Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə228/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   224   225   226   227   228   229   230   231   ...   314

 

462 


Bəni Əhmər isə bəzi torpaqları Kastil krallığına  buraxaraq və illik vergii 

ödəmək şərti ilə torpaqlarını qoruya bildi. XIII əsrin ortalarından etibarən İspa-

ni

yadakı  xristian  dövlətlərinin  iki  planı  var  idi.  Birincisi  ölkənin  xristianlaş-



ması, ikincisi İspaniyanın birləşdirilməsi. 

 

Bəni-Əhmər dövləti hicri 629-898/miladi 1232-1492 

Xəzrəc qəbiləsinə mənsub olan bu dövlətə Qranada və Bəni-Nasri əmirliyi-

də deyilir. Əhli-sünnənin maliki qoluna mənsub olan bu dövlətin torpaqları Si-

yerra de-

Elvira və Serraniya de-Ronda çevrəsində əl-Məriyyədən Cəbəllü-tari-

xə qədər uzanırdı. Bəni-Əhmər dövlətini iyirmi kral idarə etmişdir. 

Bəni-Əhmər dövlətinin əsasını qoyan Məhəmmədul-Əhmər əl-Qalib billah 

(hicri 629-671/miladi 1232-

1273) çətinliklə də olsa xristianların hücumlarının 

qar


şısını ala bildi. Valilərini özü seçən Məhəmməd onların müstəqillik arzuları-

nın həyata keçməsinə imkan vermədi. Qranada müsəlmanlar üçün səltənət mər-

kəzi idi. Katolik xristianlarının hakimiyyətini bəyənməyən müsəlmanlar Qrana-

daya gəlirdilər. 

Qranadalıların zövq və əyləncələri şöhrət qazanmışdı. Əhali bəzən hökm-

dar tərəfindən böyük şənliklərə, ziyafətlərə dəvət edilirdi. Kənd təsərrüfatı və 

sənaye inkişaf  etmiş,  ümumi  sərvət  artmış,  hər  kəs  səadət  içində  yaşamışdır. 

Toxu


culuq sənayesi ilə yanaşı ipəkdə inkişaf etmişdir.

686


 

Məhəmməd  əl-Qalib hakimiyyəti dövründə Qranadada dünyanın  ən məş-

hur saraylarından olan “əl-Həmra” sarayını inşa etdirmişdir. Saray qızıl rəngli 

daşlardan inşa edildiyi üşün belə adlanmışdır. Qranada şəhəri on ilə yaxın dün-

ya

nın ən böyük mədəniyyət, elm və ticarət mərkəzlərindən biri olmuşdur. 



Məhəmməd ibn əl-Əhmərin Kastiliyaya tabe olaraq vergi ödəməsi əhaliyə 

mənfi təsir göstərirdi. Bu arada əhali də Kastiliyalılar kimi geyinməyə və yaşa-

ma

ğa başladı. Bu vəziyyəti öz xeyrinə dəyişmək istəyən Məhəmməd işğal al-



tında olan şəhərlərdə yaşayan müsəlmanlara xeyli yardım etdi. O hicrətin 671-

ci ilində (miladi 1273) yetmiş doqquz yaşında vəfat etmişdir. Məhəmməd ibn 

əl-Əhmər Nəsrilərin qurucusu və İspaniyanın bacarqlı hökmdarlarından biri ol-

maqla yanaşı, ağıllı siyasət və davranışı ilə əhali tərəfindən çox sevilmişdir. 

Məhəmmədin ölümündən sonra yerinə oğlu Əbu Abdullah II Məhəmməd 

(hicri 671-701/miladi 1273-

1302)  keçmişdir.  O  alim  və  fəqih  olduğu  üçün 

alim


ləri  və  elmi  himayə  edirdi.  Xristian  krallarına  qarşı  mübarizə  aparmaq 

üçün Mərinilərlə ittifaqa girdi. 1274-cü ildə Kastilya ordusu Nuno Qonzalesin 

başçılığı ilə Qranadanı işğal etmək üçün hücuma keçdi. Lakin II Məhəmməd 

Mərinilərin  köməyi  ilə  onları  məğlub  etdi.  Bir  müddət  sonra  II  Məhəmməd 

Ara

qon kralının oğlu Şançonun başçılığı altında olan xristian ordusunu məğlub 



edərək  sərkərdəni  öldürdü.  Otuz  il  hakimiyyətdə  olan  II  Məhəmməd  hicrətin 

701-


ci ilində (miladi 1302) vəfat etmişdir. 

686


 İbn Xəldun, əl-İber, IV cild, səh-366, 369. 

