Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə236/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   232   233   234   235   236   237   238   239   ...   314

  

481 


müddət  ərzində  Misirdə  hakimiyyət  sünnilərin  əlinə  keçdi.  1169-cu  ildə  vəzir 

Şirkuhun ölümündən sonra onun yerini Səlahəddin Əyyub tutdu. 

Bunun  ardınca  Dumyata  gələn  xaçlıların  Səlahəddin  Əyyub  tərəfindən 

məğlub edilməsi onun şöhrətini daha da artırdı. Bundan istifadə edən Səlahəd-

din Fatimi xəlifəsi əl-Azid ilə bəzi qiyamçı əsgərlərin də imkanlarını əllərindən 

a

laraq şiə azanını qadağan etməklə yanaşı Fatimi qazilərinin yerinə sünni qa-



zilərini təyin etdi. Bunun ardınca Zəngi hökmdarı Nurəddin Mahmuddan gələn 

məktuba əsasən miladi 1171-ci ildə (hicri 566) Abbasi xəlifəsinin adına xütbə 

oxunaraq Fatimi dövlətinə son qoyuldu. Eyni ildə Səlahəddin Əyyubi Əyyubi-

lər dövlətinin əsasını qoydu. 

Səlahəddin Əyyubinin ən böyük əməli xaçlıların əlində olan müsəlman tor-

paq


larını geri qaytarması olmuşdur. Misiri aldıqdan sonra Suriya, Cəzirə və Şi-

mali İraqda sakitliyi bərpa edən Səlahəddin Əyyubi xaçlılarla mübarizəy başla-

dı. Səlahəddinin Dəməşqdə olmasından istifadə edən xaçlılar Məhazət Beyt-əl-

Əhzan yaxınlığında toplanaraq kral  IV Boudinin başçılığ ilə hücuma keçmək 

is

təsədələr 1179-cu ildə (hicri 574) Fərrux-Şah tərəfindən Təl əl-Hərra yaxınlı-



ğında məğlub edildilər. Xaçlıların geri çəkilməsindən istifadə edən Fərrux-Şah 

Beyt əl-Əhzan qalasını yandıraraq müsəlman əsirləri azad etdi. 

Miladi 1182-

ci ildə Suriyaya gələn Səlahəddin Əyyubi Təbəriyyə və Bey-

san s

əfəri ilə Beysan, Cinin və  Laçunu  ələ keçirərək talan etdi. Məğlub  olan 



xaç

lılar  Kəvkəb  qalasına  sığındı.  Daha  sonra  Beyrutu  dörd  gün  mühasirədə 

sax

layan Səlahəddin Əyyubi geri qayıtdı. Fərrux-Şahın ölümü və Səlahəddinin 



Mo

sul səfərində olmasından istifadə edən xaçlılar Dəməşq və Səvad bölgəsinə 

cum etdilər. Buna cavab olaraq Cəzirə və Hələbi ələ keçirən Səlahəddin Əy-



yubi hücumlarını davam etdirərək Kərək şəhərini də tutdu. 

 

Xəttin döyüşü və Qüdsün azad edilməsi (1187) 

Səlahəddin Əyyubinin Diyarbəkr, əl-Cəzirə, Mosul və Şamdakı tərəfdarla-

rından yardım istəməsi ilə xaçlılar da Raymon və Qüds kralı Guy de Lusiqna-

nın əmri altında toplanmağa başladılar. Səlahəddinin Təbəriyyə tərəfə gəldiyini 

öy

rənən  xaçlılar  da  oraya  doğru  hərəkət  etdilər.  Baş  verən  döyüşdə  məğlub 



olan xaçlılar kral Guy de Lusiqna ilə birlikdə Xəttin təpəsinə sığındılar. Lakin 

bu

rada da məğlub olan xaçlıların bəziləri qətl edildi, qalanları isə əsir götürül-



dü. Bundan istifadə edən Səlahəddin hücumlarını davam etdirərək 1187-ci ildə 

(hic


ri 583) Təbəriyyəni və Aqqanı fəth etdi. Ardından Nasıra, Xayfa, Nablus, 

Ci

nin, Sayda və Beyrut şəhərlərini ələ keçirən Səlahəddin Qüds krallığına aid 



olan bütün yerləri ələ keçirdi. Daha sonra Əsqəlan, Yafa, Rəmlə, Beyti-Ləxm, 

Qəzzə və Darumu ələ keçirən Səlahəddin 1187-ci ildə Qüdsü də fəth etdi. Qüd-

sün  fəthindən  sonra  Sur  xaric  olmaqla  bütün  Fələstin  xaçlılardan  təmizləndi. 

Al

maniya imperatoru Fredrix Barbarossa, Fransa kralı Filipe Aqusto və İngiltə-



rə kralı Riçardın başçılığı ilə təşkil olunmuş III xaçlı səfəri də heç bir nəticə əl-

də etmədən Fələstini tərk etdi. Bu məğlubiyyətdən sonra xaçlılar Aqqa şəhərini 

  



 

482 


hasirəyə aldılar. İki illik mühasirədən sonra 1191-ci ildə şəhər xaçlılara təs-

lim edilmişdir. 

Demək olar ki, bütün ömrünü hərb meydanlarında keçirən Səlahəddin Əy-

yu

bi məmləkəti oğlanları və sərkərdələrinə buraxaraq 1193-cü ildə (hicri 589) 



Dəməşqdə vəfat etmişdir. 

Onun vəfatından sonra oğlanlarının bir-biri ilə hakimiyyət uğrunda mübarizə 

aparmasından istifadə edən Səlahəddinin qardaşı Məlik Adil 1200-cü ildə ölkəyə 

sahib oldu. 1218-

ci ildə  Adilin ölümündən sonra  Əyyubilər sürətlə zəifləməyə 

başladı.  Nəticədə  1250-ci  ildə  (hicri  648)  sonuncu  Əyyubi  hökmdarı  Turan-

Şahın Məmlüklər tərəfindən öldürülməsi ilə Əyyubi xənadanına son qoyuldu. 

Təxminən səksən il hakimlik edən Əyyubi xənadını on iki məlikliyə bölünür: 

1. 

Misir məlikliyi – 1171-1250 



2. 

Şam məlikliyi – 1193-1260. 1240-1249-cu illərdə Anadolu Səlcuqlarına, 

1250-1260-

cı iilərdə isə Məmlükləri tabe olmuşlar. 

3. 

Hələb  məlikliyi  –  1193-1260. 1216-1249-cu  illərdə  Anadolu  Səlcuq-



larına, 1250-1260-cı illərdə Məmlüklərə tabe olan Hələbi 1260-cı ildə Elxanilər 

ələ keçirmişdir. 

4. 

Bəəlbəkk məlikliyi – 1179-1245 



5. 

Kərək məlikliyi – 1188-1263. 1250-1263-cü illərdə Məmlüklərə tabe ol-

muşlur. 

6. 


Sincar  və  ya  Meyyafariqin  məlikliyi  –  1200-1231; 1244-1259. 1231-

1244-


cü illərdə Monqollara, 1250-1259-cü illərdə Məmlüklərə tabe olmuş və 

1259-


cu ildə isə Elxanilərə tabe edilmişdir. 

7. 


Xısn-Keyfa  və  Amid  məlikliyi-1232-1524.  Ən  son  ortadan  qaldırılan 

Əyyubi əmirliyidir. 1232-1249-cu illərdə Anadolu Səlcuqlarına, 1250-1465-cü 

illər arasında Məmlüklərə, 1465-1500-cü illərdə Ağqoyunlulara, 1515-1524 cü 

illərdə isə Osmanlılara tabe olmuşlar. Xısn-Keyfa bugun ki, Həsənkefy, Amid 

isə Diyarbəkr şəhəridir. 

8. 


Yəmən məlikliyi – 1173-1229 

9. 


Busrə məlikliyi – 1218-1246 

10. 


Xama məlikliyi – 1178-1299; 1310-1341. 1250-ci ildən etibarən Məm-

lük


lərə tabe olmuşlar. 

11. 


Xums məlikliyi – 1178-1263. 1250-ci ildən etbarən Məmlüklərə tabe 

ol

muşlar. 



12. 

Banyas  və  Sübeybə  məlikliyi  –  1212-1260. 1250-ci  ildən  etibarən 

Məmlüklərə tabe edilmişdir. 

Əyyubi xənadanının hakim olduğu ölkələr bunlar olmuşdur: Misir, Liviya, 

Cənubi Tunis, Nubya, Yəmən, Hicaz, Ürdün, Fələstin, Livan, Suriya, Cənub-

şərqi Anadolu. 



Misir sultanları (1171-1254): 

1. 


Məlikun – Nasir Əbul-Müzəffər Səlahəddin Yusif (1171-1193) 

2. 


Məlikul – Əziz Əbul-Fəth İmaduddin Usman (1193-1198) 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə