Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə229/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   225   226   227   228   229   230   231   232   ...   314

 

464 


dən sonra V Məhəmməd hakimiyyəti yenidən ələ keçirmişdir. V Məhəmmədin 

dövrün


də kənd təsərrüfatı və ticarət xeyli inkişaf etmişdir. 

1391-


ci ildə V Məhəmmədin ölümündən sonra yerinə oğlu Əbu Abdullah 

II Yusif (hicri 793-794/miladi 1391-

1392)  gəlmişdir.  Kastilya  səfərində  uğur 

qa

zanmadığı  üçün  yerinə  kiçik  oğlu  VII  Məhəmməd  (hicri  794-810/miladi 



1392-1408) keçdi. 

Onun zamanında Kastilya xristianları Qranadaya hücum etdilər. Baş verən 

döyüşdə hər iki tərəf xeyli itki vermişdir. 1408-ci ildə VII Məhəmmədin ölü-

mün


dən  sonra  hakimiyyətə  gələn  III  Yusif  (hicri  810-827/miladi 1408-1423) 

ilk olaraq Kastiliyalılarla sülhü təzələdi. İki il sonra Kastıliyalılara qarşı baş ve-

rən döyüşdə III Yusif yenidən məğlub olsa da sülhü təzələyərək Qranadanı bir 

müddət idarə etdi. 1423-cü ildə III Yusifin ölümündən sonra yerinə oğlu VIII 

Məhəmməd  əl-Əmir  (hicri  827-848/miladi 1423-1444)  keçmişdir.  Ondan  na-

razı olan Qranadalılar onu şəhərdən qovaraq yerinə Yusif ibn əl-Əhməri gətir-

dilər. Lakin 1433-cü ildə VIII Məhəmməd yenidən hakimiyyəti ələ keçirmişdir. 

1444-


cü  ildə  Kastilya  xristianlarının  köməyi  ilə  Qranadaya  hücum  edən  İbn 

İsmail  VIII  Məhəmmədi  məğlub  edərək  hakimiyyəti  ələ  keçirib  1454-ci  ildə 

özünü sultan elan etdi (1054-1065).

688


 

Yeni hökmdar Kastil kralı IV Henriyə elçi göndərərək sülh təklif etsə də, Kas-

til kralı bu təklifi qəbul etmədi. Qranadaya hücum edən Kastil kralı şəhəri talan 

etdi. Sonra illik on iki min qızıl dinar və Kastiliyalılara tabe olmaq şərti ilə sülh 

bağlanmışdır. Bu müqaviləyə görə Cəbəlli-Tarik Kastiliyalıların əlinə keçmişdir. 

Bu anlaşma İbn İsmailin vəfatına qədər 1065-ci ilə qədər davam etmişdir.

689

 

İbn İsmailin vəfatından sonra yerinə böyük oğlu Əbu Həsən Əli (hicri 870-



887/miladi 1465-

1482) keçmişdir. 

Araqon  taxtını  Ferdinandın,  Kastil  taxtını  İzabellanın  ələ  keçirməsindən 

sonra xristianların Qranadaya hücumları daha da artdı. 1482-ci ildə Ferdinand 

və  İzabella Qranadanın  cənub-qərbində  yerləşən əl-Hamma qalasını  ələ  keçi-

rərək  xeyli  sayda  insanı  qılıncdan  keçirdilər.  Əbul  Həsən  Əli  iki  dəfə  qalanı 

qurtarmağa çalışsa da bacarmadı. Əl-Hammanın ələ keçməsi Qranada dövləti-

nin yıxılmasının başlanğıcı demək idi. 

Əbul  Həsən  Əli  əl-Hamma  səfərində  olduğundan  istifadə  edən  oğlu  Əbu 

Ab

dullah XI Məhəmməd üsyan edərək miladi 1482-ci ildə Qranada taxtını ələ 



keçirdi.  Bunun  ardınca  xristianlar  da  Qranada  qalasını  bir-bir  ələ  keçirdikdə 

Əbul Həsən Əli Malaqada vali olan qardaşı Zağalın yanına getdi. 

Araqon  kralı  Ferdinand  ilə  Kastil  kralı  İzabella  Malaqa  şəhərinə  hücum 

etsələr də Zağal və qardaşı Əbul Həsən Əli tərəfindən məğlub edildilər. Eyni 

vaxtda 1485-

ci ildə Kastil şəhərlərindən olan Lusanaya hücum edən Əbu Ab-

dul

lah  Ferdinand  tərəfindən  əsir  götürüldü.  Bunun  ardınca  Əbul  Həsən  Əli 



688

Musavvar İslam Tarixi, tər, M. Rauf, səh-553-557. 

689

Ziya Paşa, Tarixi-Əndəlüs, III cild, səh-315-320. 



                                                           


  

465 


Qra

nada taxtını yenidən ələ keçirsə də onu qardaşı XII Məhəmməd əz-Zağala 

buraxaraq  İlliryaya  getdikdən sonra orada vəfat  etdi. Əllərində əsir olan Əbu 

Ab

dullahdan istifadə edən Ferdinand və İzabella onu hicrətin 891-ci ilində (mi-



ladi 1486) kiçik bir dəstə ilə Qranadaya göndərdilər. Onun Beyza şəhərini ələ 

ke

çirməsindən sonra Qranada da  yenidən qanlı  müharibələr başladı. XII Mə-



həmməd qardaşı oğluna sülh təklif etsə də rədd cavabı aldı. Bu qalmaqallardan 

is

tifadə edən Kastil orduları Elvira, Alora, Ronda və digər şəhərləri ələ keçir-



dilər. 1486-cı ildə Loxsanı, bir il sonra isə Malaqanı ələ keçirdilər. 

Katolik Ferdinand ələ keçirdiyi şəhərlərin əhalisinin bir qismini əsir olaraq 

sat

dı, bəzilərini isə sürgün etdi. Əbu Abdullahı da aldadan Ferdinand 1489-cu 



il

də  Beyzanı  ələ  keçirdi.  Şəhər  əhalisini  evlərindən  çıxarıb  mal  və  əşyalarını 

qəsb etdilər. Bütün bunlardan sonra XII Məhəmməd də boyun əyməyə məcbur 

oldu.  Ferdinand  Qranada  şəhərinin  ətrafını  talan  etdikdən  sonra  Kordovaya 

dön

dü. XII Məhəmməd Ferdinanda qarşı Şimali Afrika hökmdarlarından yar-



dım istəsə də, onun təklifi qəbul olunmadı. Sonda mübarizəni buraxıb Telemsa-

na gedən XII Məhəmməd orada vəfat etdi. 

Miladi 1490-1491-

ci illərdə Ferdinand və İzabella 80 min nəfərlik ordu ilə 

Qra

nada  şəhərini  mühasirəyə  aldılar.  Qranadalı  müsəlmanlar  Osmanlılardan, 



Af

rikalılardan və Köləmənlərdən yardım istədilər. 

Lakin heç bir yerdən yardım ala bilməyən Qranadalılar hicrətin 897-ci ilin-

də (miladi 1492) təslim oldular. Əbu Abdullah, ailəsi və anası əl-Hamra sara-

yından  çıxıb  şəhərdən  uzaqlaşdılar.  Padol  dağlarına  çatdıqda  Əbu  Abdullah 

Qra


nadaya baxaraq ağlamağa başladı. Bunu görən anası ona dedi: “Kişilər kimi 

müdafiə edə bilmədiyin məmləkətinə indi qadınlar kimi baxıb ağla.” 

Fasa gedən Əbu Abdullah orada hicrətin 940-cı ilində (miladi 1533) vəfat 

etmişdir.

690

 

Qranadanın təslim olmasından sonra hicrətin 903-cü ilində (miladi 1498) 



kraliça İzabellanın şəxsi keşişi Kardinal Fransisko Ximines böyük bir qüvvə ilə 

İspaniyaya  gələrək  müsəlmanları  qılınc  gücünə  xristianlaşdırmağa  başladı. 

Qra

nadada ərəbcə yazılmış İslami əsərlər yandırıldı. 



1501-

ci ildə Kastilya və Lionda yaşayan müsəlmanların ya xristian olmala-

rı ya da İspaniyanı tərk etmələri barədə kral tərəfindən fərman imzalandı. 1526-

cı ildə belə bir fərman Araqonda da imzalandı. 1556-cı ildə II Filip İspaniyada 

qa

lan müsəlmanların öz dillərini, dini müəssisələrini və həyat tərzlərini tərk et-



mələrini istədi. Son olaraq 1609-cu ildə III Filip tərəfindən müsəlmanların İs-

pa

niyadan çıxarılması barədə fərman imzalandı.



691

 

Beləliklə üç milyondan ar-



tıq müsəlman ya sürgün edilmiş, ya da məhv edilmişdir. Bunların bir qismi Şi-

mali Afrikaya getmiş, bir qismi də Osmanlı dövlətinin təşəbbüsü ilə Anadoluya 

gətirilərək Mora və Çukurovaya yerləşdirilmişdir. 

690


Hitti, İslam Tarixi, III cild, səh-874-880; Müsəvvər İslam tarixi, səh-560-569. 

691


 Hitti, İslam Tarixi, III cild, səh-880-882; İmaduddin, Əndəlüs, səh-349-366. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə