Şahlar şahbaz oğlu şƏRİfov


Xarici düşmənlərlə mübarizə



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə223/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   219   220   221   222   223   224   225   226   ...   314

 

452 


Xarici düşmənlərlə mübarizə 

Daxili asayişi bərpa edən III Əbdürrəhman xarici düşmənlərə qarşı mübari-

zəyə başladı. Şimal bölgəsində Əməvi dövlətinin qurulmasından bəri davamlı 

barizə edən, üsyanları dəstəkləyən, müsəlmanların məskunlaşdığı ərazilərə 



cum edərək bir  çox ziyanlar vuran  Lion krallarının, Basklıların, Araqonlu-

ların və Kastiliyalıların cəzalandırılmasının vaxtı gəlmişdi. Çünki bunlar zalım 

və mədəniyyət düşməni olmaqla İslamın amansız bəlası idilər. Ələ keçirdikləri 

yerlərdə müsəlmanları amansızcasına qılıncdan keçirirdilər. 914-cü ildə (hicri 

301) Lionlular hökmdar II Ordononun b

aşçılığı  ilə  Maridanı  aldıqdan  sonra 

Alaneji  ələ  keçirdilər.  Burada  kişiləri  edam  edərək,  qadın  və  uşaqları  əsir 

götürdülər.  Navar  kralı  Şanşo  Todola  və  Elbinara  ətrafını  talan  etdi.  Bundan 

xəbr tutan III Əbdürrəhman 918-ci ildə (hicri 306) Xəcib Bədrini xristianlara 

qar

şı  göndərdi.  920-ci  ildə  (hicri  308)  isə  III  Əbdürrəhman  özü  şəxsən  xris-



tianlara qarşı səfərə çıxdı. Navarı ələ keçirən III Əbdürrəhman bürclərini yan-

dırdı. 921-ci ildə (hicri 309) Şanşo ilə II Ordono yenidən birləşərək III Əbdür-

rəhmana qarşı mübarizəyə başladılar. Lakin 929-cu ildə (hicri 317) onları məğ-

lub  edən  III  Əbdürrəhman  Şanşonun  mərkəzi  Pampelonu  və  digər  yerləri  öz 

ita

ətinə keçirdi. 934-cü ildə (hicri 322) bu bölgənin valisi Məhəmməd ibn Hi-



şam xristianların dəstəyi ilə yenidən üsyan etsədə III Əbdürrəhman bu üsyanı 

da yatırdı. 

Miladi 939-

cu ildə (hicri 327) Lion kralı II Ramiro ilə Navar kraliçasının 

ha

zırladığı ordu ilə qarşılaşan III Əbdürrəhman iyirmi yeddi ildə ilk dəfə məğ-



lub oldu. Lakin tezliklə Tota adlı Navar kraliçası nəvəsini Kordovaya gətirərək 

on

dan müalicəsi üçün kömək istədi. III Əbdürrəhmanın sarayında müalicə olu-



na

raq sağalan Şişman Şanşo, onun köməyi ilə itirdiyi taxtı 960-cı ildə yenidən 

geri qaytardı. 

 

III Əbdürrəhman və Fatimilər 

Miladi 909-cu 

ildə (hicri 297) Ubeydullah Mehdi Şimali Afrikadakı Əğlə-

bilər (800-909) dövlətinə son qoyaraq, şiə təmayüllü Fatimilər (909-1171/hicri 

297-


567) dövlətinin əsasını qoydu. Misir və Hicazı ələ keçirən Fatimilər Əndə-

lüs Əməvilərinə qarşı mübarizəyə başladılar. 

Şimaldakı  xristianlara  qarşı  mübarizə  aparan  III  Əbdürrəhman  digər  tə-

rəfdən də Fatimilərə qarşı sərhəd məntəqələri möhkəmlətməyə başladı. Eyni 

za

manda  Abbasi  xəlifələrinin  nüfuzunun  azaldığını  görən  III  Əbdürrəhman 



Fati

milərin təbliğatını zəiflətmək üçün özünü xəlifə elan edərək miladi 929-

cu il

də  (hicri  316)  “Əmirəl-möminin”  və  ya  “ən-Nasirlidin  Allah”  ləqəbini 



götürdü. 

Əndəlüs sərhədlərində asayişi bərpa etmək üçün hərəkətə başlayan III Əb-

dür

rəhman 931-ci ildə (hicri 319) Səbtəni ələ keçirib buraya öz nümayəndələ-



rindən birini vali təyin etdi. Ardından Şimali Afrikanın bir çox yerlərini o cüm-

lədən Cəzair və Oranı Fatimilərdən geri alaraq özünə tabe etdi. 




  

453 


Dəniz döyüşlərində də Fatimilərə qalib gələn III Əbdürrəhman Aralıq dəni-

zi

nin qərbini ələ keçirdi. 



 

Səqalibə ordusu 

Ərəblər  arasında  baş  verən  qalmaqallarla  bərabər  Bərbərilərin  vəziyyə-

tindən də narahat olan III Əbdürrəhman özünü qorumaq üçün “Səqalibə” və ya 

“Slav” adlı ordu təşkil etdi. Bu ordunu Venediq və Cenəvizli tacirlər tərəfindən 

di

gər  məmləkətlərdən  əsir  olaraq  alınan  əsgərlər  təşkil  edirdi.  Bu  əsgərlər 



Frank, İtalyan, Skandinaviya, Rus və s. millətlərdən olsalar da İslamı qəbul et-

mişdilər. Bundan narahat olan ərəblər şimal xristianlarına qarşı baş verən Xən-

dək müharibəsində məğlub olmuşlar.

668


 

  



III Əbdürrəhmanın dövründə mədəniyyət və elmin inkişafı 

III  Əbdürrəhman  hakimiyyəti  dövründə  həyata  keçirdiyi  islahatlara  görə 

Əndəlüs Əməvi dövlətinin ikinci qurucusu adlanır. İspaniya onun dövründə qı-

zıl dövrünü yaşamışdır. O, əhali ilə mehriban davranmış, alimlərə böyük dəyər 

vermişdir. Ölkədə sənaye, ticarət və kənd təsərrüfatı qeyri-adi dərəcədə inkişaf 

etmişdir. 



 

Kordova 

Əndəlüs  Əməvi  dövlətinin  paytaxtı  olan  Kordova  yarım  milyon  əhalisi, 

yed

di yüz məscidi ilə qərbin ikinci şəhəri sayılırdı. Dəbdəbə baxımından Kor-



dova  Bağdad  və  İstanbuldan  sonra  Avropanın  ən  iri  mədəniyyət  mərkəzinə 

çev


rilmişdi. Bu şəhər 113000 evi, 21 xarici məhəlləsi, 70 kitabxanası, məscid 

və sarayları ilə ziyarətçiləri heyran edirdi. 

III Əbdürrəhmandan yeddi yüz il sonra da London küçələri zülmət qaranlıq 

içində  olanda,  Kordova  küçələrini  lampalar  işıqlandırırdı.  Bu  dövrdə  Kordo-

vada üç yüz dövlət hamamı fəaliyyət göstərir, burada əhali və Kordovanın elm 

adamları bu hamamlarda yuyunma imkanına malik idilər. 

Kordovanın şöhrəti o qədər yayılmışdı ki, Lion, Navar, Barselpna və digər 

Av

ropa kralları cərrah, təbib, memar və dərzi ehtiyaclarını bu şəhər vasitəsilə 



qar

şılayırdılar.

669

 

  



Mədinətuz-Zəhra 

Mədinətuz-Zəhra xəlifə III Əbdürrəhmanın inşa etdirdiyi Avropanın ən bö-

yük saraylarından sayılır. III Əbdürrəhman Kordovadan bir az aralıda miladi 937-

ci ildə əz-Zəhra adlı cariyəsinin adını daşıyan əz-Zəhra adlı sarayı inşa etdirməyə 

başladı.  Özündən  sonra  gələn  iki  xəlifə  dövründə  inşası  tamamlanan  bu saray 

möhtəşəm memarlıq abidələrindən oldu. Bu möhtəşəm saray 4300 mərmər sütun 

668

Ziya Paşa, Tarixi-Əndəlüs, səh-70-91; Hitti, İslam Tarixi, III cild, səh-821-826. 



669

Tarixi ibn Əsir, VIII cild, səh-535, 536; Hitti, İslam Tarixi, III cild, səh-831. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə