Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə232/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   228   229   230   231   232   233   234   235   ...   314

 

472 


 

 

VIII FƏSİL 

 

Qəznəvilər dövləti (963-1187) 

 

 



 

 

Müsəlmanların  Hindistan  fütuhatı  əməvilər  dövründə,  xəlifə  I  Vəlid  ibn 



Əbdülməlikin (705-715) xilafəti zamanında Məhəmməd ibn Qasimin başçılığı 

ilə Sindin fəthi ilə başlamışdır. 

Türklərin  Hindistan  fəthi  isə  erkən  çağlarda  Ağhun  müsəlman  türklərin 

Hin


distana ayaq basması ilə X əsrin ikinci yarısında (950-ci illər) başlamışdır. 

X əsrdə Maveraun-nəhr və Xorasana hakim olan Samani (892-999) idarəsi 

al

tında olan şəhərlərdə çoxlu Türk və Türk şəhərləri var idi. Abbasi dövlətində 



ol

duğu kimi, Türklər Samani dövlətində də yüksək vəzifələr əldə etmişlər. 

Bu  şəxslərdən  biri  də  Qəznə  dövlətinin  əsasını  qoymuş  Alp-Təkindir.  O, 

907-913-


cü  illərdə  (hicri  295-301)  kölə  olaraq  Samani  əmiri  Əhməd  ibn  İs-

mailə satılmışdır. Əhmədin xassa ordusuna daxil olan Alp Təkin qısa müddət 

sonra Əbdülməlik ibn Nuhun (954-961) dövründə Samani dövlətində söz sahi-

bi olmuşdur. Onun gücünün artmasından narahat olan Əbdülməlik onu Xorasan 

or

dusunun komandanı təyin edərək Buxaradan uzaqlaşdırdı. 961-ci ildə Nişa-



pu

ra gələn Alp Təkin vəzifəsinə başladı. 

961-

ci ilin noyabrında Əbdülməlik ibn Nuh vəfat etdi və Alp Təkin məsləhət 



gör

dü ki, oğlanlarından biri taxta çıxsın. Lakin xənadan mənsubları Mənsur ibn Nu-

hu (961-

977) taxta çıxararaq ona tapşırdılar ki, Alp Təkini öldürsün. Bundan xəbər 

tutan Alp Təkin 962-ci ildə (hicri 351) Buxaraya gələrək Samani əmiri Mənsurun 

ordusunu məğlub edərək Qəznəyə daxil oldu. 963-cü ildə şəhərin hakimi Əbu Bəkr 

Ləviki məğlub edərək Qəznəni ələ keçirən Alp Təkin Qəznəvilər dövlətinin əsasını 

qoydu.


699

 

Alp Təkinin dövləti qurmasından sonra Mənsur ibn Nuh böyük bir ordu-



nu onun üzərinə göndərsə də bu ordu Qəznə qapılarında məğlub edildi. 

963-


cü ildə Alp Təkinin vəfatından sonra  yerini oğlu Əbu  İshaq  İbrahim 

(963-


966) tutdu. Bundan istifadə edən Əbu Bəkr Ləvik Qəznəni geri aldı. La-

kin Samanilərdən yardım alan Əbu İshaq 965-ci ildə (hicri 354) Qəznəni yeni-

dən ələ keçirdi. 966-cı ildə (hicri 355) Əbu İshaq İbrahim vəfat etdi və Alp Tə-

ki

nin köləsi olan Bilgə Təkin (966-975) hökmdar seçildi. O, Qəznə taxtını Sa-



ma

nilərdən qorumaqla bərabər bir çox fəthlərdə də iştirak etdi. Bilgə Təkin on 

illik  hakimiyyətdən  sonra  975-ci  ildə  (hicri  364)  Gərdiz  qalasının  müha-

sirəsində şəhid edilmişdir. 

699

 Merçil Ərdoğan, Qezneliler Devleti Tarihi, TTK Ank, 1989, səh-1-4. 



                                                           


  

473 


Bilgə Təkinin vəfatından sonra hakimiyyəti Alp Təkinin digər köləsi Piri 

Təkin (975-977) ələ keçirdi. Lakin əhalinin narazılığından istifadə edən Səbuq 

Təkin (977-997) 977-ci ildə Piri Təkini məğlub edərək hakimiyyəti ələ keçirdi. 

943-


cü ildə (hicri 331) anadan olan Səbuq Təkin 12 yaşında əsir düşmüş, 

son


ralar Alp Təkin tərəfindən satın alınaraq onun nəzarəti altında yetişmişdir. 

Ha

kimiyyəti ələ keçirən Səbuq Təkin Bust, Toxarıstan, Zəmindavar, Şərqi Gur 



və Kusdar bölgələrini də ələ keçirərək hakimiyyət sahəsini daha da genişlən-

dirdi. 


Daxili işləri yoluna qoyan Səbuq Təkin Hindistana səfərlər etməyə başladı. 

Bu

na mane olmaq istəyən Brahman xənadanına mənsub Caypal adlı hökmdarı 



məğlub edərək Lamgan bölgəsini talan etdi. 

Buna cavab olaraq Caypal böyük bir ordu ilə Qəznəyə doğru hərəkət etdi. 

İki tərəf arasında baş verən döyüş nəticəsiz qaldı. Qışın yaxınlaşması ilə əlaqə-

dar olaraq Caypalın irəli sürdüyü sülh təklifini Səbuq Təkin oğlu Mahmudun 

xalifliyinə baxmayaraq qəbul etdi. Əldə olunan sülhün şərtlərinə görə: Cay-



pal bir milyon dirhəm və əlli fil verəcək, bəzi qala və qəsəbələr Qəznəlilərə ve-

ri

ləcək və bunlar yerinə yetənə qədər Caypal girov verəcək.



700

 

Lakin  məmləkətinə  geri  qayıdan  Caypal  iki  tərəf  arasında  bağlanan  sülhü 



poz

du. Buna cavab olaraq Hindistana yenidən səfər edən Səbuq Təkin Lamgan 

böl

gəsindən keçərək bir çox yerləri ələ keçirdi. Bir çox hind racaları ilə razılığa 



gələn Caypal yüz minlik ordu ilə Qəznəyə doğru hərəkət etdi. İki ordu Qəznənin 

cənubunda  qarşı-qarşıya  gəldi.  Bu  döyüşdə  qalib  gələn  Səbuq  Təkin  Lamgan, 

Ka

bil, Cəlilabad bölgələrini ələ keçirdi və bu bölgədə yaşayan Qalac türkləri ilə 



Əfqanlar da Səbuq Təkinə itaət etdi. Beləliklə İslamiyyət bu bölgələrə daxil oldu. 

Bu qələbə ilə çoxlu qənimət əldə edən Səbuq Təkin Əfqanistan və Belucis-

tanın böyük bir hissəsini ələ keçirdi. 

Bu arada Qaraxanlılar ilə də müqavilə bağlayan Səbuq Təkin Bəlxə döndü 

və Qəznəyə çatmamış miladi 997-ci ildə (hicri 387) vəfat etdi. Onun vəfat etdi-

yi vaxt qardaşı Buğracuq Herat və Puşəng valisi, oğlu Mahmud Xorasan ordu-

su

nun komandanı, digər oğlu İsmail isə Qəznə və Bəlx hakimi idi. Səbuq Təki-



nin vəsiyyətinə əsasən Alp Təkinin qızından olan oğlu İsmail ondan sonra taxta 

çıxmalı  idi.  Lakin  bununla  razılaşmayan  Mahmud  qardaşına  müharibə  elan 

etdi. Miladi 998-

ci  ildə  (hicri  388)  baş  verən  döyüşdə  İsmaili  məğlub  edən 

Mahmud (998-

1030) hakimiyyəti ələ keçirdi.

701

 

Hakimiyyəti ələ keçirən Qəznəli Mahmud Abbasi xəlifəsi əl-Qadir Billahı 



(991-

1031) xəlifə kimi tanıyaraq xütbəni onun adına oxutdurmuşdur. Buna ca-

vab olaraq xəlifə əl-Qadir-Billah miladi 999-cu ildə (389) ona “Yəminul-Dövlə 

və Əminul-Millə” ləqəbini vermişdir. 

700

 Tarixi ibn Əsir, VIII cild, səh-683-687. 



701

Bayur, Hindistan Tarihi, I cild, səh-135-136. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə