458
rışmayan II Məhəmməd sərdar Vazehlə Barselona və Urgel qraflarından yar-
dım alaraq Kordovaya hücum edib Süleymanı məğlub edərək Bərbəriləri pay-
taxt
dan çıxardı.
Yenidən ordu toplayan bərbərilər Cəzireyi-Hadrada II Məhəmmədi məğlub
edərək Kordovanı mühasirəyə aldılar. Bu arada 1010-cu ildə hakimiyyətdən
na
razı olan kordova əhli II Məhəmmədi öldürərək yerinə II Hişamı ikinci dəfə
ha
kimiyyətə gətirdilər.
Sərkərdə Vazehi özünə vəzir təyin edən II Hişam bərbərilərlə sülh bağla-
maq istəsə də bərbərilər bunu qəbul etmədi. Bu arada Kordova əhli Vazehi öl-
dür
dü və Kordovanın mühasirəsi hicrətin 403-cü ilinə qədər (miladi 1013) da-
vam etdi. Sonda Kordova təslim oldu və şəhərə daxil olan Süleyman dörd il ha-
ki
miyyəti əldə etməklə bərabər bütün səlahiyyətləri bərbərilərə verdi.
Güclü təzyiqə məruz qalan Kordova əhli İdrisilərdən (789-926) olan Səbtə
və Tanca valisi Əli ibn Hammuddan kömək istədilər. Hicrətin 406-cı ilində
(miladi 1016) K
ordovanı ələ keçirən Əli ibn Hammud öz xəlifəliyini elan edə-
rək Süleymanı öldürdü. Qısa müddət sonra onun hərəkətlərini bəyənməyən
Kor
dova əhli üsyan edib Əli ibn Hammudu öldürərək 1017-ci ildə IV Əbdür-
rəhman ibn Məhəmmədi (1017-1019) “əl-Mürtəza” ləqəbilə hakimiyyətə gə-
tirdilər.
676
1017-1027-
ci illər (407-417) ərzində Əndəlüs Əməviləri ilə hammudilər
ara
sındakı mübarizə davam etdi. Bu dövrdən etibarən Əndəlüs Əməvi dövləti
sü
rətlə zəifləməyə başladı. Artıq Əndəlüsdə kiçik bəyliklər (təvafi-muluk) ya-
ran
mağa başladı. Əməvilərdən IV Əbdürrəhman əl-Mürtəza (1017-1019), V
Əbdürrəhman əl-Müstəzhir (1019-1023), III Məhəmməd (1023-1025) və Yəh-
ya (1025-1027) bir-
birinin ardınca hakimiyyəti ələ keçirsələr də asayişi bərpa
edə bilmədilər.
677
Qısa müddət sonra III Hişam əl-Mütəd (1027-1031) Əndəlüs Əməvi əmiri
təyin edildi. Lakin III Hişam da Kordovada asayişi bərpa edə bilmədi. Bundan
na
rahat olan Kordava əhli vəzir Hakəmi öldürdülər. Bundan xəbər tutan III Hi-
şam 1031-ci ildə şəhərdən qaçdı və bununlada Əndəlüs Əməvi xilafətinə son
qoyuldu.
678
Təvaifi-muluk
Əndəlüs Əməvi dövlətinin yıxılmasından sonra ölkənin müxtəlif yerlərində
ki
çik bəyliklər meydana çıxmağa başladı. Sayları iyirmidən artıq olan bu kiçik
bəyliklərin hakimiyyət müddəti qısa olmuşdur. Bu bəyliklərin ortaya çıxmasına
valilərin, vəzirlərin və sərkərdələrin bir-biri ilə rəqabət aparması səbəb olmuş-
dur. Hicrətin 420-ci ilində (miladi 1029) yalnız Əndəlüsdə bir çox kiçik bəylik-
676
İbn Xəldun, əl-İber, IV cild, səh-324, 327.
677
Ziya Paşa, Tarixi-Əndəlüs, I cild, səh-115, 125; İmaduddin, Əndəlüs, səh-240, 242.
678
Ziya Paşa, Tarixi-Əndəlüs, I cild, səh-125, 128; İbn Xəldun, əl-İber, IV cild, səh-327, 330.
459
lərdən başqa hər biri krallıq vəziyyətində olan altı hökumət təşəkkül tapmışdı.
Bun
lar Kordova, İşbiliyə, Karmona, Əsisə, Malaqa, əl-Cəzirə və Qırnata höku-
mətləri idi. Tuleytula ayrı bir hökumətin mərkəzi olmuşdu. əl-Qaro ilə Lozita-
ni
yanın kralları Lizbon və Badayoz şəhərlərində əyləşirdi. Şimalda Saraqosa,
Tartus hökuməti yerləşirdi.
Ən məşhur bəyliklər bunlardır: Qrinadada Bəni-Ziri (972-1148), Tuleytula-
da Bəni-Zunun (1009-1085), Malaqada Bəni-Hanimud (1016-1057), Daniyə
məlikliyi (1017-1075), Saraqosada Bəni-Tucib (1019-1023) və Bəni-Hud
(1023-
1141) məlikləri, Balansiyada Bəni-Amir (1021-1085), İşbiliyədə (Se-
vilya
da) Bəni-Abbad (1023-1091), Mərsiyədə Bəni-Hud bəyliyi (1228-1269).
Bunların arasında ən güclüsü İşbiliyədəki (Sevilya) Abbadilər idi.
679
Abbadilər hicri 414-484/miladi 1023-1091
Hirə dövlətinin Ləxmi soyundan gəldiyini iddia edən Abbadilərin ilk
hökm
darı Abbad əl-Mütəziddir. Özü şair olan Abbad əsasən şair və sənətkar-
ları himayə etmişdir. Özündən sonra hakimiyyətə gələn oğlu əl-Mutəmid
(1068-
1091) Kordovanı ələ keçirsədə, digər müsəlman məlikləri kimi xristian
kral
lara xərac verməyə məcbur idi. Əvvəllər Qalisiya kralı Qarsiaya, sonra isə
onun yerini tutan VI Alfonsa vergi ödəyirdi.
Bütün bunlara baxmayaraq xristian kralların arasındakı qalmaqallar da-
vam et
diyi ərəfədə əl-Mutəmid rahat bir həyat yaşamışdır. Lakin bu rahatlıq
uzun çəkmədi. VI Alfons Qalisiya və Navar krallıqlarını özünə tabe edib mü-
səlmanlara qarşı təzyiqə başlayınca, xristianlarda müsəlman torpaqlarına hü-
cum et
məyə başladı. Bunu görən İşbiliyə əmiri əl-Mutəmid Şimali Afrikada
döv
lət quran Murabitlər hökmdarı Yusif ibn Tafşindən (1061-1106) kömək
istədi.
680
Murabitlər hicri 483-541/miladi 1091-1146
Bu dəvəti qəbul edən Yusif ibn Tafşin (1061-1106) İspaniyaya doğru hə-
rəkət etdi. Hicrətin 479-cu ilində (miladi 1086) Batalyus yaxınlığında əz-Zəlla-
qa adlı yerdə baş verən döyüşdə Yusifin ordusu VI Alfonsun ordusunu məğlub
et
di. Bu döyüşdən sonra İspaniyaya Şimali Afrikadan olan Murabitlər hakim
oldu. 1090-
cı ildə Qırnatanı, növbəti il isə İşbiliyə və bəzi şəhərlər onların əlinə
keçdi. 1091-
ci ildə Tuleytula ilə Bəni-hudun əlində olan Saraqosadan başqa bü-
tün İspaniyanı özlərinə tabe edən Murabitlər Abbadiləri ortadan qaldırdı. Əndə-
lü
sün on üç müsəlman kralı Yusifə tabe oldu.
“Əmirul-müslimin” adlanan Murabit hökmdarları Abbasi xəlifəsinə bağlı
ola
raq Əndəlüsdə dinar adlı öz pullarını da kəsdirirdilər. Onların
dövründə tica-
rət və yazıda ərəb dilindən istifadə olunurdu.
679
Ziya Paşa, Tarixi-Əndəlüs, II cild, səh-137.
680
İbn Xəldun, əl-İber, IV cild, səh-336, 350.