                                                           




  

463 


II Məhəmmədin ölümündən sonra yerinə oğlu III Məhəmməd (hicri 701-

708/miladi 1302-

1309) keçmişdir. O, hakimiyyətdə olduğu müddətdə üsyançı-

lara və düşmənlərə qarşı mübarizə aparmışdır. 1305-ci ildə Araqonluların təh-

riki ilə əl-Məriyyə valisi Süleyman üsyan etsə də məğlub olaraq həbs edilmiş-

dir.  Daha  sonra  Cəbəllü-Tariki  ələ  keçirən  xristianlar  əl-Cəzirəni  mühasirəyə 

al

mışlar. Bu hadisələr qarşısında tab gətirməyən III Məhəmməd taxtdan salına-



raq həbs edilmişdir. 

III Məhəmməddən sonra Bəni Əhmər hakimiyyətinə ən-Nəsr ibn Məhəm-

məd (hicri 708-713/miladi 1309-1314) sahib olmuşdur. Onun hakimiyyəti döv-

rün


də  Qranada  xristianların  hücumuna  məruz  qalmışdır.  Daha  çox  Kastil  və 

Ara


qon  kralları  Qranadaya  hücum  edirdilər.  Bu  hücumların  qarşısını  almaq 

istəyən ən-Nəsr xristian krallıqlarına xərac vermək şərti ilə razılığa gəlmişdir. 

Lakin taxt uğrunda gedən mübarizələr nəticəsində o hicrətin 713-cü ilində (mi-

ladi 1314) hakimiyyəti  Əbul-Vəlid  I  İsmail ibn Fərəc ibn  İsmailə (hicri  713-

725/miladi 1314-

1325) buraxdı.

687

 

1314-



cü ildə hücuma keçən xristianlar Qranadanın bəzi torpaqlarını ələ ke-

çir


dilər.  Bu  hadisədən  üç  il  sonra  I  İsmail  Elvirada  xristianları  məğlub  etdi. 

Hic


rətin 719-cu ilində (miladi 1319) Kastil kralının oğlu Don Pedro Qranadanı 

işğal etmək üçün hərəkətə keçdi. Onunla birlikdə bu orduda iyirmi beş xanlıqda 

iştirak edirdi.  Baş verən müharibədə Don Pedro və bir çox xanlar öldürüldü.  

I İsmail qalib olaraq Qranadaya qayıtsa da, qısa müddət sonra 1325-ci ildə qar-

daşı oğlu Məhəmməd ibn İsmail tərəfindən öldürüldü, yerinə Əbu Abdullah IV 

Məhəmməd (hicri 725-733/miladi 1325-1333) keçdi. IV Məhəmməd on iki ya-

şında olduğu üçün onu İbn əl-Məhruq himayə edirdi. Qısa müddət ərzində ha-

ki

miyyəti ələ alan IV Məhəmməd Qranadaya hücum edən Kastiliyalıları Şimali 



Af

rikadakı Bəni Mərindən aldığı yardımçı qüvvələrlə məğlub etdi. Geri qayı-

dar

kən  yenidən  xristianların  hücumuna  məruz  qalan  IV  Məhəmməd  hicrətin 



733-

cü ilində (miladi 1333) öldürüldü. 

IV 

Məhəmmədin  vəfatından  sonra  yerinə  qardaşı  Əbul-Həccac  I  Yusif 



(hicri 733-755/ miladi 1333-

1354) keçdi. Onun zamanında Fəsdə krallıq edən 

Əbul-Həsən bütün Əndəlüsü ələ keçirmək istəsə də Tərifə qalası yaxınlığında 

I Yu


siflə  bərabər  xristianlar  tərəfindən  məğlub  edildi.  Bu  məğlubiyyətdən 

sonra  Şimali  Afrikalı  müsəlmanlar  bir  daha  Əndəlüsə  müdaxilə  edə  bil-

mədilər. Daha sonra Kastiliyalılarla on illik sülh bağlandı. Elmə böyük dəyər 

verən I Yusif hicrətin 755-ci ilində (miladi 1354) sarayında namaz qılarkən 

öl

dürülmüşdür. 



I  Yusifin  ölümündən  sonra  hakimiyyətə  oğlu  V  Məhəmməd  (hicri  755-

793/ miladi 1354-

1391) sahib olmuşdur. Onun dövründə məmləkətin hər yerin-

də elm, sənət və sənaye inkişaf etmişdir. 1359-cu ildə qardaşı İsmail hakimiy-

yəti ondan aldıqda o, Fəsə gedərək elmlə məşğul olmuşdur. Lakin qısa müddət-

687


Ziya Paşa, Tarixi-Əndəlüs, III cild, səh-266-281. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə