Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə224/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   220   221   222   223   224   225   226   227   ...   314

 

454 


üzərində qurulmuşdu. Mərmərlər Numidia və Kartaca şəhərlərindən, sütunlar və 

qızıl heykəllər isə Bizansdan gətirilmişdir. Hovuzların ortasında qızıldan düzəl-

m

iş heyvan heykəlləri və bunların ağzından sular fərvarə vuraraq axırdı.



670

 

  



Sənaye, kənd təsərrüfatı və ticarət 

Bu dövrdə İspaniya ticarət baxımından Avropanın ən zəngin ölkələrindən 

biri idi. Kordovada on üç minə qədər toxuma işçisi və inkişaf etmiş dəriçilik 

sənayesi var idi. Dəri aşılama sənəti Fasda və Kordovada inkişaf etmişdi. Ma-

ro

ken  və  Kordovan  adını  alan  bu  dərilər  İngiltərə  və  Fransaya  da  keçmişdir. 



Yun və İpək parçaların toxunması təkcə Kordovada deyil Malaqa, əl-Məriyyə 

və digər şəhərlərdə də həyata keçirilirdi. 

Qərbi Asiyadan bəzi aqrar üsullar öyrənən Əməvilər, su kanalları vasitəsilə 

kənd təsərrüfatını inkişaf etdirərək müxtəlif cür meyvələr yetişdirə bilirdi. 

Ölkədə istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının bir qismi 

limanl


ar vasitəsilə xaricə ixrac edilirdi. Bu mallar İsgəndəriyyə, İstanbul, Şam, 

Məkkə və Bağdada qədər göndərilirdi. 

 

Təhsil 

III Əbdürrəhmanın dövründə Kordova eyni zamanda bir elm mərkəzi idi. 

Kordova mədrəsəsi ən məşhur elm müəssisələrindən biri idi. Burada Avropa-

dan və digər yerlərdən gələn xristian və müsəlman tələbələr dərs alırdı. III Əb-

dür

rəhmanın oğlu II Həkəm də elm adamlarını himayəsi altına alaraq Kordo-



vada pulla fəaliyyət göstərən iyirmi yeddi məktəb inşa etdirmişdi.

671


 

III Əbdürrəhmanın vəfatından sonra sənədləri arasından belə bir yazı tapıl-

mışdır: “Əlli il hökmdar oldum. Sərvət, şan-şöhrət və istədiyim hər şeyə qovuş-

dum. Hamısından bezdim. Digər hökmdarlar mənə hörmət edərək məndən çə-

ki

nirlər. Allah insanların istədikləri şeyləri həmişə mənə verdi. Bu uzun xoş-



bəxtlik günlərində həqiqi xoşbəxt olduğum günləri saydım. Cəmi on dörd gün 

elədi. Ey fani insanlar! Baxın böyüklüyü, dünya və həyatı bununla müqayisə 

edin” 

III Əbdürrəhman miladi 961-ci ildə (hicri 350) vəfat etmişdir. 



 

II Həkəm ibn III Əbdürrəhman hicri 350-366/miladi 961-976 

Miladi 961-

ci il III Əbdürrəhmanın ölümündən sonra onun vəsiyyətinə əsa-

sən  II  Həkəm  Əndəlüs  Əməvi  xəlifəsi  təyin  edildi.  O  özünə  “əl-Müntəsir-

billah” yəni Allahdan kömək istəyən ləqəbini götürdü. 

III Əbdürrəhmanın vəfatından xəbər tutan Lion və Navar xanlıqları onunla 

bağladıqları andlaşmanı pozaraq İslam torpaqlarına hücum etməyə başladılar. 

Şanşo, Qarsiya və Kastil qrafı Ferdinand Qonzales II Həkəmin zəif olduğunu 

670

Ziya Paşa, Tarixi-Əndəlüs, səh-76, 77. 



671

Hitti, İslam Tarixi, tər. S. Tuğ, III cild, səh-834, 839. 

                                                           



  

455 


şünərək hərəkətə keçdilər. Bundan xəbər tutan  II Həkəm Qonzales üzərinə 

hərəkət edərək onu qaçmağa məcbur etdi. Bu arada II Həkəmi ziyarətə gələn 

Ordona  “Müsəlmanlara  qarşı  daima  sülh  içində  olacağı”  şərtilə  onunla  sülh 

bağladı. Bu andlaşmadan sonra II Həkəm onu böyük bir ordu ilə Lion və Qaliç-

ya məmləkətinin başçısı Şanşonun üzərinə göndərdi. Bundan xəbər tutan Şanşo 

xəlifədən  üzr  istəyərək  beyətini  təzələdi.  Bir  müddət  sonra  Ordono  öldü. 

Bundan cəsarətlənən Şanşo Navar xanlığı, Kastilya və Kataloniyanın köməyinə 

arxayın olaraq yenidən sülhü pozdu. Bunu öyrənən II Həkəm Qalibin başçılığı 

ilə Kastilya üzərinə ordu göndərərək San Estevan qalasını ələ keçirdi. Qalib Sa-

ra

qosiya  valisi  Yəhya  ilə  birləşərək  Baskların  məmləkətini  işğal  etdi,  Navar 



lideri  Qarsiyanı  məğlub  edərək  bəzi  şəhərləri  ələ  keçirdi. Miladi 966-cı  ildə 

(hic


ri 355) Kastil, Lion və Navar kralları təslim oldu. Səbtəni ələ keçirən Fa-

timilərin hücumunun qarşısını almaq üçün 972-ci ildə Afrikaya səfər edən  II 

Həkəm Tancanı ələ keçirmişdir. 974-cü ildə isə Şimali Afrikanın qərb bölgə-

lərini Əndəlüsə tabe etmişdir. 



 

II Həkəm və elm 

II Həkəm Əndəlüs Əməvi hökmdarlarının alimi hesab edilir. Hakimiyyəti 

döv

ründə elmə və alimlərə kifayət qədər vaxt ayıra bilmədiyi üçün kitabxana 



işini qardaşı Əbdüləzizə, alimlərin və filosofların himayəsini isə digər qardaşı 

Mün


zirə tapşırmışdı. 

O dövr alimlərindən tarixçi İbn Quteybə, Əbu Aliyyul-Qali və Münzir ibn 

Saidi qeyd edə bilərik.

672


 

Məhəmməd  ibn  əl-Uzri  kimi  saray  başhəkimi,  Əbu  Bəkr  əz-Zübeydə  və 

Əbu İbrahim kimi alimlərdə Kordova mədrəsəsinin müəllimləri idilər. 

II Həkəmin dövründə təhsil və tədris qurumlarıda xeyli inkişaf etmişdi. Bu 

mədrəsələrə yalnız İspaniyadan deyil, Avropanın digər bölgələrindən, Afrika-

dan müsəlman, yəhudi və xristian tələbələr də gəlib təhsil alırdılar. Kordovada 

iyir

mi yeddi məktəb pulsuz fəaliyyət göstərirdi. Belə məktəblərdə kasıblar da 



təhsil alma imkanı əldə edirdilər. Sevilya, Malaqa və s. şəhərlərdə belə məktəb-

lər mövcud idi. Bu dövrdə qızıl dövrünü yaşayan Kordovada Kordova Univer-

si

tetinə bağlı olan bir çox kitabxanalar fəaliyyət göstərirdi. 



 

Kordova məscidi 

Bu  məscidin  təməli  I  Əbdürrəhman  tərəfindən  atılmış,  inşası  isə  oğlu  I 

Hişam tərəfindən tamamlanmışdır. III Əbdürrəhman və II Həkəmin dövründə 

bu məscid daha da gözəlləşmişdir. 

II Həkəmin tikdirdiyi minbər üçün otuz altı min fildişi, qaraçöhrə ağacı və 

digər ətirli ağaclardan istifadə edilmişdi. Bunlar eyni zamanda qiymətli daşlarla 

bəzədilmişdi. Minbərin inşası yeddi il davam etmişdir. 

672


 Ziya Paşa, Tarixi-Əndəlüs, səh-92, 93. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə