Şahlar şahbaz oğlu şƏRİfov


II Əbdürrəhman ibn Həkəm hicri 206-238/miladi 822-852



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə221/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   217   218   219   220   221   222   223   224   ...   314

 

448 


II Əbdürrəhman ibn Həkəm hicri 206-238/miladi 822-852 

Miladi 822-

ci ildə (hicri 206) I Həkəmin vəfatından sonra onun vəsiyyətinə 

əsasən oğlu II Əbdürrəhman Əndəlüs Əməvi əmiri təyin edildi. I Həkəmin və-

fatından sonra əmisi Abdullah ibn Əbdürrəhman yenidən hakimiyyət uğrunda 

mübarizəyə qalxsa da, sonda bacarıqsız olduğunu anlayıb bu fikrindən daşındı. 

II  Əbdürrəhman  dövründə  İspaniyada  İslam  mədəniyyəti  sürətlə  inkişaf  etdi. 

Kordova ilə digər şəhərlər arasında poçt təşkilatı quruldu. Dəniz limanları və 

silah  emalatxanaları  inşa  edildi.  Bağdadla  əlaqələr  gücləndirildi.  Oradan  Ən-

dəlüs Əməvi dövlətinin paytaxtı Kordovaya pulla sənətkarlar gətirildi. Əmirin 

dəvəti ilə məşhur musiqişünas Ziryab Bağdaddan Kordovaya gələrək saray və 

şəhər  xalqının  rəğbətini  qazandı.  Bu  tarixdən  etibarən  İspaniya  Ərəblərinin 

milli səciyyələri arasında olan musiqi daha da inkişaf etmişdir. 

 

Xristianların hücumu 

Fransa və şimaldakı xristianlar II Əbdürrəhmanın əmisi və digərlərinin üs-

yan


larından  istifadə  edərək  müsəlman  torpaqlarına  hücum  etməyə  başladılar. 

Lion rəisi II Alfons Araqon və ətraf məntəqələrə hücum etməyə başladı. Onun-

la  eyni  zamanda  digər  xristianlarda  ərəb  torpaqlarına  hücum  etdilər.  Bunları 

öy

rənən II Əbdürrəhman onların üzərinə ordu göndərərək məğlub etməklə bə-



ra

bər Lionu da talan etdirdi. Bu müharibələr iki il davam etdi. Sonda xristianlar 

Əndəlüs əmirinə sülh təklif etdilər. Nəticədə cizyə vermək və əsirləri mübadilə 

et

mək şərtilə iki tərəf arasında sülh bağlandı. Eyni zamanda 823-cü ildə (hicri 



208)  Kataloniya  və  Navarlılar  kimi  Franklar  da  məğlub  olaraq  geri  çəkil-

dilər.


660

 

Miladi 845-



ci  ildə  (hicri  230)  bəzi  şəxslərin  təhriki  ilə  yenidən  hücuma 

keçən Norman dəstələri İşbiliyə şəhərini ələ keçirdilər. Lakin Əndəlüs əmiri II 

Əbdürrəhman onlarla sülh bağladığı üçün xristianlar geri çəkildilər.

661


 

 

Əndəlüs xristianlarının II Əbdürrəhmana qarşı çıxışı 

I  Əbdürrəhmanın  dövründən  bu  günə  qədər  Əndəlüs  Əməvilərindən  razı 

qa

lan İspaniya xristianlarının bir qisim fanatikləri II Əbdürrəhmanın hakimiy-



yətinin sonlarına yaxın ona qarşı mübarizəyə başladılar. Çünki bunlar İspaniya-

lıların ərəb dilini öyrənməsinə, yüksək məmuriyyətlərə gəlməsinə və latıncanı 

unut

malarına  çox  qızır  və  bunları  dinsizliklə  günahlandırırdılar.  Keşişlər  də 



bun

ları  bu  işə  təşviq  edirdilər.  Bundan  cəsarətlənən  xristianların  bir  qismi 

Hz.Pey

ğəmbəri və İslamı təhqir etməklə bərabər hətta məscidlərdə də müsəl-



man

ların  namaz  qılmasına  mane  olmağa  başladılar.  Nəticədə  xristianların  bir 

qis

mi II Əbdürrəhman tərəfindən həbs edildi, bəziləri də cəzalandırıldı.



662

 Xris-


660

Tarixi ibn Əsir, VI cild, səh-386-394; Tarixi-Əndəlüs, səh-58. 

661

Tarixi ibn Əsir tərcümə, VII cild, səh-21, 23. 



662

 Seyyid Əmir Əli, Musavvər İslam Tarixi, tər, M. Rauf, səh-297, 298. 

                                                           



  

449 


tian

larla eyni vaxtda iki ərəb qəbiləsi Yəmənlilər və Müzarilər arasındakı qəbi-

lə qarşıdurmaları da Əndəlüs Əməvi xilafətini xeyli zəiflətdi. Bu qarşıdurmalar 

828-


ci ilə (hicri 213) qədər davam etmişdir. Müstəqillik əldə etmək üçün Tu-

ley


tulada baş verən üsyanlar qan bahasına yatırıldı.

663


 

Dördüncü Əndəlüs əmiri II Əbdürrəhman ibn Həkəm hicrətin 238-ci ilində 

(mi

ladi 852) vəfat etmişdir. 



 

Əmir I Məhəmməd hicri 238-273/miladi 852-886 

II Əbdürrəhmanın vəsiyyətinə əsasən onun ölümündən sonra miladi 852-ci 

ild

ə  (hicri  238)  oğlu  Məhəmməd  Əndəlüs  əmiri  təyin  edildi.  Onun  dövründə 



ölkə daxili qalmaqallar yenidən canlanmışdır. 

 

Daxili və xarici çəkişmələr 

II Əbdürrəhmanın ölümü ilə Mazarablar qəbiləsi yenidən yerli xristianlarla 

əlbir olub üsyan etdilər. Bundan xəbər tutan yeni hökmdar Məhəmməd onların 

üzərinə böyük bir ordu göndərdi. Bu zaman Tuleytula xristianları Lion kralı I 

Or

donaya  müraciət  edərək  ondan  yardım  istədilər.  Kral  Ordono,  Komte  du 



Bierzonun  başçılığı  ilə  böyük  bir  ordunu  Tuleytula  xristianlarının  köməyinə 

gön


dərdi.  Əndəlüs  müsəlmanları  Tuleytula  və  Lion  ordusunu  Vadi  Salit  adlı 

yer


də qarşıladılar. Miladi 868-ci ildə (hicri 254) baş verən döyüşdə xristian or-

du

su məğlub edildi.



664

 

  



Frankların hücumu 

Daxili  çəkişmələrdən  istifadə  edən  Fransızlar  və  Normanlar  Əndəlüs  tor-

paq

larına tez-tez hücum edirdilər. Bu hücumların qarşısını almaq üçün əmir I 



Məhəmməd  860-cı  ildə  (hicri  246)  bir  tərəfdən  Fransızlar,  digər  tərəfdən  də 

altmış gəmi ilə Malaqa ətrafına gəlmiş Normanların üzərinə hücuma keçdi. Baş 

ve

rən döyüşdə hər iki düşmən ordusu məğlub  edilərək Əndəlüs sahillərindən 



uzaq

laşdırıldı. 

Qaliçya, Lion və Navarda yaşayan xristianlar məğlub edilmiş, Baskların 

məmləkəti Nabara işğal edilmiş, paytaxt Pamplona ətraf məntəqələrlə birlikdə 

ye

nidən  müsəlmanların  əlinə  keçmişdir.  Qısa  müddət  sonra  yenidən  Şimali 



İspaniyaya hücum edən xristianlar müsəlmanlara xeyli ziyan vurmaqla bəra-

bər bir neçə şəhəri o cümlədən, Lusitaniyanı yandırdılar. Xristianları cəzalan-

dırmaq üçün əmir I Məhəmməd Kordova süvariləri və Marida ordusu ilə mi-

ladi 865-

ci ildə (hicri 251) onların üzərinə hərəkət etdi. Xristianlara qarşı baş 

verən  döyüşdə  Lion  hökmdarının  təslim  olmasından  sonra  digərləri  də  sülh 

bağladılar. 

663


Tarixi ibn Əsir, VI cild, səh-444, 451, 475. 

664


Tarixi ibn Əsir, tər, VII cild, səh-67, 68; Tarixi-Əndəlüs, səh-60, 61. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə