Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə235/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   231   232   233   234   235   236   237   238   ...   314

 

478 


yerini  oğlu  Şirzad  (1115-1116)  tutdu.  Lakin  bir  il  sonra  qardaşını  öldürən 

Arslanşah (1116-1118) Qəznə taxtını ələ keçirdi. III Məsudun digər oğlu Bəh-

ram

şah (1118-1157) Səlcuq hökmdarı Sultan Səncərə sığınaraq, onun köməyi 



ilə Arslanşahı öldürüb hakimiyyəti ələ keçirdi. 

Qəznə dövlətinin daxilində baş verən bu qalmaqallar dövləti xeyli zəiflətdi 

və zəifləmə nəticəsində Qəznəlilərə tabe olan Gurlular (1187-1206) öz müstə-

qil


liklərini  elan  etdilər.  Gurlu  hökmdarı  Əlaəddin  Hüseyn  1151-ci ildə  (hicri 

546) Qəznəni ələ keçirərək əhalini qılıncdan keçirdi. 1157-ci ildə Bəhramşahın 

ölü

mündən sonra taxta çıxan Xusrəv-Şah (1151-1160) Qəznəni oğuzlara bura-



xıb Lahora getdi və bir müddət sonra 1160-cı ildə (hicri 555) vəfat etdi. Taxtı 

ələ keçirən son Qəznə hökmdarı Xusrəv Məlik (1160-1187) heç bir şeylə yadda 

qalmamışdır.  1173-cü  ildə  (hicri  568)  Qəznəni  alan  Gurlu  hökmdar  Muizud-

Din Məhəmməd Hindistanın bir çox yerlərini ələ keçirərək Lahoru mühasirəyə 

aldı. 1181-ci ildə Xusrəv Məlik Gurlulara tabe olsa da Muizzud-Din onu ələ 

keçirib 1186-

cı ildə (hicri 582) Gura göndərərək Qəznəvi dövlətinə son qoydu. 

Qəznəli xənadanında xənadan və ordu dili Türk dili olmuşdur. Ədəbiyyat 

və dövlət işlərində fars dili işlədilirdi. Dövlətin rəsmi dili isə ərəb dili idi. 

Qəznəlilər  miladi  963-cü  ildən  999-cu  ilə  qədər  Samanilərə  tabe  olmuş, 

999-1118-

ci illər (118 il) arasında isə müstəqil olmuşlar. 1118-1157-ci illərdə 

(39 il) Səlcuqlu hökmdarı Sultan Səncərə tabe olmuşlar. 1157-1187-ci illər ara-

sındakı son otuz illərini müstəqil keçirsələr də bu dövrdə də Gurlular tərəfindən 

təzyiqə məruz qalaraq bir çox torpaqlarını itirmişlər. 1163-cü ildə Qəznə, 1176-

cı ildə Multan, 1180-cı ildə isə Pişəvəri itirərək Gurlulara tabe olmuşlar. 

Əfqanistan,  Türkmənistan,  Xəzrəm,  İranda Kirman, Xorasan, Semnan-

Dam


gan, Larıstan, İsfəhan, Rey, Həmədan, Yəzd, Qəzvin, Kaşan, Mazandaran, 

Əştər-Abad, Ceylan, Hindistanda Sind, Belucistan, şərqi və qərbi Pəncab, Ra-

cas

tan, Malva, Patanistan, Gucerat, Dehli, Aqra, Ud və Allahabad Qəznə döv-



l

ətinin tərkibində idi. Qəznəli Mahmud dövründə dünyanın ən qüdrətli dövləti 

olan imperatorluq 1040-

cı  ildə  baş  verən  Dəndənakən  müharibəsindən  sonra 

bunu  Səlcuqlulara  buraxmış,  bütün  İran  və  Türkistan  torpaqlarını  Səlcuqlara 

ver


mişlər. 

 

Qəznəli hökdarları və hakimiyyət müddətləri: 

1) 

Alp Təkin (955-963) 



2) 

Əbu İshaq İbrahim (963-966) 

3) 

Bilgə Təkin (966-975) 



4) 

Piri Təkin (975-977) 

5) 

Səbuq Təkin (977-997) 



6) 

İsmail (997-998) 

7) Sultan Mahmud (998-1030)) 

8) 


Məhəmməd (1030; 1040-1041) 

9) 


I Məsud (1030-1040) 


  

479 


10) 

Məvdud (1041-1049) 

11) 

II Məsud (1049) 



12) 

Əbul-Həsən Əli (1049) 

13) 

Əbdürrəşid (1049-1052) 



14) 

Fərruxzad (1052-1059) 

15) 

Sultan İbrahim (1059-1099) 



16) 

III Məsud (1099-1115) 

17) 

Şirzad (1115-1116) 



18) 

Arslanşah (1116-1118) 

19) 

Bəhramşah (1118-1157) 



20) 

Xusrəv-Şah (1157-1160) 

21) 

Xusrəv-Məlik (1160-1187).



707

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

707


Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-825-826. 

  

                                                           




 

480 


 

 

IX FƏSİL 

 

Əyyubilər dövləti hicri 567-648/miladi 1171-1250 

 

 



 

Misirdə Fatimi dövlətinin süqutundan sonra onların yerini xənadan olaraq 

Əyyubilər tutdu. Xənadanın hansı irqdən olması ixtilaflıdır. Mənşəcə kürd ol-

ma

ları həqiqətə daha yaxındır. Əyyubilər, Zəngilərin yəni Mosul atabəylərinin 



za

bitləri və sərdarları olaraq tarix səhnəsinə çıxmışlar. İlk Əyyubilər və xəna-

da

nın  bəzi  qolları  Türkləşmişdir.  Əsasən  bir  türkmən  dövlətinin  (Zəngilərin) 



xid

mətində məşhurlaşmışlar. Ancaq Misirdə xənadanlıq qurunca, ələ keçirdik-

ləri  ölkələrdə  Türk  Səlsuqlu  sistemini  tətbiq  etməklə  bərabər  ərəbləşmişlər. 

Hətta heç türkcə bilməyən Əyyubi xanlarıda yetişmişdir. Ərəb dili və mədəniy-

yəti olmuş, sadəcə dövlət, ordu və saray təşkilatında Türk sistemi tətbiq edil-

mişdir. Əyyubilərin məzhəbinin şafei olması, ailə mənşəyinin Türk olmadığını, 

Türk dövlətlərinin zabitləri olaraq sonradan türkləşmiş olduqlarını ortaya qo-

yan bir dəlildir.

708

 

Səlahəddin  Əyyubinin  atası  Nəcməddin  Əyyuba  nisbət  edilən  Əyyubilər 



mi

ladi  XII  əsrdə  İraqa  gəlmiş,  İraq  Səlcuqlarının  tanınmış  əmirlərindən  olan 

Bəhruz  əl-Xadinin  xidmətinə  girib  Təkritdə  vali  olmuşlar.  Həmin  vaxtlarda 

1138-


ci ildə (hicri 532) Səlahəddin Yusif dünyaya gəlmişdir. Daha sonra Mo-

sula gedən Əyyubilər zəngilərin hizmətinə girmişlər. Bir il sonra 1139-cu ildə 

(hic

ri 534) Nəcməddin Əyyub Zəngi hökmdarı Nurəddin tərəfindən Bəəlbəkə 



vali olaraq təyin edilmiş və bundan sonra ailənin şöhrəti yüksəlməyə başlamış-

dır. Nəcməddin Əyyubun qardaşı Əsəduddin Şirkuh isə Nurəddin Mahmudun 

or

du  komandanı  təyin  edilmişdir.  Bu  hadisədən  sonra  Əyyubun  oğlanları  və 



ya

xınları əmir səviyyəsinə qədər yüksəldilər. Əsəduddin Şirkuhun miladi 1164-

1167-

ci illərdə (hicri 559-562) Misirə etdiyi üç səfər Səlahəddinə şöhrət qazan-



dıraraq tarix səhnəsinə çıxardı. 

Bu arada səlibçilərin Misirə hücum etməsi ilə Fatimi xəlifəsi əl-Azid (1160-

1171) və vəziri Şavər Zəngi hökmdarı Nurəddin Mahmuddan yardım istədi. Bu-

na əsasən Nurəddin yeddi min nəfərlik ordunu Əsəduddin Şirkuhun başçılığı ilə 

Misirə göndərdi. Miladi 1168-ci ildə (hicri 564) göndərilən bu orduda Səlahəd-

din Əyyubda iştirak edirdi. 1169-cu ildə Misirə daxil olan bu ordu Fatimi vəziri 

Şavəri öldürərək Əsəduddin Şirkuhu Fatimi vəziri təyin etdi. Əsəduddin Şirkuh 

vəzir olsa da onun vəzifəsini qardaşı oğlu Səlahəddin Əyyub idarə edirdi. Qısa 

708

Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-331-332. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə