Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə222/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   218   219   220   221   222   223   224   225   ...   314

 

450 


Eyni zamanda Araqonda Bəni-Kasi qəbiləsi xristianların yardımı ilə əmir  

I  Məhəmmədə  qarşı  üsyan  etdi.  868-ci  ildə  Maridalılar  da  Əbdürrəhman  ibn 

Mərvan ibn Yunisin başçılığı ilə üsyan etdilər. Lion rəisi II Alfonsdan yardım 

alan  üsyançılar  I  Məhəmmədin  ordusunu  məğlub  etdilər.  Əmir  I  Məhəmməd 

məcburən bu əraziləri Əbdürrəhman ibn Mərvana bağışladı.

665


 

 

Ömər ibn Həfsin üsyanı 

I Məhəmmədin dövründə baş vermiş ən böyük üsyanlardan biri cənub-şər-

qi Əndəlüsdəki Ömər ibn Həfsin üsyanı idi. Ronda ilə Malaqa arasındakı dağ-

lıq ərazi bütünlüklə Ömər ibn Həfsin nəzarəti altında idi. 

Saraqosa,  Kartagena  və  Laridanı  nəzarət  altına  alan  I  Məhəmmədin  oğlu 

Mun

zir Araqonda hökmranlıq edən İsmail ibn Musanı da təslim olmağa məc-



bur  etdi.  Qısa  müddət  sonra  Saraqosa  yenidən  Baskların  əlinə  keçdiyi  üçün 

Ömər  ibn  Həfs  dağlara  qaçdı.  Miladi  886-cı  ildə  (hicri  273)  Münzir  yenidən 

bu

raya səfər edərək baskları məğlub etdi. 



Əmir I Məhəmməd miladi 886-cı il avqustun 6-da (hicri 273 səfər ayının 

29-


da) vəfat etdi. Əndəlüs idarəsini tənzimləyən, ilk dəfə ciddi qanunlar qoyan 

I Məhəmməd olmuşdur. 

 

Münzir ibn Məhəmməd hicri 273-275/miladi 886-888 

Miladi 886-

cı ildə I Məhəmmədin ölümündən sonra oğlu Münzir Əndəlüs 

əmiri təyin edildi. Bu vaxt məmləkət üsyan və qalmaqallar içində idi. 

Əndəlüsün böyük bir hissəsi demək olar ki, dövlətə bağlı deyildi. Frenklər 

də Qotda müstəqillik əldə etdilər. Lionun böyük bir hissəsi Araqon və Katalo-

ni

ya xristianların əlində idi. Şimaldakı komandanlar düşmənlə əlbir olmuş, cə-



nub

da da Ömər ibn Həfsənin üsyanı davam edirdi. 

Əmir seçilən Münzir dərhal üsyançılara qarşı mabarizəyə başladı. Əvvəlcə 

Arşudunanı ələ keçirən Münzir ardından Ömər ibn Həfsənin sığındığı Bobas-

tro

nanı mühasirəyə aldı. Lakin qısa müddət sonra miladi 888-ci ildə (hicri 275) 



Mün

zir ibn Məhəmməd zəhərləndirilərək öldürüldü.

666

 

  



Abdul

lah ibn Məhəmməd hicri 275-300/miladi 888-912 

Miladi 888-

ci ildə Münzir ibn Məhəmmədin vəfatından sonra qardaşı Ab-

dul


lah ibn Məhəmməd Əndəlüs əmiri təyin edildi. 

Abdullah ibn Məhəmməd hakimiyyətə gəldiyi vaxt Əndəlüs əmirliyi baş-

dan-

başa qarışıqlıq içində idi. Hər tərəf üsyançılarla dolu idi. Bir tərəfdə İşbili-



yə və əl-Virada ərəblərlə İspaniyalı müsəlmanlar arasında qarşıdurma, digər tə-

rəfdən də Yəmənlilərlə Müzarilər arasındakı qəbilə düşmənçiliyi davam edirdi. 

665

İmaduddin, Əndəlüsün siyasi tarixi, tər. Yusif Yazar, Ankara-1990, səh-135, 140. 



666

İbn  Xəldun,  əl-İbər,  IV  cild, səh-287,  288;  Nuri  Ünlü,  İslam  Tarihi,  İstanbul-1997, I cild, 

səh-315. 

                                                           




  

451 


Bun

dan əlavə Mədinəlilərlə Şamlılar arasında da düşmənçilik var idi. Abdullah 

ibn Məhəmməd bunlarla mübarizə aparmaq məcburiyyətində idi. Çətinliklə də 

olsa miladi 899-

cu ildə (hicri 286) Abdullah ibn Məhəmməd bu üsyanları yatır-

dı.  Lakin  buna  baxmayaraq  baş  verən  bu  üsyanlar  Əndəlüs  Əməvi  dövlətini 

xey

li zəiflətdi. 



Bundan istifadə edən Ömər ibn Həfs Kordovanı ələ keçirmək üçün hərəkət 

etdi. Ömərlə döyüşmək məcburiyyətində qalan Abdullah ibn Məhəmməd mila-

di 891-

ci ildə (hicri 278) onunla Polay adlı məntəqədə qarşılaşdı. Baş verən dö-



yüşdə məğlub olan Ömər döyüş meydanından qaçdı. Bu qələbə nəticəsində Po-

lay, Arxidonia, Elvira və digər məntəqələr yenidən əmir Abdullahın nəzarəti al-

tına keçdi. Miladi 901-ci ildə yenidən bəzi yerləri ələ keçirən Ömər ibn Həfs 

Ab

dullah ibn Məhəmmədlə sülh bağladı. 



İyirmi dörd il hakimiyyətdə olan Abdullah ibn Məhəmməd 68 yaşında mi-

ladi 912-

ci ildə (hicri 300) vəfat etmişdir.

667


 

  

III Əbdürrəhman ibn Məhəmməd hicri 300-350/miladi 912-961 

Əmir Abdullahın nəvəsi olan III Əbdürrəhman 890-cı ildə (hicri 277) ana-

dan olmuşdur. III Əbdürrəhman hakimiyyətə gəldiyi zaman məmləkətin hər ye-

rin

də daxili qarışıqlıq və özbaşınalıq hökm sürürdü. Onun şəxsiyyətinin böyük-



lüyü Əndəlüs Əməvi dövlətini parçalanmaqdan qorumasındadır. Çətin bir vaxt-

da hakimiyyətə gələn III Əbdürrəhman çətinliklə də olsa ölkəni parçalanmaq-

dan  qorumuşdur.  O,  həqiqi  bir  dövlət  məmuru  olduğunu  daxildə  və  xaricdə 

apardığı siyasətlə sübuta yetirdi. 

 

Daxili asayişin bərpa olunması 

Hakimiyyəti ələ keçirən III Əbdürrəhmanın ilk işi daxili qalmaqallara son 

qoyub, asayişi bərpa etməsi oldu. Mərkəzi hökumətdən ayrılan şəhərləri bir-bir 

özünə tabe etdi. İşticə, Elvira, Ceyan və Arxidonia şəhərləri 912-ci ildə onun 

hakimiyyətini  tanıyaraq  dövlətə  vergi  verməyə  başladılar.  İşbiliya  şəhərində 

qiyam edən Əbdürrəhman ibn Həccac və oğlu Məhəmməd də 913-cü ildə III 

Əbdürrəhmana təslim olaraq onun hakimiyyətini tanıdı. 

Əmir I Məhəmmədin dövründə miladi 880-cı ildən (hicri 268) Cənubi Ən-

dəlüsdə qiyam edən Ömər ibn Həfs Regio bölgəsini tamamilə ələ keçirmişdi. 

Ömərə qarşa əməliyyata başlayan III Əbdürrəhman Regio bölgəsini qarış-qarış 

ələ keçirməyə başladı. Miladi 917-ci ildə (hicri 305) Ömər ibn Həfsin ölümün-

dən sonra Regio bölgəsi tamamilə III Əbdürrəhmana tabe edildi və bölgədəki 

otuz yeddi illik qiyama son qoyuldu. 

İki illik mübarizədən sonra hicrətin 320-ci ilində (miladi 932) Tuleytulanın 

da təslim olması ilə ölkənin təhlükəsizliyi tam təmin edilmiş oldu. 

667


Hitti, İslam Tarixi, III cild, səh-816, 819; Ziya Paşa, Tarixi-Əndəlüs, səh-67, 70. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə