qansu Qavri (1501-1516) Şah 

İsmaillə  ittifaqa  girdi.  Bundan  narahat  olan  Yavuz  Misir  səfərinə  hazırlaşdı. 

1516-


cı ildə (hicri 922) Misirə gələn Yavuz Mərci-Dabıq adlı məntəqədə məm-

lük


ləri məğlub edərək Qansu Qavrini öldürdü. Bu qələbədən sonra Suriya bü-

tün


lüklə  Osmanlıların  əlinə  keçmişdir.  Qansunun  yerinə  keçən  Tumanbəy 

(1516-


1517) Reydaniyyədə məğlub olmasına baxmayaraq Misirdə Yavuza qar-

şı mübarizə aparmışdır. Sonda 1517-ci ildə (hicri 923) yaxalanaraq edam edil-

mişdir. Onun ölümündən sonra Misirdə Məmlük hakimiyyətinə son qoyulmuş-

dur.


645

 

Misirin fəthi ilə buraya tabe olan Hicaz da Osmanlı torpaqlarına qatıl-



mışdır. Misirdə olan son Abbasi xəlifəsi III əl-Mütəvəkkil əl-Allahda İstanbula 

gətiriləndən sonra xəlifəlik Osmanlı sultanlarına keçmişdir. 

 

 

 

 

 

 

 

 

 

645


 Yiğit, Məmlüklər, II cild, səh-181-185. 

  

                                                           




 

442 


 

 

VI FƏSİL 

 

ƏNDƏLÜS ƏMƏVİ DÖVLƏTİ  

(hicri 138-422/miladi 756-1031) 

 

 

 

Əndəlüs Əməvi dövlətinin qurulması 

Miladi 732-

ci ildə baş verən Puatye döyüşündən sonra Əndəlüsdə vəziyyət 

yax


şı  deyildi.  Əməvi  dövlətinin  mərkəzi  hakimiyyətinin  zəifləməsinə  uyğun 

ola


raq Əndəlüsündə parlaq dövrü geridə qalmışdı. Bura Yəmənlilər ilə Müzari-

lər arasındakı ixtilaf səbəbindən bir müddət valisiz qalmış və daxili qarışıqlığa 

çar olmuşdur. Daha sonra 747-ci ildə (hicri 129) sonuncu Əməvi xəlifəsi II 



Mərvan ibn Məhəmməd (744-750) Müzar qəbiləsindən Yusif ibn Əbdürrəhman 

əl-Fihrini buraya vali gətirdi. 

Miladi 749-

cu  ildə  (hicri  132)  hakimiyyəti  ələ  keçirən  Abbasilər  xəlifə 

Əbul-Abbas əs-Səffahın əmri əsasında Şamda və digər şəhərlərdə Bəni-Umey-

yəyə qarşı qətliama başladılar. Bu qətliamdan sağ çıxmağı bacaran Əbdürrəh-

man ibn Müaviyə ibn Hişam ibn Əbdülməlik ibn Mərvan ibn Həkəm Şamdan 

Fələstinə qaçdı. Orada bir müddət qaldıqdan sonra Misir yolu ilə Afrikaya gəl-

di. Onunla düz gəlməyən Şimali Afrika valisi Əbdürrəhman ibn Həbibdən qo-

run


maq üçün Zenata qəbiləsiində gizləndi. Sonra Əndəlüsə gələn Əbdürrəhman 

ibn Müaviyə orada olan Əməvi tərəfdarlarına məktub yazaraq vəziyyəti onlara 

bil

dirdi.  Bu  vaxt  Əndəlüs  valisi  Yusif  ibn  Əbdürrəhman  əl-Fihri idi. Miladi 



755-

ci ildə (hicri 138) əməvilərdən bir qrupu Əbdürrəhman ibn Müaviyəni Ən-

dəlüsə gətirdilər. 

Yəmənlilərlə bərabər Sumeyl qəbiləsi bir tərəfdən Əndəlüs valisi Yusifdən 

na

razı olduqları üçün, digər tərəfdən də siyasi rəqabət üzündən Əbdürrəhmanı 



dəstəklədilər.  Bir  tərəfdən  Əbdürrəhman  Əməvilərdən  olduğu  üçün,  digər  tə-

rəfdən də Əndəlüs sahibsiz olduğu üçün camaat ona beyət edirdi. Kordovaya 

gələn  Əbdürrəhman  burada  Yusif  ibn  Əbdürrəhmanı  məğlub  edərək  Əndəlüs 

Əməvi dövlətinin əsasını qoydu.

646

 

Əndəlüs Əməvi xilafətini on altı xəlifə ida-



rə etmişdir. 

 

I Əbdürrəhman ibn Müaviyə hicri 138-172/miladi 756-788 

646


Tarixi ibn Əsir, V cild, 489-496; Ziya Paşa, Tarixi-Əndəlus, səh-39-41. 

                                                           




  

443 


Miladi 759-

cu ildə (hicri 142) Əndəlüs valisi Yusif ibn Əbdürrəhman əl-

Fih

ri  yenidən ordu toplayaraq  Əbdürrəhman ibn  Müaviyəyə qarşı vuruşsa da 



məğlub olaraq öldürüldü.

647


 

 

Abbasi xəlifəsi Mənsur Dəvaniqi və Əbdürrəhman ibn Müaviyə 

Əndəlüsə hakim ola bilməyən Abbasi xəlifəsi Mənsur Dəvaniqi (754-775), 

Əndəlüsü özünə bağlamaq və Əbdürrəhmanı bitərəf etmək üçün Şimali Afrika 

va

lisi Əla ibn Muğisi Əndəlüsə səfərə göndərdi. İspaniya sahillərinə gələn Əla 



ibn Mu

ğis abbasi xəlifəsi Mənsurun adına xütbələr oxumağa başladı. Bundan 

xəbər tutan Əbdürrəhman ibn Müaviyə Kordova qüvvələrini ona qarşı toplama-

ğa  başladı.  Bu  arada  Yusif  ibn  Əbdürrəhmanın  tərəfdarları  Əbdürrəhmandan 

intiqam al

maq üçün Əla ibn Muğisi dəstəkləyərək Abbasilərin tərəfini tutdular. 

Miladi 763-

cü ildə (hicri 146) İşbiliyə şəhəri yaxınlığında baş verən döyüşdə 

Əla ibn Muğisin ordusu məğlub edildi, onların bir qismi Afrikaya keçərkən öl-

rüldü.  Əbdürrəhman bunlardan  bəzisinin  başını  xəlifə  Mənsurun  hüzuruna 



xi

lafətin  paytaxtı  Bağdada göndərdi.  Abbasi  xəlifəsi  Mənsur  Əndəlüs  əmiri 

Əbdürrəhmana  qarşı  mübarizə  aparmaq  üçün  fransa  kralı  Pepenlə  müqavilə 

bağladı. Həmin illərdə Fransa kralı Pepen müdafiəsiz Nabron və ətraf məntəqə-

ləri  işğal  etmişdi.  Bu  arada  Şimali  İspaniyadakı  üsyanları  yatırmaqla  məşğul 

olan Əbdürrəhman, Pepenlə müqavilə bağladı.

648

 

Mənsur  Əndəlusu  özünə  tabe  etmək  üçün  xeyli  mübarizə  aparsa  da,  uğur 



qazana bilmədi və sonda ümidini itirərək, fikrindən döndü. O, Əbdürrəhman ibn 

Müa


viyənin  cəsarəti  və  igidliyini  daim  etiraf  edərək  deyirdi:  “Belə  cəsur  düş-

mənlə  aramızda  dəniz  maneə  yaratdığı  üçün  Allaha  şükürlər  olsun.  Əbdürrəh-

man Qureyş soyunun şahinidir; Afrika çöllərində illərlə təkbaşına dolanıb əcələ 

meydan oxudu, bir ovuc adamla dənizi keçib heç tanımadığı ölkəni fəth etdi”.

649

 

 



Əndəlüsdə baş verən digər hadisələr 

Yəmənlilər daha öncə İşbiliyə döyüşündə öldürülən Əla ibn Muğisin in-

tiqamını almaq üçün Mutrinin başçılığı ilə İşbiliyəni (Sevilya) yenidən ələ ke-

çir


sələr də Əbdürrəhman bu üsyanları yatırıb asayişi bərpa etdi. Afrikadan İs-

pani


yaya gələn Bərbəri və digər qəbilələrin üsyanlarının qarşısını almaq üçün 

Əndəlüs  əmiri  Əbdürrəhman  gəmilər  inşa  etdirib  sahilləri  nəzarət  altına  al-

dırdı.

650


 

Əmir Əbdürrəhman bu üsyanları yatırmaqla məşğul olarkən, Şimal bölgə-

sin

dəki xristianlar müsəlman torpaqlarına hücum edərək yağma və talanlar hə-



ya

ta keçirməyə başladılar. Lakin Əbdürrəhman ibn Müaviyə qureyş qəbiləsinin 

647

Tarixi ibn Əsir, V cild, səh-498-499. 



648

Tarixi ibn Kəsir, V cild, səh-575, 588, 589; Ziya Paşa, Tarixi-Əndəlus, səh-42-42. 

649

 Hasan İbrahim Hasan, İslam Tarixi, tər. İ. Yiğit, III cild, səh-42-43. 



650

Tarixi-


Əndəlüs, səh-43. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə