Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə219/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   215   216   217   218   219   220   221   222   ...   314

 

444 


ci

had ruhuna yaraşan şəkildə hərəkət edərək yeni qurduğu dövlətin işlərini tən-

zimə salmağa başladı. Etibar etdiyi tərəfdarlarını münasib məmuriyyətlərə tə-

yin etdi. Bütün bunlardan sonra Əbdürrəhman ibn Müaviyə dərəbəylik halında 

olan məmləkətdə bunlarla mücadilə etdi. Ərəb rəislərinin arasında birliyin ol-

maması  Əbdürrəhmanın  işini  asanlaşdırırdı.  Daxili  və  xarici  sabitliyi  bərpa 

edən Əbdürrəhman ibn Müaviyə özünə “əmir” titulu götürərək xütbə oxudu və 

Kor


dovada öz adına pul kəsdirdi. 

 

Fransa kralı Şarlmanla döyüş 

Miladi 777-

ci ildə (hicri 160) Yusif ibn Əbdürrəhman əl-Fihrinin oğlu ilə 

şimal-şərqi İspaniyada hökmranlıq edən ərəb əmirləri Avropanın böyük impe-

ra

toru Şarlmanı Əbdürrəhman ibn Müaviyəyə qarşı müharibəyə təşviq etmək 



üçün Fransaya getdilər. Onların təklifini qəbul edən Fransa imperatoru Şarlman 

miladi 778-

ci ildə (hicri 161) şimal-şərqi İspaniyaya hücum edərək Saraqosaya 

qədər olan əraziləri ələ keçirdi. 

Bu arada Fransada hakimiyyətinə qarşı üsyan baş verdiyini öyrənən impe-

ra

tor  Şarlman  sürətlə  geri  qayıtmaq  məcburiyyətində  qaldı.  Geri  qayıdarkən 



Pre

ney keçidində Əbdürrəhmanın ordusu tərəfindən hücuma məruz qalan im-

pe

rator Şarlmanın ordusu çoxlu itki verməklə bərabər, komandirini də itirdi. 



Beləcə Əbdürrəhman ibn Müaviyə ölkəsini istila etməyə gələn Avropanın 

ən  güclü  imperatorunu  məğlub  etməklə  bərabər  digər  rəqiblərinin  də  ürəyinə 

qorxu salmış oldu.

651


 

 

Əbdürrəhman ibn Müaviyənin həyata keçirdiyi islahatlar və vəfatı 

Həyatın bütün çətinliklərini görən Əbdürrəhman ibn Müaviyə, gözəl əxlaqlı, 

şücaət və ədalət sahibi idi. O, İspaniyada xalqın çoxdan gözlədiyi asayişi bərpa 

et

di. Onun hakimiyyəti dövründə bir çox sahədə inkişaf nəzərə çarpmağa başla-



dı. Əbdürrəhman ibn Müaviyənin xilafəti dövründə həyata keçirdiyi islahatları 

be

lə sıralamaq olar: 



1. 

Xəlifə ünvanı əvəzinə əmir ünvanı götürdü. 

2. 

Kordovanı paytaxt edərək ölkəni altı əyalətə ayırdı. 



3. 

Müsəlman və xristianlar arasındakı irqi və dini ayrıseçkiliyə son qoydu. 

4. 

Kənd təsərrüfatını inkişaf etdirdi. 



5. 

Müsəlman və xristianların vergilərini qaydaya saldı, hər kəsin təhlükə-

siz

liyini təmin etdi. 



6. 

Ölkənin bir çox yerlərində limanlar qurdurdu. Bir çox şəhərlərdə kanal-

lar, çeşmələr və hamamlar tikdirdi. 

651


İbn  Xəldun,  Kitabul-İber,  Liviya,  1958,  IV  cild,  səh-252-269;  Hitti,  İslam  Tarixi,  III  cild, 

səh-799-800. 

                                                           



  

445 


7. 

İspaniya  müsəlmanlarının  əlində  olan  Sardiniya  və  Siciliya  adalarının 

ida

rə sistemini tənzimlədi. Bu adalar vasitəsilə İspaniya ilə Bizans arasındakı 



dəniz ticarətini gücləndirdi. 

8. 


Məktəb,  məscid,  xəstəxanalarla  yanaşı  kitabxanalarda  inkişaf  etdirildi. 

Kor


dovadakı sarayında elm və dövlət adamları, şairlər və sənətkarlardan mey-

da

na gələn məclislər qurdu. Əbdürrəhmanın dövründə məktəblər pulsuz fəaliy-



yət  göstərirdi.  Gələcəkdə  Avropanın  heyran  qalacağı  məşhur  məktəblərin  tə-

məlləri onun dövründə atıldı. 

Əbdürrəhman ibn Müaviyə ömrünün sonuna qədər elmi  yaymaqla  yanaşı 

əhalinin təlim tətbiyəsi ilə də məşğul olmuşdur. Vəfatından bir az öncə altı əya-

lət valilərini, onların yardımçılarını, divan məmurlarını və vəzirini çağırıb oğlu 

Hi

şamı özünə vəliəhd təyin edərək, onun üçün beyət almışdır. Otuz iki il haki-



miy

yətdə qalan Əbdürrəhman ibn Müaviyə miladi 788-ci ildə (hicri 172-ci il 

rəbiül-axir ayının 24-də) vəfat etmişdir. Vəfatından əvvəl həyata keçirdiyi isla-

hat


ların  oğlu  tərəfindən  də  həyata  keçirilməsini  oğlu  Hişama  vəsiyyət  et-

mişdir.


652

 

 



I Hişam ibn Əbdürrəhman hicri 172-180/miladi 788-796 

Miladi 788-

ci  ildə  (hicri  172)  Əbdürrəhman  ibn  Müaviyənin  ölümündən 

son


ra onun vəsiyyətinə əsasən oğlu I Hişam Əndəlüs Əməvi xilafətinin əmiri 

təyin edildi. I Hişam Əbdürrəhmanın Zənata qəbiləsindən evləndiyi bərbəri qı-

zından dünyaya gəlmişdi. Buna görə də I Hişamın özündən böyük ərəb əsilli 

qar


daşları Süleyman və Abdullah onun hakimiyyətini qəbul etmədilər. Bu za-

man Süleyman Məridada, Abdullah da Tuleytulada vali idilər. 

I  Hişam  qiyam  edən  qardaşlarını  məğlub  etsə  də,  onları  bağışladı.  Lakin 

gələcəkdə özü üçün təhlükəli gördüyü qardaşı Süleymanı İspaniyadan sürgün 

edərək Tancada qalmağa məcbur etdi.

653


 

 

Franklarla və Xristianlarla müharibələr 

Müsəlmanlar arasındakı daxili çəkişmələrdən istifadə edən şimaldakı xris-

tian

lar və franklar müsəlman torpaqlarına hücuma keçdilər. I Hişam bu hücum-



ların qarşısını almaq üçün miladi 793-cü ildə (hicri 177) iki ordu hazırladı. Əb-

dülməlik ibn Əbdülvahid ibn Muğisin başçılığı altında olan ordu Kataloniyaya 

cum  edərək  Fransaya  daxil  oldu.  Ardından  da  Nabronu  və  bəzi  yerləri  ələ 



ke

çirdi. Orbiyana çayı sahilində Franklara qarşı baş verən döyüşdə Kont de Tu-

loz məğlub edildi. İkinci ordu da uğur qazanaraq miladi 795-ci ildə (hicri 179) 

Qa

liçyalıları məğlub edərək onları sülhə məcbur etmişdir.



654

 

652



 Tarixi-Əndəlüs, səh-42-47. 

653


 Tarixi ibn Əsir, VI cild, səh-116-117. 

654


Tarixi ibn Əsir, VI cild, səh-123, 124, 135, 144; Tarixi-Əndəlüs, səh-48-49. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə