Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə233/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   229   230   231   232   233   234   235   236   ...   314

 

474 


Eyni vaxtda Qaraxanlı hökmdarı Nəsr ibn Əli Buxaraya daxil olub bütün 

Sa

mani ailəsini Özkəndə göndərərək bu dövlətin varlığına son qoydu. Qəznəli-



lərin işə qarışmasından sonra Amu-Dərya sərhəd olmaqla Samani torpaqları bu 

iki dövlət arasında bölüşdürüldü. 

Səffari (867-1500) əmiri Xələf ibn Əhmədin (955-1009) Qohistanı işğal et-

məsi  ilə  Sistan  səfrinə  çıxan  Mahmud  Xələfi  məğlub  edib  onunla  illik  vergi 

bağladıqdan sonra 1000-ci ildə (hicri 390) Qəznəyə döndü. 

 

Sultan Mahmudun Hind səfərləri 

Bu  səfərləri  etməkdə  Sultan  Mahmudun  məqsədi  Hindistan  kimi  zəngin 

ərazini ələ keçirərək bu bütpərəst məmləkətlərdə İslamı yaymaq idi. 

Sultan Mahmud Hindistana ilk səfərini 1000-ci ilin sentyabrında etdi. Ka-

bi

lin şərqindəki bəzi qalaları ələ keçirdikdən sonra 1001-ci ildə (hicri 391) Hin-



dis

tan  düzənliyinə  endi.  Əvvəllər  atası  Səbuq  Təkinlə  mübarizə  aparan  Cay-

palın mərkəzi şəhəri Vayhənd üzərinə hərəkət etdi. Hindistana etdiyi ikinci sə-

fərdə Caypalı məğlub edən Sultan Mahmud xeyli qənimət ələ keçirdi. Bunu qə-

bul edə bilməyən Caypal 1002-ci ildə (hicri 392) özünü öldürdü.

702


 

Sultan  Mahmud  üçüncü  Hind  səfərini  1004-cü  ildə  Bəhatiyə  racası  Bəci 

Ra

yın üzərinə etmişdir. Bəci məğlub edərək bir çox şəhərləri ələ keçirən Sultan 



Mah

mud bu yerlərdə məscidlər tikdirərək müəllimlər təyin etdi. Bu səfəri başa 

vuran Mahmud 1005-

ci ildə (hicri 395) Qəznəyə döndü. 

Sultan Mamud dördüncü Hind səfərini dinsiz biri olan Əbul-Futuh Davuda 

qar


şı etdi ki, bununla sünni müsəlmanları qorusun, İslamı yaysın və bütpərəstli-

yi  aradan qaldırsın. 1006-cı ildə (hicri 396) Pəncab racası Anandpalı məğlub 

edərək Multana daxil olan Sultan Mahmud Əbul-Futuh Davudu məğlub etdi, 

tərəfdarlarını cəzalandırdı, onlarla illik vergi vermək şərti ilə müqavilə bağladı. 

Caypalın  müsəlmanlığı  qəbul  edən  qohumu  Suhpalı  da  Multana  vali  təyinn 

edərək Qəznəyə qayıtdı. Çünki Qaraxanlı hökmdarı Nəsr ibn Əli Xorasana da-

xil olmuşdu. 

Beşinci Hind səfəri Multan valisi Suhpala qarşı edilmişdir. Sultan Mah-

mu

dun  Qaraxanlılar  ilə  mübarizə  aparmasından  istifadə  edən  Suhpal  İslam 



dinin

dən çıxaraq yenidən hinduizmi qəbul etmişdi. Bundan xəbər tutan Sultan 

Mahmud 1008-

ci  ildə  (hicri  398)  Hindistana  gedərək  Suhpalı  məğlub  etdi. 

Bunun ar

dınca  Qərmətiləri  də  cəzalandıran  Sultan  Mahmud  Qəznəyə  dön-

dü.

703


 

Altıncı Hind səfəri 1008-1009: Pəncab racası Anandpal İslamiyyətin Hin-

dis

tanda  yayılmasından  və  Pəncabın  mühasirəsindən  narahat  olaraq  bir  çox 



Hind racası ilə razılaşaraq 1008-ci ilin sonlarında Mahmudun üzərinə getdilər. 

Bun


dan xəbər tutan Mahmud həmin ilin dekabrında Qəznədən çıxdı. İndus ça-

702


 Nuru Ünlü, İslam Tarihi, I cild, səh-374. 

703


 Tarixi ibn Əsir, IX cild, səh-206-207. 

                                                           




  

475 


yını keçərək Vayhənd  yaxınlığındakı ovalıqda Hind ordusu ilə qarşılaşdı. Bu 

yüşdə hindliləri məğlub edən müsəlmanlar Pəncab daxil olmaqla bir çox yer-



ləri müqavimətsiz ələ keçirdilər. Üç günlük mühasirədən sonra Mahmud Na-

qar


kut məbədini də ələ keçirdi. Qalaya əsgər və komandan təyin edən Mahmud 

1009-


cu ildə (hicri 399) Qəznəyə döndü. 

Yeddinci Hind səfəri 1009-cu il: Narayana səfər edən Mahmud buranın ra-

ca

sını məğlub edərək şəhəri aldı və xeyli qənimətlə Qəznəyə döndü. Raca elçi-



lər göndərərək “cizyə vermək, fidyə vermək və əlli fil ilə iki min əsgəri yardı-

ma göndərməyə” razı olduğunu bildirdi. Sultan Mahmudda bu təklifləri qəbul 

et

di və bununla da Hindistanla Xorasan arasında ticarət başladı. 



Səkkizinci Hind səfəri: 1006-cı ildə edilən səfərdə Sultan Mahmud Multa-

nın uzaq bölgələrini ələ keçirə bilmədiyi üçün 1010-cu ildə (hicri 401) yenidən 

Multan üzərinə hərəkət etdi. Heç bir müqavimətə rast gəlmədən bütün Multanı 

ələ keçirən Mahmud Əbul-Futuhu Qəznəyə gətirərək həbs etdirdi. Gurək qala-

sında həbs olunan Əbul-Futuh orada öldü. 

Doqquzuncu Hind səfəri 1013-1014: Sultan Mahmud bu səfərini Nardana 

böl

gəsinə etmişdi. Buranın racası Triloçanpal olsada hakimiyyət oğlu Nidarın 



əlində idi. Nidar Mahmuda itaət etməyərək ona qarşı çıxdı. 1013-cü ildə Sultan 

Mahmud bu racalar

ının üzərinə getsədə qışın yaxınlaşması ilə əlaqədar olaraq 

geri qayıtmışdır. Yenidən 1014-cü ildə (hicri 404) Nardana gələn Sultan Mah-

mud ata ilə oğlu məğlub edərək Nardanı ələ keçirdikdən sonra Kəşmir üzərinə 

ge

dərək xeyli qənimət ələ keçirdi. Bu qələbədən sonra İslamiyyət Hindistanda 



ya

yılmağa başladı.

704

 

Onuncu  Hind  səfəri  1014:  Sultan  Mahmud  bu  səfəri  Hindlilər  tərəfindən 



qəddəs sayılan, içində bir çox məbəd və büt olan Tanesar şəhərinə etmişdir. 

Qar

şısına  çıxan  bütün  orduları  məğlub  edən  Sultan  Mahmud  şəhəri  ələ  keçi-



rərək talan etdi və bütləri sındırdı. 

On birinci Hind səfəri 1014: Sultan Mahmud bu səfəri Kəşmir racasını cə-

zalan

dırmaq üçün etmişdi. Çünki o, doqquzuncu Hind səfərində Nardan racala-



rına kömək etmişdi. 

On ikinci Hind səfəri: Kəşmiri, Sirsavanı, Baranı və Mahuranı ələ keçirən 

Sul

tan Mahmud zəngin bir ölkə olan Kanavc üzərinə hərəkət edərək şəhəri ələ 



ke

çirdi. Sultan Mahmud bu səfərdə üç milyon dirhəm pul, 55 min əsir, 350 fil 

ola

raq qənimət ələ keçirdi. 



Sultan Mahmud on üçüncü 

Hind səfərini ona qarşı birləşən racalara qarşı 

et

miş və bir çox racanı məğlub edərək yeni bölgələr ələ keçirmişdir. 



On  dördüncü  Hind  səfəri:  Kəşmir  üzərinə  gedən  Sultan  Mahmud  Laxkot 

qa

lasını ələ keçirmədən geri dönmüşdür. 



704

Mərcil, Qəznəlilər Dövləti Tarixi, səh-18-22. 

  

                                                           






Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə