Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə220/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   216   217   218   219   220   221   222   223   ...   314

 

446 


İspaniyada ərəb dilinin yayılmasını istəyən I Hişam açdıqları məktəblərdə 

xristianlara da ərəbcə dərslərin keçirilməsinə göstəriş verdi. Qısa müddət ərzin-

də ərəb dili inkişaf etməyə, latın dili isə unudulmağa başlandı. Hətta I Hişamın 

gös


tərişinə əsasən Tövrat və İncil də ərəbcəyə tərcümə olundu. Təməli atası I 

Əbdürrəhmanın dövründə qoyulan Kordova məscidinin inşasını başa çatdırdı. 

O, Kordova küçələrində tənha gəzər, əhalinin şikayətlərini dinləyər, onlarla gö-

şüb dərdlərinə çarə qılardı. Xəstələri xəstəxanada, kasıbları isə evlərində zi-



ya

rət edərdi.  Bütün bu  yaxşı xüsusiyyətlərinə  görə onu Əməvi xəlifəsi Ömər 

ibn Əbdüləzizə (717-720) bənzədirdilər. Onun dövründə Əndəlüs Əməvi döv-

lətində hakim məzhəb maliki məzhəbi idi.

655

 

I Hişam ibn Əbdürrəhman hicrətin 180-ci ilində (miladi 796) vəfat etmiş-



dir. Vəfat etdiyi zaman oğluna əhali ilə ədalətli davranmağı vəsiyyət etmişdir. 

 

I Həkəm ibn Hişam hicri 180-206/miladi 796-822 

Miladi 796-

cı ildə (hicri 180) I Hişamın ölümündən sonra onun vəsiyyətinə 

əsasən oğlu I Həkəm ibn Hişam Əndəlüs əmiri təyin edildi. O, şair və gözəl nit-

qə sahib olmaqla bərabər zalım hökmdarlara bənzəməyə çalışırdı. 

Məlum olduğu kimi I Hişamın dövründə Əndəlüsdə fəqihlər böyük nüfuz 

qa

zanmışdı. Hakimiyyəti ələ keçirən I Həkəm atasının əksinə olaraq bu nüfuzu 



aradan götürmək istədi və nəticədə ölkə daxilində daxili çəkişmələr baş verdi. 

 

Üsyan və daxili çəkişmələr 

I Həkəmin əmir seçilməsindən dərhal sonra əmiləri Süleyman və Abdul-

lah ona qarşı üsyan etdilər. Bir çox bərbəri əsgəri ilə Tancadan İspaniyaya da-

xil olan Süleyman  Valensiyanı  ələ  keçirib,  orada  əmirliyini  elan  etdi. Bunu 

rən I Həkəmin qardaşı Süleyman da İspaniyanın qərb torpaqlarını ələ keçi-



rib, üsyan et

məklə bərabər əmisi Abdullaha tabe oldu. Tuleytula şəhərinin va-

lisi Abdullah əmirə qarşı mübarizə aparmaq üçün Franklarla müqavilə bağla-

dı.  Bundan  istifadə  edən  Franklar  Kataloniya  və  Navar  bölgəsini  ələ  ke-

çirdilər. 

Əvvəlcə Frankları məğlub edən I Həkəm sonra Valensiya və Tuleytulanın 

cənubunda  birləşən  əmilərinin  üzərinə  hərəkət  etdi.  Miladi  800-cü  ildə  (hicri 

184) baş verən Mursiya döyüşündə I Həkəm üsyançıları məğlub etdi və əmisi 

leyman öldürüldü. Digər əmisi Abdullah Valensiyaya qaçaraq I Həkəmdən 



sülh istədi. Əmir I Həkəm sülhü qəbul edib əmisini bağışlasa da ehtiyat edərək 

onun iki oğlunu zamin olaraq yanında saxladı.

656

 

Əndəlüsdəki fəqihlər I Hişamın dövründə böyük nüfuz və şöhrət qazanmış-



dılar.  I  Həkəm  nəşəli,  kef  məclislərini  sevdiyi  üçün  alimlərin  və  fəqihlərin 

məclislərindən xoşlanmazdı.  Nəticədə  başda  Yəhya  ibn  Yəhya  olmaqla  digər 

655

Tarixi ibn Əsir, VI cild, səh-148. 



656

 Tarixi ibn Əsir, VI cild, səh-149; Tarixi-Əndəlüs, səh-50. 

                                                           



  

447 


fəqihlər də I Həkəmin əleyhinə təbliğat aparmağa başladılar. Yerli əhali I Hə-

kəmə qarşı üsyan etdikdə fəqihlər də onları dəstəklədilər. 

Miladi 797-

ci  il  (hicri181)  Əbul-Həccac  künyəsi  ilə  tanınan  Bəhlul  ibn 

Məzruq Əndəlüsün ucqar bölgələrində üsyan edərək Saraqosiyanı ələ keçirdi. 

Bu

nu öyrənən I Həkəm əmisi Abdullahı onun üzərinə göndərdi. 



Ubeydə ibn Hümeyd isə Tuleytula da əmisinə qarşı üsyan etsə də, I Həkəm 

bu üsyanı Amrus ibn Yusifin vasitəsilə yatırdı. Miladi 807-ci ildə (hicri 191) Tu-

leytula xalqının tez-tez üsyan etdiyini görən I Həkəm onlara qarşı Amrus ibn Yu-

sifi göndərdi. O, hiylə ilə Tuleytula əhlini bitərəf edərək asayişi bərpa etdi.

657

 

Marida da baş verən üsyanı yatırmaq üçün gedən I Həkəm bu dəfə Kordo-



valıların üsyan etdiyini öyrənib sürətlə geri qayıtdı. Bu üsyanı yatıran I Həkəm 

üsyan


çıların  əksəriyyətini  öldürdü.  Sağ  qalanları  isə  İspaniyadan  sürgün  et-

dirdi. Bunların bir qismi Fasa gedərək İdrisilərə (789-926) sığındı, qalanları isə 

Mi

sirə  gedərək  İsgəndəriyyəni  ələ  keçirdilər.  826-cı  ildə  Misirdəki  üsyanları 



ya

tıran Məmun İsgəndəriyyəni yenidən ələ keçirdi. Bunu görən Əməvilər şəhə-

ri tərk edərək Krit adasını ələ keçirdilər.

658


 

İyirmi ilə yaxın davam edən bu üsyanlar nəticəsində qonşu xristian dövlət-

ləri Əndəlüs torpaqlarına hücum etməyə başladılar. 

 

Xristianlara qarşı aparılan döyüşlər 

Əndəlüs Əməvi xilafətinin daxilindəki qarışıqlıqdan istifadə edən xristian 

döv

lətləri Əndəlüs torpaqlarına hücum etdilər. Fransa kralının oğlanları Lui və 



Şarl Əndəlüsün şimal vilayətlərinə hücuma başladılar. Qaliçyalı Alfons da Ara-

qonu istila et

mək üçün hərəkət etdi. Bu hücumların qarşısını almaq üçün I Hə-

kəm Əbdülkərim ibn Muğisi Frank məmləkətlərinə göndərdi. Bu səfərdə uğur 

qa

zanan Əbdülkərim ucqar bölgələrdə olan bəzi şəhərləri geri qaytardı. 



I  Həkəm  də  ordusunun  bir  qismini  Tuleytulada  buraxıb  yerdə  qalanı  ilə 

Qa

liçyaya  doğru  hərəkət  etdi.  Baş  verən  döyüşdə  Qaliçyalılar  məğlub  edildi, 



Frank

larda Preney keçidinə qədər geri çəkildi. 

Lakin  buna  baxmayaraq  daxildəki  üsyanlar  Franklarla  digər  xristianların 

Əndəlüsə hücumlarını asanlaşdırırdı. 

Əndəlüsdə maaşlı əsgərlik təşkilatını quran, silah hazırlayan, ətrafına çoxlu 

hiz


mətçi, yaxın və tərəftar toplayan, özü üçün çoxlu kölə saxlayan ilk kişi I Hə-

kəm olmuşdur. Sarayın qapısında bütün gün hazır olan bu kölələrə ərəbcə bil-

mədikləri üçün dilsizlər deyilirdi. Əndəlüs əmirləri içində dəbdəbə və lüks için-

də yaşayan ilk şəxs də I Həkəm olmuşdur. 

Əmir I Həkəm hicrətin 206-cı ili zilhiccə ayının 26-da (miladi 822-ci il ma-

yın 22-də) əlli iki yaşında vəfat etmişdir.

659

 

657



Tarixi ibn Əsir, VI cild, səh-178. 

658


Tarixi ibn Əsir, VI cild, səh-273-276; Tarixi-Əndəlüs, səh-52. 

659


Tarixi ibn Əsir, VI cild, səh-377-378; İbn Xəldun, əl-İbər, IV cild, səh-217. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə